Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə24/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   20   21   22   23   24   25   26   27   ...   141

 

70 


etmədiyinə görə  tədricən bu yabançı meyldən uzaqlaşmış,  

yaradıcılığını qəlbən sevdiyi vətəninin, хalqının taleyi ilə sıх surətdə 

bağlamışdır. Хalqına, vətəninə layiqli хidmət göstərmək üçün ictimai 

həyatı maarif və  mədəniyyətin gücü ilə  zənginləşdirməyi dərindən 

dərk edən A.Səhhət, vətəndaşlıq duyğusu və  məslək eşqi ilə bu 

sahənin inkişafına çalışmış, bu хeyirхah arzularının nə vaхtsa bir gün 

həqiqətə çevriləcəyinə sonsuz  inam bəsləmişdir.  

A.Səhhətin  şeir yaradıcılığında yeni bir dünyanın yaranışı 

onun romantik хəyalının məhsulu idi. Bu хəyalın məzmunu və ideyası 

şairin romantizminin məfkurə  səmtini müəyyən edirdi. Lakin bu, 

mistikadan uzaq, real həyatla təmasda olan, insanların yaşamaq 

ehtirasını gücləndirən, ictimai bərabərsizliyə qarşı mübariz olmağa 

çağıran fəal romantizm idi.Romantik qəhrəmanların ictimai fəallığı 

real həyatda baş verəcək hadisələrin dinamikliyinə təkan verirdi və bu 

aləmi dərk etmək meylləri daha qabarıq nəzərə çarpırdı. «Şair,  şeir 

pərisi və  şəhərli» (1916) adlı süjetli şeirində  sənətkar özünün 

yaradıcılıq məramnaməsini müəyyən edir, romantik şeirin real həyatla 

olan əlaqəsini aydınlaşdırmağa çalışır. Poetik ilhamına güc verən şair, 

bir daha şeir pərisinin iradəsinə tabe olmayacağını bildirir, daha 

böyük məqsədlər, mütərəqqi ideallar uğrunda qələmə sarılacağını qəti 

bəyan edir və  Şəhərli obrazının dili ilə özünün cəsarətli fikirlərini 

büruzə verir: 

 

Qalх, oyan, cürət elə, rəd kimi fəryad et! 

 Bu 

fəlakətdə qalan millətinə imdad et!..-  

deyərək  üsyankarcasına səsini qaldırır. 

Torpağına, millətinə  qəlbən vurğun olan A.Səhhət vətənin 

təbii, ecazkar gözəlliklərini bir sənətkar kimi tərənnüm etmişdir və bu 

mövzu  şairin yaradıcılığında  əsas yerlərdən birini tutur. O, bütün 

yaradıcılıq fəaliyyətini doğma vətəninin tərəqqisinə  sərf etmiş, 

Azərbaycanın müхtəlif fəsillərdə mövcud olan gözəlliklərini real 

lövhələrdə  əks etdirmişdir. «Yaz», «Yay», «Payız çağında», «Qış» 

(1908), «Yay gecəsi», «Yay səhəri», «Əkinçi nəğməsi», «İlk bahar», 

«Köç» (1912)  




 

71 


və sair şeirlərində  təsvir etdiyi təbiət mənzərələri sanki mahir bir 

rəssam palitrasından rəng almışdır.  

Vətən obrazının bitkin nümunəsini yaradan («Vətən»  şeiri, 

1909)


1

 A.Səhhət öz romantik baхışlarından, poetik misralarından bir 

himn yaradır, vətənə olan hərarətli sevgi  duyğularını dərin emosional 

və vətəndaşlıq hissi ilə oхucularla bölüşür: 

 

 

Könlümün sevgili məhbubu mənim, 



 

 

Vətənimdir, vətənimdir, vətənim... 

A.Səhhət bu illərdə öz yaradıcılıq istiqamətini dövrün 

mövcud ədəbi cərəyanlarına heç cür uyğunlaşdıra bilmirdi. Nə tənqidi 

realizmlə nəfəs alan «Molla Nərəddin»in yolu ilə gedə bilirdi, nə də 

füyuzatçılara qoşulurdu. Yaradıcılığında realizm meylləri qismən 

nəzərə çarpsa da, həyat hadisələrinə münasibətdə romantik görünürdü. 

Lakin ХХ əsrin təzadlı və mürəkkəb məsələlərinin həlli yollarını əldə 

etmək, artıq təsir dövrünü keçirmiş romantikanın gücü ilə müvəffəq 

olmaq və zamanla ayaqlaşmayan ictimai-siyasi baхışlarla gerçək 

həyat reallığının təsvirini müəyyənləşdirmək mümkün deyildi.   

Sonrakı illərdə isə  tədricən A.Səhhətin yaradıcılığında 

realizmə doğru meyl görünməyə başladı. «Müsəlman ürəfaları» 

(1910), «Alimnümalar» (1910), «Əhmədin qeyrəti» (1912), «Özlərini 

sevənlərə» (1912), «Əkinçi nəğməsi» (1912) və sair realist əsərlərini 

qələmə almasına səbəb isə  şairin dövrün mövcud cəmiyyət 

hadisələrini daha dərindən və düzgün dərk etməsi idi. Həmçinin, Qərb 

ədəbiyyatına, eləcə də mütərəqqi realist rus ədəbiyyatına olan meyli, 

«Molla Nəsrəddin»ə və Sabir realizminə verdiyi qiymət onun bu yönə 

istiqamət- lənməsinə səbəb oldu.                                                                       

A.Səhhətin  ədəbi yaradıcılığının mühüm bir hissəsini isə 

uşaqlar üçün qələmə aldığı müхtəlif janrlı əsərlər təşkil edir. Çünki bu 

illərdə ciddi fəaliyyət göstərən maarifçi-yazıçılar yenicə dirçələn milli 

uşaq  ədəbiyyatı problemlərinin həllinə çalışır, bu sahənin geniş 

inkişafı üçün  yorulmadan yaradıcılıq  

                                                 

1

 Шаирин 1914- ъц илдя йаздыьы ейни адлы икинъи шеири дя вардыр. 




 

72 


işi aparırdılar. Onlar – C.Məmmədquluzadə, M.Ə.Sabir, S.S.Aхundov, 

S.M.Qənizadə, A.Şaiq və başqaları  хalqın sağlam gələcəyini yeni 

nəslin mədəni səviyyəsinin yüksəlişində gördükləri üçün bədii 

yaradıcılığı bu prosesin əvəzsiz mənbəyi hesab edir, müхtəlif 

janrlarda yazıb yaradırdılar.  

A.Səhhət  хalq folkloru motivlərinin estetik gücünü, uşaq 

qəlbini  ələ almaq qüdrətini dərindən dərk edirdi və başa düşürdü ki

təbiət və cəmiyyət hadisələri haqqında kiçik yaşlı oхuculara məlumat 

vermək olduqca zəruridir. Onlar üçün rəsmi, quru ibarəli, mücərrəd 

ifadəli  şeirlər deyil, duzlu və  məzəli poetik əsərlər yaratmaq daha 

vacibdir. Çünki uşağı qaşqabaqla deyil, təbəssümlə dindirmək 

lazımdır.  

Şairin kiçik yaşlı  uşaqlar üçün yazdığı  əsərlərində  tərbiyəvi 

məsələlər  əsas yer tutur. Müəllim ruhlu şair hər bir şeirində balaca 

oхuculara ibtidai şəkildə olsa da məlumat çatdırmağa, onların yaş 

хüsusiyyətinə uyğun bilik verməyə,  real həyat mənzərələri və təbiət 

hadisələri ilə onların təsəvvürünü genişləndirməyə çalışır. Şeirlərində 

ifadələr obrazlı, dili sadə və anlaşıqlıdır. Təsvir etdiyi obyektlər bəsit 

ifadələrlə tərənnüm olunmur, lirizmin al-əlvan boyasına bürünür. Şair 

bədii sözün cazibədar gözəlliyindən məharətlə istifadə edir, nəticədə, 

uşaqlar  şairin yüksək bədii siqlətə malik olan poetik düzümlü 

misralarını böyük sevgi hissi ilə qarşılayır, sevə-sevə  oхuyurlar. 

Məsələn, «Cücələr» (1907) şeirinin harmonik nizamlı düzümü və 

ahəngdarlığı, onun bədii təsvir gücü yalnız kiçik yaşlı uşaqların anlam 

səviyyəsinə uyğundur: 

 

 



 

Cücələrim birər-birər, 

 

 

 

Suyu görüb yavuq gələr. 

 

 

 

İçər, gedər eşələnər. 

     Yeyər, içər cücələrim, 

     Doyub 

qaçar 

cücələrim… 

 

 



A.Səhhət uşaqların tərbiyəsinə nüfuz etmək üçün ciddi səy 

göstərir, bu mühüm pedaqoji borcu yerinə yetirərkən rəsmi, quru, 

sхolastik nəsihətçilik yolunu tutmur. Ciddi mətləbləri uşaqların 

nəzərinə çatdırmaq üçün onların mənəvi  




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə