GəMİ daxiLİ yanma


Dizel mühərriklərində sıxma dərəcəsinin seçilməsi



Yüklə 3,6 Mb.
səhifə16/58
tarix22.02.2023
ölçüsü3,6 Mb.
#101202
1   ...   12   13   14   15   16   17   18   19   ...   58
dym word

Dizel mühərriklərində sıxma dərəcəsinin seçilməsi

Bildiyimiz kimi sıxma dərəcəsi silindirin tam həcminin yanma kamerasının həcminə olan nisbətidir və silindirdəki işçi qarışığın neçə dəfə sıxıldığını göstərir. Ona görə də sıxma dərəcəsi artdıqca sıxma prosesinin sonundakı təzyiq və tempra- tur da artır. Bu parametr seçilərkən başlıca olaraq soyuq mühitdə dizel mühərrikinin asan işə düşməsidir. Bu zaman sıxma prosesinin sonundakı tempratur


yanacağın öz-özünə alışması tempraturundan 150 2000 -ə çox olmalıdır. Bu isə
silindirdəki temperatur 600-700 K olduqda təmin edilir. Ona görə də dizel mühərrikində sıxma dərəcəsi 13-dən az götürülmür. Lakin xüsusi işə salma qurluşundan istifadə olunduqda və mühərrikin su köynəklərində normal tempratur rejimi saxlandıqda sıxma dərəcəsinin kiçik qiymətləri də qəbul oluna bilər. Müxtəlif tip gəmi mühərriklərində sıxma dərəcəsi aşağıdakı hədlərdə dəyişir:

  1. 4 taktlı nadduvsuz dizellər üçün -  1318;

  2. 4 taktlı nadduvlu dizellər üçün

  • kiçik dövrlü dizellərdə -  1013;

  • orta dövrlü dizellərdə -   12 14 ;

  • yüksək dövrlü dizellərdə - 1518.

  1. 2 taktlı dizellər üçün

  • kiçik dövrlü dizellərdə -  1013;

  • orta dövrlü dizellərdə -   12 14 ;

  • yüksək dövrlü dizellərdə -  1315.

YOXLAMA SUALLARI



  1. Həqiqi sıxma prosesi necə baş verir?

  2. Sıxma prosesində politrop göstəricisi necə dəyişir?

  3. Dizel mühərriklərində sıxma dərəcəsi necə seçilir?

  4. 4 taktlı nadduvsuz dizellərdə sıxma dərəcəsi hansı hədlərdə dəyişir?

  5. 4 taktlı nadduvlu dizellərdə sıxma dərəcəsi hansı hədlərdə dəyişir?

  6. 2 taktlı dizellərdə sıxma dərəcəsi hansı hədlərdə dəyişir?


Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə