GeçMİŞİ, bugüNÜ ve geleceğİ



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə25/368
tarix11.04.2018
ölçüsü8,38 Mb.
#37823
1   ...   21   22   23   24   25   26   27   28   ...   368

Azərbaycan Mühacirət Ədəbiyyatında "Qurban Səid" Gizlinləri 

U L U S L A R A R A S I   S E M P O Z Y U M  

“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI” 

(Dil, Folklor, Edebiyat, Sanat, Tarih) 

 

bestsellerə  çevrilir.  Əsərə  yazılan  bu  ilk  “Ön  söz”də  əsərin  məzmunu  və 



müəllifi  haqqında  fikirlər  irəli  sürülür.  Müəllif  Qurban  Səidin 

Azərbaycandan  olan  bir  türk  yazarı  olduğunu,  bolşeviklərin  gəlişi  ilə 

vətənini  tərk  etdiyini,  Avropada  mühacir  olaraq  yaşadığını  yazırdı.  Bu 

nəşrlərdən  dərhal  sonra  əsər  Türkiyədə  ingiliscədən  tərcümə  edilərək  nəşr 

edilir (1971). İlk dəfə olaraq tərcüməçi Semih Yazıçıoğlu əsərə yazdığı "Ön 

söz"də  sonralar  Amerikaya  köçmüş  Mustafa  Türkəqul  və  azərbaycanlı 

mühacir  Yusif  Qəhrəmana  istinadən  bu  romanın  Yusif  Vəzir 

Çəmənzəminliyə  aid  olduğunu  irəli  sürür.  Mustafa  Türkəqulun 

S.Yazıçıoğlunun  “Ön  söz”ündə  yer  alan  fikirlərinə  diqqət  yetirək:  ”Əli  və 

Nino”nun  original  olaraq  azəri  türkcəsilə  yazıldığı  şübhəsizdir.  Sonradan 

Yusif Vəzir bu əsəri bir alman dostunun köməyilə almanca yazır. Sonradan 

bu  əsərin  almancasını  Avstriyanın  mərkəzi Vyana  şəhərində  bir  nəşriyyata 

təqdim  edirlər.  Vyanadakı  nəşriyyat  şirkətinin  sahibi  Tall  aliəsindən  indi 

yalnız  Tallın  arvadı  xanım  Tall  sağdır.  Xanım  Talla  yazdığımız  məktuba 

verdiyi  cavab  belədir:  20-ci  yüzilin  20-ci  illəri  idi.Cavan,  gözəl  və  şıq  bir 

erkək  mətbəəyə  gələrək  ərim  ilə  uzun-uzadı  danışdıqdan  sonra  bir  tomar 

əyazması qoyaraq çıxıb getdi. Ərimlə nə danışdıqlarının mahiyyətini indi də 

bilmirəm. Bu əlyazmanı və gözəl erkəyi tamamilə unutduq. Lakin  ərim hər 

halda  nəsə  bilir  və  mənə  söyləmirdi.  Ərim  əsəri  1937-ci  ildə  birdən-birə 

meydana çıxarıb nəşr etdi”.

2

  

Əgər  əlyazmaya  ikinci  bir  iddiaçı  olmasaydı,  bəlkə  də  bu  yazılanlara 



inanmaq  olardı,  ancaq  hər  şey  sənədlərdən  asılı  olmalı,  mənbələrlə  təsdiq 

olmalıdır.  Üstəlik,  əlyazma  əldə  olmadığı  halda  S.Yazıçıoğlu  əsərin  "azəri 

türkcəcilə"  yazıldığını  iddia  edir.  Təəssüf  ki,  bu  iddianı  təsdiq  edən 

arqumentlər olmadığından bu fikirlər havadan asılı qalmış olur.  

 

Romanın müəllifliyi tam aydınlaşdırılmadığından onun araşdırılması 



da  çətinləşir,  burada  psixoloji  aspektlərin  də  rolu  az  deyil,  belə  ki,  

müəllifinin  kimliyi  aydın  olmadığından  romandakı  bəzi  məsələlərə  də 

aydınlıq  gətirmək  mümkün  olmur.  Bəziləri  bu  əsərdə  yəhudi  izi  axtarır, 

bəziləri  isə  onu,  ümumiyyətlə  Azərbaycan  ədəbiyyatının  faktoru  hesab 

etməyə  tələsmirlər.  Qərbdə  roman  müəllifinin  (yəni  Lev  Nissimbaum 

(Məhəmməd  Əsəd  bəy)  yəhudi  kimi  qələmə  verilməsi  milli 

ədəbiyyatşünaslarımızı  narahat  edir.  Etnik  mənsubiyyətin  Azərbaycan 

ədəbiyyatının yaradılması prosesində iştirakı ilk dəfə olmasa da, bu romanla 

bağlı müzakirələr, müəllifliyi azmış kimi, milli mənsubiyyəti məsələsində də 

                                           

2

 Kurban Seid. Ali ile Nino. İstanbul, 1971, s. 5 



Sayfa 48 / 847


Bədirxan ƏHMƏDOV

 

U L U S L A R A R A S I   S E M P O Z Y U M  



“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI” 

(Dil, Folklor, Edebiyat, Sanat, Tarih) 

 

acı  bağırsaq  kimi  uzanır.  Əslində  roman  müəllifliyi  məsələsinə  nöqtə 



qoyulmamış,  onun  milli  mənşəyi  barədə  söhbət  açılması  müəllif 

dilemmasının öz həllini tapması demək olardı. Lakin hələ ki, nə müəlliflik 

məsələsi, nə də yazarın milli mənsubiyyəti öz aktuallığını itirməyib. Əslində, 

romanın  uzun  müddət  milli  ədəbiyyatşünaslığımızın  tədqiqat  orbitinə  daxil 

olmamasının  təməl  nədənlərindən  biri  də  onun  müəllifinin  bilərəkdən  və 

bilməyərəkdən  yadlaşdırılmasıdır.  Bu  fikrin  tərəfdarları  romandakı  bəzi 

parçalara  əsaslanır,  bəzi  fikirlərə  əsasən  əsərin  müəllifinin  azərbaycanlı 

olmasına şübhə ilə baxmağa çalışırlar.

3

  

 



 Öncə,  onu  qeyd  etmək  lazımdır  ki,  əsərin  müəllifi  romanda  olan 

bütün hadisə  və  fikirlərə  görə  məsuliyyət  daşımır;  ikincisi,  “Qurb an  Səid” 

adının roman üzərində olması, onun milli mənsubiyyətini, hələ ki, tam ifadə 

edir.  Əgər  tədqiqatlar  bu  addan  imtina  etməmişlərsə,  hansı  əsasla  yazarın 

milli  mənsubiyyətini  şübhə  altına  alırıq.  Romanın  hansı  dildə  yazıldığı, 

tərcüməçilər  (əgər  orijinalda  yazılmamışsa!)  və  redaktorlar  tərəfindən  əl 

gəzdirilməsi faktını da unutmamaq lazımdır. Ədəbiyyat tariximizin müxtəlif 

dövrlərində  tərcüməçilərin,  yaxud  redaktorların,  naşirlərin  bu  cür  təhriflərə 

yol verməsinin az şahidi olmamışıq. Bununla belə,  romanda müəllifin milli 

mənsubiyyətini doğmalaşdıran arqumentlər yadlaşdıran səhifələrdən bir neçə 

dəfə  çoxdur.  Bütün  bunlardan  başqa  “Əli  və  Nino” hər  cəhətdən  (mövzu, 

problematika,  hadisələr  və  s.)  sırf  Azərbaycan  mühacirət  ədəbiyyatının 

məhsuludur. Elə buna görə də biz bu əsəri “ XX əsr Azərbaycan ədəbiyyatı 

tarixi”  (Bakı,  2019)dərsliyimizdə  milli  mühacirət  ədəbiyyatı  nümunəsi 

olaraq təqdim etmişik.

4

  



 

Romanın Məhəmməd Əsəd bəyə məxsus olması barədə əlində əsaslı 

sənədlər  olduğunu  iddia  edən  tədqiqatçı  Nuridə  Atəşi  özünün “Yüz  ilin 

sirləri  açılır” (Bakı,  Nurlan,  2007)  kitabında  romanın  çap  olunmaq  üçün 

nəşriyyatla  bağlanan  müqaviləsini  də  təqdim  edir.  Həmin  müqavilə  isə 

Qurban  Səidin  vəkil  etdiyi  şəxs  kimi  Elfride  Ehrenfelsin  adına  bağlanır. 

Maraqlıdır  ki,  Məhəmməd  Əsəd  bəy  Elfride  Ehrenfelsə  məktublarında  ona 

“X anım  Səid” deyə  müraciət  edir.  Ehrenfelsin  varisləri  isə  bu  romanın 

Ehrenfelsin  yazmış  olduğu  iddiasını  irəli  sürürlər  və  hələ  ki,  romanın 

qonararları  onlara  məxsus  olur.  E.Ehrenfelsin  Bakıda  yaşamadığı  və 

                                           

3

 Aslan Məmmədli. Qurban Səid. Pro et kontra. Bədii mətnin kulturoloji təhlili (1-ci 



və 2-ci məqalələr); Səfər Kəlbixanlı. Əlili Nino və ya Türksüz Avropa haqqında 

balada. Vətəndaş həmrəyliyi, 2011, 14-20 yanvar, 27 yanvar-4 fevral və s.  

4

 Bədirxan Əhmədov. XX əsr Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə, 2 c., Bakı,  



2010, s. 

Sayfa 49 / 847




Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   368




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə