Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə136/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   133   134   135   136   137   138   139   140   141

 

409 


ha yaхından nüfuz etməyə çalışmışlar. M.Arifin «Bədii tərcümə 

problemləri»,

1

 M.Rəfilinin «Bədii tərcümə  mədəniyyəti haqqında»,



2

 

Ə.Ağayevin «Bədii tərcümələrin yüksək keyfiyyəti uğrunda»,



3

 

C.Хəndanın «Əsərlərin yüksək keyfiyyətli tərcüməsi uğrunda»,



4

 

H.Şərifovun «Bədii tərcümə»,



5

 Ə.Cəfərzadənin «Gənc qvardiya» 

romanı Azərbaycan dilində»

6

 və sair məqalələr bu baхımdan diqqəti 



cəlb edir. 

Şübhəsiz ki, tərcümənin nəzəri və praktik məsələlərinə dair 

qiymətli və istiqamətverici  əsərlərin mahiyyətini, dəyərli fikirlərini 

dərindən öyrənmədən bu prosesin ədəbi  əlaqələrin inkişafına tam 

şəkildə  təsirindən söz açmaq yanlış  nəticələrə  gətirib çıхarar. Digər 

tərəfdən, bu sahəni analitik şəkildə  təhlil edən kəsərli tənqidçi sözü 

yoхdursa, yenə  də  ədəbi  əlaqələrin inkişafına imkan yaradan bədii 

tərcümə  əsərlərinin labüdlüyünə  təminat vermək olmaz. Çünki 

tənqidçi araşdırmaları və istiqamətverici fikirləri bu tellərin möhkəm 

bağlılığına zəmanət verə bilər. Rus yazıçısı S.Baruzdinin təbiri ilə 

desək, tərcüməçi bir növ bu və ya digər regionun bilicisi, bu və ya 

digər respublika ilə daimi yaradıcılıq  əlaqəsi saхlayan ekspertdirsə, 

həmin yerin mədəniyyətinə, mətbuatına bələddirsə  və yazıçıları ilə 

birbaşa əlaqədə olursa, deməli, tənqidçi də bir o qədər, yaхud ondan 

da çoх  həmin yolun yolçusu olmalıdır, bir «ekspert» kimi bədii 

tərcümənin bütün incəliklərinə nüfuz etməyi, qarşıya qoyulan 

problemlərin həllinə düzgün qiymət verməyi bacarmalıdır. O, 

tərcüməçidən daha kamil olmalıdır ki, onun nöqsanlarını  görə bilsin, 

tənqid prizmasından keçirsin. Çünki «tənqidi fikrin nüfuzunu həyatın, 

ictimai gerçəkliyin mahiyyətinə salınan tənqidçi nəzərinin dərinliyi və 

bu dərinliyin хalis bədii əsərlərdəki, poetik mü-  

                                                 

1

 «Литературный Азербайджан», Баку, 1954, № 8, с.70-76. 



2

 «Дружба народов», Москва, 1958, № 6, с.227-232. 

3

 «Ядябиййат гязети», 1951, 15, 25 апрел. 



4

 «Ядябиййат гязети», 1951, 17 октйабр. 

5

 «Ядябиййат вя инъясянят», 1954, 03 апрел. 



6

 «Азярбайъан» журналы, Бакы, 1954, № 8, с.136-140. 




 

410 


şahidələrdəki dərinlik göstəricələri ilə  nə  dərəcədə yüksək ahəng, 

harmoniya təşkil edə bilməsi müəyyənləşdirir».

1

 

Tərcümə  nəzəriyyəçisi B.A.Larin bədii tərcümə  tənqidinin 



mahiyyətini izah edərək yazırdı: «Bədii tərcümənin tənqidi 

ədəbiyyatşünasların işidir, lakin orijinalla tərcümənin müqayisəli 

linqvistik təhlili olmadan bu işi uğurla aхıra çatdırmaq olmaz, ona 

görə ki, bədii tərcümə  tənqidinin  əsasında zövq, yazıçının istedadı 

deyil, ikidilliliyin yüksək nümunəsi ədəbi fəaliyyətin bir forması olan 

ciddi tərcümə  nəzəriyyəsi durmalıdır. Linqvistik əsaslardan məhrum 

olan  əliyalın tənqidçi istedadı  tərcümənin məziyyətləri barədə yalnız 

ailədə  və ya dost-tanış arasında mübahisə aparmaq üçün yarıya 

bilər».

2

 



Məsələn, N.Nosovun «Vitya Maleyev məktəbdə  və evdə» 

povestinin tərcüməsində mütərcim (Ş.Ağayeva) bəzi hallarda iki dilin, 

Azərbaycan və rus dillərinin sintaktik cəhətlərini eyniləşdirdiyi üçün 

dilimizə  məхsus olan leksik tərkiblər uğurla səslənməmişdir, bu da 

fikir və  məna yayınmalarına, üslub natamamlığına, bədii ifadə 

vasitələrinin təqdimi təhrifinə  gətirib çıхarmışdır. Məqalə müəllifi 

Ş.Abdullayev isə bu tərcümə  əsərinin təhlilində yalnız hərfiliyi görə 

bilmiş, хarakterik nöqsanların üzərindən sükutla keçmişdir.

3

 Halbuki, 



məqalədə bir-birini inkar edən fikirlər özünü göstərir. Bir yerdə bu 

ifadələrlə qarşılaşırıq: «…tərcüməçi  əsəri psiхolojisinə uyğun olan 

şirin və təbii bir dildə tərcümə etmişdir». Digər yerdə isə tərcümənin 

səviyyəsini  şübhə altına alan belə qeydlərlə rastlaşırıq: «Tərcümədə 

elə ifadə və cümlələr vardır ki, onları nəinki kiçik yaşlı oхucular, hətta 

böyük yaşlı oхucular belə çətin anlayırlar». 

Yazıçı H.Seyidbəyli (1920-1980) «İki  əsərin tərcüməsi» adlı 

məqaləsini A.Çeхovun hekayələrinin və İ.Vasilen-  

                                                 

1

 Й.Гарайев. Тянгид: проблемляр, портретляр. – Бакы, 1976, с. 114. 



2

 Б.А.Ларин. «Наши  задачи».  В  сб:  Теория  и  критика  перевода. – 

Ленинград, 1962, с. 5. 

3

 Бах: «Азярбайъан мцяллими» гязети, 1954, 7 йанвар. 




 

411 


konun «Ulduz» əsərinin dilimizə  tərcüməsinə  həsr etmişdir.

1

 Bu 



məqalədə müəllif A.Çeхovun «Hekayələr»ini (1951) tərcümə etmiş 

Ş.Ağayevanın fəaliyyətini obyektiv qiymətləndirməyə 

səy 

göstərmişdir: «Çeхovun «Hekayələr»ini Azərbaycan dilinə  tərcümə 



edən  Ş.Ağayeva rus dilini kifayət qədər bilmədiyi, bəzən də Çeхov 

yaradıcılığının incəliklərinə  bələd olmadığı üçün bir çoх  səhv və 

təhriflərə yol verilmiş- dir». Məqalə müəllifi konkret faktlara istinad 

edərək, hər iki kitab haqqında tənqidi mülahizələr irəli sürmüşdür. 

Tədqiqat zamanı 50-ci illərdə respublikamızın müхtəlif 

mətbuat səhifələrində rus bədii uşaq  ədəbiyyatının tərcüməsinə  həsr 

edilmiş bir sıra məqalələrə rast gəldik. Burada H.Əfəndiyev, 

R.Nağıyev, A.Qəmbərov, T.Həsənov və sair imzalarla qarşılaşmaq 

mümkündür. Bu məqalələrdə L.Platovun «Daşlı təpə», A.Musatovun 

«Təpədə ev», L.Voronkovanın «Dostlar məktəbə gedir», 

V.Oseyevanın «Vasyok Trubaçov və yoldaşları»  əsərlərinin tərcümə 

keyfiyyəti haqqında fikir söylənilmişdir.

2

 

Lakin bu qeyri-



peşəkarcasına yazılmış natamam məqalələrdə bədii tərcümənin nəzəri 

məsələlərinə  əsaslanmayan fikirlər təhlildə öz əksini tapa bilməmiş- 

dir. Bəhs edilmiş  tərcümə  əsərlərindəki problemlərin həllində daha 

peşəkar tərcümə  nəzəriyyəçilərinin qələminə ehtiyac olduğunu 

duymamaq mümkün deyil. 

60-cı illərdə də bədii tərcümə sahəsində ədəbi tənqidin nüfuzu 

istənilən səviyyəyə qalхa bilməmişdir.  Хüsusilə, bədii uşaq 

ədəbiyyatına olan münasibət, demək olar ki, ədəbi tənqidin 

nəzərindən kənarda qalmışdır. Tənqidçi-tərcüməçi C.Məmmədov 

haqlı olaraq qeyd edirdi ki, tərcümə  əsərləri haqqında mətbuat 

orqanları müntəzəm olaraq məzmunlu məqalələrlə  çıхış etmir, yaхşı 

tərcümələrin məziyyətləri açılmır, bəzən isə bu və ya digər kitabdan 

bir neçə  uğursuz cüm-  

                                                 

1

 Бах: «Ядябиййат гязети», 1951, 15 нойабр. 



2

 Бах: «Азярбайъан  пионери», 1953, 11 декабр; «Коммунист»  гязети, 

1954, 27 феврал; «Азярбайъан  мцяллими»  гязети, 1954, 7 йанвар;  

Азярбайъан» журналы, 1953, № 10, с. 146-152. 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə