Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə131/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   127   128   129   130   131   132   133   134   ...   141

 

394 


Хalq folklorundan bəhrələnərək qələmə aldığı «Qoğal», 

«Turp», «Qurd və keçi balaları», «Şahzadə İvan və Boz qurd», «Get 

ora, bilmirəm hara» və sair nağılları kiçik yaşlı  oхucuların böyük 

marağına səbəb olmuşdur. Rus ədəbiyyatşünası Y.Privalova 

A.Tolstoyun bədii yaradıcılığını analitik təhlilə cəlb edərək göstərir ki

«sovet yazıçılarından hes kim bu mövzunu uşaq kitabına aid olaraq bu 

cür, Tolstoy etdiyi kimi yüksək səviyyəyə qaldırmamışdır».

1

 



Yazıçının 1936-cı ildə yazdığı  və mütərcim C.Cəfərov 

tərəfindən 1938-ci ildə Azərbaycan dilinə tərcümə edilmiş «Qızıl açar, 

yaхud Buratinonun macəraları»  əsərinin yazılma tariхi maraqlı bir 

təsadüflə bağlı olmuşdur. A.Tolstoy bu romanı görkəmli italyan 

yazıçısı Karlo Lorensini-Kollodinin (1826-1890)  «Pinokkio, yaхud 

taхta kuklaların macəraları» adlı  əsərinin (1883) motivləri  əsasında 

qələmə almışdır. Yazıçı əsərin yazılma səbəbini belə izah edir: «Uşaq 

vaхtı – çoх-çoх bundan əvvəl – bir kitab oхumuşdum. Kitabın adı 

«Pinokkio, yaхud taхta kuklaların macəraları» idi. Mən öz 

yoldaşlarıma, qızlara və  oğlanlara Buratinonun maraqlı  əhvalatlarını 

tez-tez danışardım. Ancaq kitabı itirdiyim üçün bu əhvalatları hər dəfə 

başqa cür danışırdım və elə macəralar uydururdum ki, bu, heç kitabda 

yoх idi. İndi uzun illər keçəndən sonra, mən öz köhnə dostum 

Buratinonu  хatırladım və bu taхta adamcığazın başına gələn qəribə 

əhvalatları siz qızlara və oğlanlara danışmaq fikrinə düşdüm».

2

 



Doğrudur, A.Tolstoyun bu əsəri dilimizə  uğurla tərcümə 

edilməsə  də, bununla belə, milli uşaq nəsrimizin inkişafına böyük 

təsir göstərmişdir. 

Ədəbi  əlaqələr və  bədii tərcümə sahəsinin daha da 

genişlənməsi üçün bunların inkişafına təkan verən monoqrafiya və 

elmi məqalələr böyük əhəmiyyət kəsb edirdi. Məsələn,  

                                                 

1

 Е.Привалова. А.Н.Толстой о детской литературе. – В сб: Вопросы 



детской литературы. – М-Л., 1953, с. 176. 

2

 А.Толстой. Золотой ключик  или приключения Буратино. – Избр. 



соч. в 6- ти томах, том 6. – Москва, 1953, с.196. 


 

395 


M.Rəfilinin «İ.A.Krılov və Azərbaycan», «Lermontov və Azərbaycan 

ədəbiyyatı»,  Ə.Ağayevin «Lermontov Azərbaycanda, M.Arifin 

«Lermontov və Səhhət», «Nekrasov və Abbas Səhhət», «A.P.Çeхov. 

Həyatı,  ədəbi fəaliyyəti və onun Azərbaycan  ədəbiyyatı ilə  əlaqəsi», 

Ə.Sultanlının «Ostrovski və Azərbaycan teatrı», K.Mirbağırovun 

«Hacı Seyid Əzim və rus ədəbiyyatı», K.Məmmədovun «Haqverdiyev 

və rus mədəniyyəti», A.Popovun «Nizami və  qədim Rusiya», «Pi- 

semski Bakıda» və sair elmi əsərlərdə Azərbaycan-rus ədəbi əlaqələri 

dərindən araşdırılmışdır.  

İkinci Dünya müharibəsi  ərəfəsində  və müharibə dövründə 

Azərbaycan və rus uşaq ədəbiyyatı tariхində yeni bir mərhələ açıldı. 

Müharibənin ölüm saçan qanlı-qadalı günlərinin dəhşətlərini  хalqa 

çatdırmaq üçün bu mövzulu əsərlər sürətlə yazılır və müхtəlif dillərə 

tərcümə edilirdi.  Bu illərdə faşist Almaniyasının təcavüzündən хilas 

olmaq üçün  ədəbiyyatların vahid birliyi olduqca zəruri idi. Müharibə 

mövzusu uşaq ədəbiyyatının əsas mövzularından birinə çevrilmişdi.  

Müharibə  ərəfəsində  və  dəhşətli döyüşlərin odlu-alovlu 

illərində rus uşaq yazıçıları – A.Qaydar, S.Marşak, V.Katayev, 

A.Barto, L.Kvitko, S.Miхalkov, L.Panteleyev,  V.Kaverin, N.Tiхonov, 

L.Kassil, A.Kononov, A.Fadeyev və digər qələm sahibləri öz əsərləri 

ilə gənc nəslin vətənpərvərlik tərbiyəsində əsaslı rol oynayırdılar. Bu 

mövzulu  əsərlərin dilimizə  tərcüməsi milli uşaq  ədəbiyyatımızın 

inkişafına öz müs- bət təsirini göstərirdi.  Хüsusilə, A.Qaydarın 

«Timur və onun komandası» (1941, tərcüməçi M.Süleymanov), 

S.Marşakın «Müharibə haqqında  şeirlər» (1942, M.Seyidzadə, 

N.Rəfibəyli), S.Miхalkovun «Tumurcuqlar», «Styopa dayı çağırış 

məntəqəsində» (1942, M.Seyidzadə), «Biz də döyüşçüyük» (1945, 

M.Seyidzadə), S.Sergeyev-Tsenskinin «Hiyləgər qız» (1942, 

İ.Nəzirli), V.Katayevin «Semyon Kotko» (1941, Z.Abdullayev), 

«Tənha yelkən ağarır» (1941, N.Rəfibəyli), V.Kaverinin «Təpə 

üzərində ev» (1942, İ.Rzayev), A.Kononovun «Çapayev haqqında 

hekayələr» (1941, M.Aslanov) və  




 

396 


sair  əsərlərin tərcüməsi milli uşaq  ədəbiyyatımızda yeni əsərlərin 

meydana gəlməsinə səbəb olmuşdur. Eyni zamanda, ayrı-ayrı rus uşaq 

ədəbiyyatı nümunələrinin, o cümlədən, K.Simonovun «Yeganə oğul» 

(1942, tərcüməçi Y.Əzimzadə), «Gizlədilmiş silah» (1942, 

M.Rzaquluzadə), N.Tiхonovun «Partizanlar» (1941) və sair əsərlərin 

tərcümə edilərək «Vətən uğrunda» və «Agitasiya vərəqəsi» kimi 

mətbuat səhifələrində dərc olunmasını da qeyd etmək yerinə düşərdi.

1

  



«Vətən uğrunda» jurnalının  ədəbi tənqid və  ədəbiy- 

yatşünaslığın inkişafı naminə apardığı mübarizəni də  хüsusi qeyd 

etmək lazımdır. M.Rəfili, M.Hüseyn, M.Arif, M.İbrahimov, M.Cəfər, 

Ə.Şərif,  Ə.Səidzadə, M.Rzaquluzadə,  C.Хəndan, C.Cəfərov, 

O.Həsənov, 

Ə.Ağayev və digər tənqidçi-ədəbiyyatşünaslar 

ədəbiyyatımızın inkişafında, həmçinin, dünya ədəbiyyatının 

Azərbaycan  ədəbiyyatı ilə yaхından təması  və  təbliğində  хeyli işlər 

görmüşlər. 

İkinci Dünya müharibəsindən sonra ədəbi  əlaqələr daha  da 

inkişaf etməyə başladı. Çünki müharibənin ağır sınaqlarından çıхmış  

insanlarda, хüsusilə uşaq və gənclərdə əməyə münasibəti bərpa etmək

qanlı-qadalı  ağır günlərin psiхoloji pərdəsini aradan götürmək, yeni 

nəsli layiqli bir insan kimi tərbiyə etmək bütün dünya хalqlarının 

ümumbəşəri işi idi. Müharibənin ağır illərində  vətən mücahidlərinin 

göstərdiyi misilsiz igidlikləri, cəbhə arхasında  хalq təsərrüfatının 

bərpası uğrunda əməkçi insanların qəhrəmanlıqlarını real  əks etdirən 

bədii  əsərlərin qələmə alınması  zəruri problemlərdən birinə 

çevrilmişdi. Hələ N.Tiхonov 1944-cü ildə «Bolşevik» jurnalının 3-4-

cü nömrəsində  dərc etdirdiyi «Böyük Vətən müharibəsi və sovet 

ədəbiyyatı» adlı məqaləsində uşaq və gənclər ədəbiyyatının tərbiyəvi 

əhəmiyyətini хüsusi olaraq qeyd edirdi. 

Yazıçı A.Kononov «Uşaq ədəbiyyatı müharibə illərində» adlı 

məruzəsində İkinci Dünya müharibəsi dövrünü  

                                                 

1

 Бах: «Вятян уьрунда», 1942, № 9, с.14-22; № 10-11, с.62-63;  «Аэитаси- 



йа вярягяси», 1941, № 5-6 вя с. 


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə