GeçMİŞİ, bugüNÜ ve geleceğİ



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə27/368
tarix11.04.2018
ölçüsü8,38 Mb.
#37823
1   ...   23   24   25   26   27   28   29   30   ...   368

Azərbaycan Mühacirət Ədəbiyyatında "Qurban Səid" Gizlinləri 

U L U S L A R A R A S I   S E M P O Z Y U M  

“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI” 

(Dil, Folklor, Edebiyat, Sanat, Tarih) 

 

Əlyazmaları  İnstitutundan  yazıçının  gündəliyinin  bir  hissəsini  və  “Qu rban 



Səid  Çəmənzəminlidir,  Əsəd  bəy  Qurban  Səid  deyil”  məqaləsini  çap 

etdirdi.


14

  Ədəbiyyatşünas  alim  bir  qədər  də  irəliyə  gedərək  Yusif  Vəzirin 

“X olodnıy potseluy” hekayəsinin “Əli və Nino” romanının orijinal variantı 

olduğunu da irəli sürdü. 

    

   Yeni  əsrdən  başlayaraq  “Əli  və  Nino”  problemlərinə  və  Qurban 



Səid  təxəllüsünün kimliyinə  aydınlıq  gətirmək  işində  Almaniyada  yaşayan 

həmyerlimiz  Nuridə  xanım  Atəşi  və  Amerikada  yaşayan  Betti  Bleyerin 

imzası görünür. Hər iki tədqiqatçının araşdırmaları problemin həllində yeni 

mərhələ  təşkil  edir.  Belə  ki,  buna  qədər  azərbaycanlı  tədqiqatçıların 

araşdırmaları  yalnız  mülahizə,  ehtimal  şəklində  irəli  sürülürdüsə,  bu  iki 

tədqiqatçının  dövrəyə  xarici  və  yerli  arxiv  materiallarını  gətirməsi 

Qurbansəidşünaslıqda  yeni  situasiya  yaratmış  oldu.  Bu  durumda  daha  çox 

Nuridə  Atəşi  ilə  Betti  Bleyerin  araşdırmaları  yeni  cəbhə  formalaşdırır. 

Birinci,  əsərin  müəllifliyini  qəti  olaraq  Məhəmməd  Əsəd  bəyə,  ikinci  isə 

Yusif Vəzirə verməyi üstün tutur. Lakin B.Bleyer Y.Vəzirə aid edərkən "qaş 

düzəltdiyi yerdə vurub gözünü də çıxarır", əsərdə gürcü izi axtarır və gürcü 

yazıçısından  köçürmələrin  olduğunu  iddia  edir.  N.Atəşi  Bakıda  mətbuat 

konfransı keçirərək Məhəmməd Əsəd bəyin həyatı və yaradıcılığına aydınlıq 

gətirməklə yanaşı, iki faktın təkzibolunmazlığı barədə qəti hökmlə şıxış edir; 

bunlar  Məhəmməd  Əsəd  bəyin  müsəlman  olması  və  “Əli  və  Nino” 

romanının ona məxsus olmasıdır. “S irlər açılır” kitabı ilə o, mövqelərini bir 

qədər də möhkəmləndirir. Bu iddialar dərhal Yusifvəzirşünasların təpkisi ilə 

qarşılaşır  və  əks  arqumentlər  irəli  sürülür.  “Az ərbaycan  interneşnl” 

jurnalının redaktoru Betti Bleyer “Cidd i problem ciddi tədqiqat tələb edir”

15

 



məqaləsi  ilə  cavab  verir.  Daha  sonra  onun  Azərbaycan  arxivlərində  uzun 

çalışmaların məhsulu olan (bu başqa məsələdir ki, bu araşdırmaları B.Bleyer 

özü etmişdir, yoxsa onun komandası) “Az ərbaycan İnterneşnl” jurnalının bir 

sayı  bu  problemə  həsr  olunmuş  və  jurnalın  təqdimat  mərasimlərində 

(Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan 

Universiteti və s.) M.Əsəd bəyin tərcümeyi-halı, ədəbi fəaliyyəti və romanın 

müəllifliyinə  iddiasının  olmaması  ilə  bağlı  əks  arqumentlər  gətirmişdir. 

Tədqiqatçı Y.Vəzirin əsərin müəllifi olması ilə bağlı 101 səbəb göstərir (bu 

səbəblərin  nə  qədər  elmi  və  həqiqətəuyğun  olub-olmaması  bir  başqa 

                                           

14

 Panorama, 1997, 25 yanvar 



15

 Ədəbiyyat qəzeti, 2007, 17 avqust 

Sayfa 52 / 847



Bədirxan ƏHMƏDOV

 

U L U S L A R A R A S I   S E M P O Z Y U M  



“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI” 

(Dil, Folklor, Edebiyat, Sanat, Tarih) 

 

məsələdir).  Aydın  məsələdir  ki,  bu  cür  ehtimallar  bir  faktın  qarşısında 



gücsüz vəziyyətə düşə bilər (necə ki, düşür!).  

 

Hər  iki  gözlənilməz  (ona  görə  gözlənilməz  deyirik  ki,  onları  bu 



mövzuya  bağlayan  peşə  fəaliyyətləri  deyil,  hansısa  maraqlar  olduğu  hiss 

edilir)  tədqiqatçı  fikirlərində  və  üslubunda  bir-birinə  qarşı  kəskin 

mövqelərdən  belə  çəkinmir,  elmi  arqumentlərdən  daha  çox,  publisitik 

pafosla qarşısındakının arqumentlərini heçə çıxarmaq yolunu tutur. Əlbəttə, 

demək  olmaz  ki,  onların  tədqiqatlarında  faktlar,  araşdırmalar  azdır,  sadəcə 

olaraq  bu  arqumentlərə  yanaşmada  və  dəyərləndirmədə  peşəkarlıq,  elmi 

üslub  və  yanaşma  çatışmır.  Həm  də  opponentə  qarşı  bir  qəzəb,  hirs  hökm 

sürməkdə  idi,  halbuki  əsl  alim  üçün əsərin  kimin  olması  o  qədər  də  vacib 

olmamalı,  daha  çox  həqiqətin  üzə  çıxması  əhəmiyyət  daşımalıdır.  Qurban 

Səidin kimliyi ona görə üzə çıxa bilmir ki, problemə yanaşanlar bəri başdan 

araşdırmalarının  nəticəsini  "bilir"  və  bu  nəticəni  təsdiq  etməyə  çalışırlar. 

Əslində isə problem o zaman həll olunacaq ki, ortaya yeni mötəbər sənədlər, 

yaxud da əsərin əlyazması üzə çıxsın. İkinci ehtimal çox azdır, lap əlyazma 

tapılsa belə, vəziyyətin dəyişəcəyini güman etmək olmaz. Çünki orada belə 

"Qurban Səid" yazıla bilər ki, bu da nəticədə heç nəyi dəyişmir.  

    


Prof.Zeydulla  Ağayev,  prof.Həsən  Quliyev,  M.Əsəd  bəyin 

əsərlərinin  tərcüməçisi  Çərkəz  Qurbanlı,  prof.Tofik  Hüseynoğlu  və 

başqalarının  araşdırmalarında  da  müəlliflik  məsələsinə  münasibət  bildirilsə 

də, problem olduğu yerdən irəli gedə bilməmişdir. Roman və onun müəllifi 

ilə bağlı bəzi sənədlər, faktlar üzə çıxsa da anlaşılmazlıq hələ davam edir. Bu 

anlaşılmazlığın  bir  çoxunu  isə  roman  üzərində  öz  hökmünü təsdiqləməyə 

çalışan  tədqiqatçılar  özləri  yaradır.  Məsələn,  roman  bütün  dünyada  çox 

doğru  olaraq  Qurban  Səidin  adı  ilə  nəşr  olunur,  ancaq  naşirlər  ona  öz 

redaktəsini  etməyi  də  unutmurlar.  Qurban  Səid  adı  ilə  nəşr  olunan  romana 

Məhəmməd Əsəd bəyin şəkli qoyulur. Bu, tamamilə yanlış bir yanaşmadır. 

Oxucuda belə təsəvvür yaranır ki, roman ilk dəfə məhz bu cür nəşr olunub, 

halbuki,  Tall  nəşrində  heç  bir  şəkil  getməyib  və  bu  şəklin  romanın  üz 

qabığında, ya müəllif olaraq içində verilməsi onun müəllifliyini təsdiq etmiş 

olur. Yaxud "Əli və Nino" romanı Yusif Vəzir Çəmənzəminlinin adına nəşr 

edilir  (Y.V.Çəmənzəminli.  Əli  və  Nino",  B.,  2004).  Bu  da  yolverilməzdir. 

Əgər belədirsə, bəs nə üçün "İstanbullu qız" romanı da Y.Vəzirin adına dərc 

edilmir? Bu addımları yalnız elmi, ictimai fikirdə roman müəllifliyi ilə bağlı 

yekdil fikrə gəldikdən sonra atmaq olar. Göründüyü kimi, gah Qurban Səidlə 

Məhəmməd  Əsəd  bəyi,  gah  da  Y.V.Çəmənzəminlini    eyniləşdirmək 

tendensiyasına üstünlük verilir.   

Sayfa 53 / 847



Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   368




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə