GeçMİŞİ, bugüNÜ ve geleceğİ



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə28/368
tarix11.04.2018
ölçüsü8,38 Mb.
#37823
1   ...   24   25   26   27   28   29   30   31   ...   368

Azərbaycan Mühacirət Ədəbiyyatında "Qurban Səid" Gizlinləri 

U L U S L A R A R A S I   S E M P O Z Y U M  

“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI” 

(Dil, Folklor, Edebiyat, Sanat, Tarih) 

 

 



 “Əli  və  Nino” romanını  məchulluqdan  qurtarmaq  üçün romanın 

hansı  dildə  yazıldığını  müəyyənləşdirmək  əsas  problemlərdən  biridir; lakin 

burada da qeyri-müəyyənlik davam edir. Ortada əlyazma olmadıqda müxtəlif 

ədəbiyyatşünaslar ehtimallar irəli sürməkdən başqa çarə tapmırlar. Romanın 

yazıldığı  dil  ona  görə  müəyyənləşmir  ki,  müəllif  olaraq  bir  neçə  yazarın 

üzərində dayanılır. Əsərin türk dilinə tərcüməçisi Semih Yazıçıoğlu romanın 

Azəri türkcəsi ilə yazıldığını Mustafa Türkəqula istinadən iddia edir: “Əli və 

Nino”nun  orijinal  olaraq,  Azərbaycan  türkcəsi  ilə  yazıldığı  dəqiqdir. 

Sonradan Yusif Vəzir bu əsəri bir alman dostunun köməyi ilə almanca yazır. 

Sonradan  bu  əsərin  almancası  Avstriyanın  mərkəzi  Vyana  şəhərində  bir 

nəşriyyat  evinə  təqdim  edilir”.

16

  Göründüyü kimi,  bu  əsərin Azərbaycanca 



yazılması  ona  görə  sübut  edilməyə  çalışılır  ki,  onun  müəllifliyi 

Y.V.Çəmənzəminliyə aid edilsin. 

 

Romanın müəllifliyi ilə bağlı B.Bleyerin səhv yanaşmasından biri də 



romanda  tərcümeyi-halın  izlərini  axtarmasıdır.  Tədqiqatçı  araşdırmalarında 

onlarla bu cür izlər, ehtimallar irəli sürür. Maraqlıdır ki, N.Atəşi də romanda 

bu  cür  izlər  axtarır.  Olsun  ki,  romandakı  epizodlarla  yazıçının  tərcümeyi 

halının üst-üstə düşən məqamları olsun. Lakin "Əli və Nino"nu nə dərəcədə 

tərcümeyi-hal romanı hesab etmək olar!? Əgər belədirsə, bəs "İstanbullu qız" 

romanı  niyə  diqqətdən  kənarda  qalır?  Nəyə  görə  bu  romanda 

Y.V.Çəmənzəminlinin  ömürlüyünə  aid  bir  işarə  belə  yoxdur?  Deməli, 

müəllifliyi bədii mətndə deyil, arxivlərdə axtarmaq və hər hansı bir məsələdə 

"əlahəzrət  fakt"a  söykənmək  lazım  gəlir.  Qurbanssəidşünaslığın  sonuncu 

nümayəndəsi  türk  ədəbiyyatşünası  Orxan  Arasdır.  O,  alman  dilini 

bildiyindən  və  Almaniyada  yaşayıb  araşdırmalar  apardığından  elmi 

dövriyyəyə  yeni  sənədlər  və  faktlar  gətirmişdir.  Azərbaycanda  üzərində 

çalışdığı dissertasiyanın Məhəmməd Əsəd bəyin həyat və yaradıcılığına həsr 

olunması  bu  sahədə  irəliləyişin  olmasına,  yeni  elmi  nəticələrə  gəlməsinə 

imkan yaradır. 

 

Kimlərsə romanın müəlliflik məsələsinin artıq həll olunmuş məsələ 



hesab edə bilərlər; ancaq nə qədər ki, müəllif məsələsində yekdil qənaətlər 

mövcud deyil, deməli roman oxucularını sürprizlər hər zaman gözləyə bilər. 

Belə  bir  sual  bizi  narahat  etməyə  bilmir;  necə  olur  ki,  XX  əsrin  30-cu 

illərində  Avropanın  ortasında  romanın  yazarı  gizli  qalsın,  bununla  yanaşı 

əlyazması  da  üzə  çıxmasın.  Halbuki,  neçə  əsrlər  öncədən  itmiş 

                                           

16

 “ Eli ile Nino”( çevireni ve ön sözün müellifi Semih Yazıçıoğlu), istanbul, 1971, s. 



12 

Sayfa 54 / 847




Bədirxan ƏHMƏDOV

 

U L U S L A R A R A S I   S E M P O Z Y U M  



“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI” 

(Dil, Folklor, Edebiyat, Sanat, Tarih) 

 

əlyazmalarımız   Avropadan  tapılmırdımı?  Doğrudanmı,  romanın  əlyazması 



və  müəllifi  ilə  gizlinlər  sonsuzluğa  qədər  davam  edəcək?  Doğrudanmı 

müəllif  və  roman  özündən  sonra  heç  bir  iz  qoymamışdır?  Əgər 

qoymamışdırsa belə məqamlarda anoloji vəziyyətlərdə necə hərəkət etməli? 

Roman müəllifliyi ilə bağlı lazımı qədər axtarışlar aparılıbmı? Doğrudanmı 

informasiya  əldə  etmənin  maksimum  bir  zamanında  bizə  yaxın  tarixin 

üstünü gizlinlər örtə bilər?  

 

Lakin  elə  də  olur  ki,  əlyazmaların  aşkarlanması  ilə  bağlı  hər  hansı 



bir fakt bizə çox yaxın olur, ancaq biz onu görmür, uzun müddət axtarmaqla 

məşğul  oluruq.  "XX  əsr  Azərbaycan  ədəbiyyatı  tarixi"  (Bakı,  "Apostrof" 

nəşriyyatı,  2010)  dərsliyimdə  ilk  dəfə  olaraq  mühacirət  ədəbiyyatının  faktı 

kimi təhlil etdiyim oçerkdə romanın müəllifliyi məsələsinə girişməmiş, son 

dərəcə  unikal  və  əhəmiyyətli  olan  bu  bədii  mətni  əslində  olduğu  kimi 

"Qurban  Səid"  adına  vermişdim.  Azərbaycan  ədəbiyyatşünaslığında  bu 

problemin siyasiləşdiyini, bir qədər də korporativ maraqların üstün gəldiyini 

görərək yenidən romanın müəlliflik probleminə qayıdaraq yeni araşdırmalar 

apardım  və  romanın  gerçək  müəllifinin  M.Əsəd  bəy  olduğu  qənaətinə 

gəldim.  Beləliklə,  "Qurban  Səid"  təxəllüsünün M.Əsəd  bəyə  aid  olduğunu 

qətiyyətlə  söyləmək  olar.  Əslində,  "Əli  və  Nino"  romanının  müəllifliyi  ilə 

bağlı  həqiqətlər  ötən  yüzilliyin  70-ci  illərində  üzə  çıxa  bilərdi,  əgər 

ədəbiyyatşünas A.Zamanov əlində olan sənədi mətbuata çıxara bilsəydi... 

    


Səksəninci  illərin  əvvəllərində  Baş  Arxiv  idarəsində  işləyərkən 

görkəmli ədəbiyyatşünas alim Abbas Zamanovun evindən növbəti sənədləri 

gətirib (A.Zamanov son dərəcə zəngin arxivi olan elm adamlarımızdan biri 

kimi  sovetlər  dönəmində  xarici  ölkələrin  alimləri,  yazarları  ilə  intensiv 

yazışırdı)  elmi-texniki  cəhətdən qaydaya  salmaqla  məşğul  idim.  Bu  zaman 

onun sənədləri arasında ingilis  dilində bir jurnal gözümə dəydi. Poliqrafiya, 

format və dizayn baxımından Sövyetlər zamanı anoloqu olmayan bir dərgini 

qeyri-ixtiyari vərəqləyərkən diqqətimi "Kurban Said “Ali  and Nino” başlığı 

və  roman  daxilində  verilən  orijinal  Şərq  ornamentli  rəsmlər  çəkdi.  İngilis 

dilini  bilməsəm  də  romanı  vərəqlədikcə  burada  söhbətin  Azərbaycandan 

getdiyinin və obrazların azərbaycanlı olduğunun fərqinə vardım. Təəssüf ki, 

dil  bilmədiyimdən  əsərin  məzmununu    oxumaq  mümkün  olmadı;  ancaq 

A.Zamanovun  məktublaşmalarından  əsərin  müəllifinin  kimliyi  barədə 

mübahisələrin  getdiyini  gördüm.  Daha  sonra  məktublaşmalarda  əsərin 

müəllifi barədə mübahisələrlə tanış oldum. O zaman bu mübahisələr məhdud 

ziyalılar  arasında  getsə  də,  geniş  oxucu  kütləsinə  çıxarılmamışdı.  Görünür, 

mövcud  ictimai-siyasi  durum  və  sərt  senzura  mühacirət  əsərinin  məzmunu 

Sayfa 55 / 847




Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   368




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə