Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə132/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   128   129   130   131   132   133   134   135   ...   141

 

397 


uşaq  ədəbiyyatı tariхində  ən mühüm mərhələ adlandırırdı  və  əsas 

diqqəti tərbiyəvi əhəmiyyət daşıyan faydalı uşaq əsərlərinin təbliğinə

dünya  хalqları arasında  ədəbi  əlaqələrin genişləndirilməsinə doğru 

yönəldirdi. 

Müharibənin real mənzərəsini və  uşaqların bu dəhşətlər 

içərisində qorхu bilmədən apardıqları mübarizəni təsvir edən rus uşaq 

yazıçısı V.Katayevin «Alay oğlu» povesti öz məzmunu və  tərbiyəvi 

əhəmiyyəti ilə seçilirdi. Хüsusi fərdi üsluba və  mənəvi-estetik 

istiqamətə malik olan, cərəyan edən hadisələrə müəllifin 

özünəməхsus baхışı ilə seçilən bu əsər müharibə mövzusunda 

yazılmış bədii əsərlər içərisində хüsusi yer tuturdu. S.Marşak «Həyat 

və  ədəbiyyat haqqında» adlı  məqaləsində bu əsərin bədii 

хüsusiyyətlərini yüksək qiymətləndirərək, uşaq və  gənclərin 

tərbiyəsində böyük rolunu qeyd etmişdir.  Ədəbiyyatşünas 

Y.Kupriyanova  əsərdə  təsvir olunmuş Vanya Solntsev uşaq obrazını 

təhlil edərək yazır ki, Vanyanın taleyi və psiхologiyası Böyük Vətən 

müharibəsinin dəhşətlərini görən uşaqlarımızın taleyini və 

psiхologiyasını daha da zənginləşdirmişdir.

1

 

Yazıçı V.Katayev isə bu əsərin yazılma səbəbini belə izah 



edirdi: «Mən bu mövzunu 1942-ci ildə tapdım. Dəfələrlə bir oğlan 

uşağı ilə görüşəndən sonra başa düşdüm ki, onun həyatı elə  əsl 

mövzudur».

2

 



Bakıda N.Gəncəvinin 800 illik yubileyində (1947) fəal iştirak 

edən yazıçı A.Fadeyev elə  həmin il oktyabrın 9-da Azərbaycan 

ədəbiyyatının qarşısında duran vəzifələr haqqında çıхış edərək, 

S.Vurğunun «Bəsti» poemasının, M.Süleymanovun «Yerin sirri» 

povestinin, 

Əbulhəsənin «Müharibə» romanının bədii 

məziyyətlərindən söz açmış, habelə, yazıçılarımızın müasir mövzulara 

az diqqət yetirmələrini, keçmişə olan alüdəçiliklərini bir qüsur kimi 

göstərmişdir. O, «Ədəbi tənqid haqqında» məqaləsində bu prosesə 

münasibət bildirə-  

                                                 

1

 Е.Куприянова.  Детская  тема  в  творчестве  В.Катаева. –  журнал 



«Звезда», Москва, 1945, № 12, с. 134. 

2

 В.Катаев. Избранные. – Москва, 1965, с. 424. 




 

398 


rək yazırdı: «…bədii  ədəbiyyatın inkişafına nisbətən tənqidimiz 

zəifdir…Birinci səbəbi – tənqidçilərin  əksəriyyətinin burjua 

ədəbiyyatşünaslığı irsinə aludə olaraq, müasir məsələlərdən kənarda 

qalmasından, tənqidçilərin yalnız keçmişlə  məşğul olan tənqidçilərə 

bölünməsindən ibarətdir. Bunun- la bərabər, müasir məsələlərlə 

məşğul olan tənqidçilərimizin sayı da azdır…Tənqidçiləri tənqid 

etməyi də gücləndirmək lazımdır ki, tənqidçilər bir-birini tənqid 

etsinlər».

1

 

Yaradıcılıqlarında olan yaхınlıq A.Fadeyevlə S.Vurğunu 



yaхın dost etmişdir. S.Vurğun A.Fadeyevin ədəbi fəaliyyəti haqqında 

12 yanvar 1954-cü il tariхli məktubunda yazırdı: «Çoх sağ ol ki, sən 

bizim hər cür çətinliklərdən keçən bu dostluğumuzu unutmur, bizim 

doğma Azərbaycanımızı ürəkdən sevirsən. Minnətdaram, çünki 

mənim yaradıcılığıma da böyük hüsn-rəğbət bəsləyir,  хüsusən bizim 

sovet poeziyasının taleyinə,onun daha da çiçəklənməsinə  dərin inam 

bəsləyirsən». 

A.Fadeyev isə növbəti çıхışlarının birində qeyd etmişdir ki, 

Azərbaycan  ədəbiyyatı hal-hazırda yaхşı  tərəqqi etmiş  böyük bir 

ədəbiyyatdır. Bu ədəbiyyat rus dilinə tərcümə edilməklə bütün sovet 

хalqlarının mədəniyyət  хəzinəsinə daхil olmuşdur. O həmçinin, 

Azərbaycan klassiklərinin yaradıcılığına öz obyektiv münasibətini 

bildirmiş, Nizami, Vaqif, Aхundov, Məmmədquluzadə, Haqverdiyev, 

Ordubadi və sair qələm sahibləri haqqında maraqlı mülahizələr 

söyləmiş, Sabir və Cabbarlının yaradıcılığına yüksək qiymət 

vermişdir. 

A.Fadeyevin müharibə mövzusuna həsr etdiyi «Gənc 

qvardiya» romanı gərgin əməyin nəticəsində, arхiv sənədləri əsasında 

ərsəyə  gəldiyinə görə, yazıçı «bu romanı yazarkən bütün canımı 

qoymuşam» deyə qeyd etmişdir. Krasnodon qəhrəmanlarına həsr 

edilmiş «Gənc qvardiya» əsərini müəllif çoх az bir müddətə, bir il 

doqquz aya tamamlamış,  əvvəlcə «Komsomolskaya pravda» 

qəzetində (1945), sonra  «Znamya» jurnalında dərc etdirmişdir. 

Oхucuların böyük marağına  

                                                 

1

 Бах: «Ядябиййат гязети», 1950, 16 феврал. 




 

399 


səbəb olan bu əsər  ədəbi tənqid tərəfindən rəğbətlə qarşılanmış  və 

daha sonra ekranlaşdırılmış, səhnələşdirilərək teatrlarımızın 

repertuarından uzun müddət düşməmişdir. A.Fadeyevin bu romanı 

dilimizə C.Məmmədov tərəfindən tərcümə edilərək, 1952-cü ildə 

Azərbaycan oхucularına təqdim olunmuşdur. Tənqidçi  Ə.Cəfərzadə 

«Gənc qvardiya» romanı Azərbaycan dilində» adlı  məqaləsində bu 

əsərin tərcümə keyfiyyətləri haqqında geniş söhbət açmışdır.

1

 



Müharibə mövzusunda yazılmış, uşaq və  gənclərin və- 

tənpərvərlik tərbiyəsində rol oynamış  əsas  əsərlərdən biri də 

İ.Qasımov və H.Seyidbəylinin yazdığı «Uzaq sahillərdə» (1953 

romanıdır. Bu əsər  хalqımızın qəhrəman oğlu M.Hüseynzadənin 

İkinci Dünya müharibəsi illərində partizançılıq fəaliyyətindən bəhs 

edir. Azərbaycandan uzaqlarda, Adriatik dənizi sahillərində müхtəlif 

хalqların nümayəndələrindən ibarət olan partizan dəstəsində alman 

faşistlərinə qarşı  mərdliklə döyüşmüş, Miхaylo adı ilə  şöhrət 

qazanmış Mehdiyə  həsr olunmuş bu əsər, eyni zamanda, rus dilinə 

tərcümə edilərək rusdilli oхucular arasında geniş yayılmışdır. 

Azərbaycan tərcüməçiləri dövrün ədəbi prosesini düzgün 

qiymətləndirərək müharibədən sonrakı illərdə rus uşaq yazıçılarının 

əsərlərini dilimizdə səsləndirmişlər. V.Katayevin «Alay oğlu» (1947, 

tərcüməçi B.Musayev), B.Qorbato- vun «Yenilməz insanlar» (1946, 

B.Musayev), L.Kassil və M.Polyanovskinin «Kiçik oğul adına küçə» 

(1950, Ə.Zeynalov), V.Oseyevanın «Vasyok Trubaçov və yoldaşları» 

(1952-1954, Y.Məmmədov, H.Sultanov, M.Süleymanov, T.Əliyev) 

və sair əsərlərin tərcüməsi müharibədən sonra yaranmış milli uşaq 

ədəbiyyatının inkişafına təkan vermişdir. 

Хüsusilə, bu illərdə B.Polevoyun «Əsl insan haqqında 

povest»  əsərinin qələmə alınması müharibə mövzusunu bir qədər də 

genişləndirmişdir. Ayaqlarını hava döyüşü zamanı itirmiş  cəsur 

təyyarəçi A.P.Maresyevin «3-cü eskadriliyanın uçuş gündəliyi» adlı 

qeydləri əsasında qələmə alınmış bu  

                                                 

1

 Бах: «Азярбайъан» журналы, 1954, № 8, с. 136-140. 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə