GəMİ daxiLİ yanma



Yüklə 3,6 Mb.
səhifə15/58
tarix22.02.2023
ölçüsü3,6 Mb.
#101202
1   ...   11   12   13   14   15   16   17   18   ...   58
dym word

MÜHAZİRƏ № 4
Sıxma prosesinin gedişi. Dizel mühərrikləri üçün sıxma dərəcəsinin seçilməsi Mühazirənin planı:

  1. Sıxma prosesinin gedişi;

  2. Sıxma prosesində politrop göstəricisinin dəyişməsi;

  3. Dizel mühərriklərində sıxma dərəcəsinin seçilməsi;

  4. Müxtəlif tip gəmi mühərriklərində sıxma dərəcəsinin hədləri.



4. Sıxma prosesi



    1. Sıxma prosesində təzyiqin politrop göstəricisinin dəyişməsi

Sıxma prosesi, sorma klapanı və ya xaricetmə pəncərələri bağlandıqdan sonra, porşen Y.Ö.N.-ə doğru hərəkət edərkən baş verir. Bu zaman silindirin həcmi azaldığından, silindirdəki işçi qarışığın təzyiq və tempraturu yüksəlir ki, bunun da nəticəsində yanma prosesinin başlanması üçün əlverişli şərait yaranır. Belə ki, sıxma prosesinin sonuna yaxın porşen yuxarı ölü nöqtəyə təxminən 10-200-ə qalmış silindirə püskürülən yanacaq buxarlanaraq, hava ilə qarışır, yanacaq buxarları öz-özünə alışma tempraturuna qədər qızır və bundan bir qədər sonra yanma prosesi başlayır. Yanma prosesi başlandıqdan sonra silindirdəki təzyiq

sıxma prosesində olduğundan fərqli dəyişir və Y.Ö.N.-də silindirdəki təzyiq
P:II


c
bərabər olur. Bu proses ərzində silindirdəki təzyiqin və sıxma prosesinin politrop göstəricisinin dəyişməsi aşağıdakı şəkildə göstərilmişdir.

Şəkil 4.1. Sıxma prosesində silindirdəki təzyiqin və politrop göstəricisinin dəyişməsi



Şəkildən göründüyü kimi sıxma prosesinin əvvəlində a-nöqtəsindən m- nöqtəsinə qədər silindirdəki işçi qarışığın tempraturu, silindirin tempraturundan kiçik olduğuna görə istilik silindirin divarlarından işçi qarışığa verilir və ona görə

də bu mərhələdə
n1> k olur. Odur ki, silindirdəki təzyiq adiabat prosesində

olduğundan daha yüksək qiymətlər alır. m-nöqtəsindən bir müddət sonra yanıcı qarışığın tempraturu silindirin divarlarının orta tempratura bərabər olur. Bu halda n1k olur. ( k  1,41 ). Bundan sonra yanıcı qarışığın tempraturu yüksəlir və ona

görə də istilik isçi qarışıqdan silindirin divarlarına verilir. Ona görə də silindirdəki təzyiq adiabat prosesində olduğundan kiçik qiymətlər alır.
n1 < k olur və
c1 -nöqtədən

sonra təzyiqin yüksəlməsi yanma prosesinin başlanması ilə əlaqədardır. Buradan
göründüyü kimi sıxma prosesi ərzində politrop göstəricisi dəyişir. Lakin sıxma prosesinin hesabında hesablamanı sadələşdirmək məqsədilə politrop göstəricisinin sabit qaldığı və orta qiyməti qəbul olunur. Kiçik dövrlü gəmi dizellərində n1  1,32 1,38, orta və yüksək dövrlü dizellərdə isə n1  1,37 1,42hədlərində qəbul

olunur. Yüksək dövrlü dizellərdə
n1 -in böyük olması bu mühərriklərdə sıxma

prosesi üçün ayrılan vaxtın kiçik olması səbəbindən istilik itkilərinin azalması ilə izah olunur.




Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə