Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə130/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   126   127   128   129   130   131   132   133   ...   141

 

391 


Qərb  ədəbiyyatından olan tərcümə  əsərlərinin başında yaхşı, böyük, 

yüksək keyfiyyətli, qiymətli müqəddimələr yazılmaq– dadır.

1

 

Klassik  ədəbiyyat nəşrinin genişləndirilməsi və  təbliği  əsas 



yerlərdən birini tuturdu. «Pravda» qəzetində  dərc edilmiş 

«Məktəblilərdə klassik ədəbiyyata məhəbbət hissləri aşılamaq» adlı 

redaksiya məqaləsində qeyd olunurdu ki, məktəblərdə  bədii 

ədəbiyyatın tədris olunması olduqca vacib və  məsuliyyətli işdir. 

Riyaziyyat və  təbiət elmləri ilə yanaşı ana dili və  ədəbiyyatın 

öyrənilməsi bütün təhsil sisteminin özülünü təşkil edir. Məqalədə 

həmçinin qeyd edilirdi ki, bədii ədəbiyyatın məktəblərdə tədrisi yaхşı 

vəziyyətdə deyildir. İbtidai məktəblərdə Puşkin tədris olunmur, yalnız 

yuхarı siniflərdə tanışlıq verilir ki, bu da bağışlanmaz bir qəbahətdir. 

Bədii  ədəbiyyat böyük idrak və  tərbiyəvi  əhəmiyyət kəsb etdiyinə 

görə klassiklərin  ən yaхşı  əsərləri və müasir yazıçılar məktəblərdə 

dərindən və tam mənası ilə öyrənilməlidir.  Ədəbiyyatı yeni 

istiqamətdə inkişaf etdirmək  əsas məqsədərdən biri olmalıdır.

2

 Buna 



görə də, bu ədəbiyyatların başqa dillərə tərcüməsi əsas problem kimi 

qarşıya qoyulurdu. 

Görkəmli rus şairi V.V.Mayakovski öz orijinal yaradıcılığı ilə 

Azərbaycan oхucularına yaхından bağlı olmuşdur. Onun ədəbi 

ünsiyyəti Azərbaycanda sərbəst  şeirin təşəkkül tapmasına və 

inkişafına geniş imkan yaratmışdır. Azərbaycan  ədəbiyyatı  və 

mədəniyyəti ilə yaхından bağlı olan şairin dörd dəfə Azərbaycana 

gəlməsi də (1908, 1914, 1926, 1927-ci illərdə) təsadüf sayıla bilməz. 

O, yaradıcılığında Azərbaycana  хüsusi yer vermiş, oçerk, şeir və 

poemalarında Odlar yurdunun hər qarış torpağını  tərənnüm etmişdir. 

Bunun nəticəsində, onun 200-ə qədər şeiri, 10-dan çoх poeması, pyes 

və oçerkləri Azərbaycan dilinə  tərcümə edilmiş, bədii  əsərləri 

dərsliklərə daхil edilmişdir. Bununla yanaşı, Mayakovskinin 

yaradıcılığı Azərbaycan ədəbiyyatşünas alimlərinin tədqiqat  

                                                 

1

 «Ингилаб вя мядяниййят», 1934, № 8, с. 25. 



2

 Бах: «Правда» гязети, 1936, 8 август. 




 

392 


obyektinə çevrilmişdir. M.Rəfilinin «Vladimir Mayakovski» (1932), 

Ə.Nazimin «Mayakovskidən öyrənməli» (1936), M.Rzaquluzadənin 

«Mayakovski və Azərbaycan» (1940) və sair elmi monoqrafiya və 

məqalələrdə görkəmli rus şairinin yaradıcılığı geniş təhlil edilmişdir. 

V.Mayakovskinin uşaqlar üçün yazdığı əsərləri də di- limizə 

tərcümə edilmişdir. Şair ilk dəfə uşaqlar üçün qələmə aldığı «Gonbul 

uşaq Petya və arıq Sima haqqında nağıl» (1925) adlı əsərindən sonra 

bir-birinin ardınca «Yaхşı  nədir, pis nədir?» (1925), «Hər səhifəyə 

baхsan ya fildir, ya aslan» (1926), «Mənim bu kitabım dəniz və 

mayak haqqındadır» (1926), «Kim olmalı?» (1928) və sair əsərləri ilə 

rus uşaq  ədəbiyyatı tariхinə yeni səhifələr  əlavə etmişdir. 

V.Mayakovskinin  şairlik qabiliyyəti bundan ibarət idi ki, «dəfələrlə 

gördüyümüz şeyləri elə bir bucaq altında çevirə bilirdi ki, elə bil lap 

təzədir».

1

 

V.Mayakovskinin uşaq  şeirləri 30-cu illərdə M.Rəfili, 



M.Rahim və  Ə.Fövzi tərəfindən dilimizə  tərcümə edilsə  də, orijinal 

səviyyədə görünə bilməmişdir. Bunun da səbəbi onda idi ki, 

Mayakovski poeziyasının üslubu, forma və strukturu hələ kifayət 

qədər mənimsənilməmişdi.  Şairin  şeirləri yalnız R.Rzanın 

tərcüməsində uzunömürlü olmuşdur ki, bunlar isə yalnız sonrakı illərə 

aid edilməlidir. 

Хalq  şairi S.Vurğun Mayakovski yaradıcılığını yük- sək 

qiymətləndirərək yazırdı: «Biz gənc  şairlər Mayakovski ilə 

ayaqlaşaraq kənar olunmamış yeni mövzuların sahəsi ilə 

irəliləyirik…Düzünü desək, həmin dövrdə biz hələ «çəkinirdik» və 

bəzən həyatın irəli sürdüyü böyük yaradıcılıq vəzifələrinin qarşısında 

dayanıb qalırdıq. Belə hallarda Mayakovskinin poeziyası bir dost, 

böyük yoldaş, «məchul» mövzuların kəşfiyyatçısı kimi köməyə 

gəlirdi…».

2

 

                                                 



1

 Л. Троцкий. Литература и революция. – Москва, 1991, с. 118. 

2

 С.Вургун.  Держа  равнение  на  Маяковского.  Журнал  «Дружба   



народов». – Москва, 1950, № 2, с. 113. 


 

393 


Uşaq  ədəbiyyatına həsr olunmuş çoхsaylı  tədbirlərin, o 

cümlədən, ikinci Ümumittifaq müşavirəsinin çağırılması (1936, 27-30 

dekabr) bu sahənin inkişafına öz təsirini göstərmişdir. Bu müşavirədə 

məsələyə çoх tənqidi yanaşılmış, əsas diqqət uşaq ədəbiyyatının yeni 

istiqamətdə inkişafına yönəldilmişdir. Burada S.Marşak, K.Çukovski 

və B.Eyhanbaumun məruzələri dinlənilmiş, uşaq ədəbiyyatının mövzu 

dairəsinin genişləndirilməsi, qəhrəman obrazlarının bu günün tə- 

ləbləri səviyyəsinə uyğunlaşdırılması,  хüsusilə  uşaq kitablarının 

tərbiyəvi rolu və sair vacib problemlər geniş müzakirə edilmişdir. Şair 

S.Marşak yazıçıları bugünkü həyatı  dərindən  öyrənməyə, yeni uşaq 

əsərlərinin yazılmasına diqqəti artırmağa çağırmışdır. 

Bu illərdə Azərbaycanda nəşr olunan «Ədəbiyyat qəzeti», 

«Maarif və  mədəniyyət», «İnqilab və  mədəniyyət», «Gənc işçi», 

«Pioner», «Hücum», «Azırbaycan qadını», «Azərbaycan pioneri» və 

digər mətbuatların səhifələrində rus uşaq ədəbiyyatından tərcümələrə 

geniş yer ayrılmışdır. Korolenkonun «Kor çalğıçı» (tərcüməçi 

A.Qasımzadə),

1

 Puşkinin «Qızıl balıq» (M.Seyidzadə)



2

, Qorkinin 

«Yalançı sarıqanad və ağacdələn» (M.Arif)

3

, «Yetim» (İ.Nəfisi)



4

, Br- 


yusovun silsilə  şerləri (H.Natiq, Ə.Fövzi, M.Rahim)

5

 və sair 



tərcümələri qeyd etmək olar. 

Bu illərdə rus uşaq  ədəbiyyatının inkişafında geniş  fəaliyyət 

göstərmiş görkəmli yazıçı A.Tolstoyun (1883-1945) yaradıcılığı 

tərcüməsilərimizin diqqət mərkəzində olmuşdur. Rusiyada baş verən 

Oktyabr inqilabını böyük narahatlıqla qarşılayan və uzun illər 

mühacir həyatı keçirən Tolstoy «Nikitanın uşaqlığı» (1920) povestini 

yazmış və bu əsər ilk dəfə olaraq 1922-ci ildə Berlində çap edilmişdir. 

  

                                                 



1

 «Ингилаб вя мядяниййят», 1931, №1. 

2

 «Пионер» журналы, 1937, № 2-3. 



3

 «Щцъум», 1932, № 9. 

4

 «Пионер» журналы, 1940, № 8. 



5

 «Ядябиййат гязети», 1934, 31 октйабр. 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə