U L U S L A R A R A S I S E M P O Z Y U M
“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI”
(Dil, Folklor, Edebiyat, Sanat, Tarih)
AZƏRBAYCAN MÜHACİRƏT ƏDƏBİYYATINDA "QURBAN
SƏİD" GİZLİNLƏRİ
Bədirxan ƏHMƏDOV
1
Azərbaycan mühacirət ədəbiyyatına daxil olan bütün forma və
janrlar (poeziya, publisistika, dramaturgiya, nəsr və s.) içərisində ən məşhur
əsər Qurban Səidin “Əli və Nino” romanıdır. İndiyədək kim tərəfindən və
hansı dildə yazıldığı barədə mübahisələrin kəsilmədiyi bu roman hətta
populyarlığın miqyası, coğrafiyasına görə kiçik həcmli şeirləri belə arxada
qoyur. Nəinki mühacirət ədəbiyyatı, eləcə də vətəndə yazılan bütün bədii
düşüncə məhsullarından başqa dillərə tərcüməsi baxımından da roman
öncüllüyü özündə saxlayır. Təkcə bunu demək kifayətdir ki, otuzdan çox dilə
tərcümə olunan bu əsər son on ildə dünyada ən çox oxunan əsərlərdən olmuş
və bestsellerə çevrilmişdir. Bu cəhətdən əsərin bu aqibətini Mirzə Şəfi
Vazehin “Şərqilər"i ilə müqayisə etmək olar. Əgər Mirzə Şəfi “Şərqilər”i
XIX əsrdə bütün Avropanı dolaşmışdısa, XX əsrdə həmin uğuru “Əli və
Nino” yaşadı. Ancaq Mirzə Şəfi “Şərqilər"i yalnız Avropanı dolaşmışdısa,
“Əli və Nino” bütün dünyaya səs salmışdır. Maraqlıdır ki, hər iki fakt
Avropada reallaşmış və bu ədəbi hadisələrin milli düşüncə orbitinə daxil
olması üçün biz istər-istəməz Avropaya minnətdar olmuşuq. Lakin onu da
demək lazımdır ki, hər iki hadisə Azərbaycan ədəbi mühitinin faktına çox
sonralar, ən azı yazıldığı dövrdən əlli il sonra daxil olub. Belə bir paralellik
də diqqəti cəlb edir ki, hər iki hadisə üzərinə Avropada elə bir halə çəkilib ki,
onlarla tədqiqatların yazılmasına rəğmən, hələ də bəzi məsələlərə aydınlıq
gətirmək mümkün olmayıb. Azərbaycan mühacirət tarixinin yetərincə
araşdırılmaması da “Əli və Nino”nun üzərindəki gizlinlərin qaldırılmasına
mane olan amillərdəndir.
“Əli və Nino” romanı və onun müəllifi ədəbiyyatşünas və
tənqidçilərin qarşısında hələ ki, bir dilemma olaraq qalır. Nizami adına
Ədəbiyyat İnstitutu 90-cı illərin sonlarında bir dəfə bu problemi müzakirə
etsə də, bir nəticə olmamışdır. Artıq yarım əsrə yaxındır ki, "Əli və Nİno"
1
Prof. Dr., Milli Bilimler Akademisi, Nizami adına Edebiyat Enstitüsü
Sayfa 46 / 847
Bədirxan ƏHMƏDOV
U L U S L A R A R A S I S E M P O Z Y U M
“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI”
(Dil, Folklor, Edebiyat, Sanat, Tarih)
əsəri dünyanı dolaşmaqla yanaşı, özü ilə müəllif dilemmasını da gəzdirir.
Əsərin müəllifi olaraq gah Məhəmməd Əsəd bəy, gah Yusif Vəzir
Çəmənzəminli, gah da müxtəlif adlar keçir. Hətta Qurban Səid adının yanına
Məhəmməd Əsəd və Yusif Vəzir Çəmənzəminli adlarını qoşmaqla əsər bir
neçə dəfə fərqli məkanlarda nəşr də olunub. Əsərin “ Qurban Səid” adından
başqa adlarla nəşr olunması müəlliflik sahəsində hələ yekdil bir fikrin, eləcə
də ədəbiyyatşünaslıq və çap mədəniyyətimizdə vahid bir prinsipin
olmamasını göstərir. Bu, əslində əsər və müəlliflə bağlı bütün faktların məhv
edilməsindən daha çox, ədəbiyyatşünaslığımızın bu fakta biganə yanaşması,
uzun müddət roman ətrafında gedən mübahisələri seyrçi kimi izləməsindən
irəli gəlmişdir. Bu cəhətdən Mirzə Şəfi Vazehlə “Əli və Nino”nun müəllifi
Qurban Səidin (hələ ki, şərti olaraq təxəllüs deyil, şəxsiyyət hesab edək!)
müəlliflik dilemmasında bir oxşarlıq mövcuddur. Fərq burasındadır ki,
M.Ş.Vazehin F.F.Bodenşdtin tərcüməsində Avropada şöhrət tapmış
şeirlərinin müəlliflik hüququnun bərpasına şansı çox az olduğu halda, eləcə
də mövcud ədəbiyyatşünaslığın imkanlarının məhdud olduğu bir zamanda
(yeni-yeni formalaşan milli ədəbiyyatşünaslığımızın Sovetlər dönəmində
Avropada araşdırmalar aparmağın mümkün olmadığı bir dövrdə)
ədəbiyyatşünaslıq bu sirrin üstünü aça bildi (bu da 20-30-cu illər
ədəbiyyatşünaslığının zəhməti və intellekti sayəsində mümkün oldu!), “Əli
və Nino”nun müəllifliyi isə artıq yetmiş ildən çoxdur ki, həll olunmamış
qalır. Bu günə qədər otuzdan çox müxtəlif dünya dillərinə tərcümə olunan
“Əli və Nino” romanı haqqında onlarla tədqiqat əsəri yazılsa da, müəlliflik
məsələsi hələ də açıq qalır. Maraqlı burasıdır ki, “Əli və Nino” bütün
dünyanı dolaşdıqca, yeni dillərə tərcümə olunduqca onun haqqında
yazılanlar müəlliflik məsələsindən irəli gedə bilmir. Lakin onu da demək
lazımdır ki, roman haqqında yazılanlarla, müəllif şəxsiyyəti barədə
yazılanlar bir-birinə tərs mütənasibdir. Romanın mahiyyəti, obrazları, süjet
xətti, bir sözlə poetikası və strukturu ilə bağlı çox az yazılmışsa, müəllifliyi
ilə bağlı həddindən çox tədqiqatlar aparılmışdır. Aparılan bu tədqiqatlar isə
roman müəllifinin həqiqi kimliyini üzə çıxarmaq məsələsində bir addım belə
irəli gedə bilməmişdir, bəlkə də bir az da dolaşıqlıq yaradılmışdır.
"Əli və Nino" romanı ilk dəfə Vyananın “ Tall” nəşriyyatında alman
dilində nəşr olunur; lakin o qədər də diqqəti cəlb etməyərək bir müddət
unudulur. Tədqiqatçılar bunun səbəbini faşistlərin Avstriyanı işğal etməsi və
kitab mağazalarında bəyənmədikləri kitabların yandırılması ilə bağlayırlar.
Bir müddət “Əli və Nino” əsəri tamamilə yaddan çıxır. 1970-ci ildə
İngiltərədə çap olunur, bir il sonra isə Amerikada nəşr olunduqdan sonra
Sayfa 47 / 847