GeçMİŞİ, bugüNÜ ve geleceğİ



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə24/368
tarix11.04.2018
ölçüsü8,38 Mb.
#37823
1   ...   20   21   22   23   24   25   26   27   ...   368

U L U S L A R A R A S I   S E M P O Z Y U M  

“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI” 

(Dil, Folklor, Edebiyat, Sanat, Tarih) 

 

 



 

AZƏRBAYCAN MÜHACİRƏT ƏDƏBİYYATINDA "QURBAN 

SƏİD" GİZLİNLƏRİ 

 

Bədirxan ƏHMƏDOV



1

 

                                                               

         Azərbaycan  mühacirət  ədəbiyyatına  daxil  olan  bütün  forma  və 

janrlar (poeziya, publisistika, dramaturgiya, nəsr və s.) içərisində ən məşhur 

əsər  Qurban  Səidin  “Əli  və  Nino” romanıdır.  İndiyədək  kim  tərəfindən  və 

hansı  dildə  yazıldığı  barədə  mübahisələrin  kəsilmədiyi  bu  roman  hətta 

populyarlığın  miqyası,  coğrafiyasına  görə  kiçik  həcmli  şeirləri  belə  arxada 

qoyur.  Nəinki  mühacirət  ədəbiyyatı,  eləcə  də  vətəndə  yazılan  bütün  bədii 

düşüncə  məhsullarından  başqa  dillərə  tərcüməsi  baxımından  da  roman 

öncüllüyü özündə saxlayır. Təkcə bunu demək kifayətdir ki, otuzdan çox dilə 

tərcümə olunan bu əsər son on ildə dünyada ən çox oxunan əsərlərdən olmuş 

və  bestsellerə  çevrilmişdir.  Bu  cəhətdən  əsərin  bu  aqibətini  Mirzə  Şəfi 

Vazehin  “Şərqilər"i  ilə  müqayisə  etmək  olar.  Əgər  Mirzə  Şəfi  “Şərqilər”i 

XIX  əsrdə  bütün Avropanı  dolaşmışdısa,  XX  əsrdə  həmin  uğuru  “Əli  və 

Nino” yaşadı. Ancaq  Mirzə  Şəfi  “Şərqilər"i  yalnız Avropanı  dolaşmışdısa, 

“Əli  və  Nino” bütün  dünyaya  səs  salmışdır.  Maraqlıdır  ki,  hər  iki  fakt 

Avropada  reallaşmış  və  bu  ədəbi  hadisələrin  milli  düşüncə  orbitinə  daxil 

olması  üçün biz  istər-istəməz Avropaya  minnətdar  olmuşuq.  Lakin  onu  da 

demək  lazımdır  ki,  hər  iki  hadisə Azərbaycan  ədəbi  mühitinin  faktına  çox 

sonralar, ən azı yazıldığı dövrdən əlli il sonra daxil olub. Belə bir paralellik 

də diqqəti cəlb edir ki, hər iki hadisə üzərinə Avropada elə bir halə çəkilib ki, 

onlarla  tədqiqatların  yazılmasına  rəğmən,  hələ  də  bəzi  məsələlərə  aydınlıq 

gətirmək  mümkün  olmayıb.  Azərbaycan  mühacirət  tarixinin  yetərincə 

araşdırılmaması  da  “Əli  və  Nino”nun üzərindəki  gizlinlərin  qaldırılmasına 

mane olan amillərdəndir. 

 

 “Əli  və  Nino”  romanı  və  onun  müəllifi  ədəbiyyatşünas  və 



tənqidçilərin  qarşısında  hələ  ki,  bir  dilemma  olaraq  qalır.  Nizami  adına 

Ədəbiyyat  İnstitutu  90-cı  illərin  sonlarında  bir  dəfə  bu  problemi  müzakirə 

etsə də, bir nəticə olmamışdır. Artıq yarım əsrə yaxındır ki, "Əli və Nİno" 

                                           



1

 

Prof. Dr., Milli Bilimler Akademisi, Nizami adına Edebiyat Enstitüsü



 

 

 



Sayfa 46 / 847


Bədirxan ƏHMƏDOV

 

U L U S L A R A R A S I   S E M P O Z Y U M  



“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI” 

(Dil, Folklor, Edebiyat, Sanat, Tarih) 

 

əsəri  dünyanı  dolaşmaqla  yanaşı,  özü ilə  müəllif  dilemmasını  da  gəzdirir. 



Əsərin  müəllifi  olaraq  gah  Məhəmməd  Əsəd  bəy,  gah  Yusif  Vəzir 

Çəmənzəminli, gah da müxtəlif adlar keçir. Hətta Qurban Səid adının yanına 

Məhəmməd  Əsəd  və Yusif Vəzir  Çəmənzəminli  adlarını  qoşmaqla  əsər  bir 

neçə dəfə fərqli məkanlarda nəşr də olunub. Əsərin “ Qurban Səid” adından 

başqa adlarla nəşr olunması müəlliflik sahəsində hələ yekdil bir fikrin, eləcə 

də  ədəbiyyatşünaslıq  və  çap  mədəniyyətimizdə  vahid  bir  prinsipin 

olmamasını göstərir. Bu, əslində əsər və müəlliflə bağlı bütün faktların məhv 

edilməsindən daha çox, ədəbiyyatşünaslığımızın bu fakta biganə yanaşması, 

uzun müddət roman ətrafında gedən mübahisələri seyrçi kimi izləməsindən 

irəli gəlmişdir. Bu cəhətdən Mirzə Şəfi Vazehlə “Əli və Nino”nun müəllifi 

Qurban  Səidin  (hələ  ki,  şərti  olaraq  təxəllüs  deyil,  şəxsiyyət  hesab  edək!) 

müəlliflik  dilemmasında  bir  oxşarlıq  mövcuddur.  Fərq  burasındadır  ki, 

M.Ş.Vazehin  F.F.Bodenşdtin  tərcüməsində  Avropada  şöhrət  tapmış 

şeirlərinin müəlliflik hüququnun bərpasına şansı çox az olduğu halda, eləcə 

də  mövcud  ədəbiyyatşünaslığın  imkanlarının  məhdud  olduğu  bir  zamanda 

(yeni-yeni  formalaşan  milli  ədəbiyyatşünaslığımızın  Sovetlər  dönəmində 

Avropada  araşdırmalar  aparmağın  mümkün  olmadığı  bir  dövrdə) 

ədəbiyyatşünaslıq  bu  sirrin  üstünü  aça  bildi  (bu  da  20-30-cu  illər 

ədəbiyyatşünaslığının  zəhməti  və  intellekti  sayəsində  mümkün oldu!),  “Əli 

və  Nino”nun müəllifliyi  isə  artıq  yetmiş  ildən  çoxdur  ki,  həll  olunmamış 

qalır.  Bu  günə  qədər  otuzdan  çox  müxtəlif  dünya  dillərinə  tərcümə  olunan 

“Əli və Nino” romanı haqqında onlarla tədqiqat əsəri yazılsa da, müəlliflik 

məsələsi  hələ  də  açıq  qalır.  Maraqlı  burasıdır  ki,  “Əli  və  Nino” bütün 

dünyanı  dolaşdıqca,  yeni  dillərə  tərcümə  olunduqca  onun  haqqında 

yazılanlar  müəlliflik  məsələsindən  irəli    gedə  bilmir.  Lakin  onu  da  demək 

lazımdır  ki,  roman  haqqında  yazılanlarla,  müəllif  şəxsiyyəti  barədə 

yazılanlar  bir-birinə  tərs  mütənasibdir.  Romanın  mahiyyəti,  obrazları,  süjet 

xətti, bir sözlə poetikası və strukturu ilə bağlı çox az yazılmışsa, müəllifliyi 

ilə bağlı həddindən çox tədqiqatlar aparılmışdır. Aparılan bu tədqiqatlar isə 

roman müəllifinin həqiqi kimliyini üzə çıxarmaq məsələsində bir addım belə 

irəli gedə bilməmişdir, bəlkə də bir az da dolaşıqlıq yaradılmışdır. 

 "Əli  və  Nino"  romanı  ilk  dəfə  Vyananın  “ Tall” nəşriyyatında  alman 

dilində  nəşr  olunur;  lakin  o  qədər  də  diqqəti  cəlb  etməyərək  bir  müddət 

unudulur. Tədqiqatçılar bunun səbəbini faşistlərin Avstriyanı işğal etməsi və 

kitab  mağazalarında  bəyənmədikləri  kitabların  yandırılması  ilə  bağlayırlar. 

Bir  müddət  “Əli  və  Nino”  əsəri  tamamilə  yaddan  çıxır.  1970-ci  ildə 

İngiltərədə  çap  olunur,  bir  il  sonra  isə  Amerikada  nəşr  olunduqdan  sonra 

Sayfa 47 / 847




Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   368




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə