GeçMİŞİ, bugüNÜ ve geleceğİ



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə26/368
tarix11.04.2018
ölçüsü8,38 Mb.
#37823
1   ...   22   23   24   25   26   27   28   29   ...   368

Azərbaycan Mühacirət Ədəbiyyatında "Qurban Səid" Gizlinləri 

U L U S L A R A R A S I   S E M P O Z Y U M  

“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI” 

(Dil, Folklor, Edebiyat, Sanat, Tarih) 

 

romandakı  hadisələrlə  ilişkisi  olmadığını  nəzərə  alsaq  bu  ehtimalın  yalnız 



qonarar  üçün  olduğunu  görərik.  N.Atəşinin  son  araşdırmaları  nəticəsində 

Qurban  Səid  imzası  ilə  Məhəmməd  Əsəd  bəyin  “Sev gidən  bixəbər  kişi” 

əsərinin  tapılması  vəziyyəti  bir  qədər  də  aydınlaşdırır.  Bu  zaman 

Erenfelslərin bu imzaya iddiaları öz qüvvəsini itirir. Bununla belə, N.Atəşi 

peşəkar 

ədəbiyyatşünas 

olmadığından 

onun 


araşdırmaları 

ədəbiyyatşünaslığın faktına çevrilmədi. Üstəlik onun gətirdiyi sitatların heç 

birinin  mənbəyi  göstərilmir.  Beləliklə,  romanın  müəllifliyi  ilə  bağlı 

mübahisələr hələ ki, bu iki yazıçının-Məhəmməd Əsəd bəy və Yusif Vəzir 

Çəmənzəminlinin üzərində gedir.  

 

Lakin  axtarışlardan  sonra  əldə  etdiyimiz  mənbələr  "Əli  və  Nino" 



romanının  M.Əsəd  bəyə  məxsus  olması  barədə  qəti  hökm  verməyə  imkan 

verir.  


 

Əvvəlcə  keçmişə  nəzər  salaq;  Azərbaycanda  roman  haqda  ilk 

məlumatı  “Bak ı” qəzeti  vermişdir.  Məntiqə  Muradovanın  “ Ədəbi  əlaqələr 

genişlənir” məqaləsində  Qurban  Səidin  “Əli  və  Nino” romanının  İraqda 

“Qarda şlıq” jurnalında  dərc  olunması  ilə  bağlı  məlumat  verilirdi.

5

  Burada 



müəlliflik  məsələsinə  toxunulmurdu.  Lakin  Bəylər  Məmmədovun  “Qurban  

Səid kimdir” məqaləsində ilk dəfə olaraq Azərbaycanda romanın müəlliflik 

məsələsinə  münasibət  bildirilir.  Müəllif  əlinin  altında  olan  məhdud  sayda 

faktları araşdıraraq S.Yazıçıoğlunun gəldiyi sonucu təsdiq etməyə çalışır.

6

 

   



 “Əli  və  Nino” romanı  ilə  bağlı  araşdırmalar  əsərin  Mirzə  Xəzərin 

tərcüməsində ilk dəfə Azərbaycanda nəşr olunmasından (Azərbaycan, 1990, 

N1, 2, 3) sonra intensivləşir. Əsərin təqdimatında müəllifin Qurban Səid adlı 

adamın, ya da Y.V.Çəmənzəminlinin olduğu ehtimalı irəli sürülür. Romanın  

Azərbaycan dilində ilk nəşri də Qurban Səid adı ilə getmişdir. Nəşriyyatdan 

verilən kiçik müqəddimədə isə müəllifliklə bağlı əvvəldə qeyd etdiyimiz iki 

mülahizə  üzərində  dayanılır.  Əlbəttə,  bu  cür  qeydlərdə  müəllifi  aşkara 

çıxarmaq  müşkül  məsələ  idi  və  nəşriyyat  sadəcə  mövcud  mülahizələri 

xatırlatmaqla işini bitmiş hesab edir. Ancaq nəşriyyatın bu qeydində belə bir 

fikirlə razılaşmamaq olmazdı ki: ”Əlbəttə, biz roman barədəki mübahisələrə 

yekun  vurmaq  fikrində  deyilik.  Bu  fikirdəyik  ki,  “Əli  və  Nino” romanı 

Azərbaycan xalqının mənəvi sərvətidir və o öz sahibinə qaytarılmalıdır”.

7

  

       



Romanın  müəllifliyi  ilə  bağlı  mübahisələr  bundan  sonra  da  davam 

etmişdir.  Abbas  Abdulla  Hacaloğlu  “Bi lərəkdən  unutduqlarımız” 

                                           

5

 “ Bakı” qəzeti, 1971, 31 iyul  



6

 B.Məmmədov. Qurban Səid kimdir, Elm  və həyat, 1987, 2 

7

 Qurban Səid. Əli və Nino, Bakı, Yazıçı, 1993, s. 3 



Sayfa 50 / 847


Bədirxan ƏHMƏDOV

 

U L U S L A R A R A S I   S E M P O Z Y U M  



“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI” 

(Dil, Folklor, Edebiyat, Sanat, Tarih) 

 

məqaləsində əsərin müəllifinin Y.V.Çəmənzəminli olduğu fikrini irəli sürür.



8

 

Müzakirələrə Y.V.Çəmənzəminlinin oğulları Fikrət və Orxan Vəzirovlar da 



qoşulur; onlar “Əli və Nino”da olan bəzi fikirlərlə Çəmənzəminlinin əsərləri 

və  gündəliklərindəki  fikirlərin  üst-üstə  düşdüyünə  diqqət  çəkir  və  onun 

atalarına  məxsus  olduğunu  bildirirdilər.

9

  Bu  fikir  yazıçı  Qılman  İlkinin  və 



Süleyman Vəliyevin məqalələri ilə daha da möhkəmlənir.

10

 Bir qədər sonra 



isə (7 mart 1995-ci il) bir qrup yazıçı Azərbaycan Mətbuat və İnformasiya 

naziri  S.Rüstəmxanlıya  romanın  Y.V.Çəmənzəminlinin  adına  çap 

olunmasını xahiş edirlər. Ədəbiyyat İnstitutu da məsələyə münasibət bildirsə 

də  mübahisələr  səngimir.  Burada  və  Yazıçılar  Birliyində  gedən 

müzakirələrdə  romanın  Y.V.Çəmənzəminliyə  aid  olduğu  bir  daha  iddia 

edilir.


11

  

 



Bundan  sonra  mübahisələrə  YUNESKO-da  o  zaman  şöbə  müdiri 

işləyən  Ramiz  Abutalıbov,  professor  Pənah  Xəlilov,  professor  Tofik 

Hüseynoğlu,  professor  Şamil  Cəmşidov,  professor  Zeydulla  Ağayev, 

professor  Çingiz  Qurbanlı  da  qoşulur.  Uzun  müddət  Parisdə  yaşayaraq 

Azərbaycan  mühacirət  tarixi  ilə  yaxından  maraqlanan  R.Abutalıbovun  

araşdırmaları  faktoloji  tərəfi  və  obyektivliyi  ilə  fərqlənir.  Professor 

P.Xəlilovun  məqalələrində  də  məsələyə  aydınlıq  gətirilməyə  çalışılır.

12

 



Tədqiqatçı  problemlə  bağlı  məqalələrini  toplayaraq  “Əli  və  Nino” 

problemləri” adlı kitab da nəşr etdirir.

13

 P.Xəlilovun tədqiqatlarının əsasında 



S.Yazıçıoğlunun  istinadları  (M.Türkəqul  və  Y.Qəhrəmanın  fikirləri),  eləcə 

də Y.Vəzirin əsərləri ilə səsləşən arqumentlər dayanırdı. 

   

 Prof.  Şamil  Cəmşidov  isə  problemə  faktoloji  cəhətdən  deyil, 



Y.V.Çəmənzəminlinin arxivi və əsərləri ilə səsləşən hissələrə diqqət yetirir. 

Tədqiqatçı  Y.Vəzirin  "Bir  qaçqının  dəftərindən"  hekayəsinə  istinadən 

Fransada  olduğu  müddətdə  dolanışıq  ucbatından  mühacir-yazıçının  özünün 

yazılarını  satması  bədii  faktına  diqqət  çəkir.  Bu  fakt  romanın 

Y.V.Çəmənzəminli  tərəfdarlarının  fikrini  qüvvətləndirdi.  Tədqiqatçı 

                                           

8

 Ədəbiyyat qəzeti, 1991, 14 iyun 



9

 Ədəbiyyat qəzeti, 1992, 14 avqust 

10

 Q.İlkin. “ Əli və Nino” romanının müəllifi Yusif Vəzir 



Çəmənzəminlidir.Azərbaycan, 1994, 21 iyun; S.Vəliyev. Böyük sənətkarın sirləri. 

Respublika, 1994, 26 iyun 

11

 Vacib müzakirə. Ədəbiyyat qəzeti, 1996, 26 aprel 



12

 “ Əli və Nino” Yusif Vəzir Çəmənzəminlinindir.Ədəbiyyat qəzeti, 1996, 26 aprel; 

Sirr açılır, Ədalət qəzeti, 1997, 17 oktyabr; Gizlindən açıqlığa. Respublika, 1999, 12 

mart və s. 

13

 P.Xəlilov. “ Əli və Nino” problemləri. Bakı, Nurlan, 2000, 34 səh. 



Sayfa 51 / 847


Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   368




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə