GəMİ daxiLİ yanma



Yüklə 3,6 Mb.
səhifə17/58
tarix22.02.2023
ölçüsü3,6 Mb.
#101202
1   ...   13   14   15   16   17   18   19   20   ...   58
dym word

MÜHAZİRƏ № 5
Dizel mühərriklərində yanıcı qarışığın hazırlanma üsulları. Yanma kameralarının konstruksiyaları. Sıxma prosesinin sonundakı təzyiq temperaturun təyin edilməsi


Mühazirənin planı:

  1. Dizel mühərriklərində yanıcı qarışığın hazırlanması prosesi;

  2. Dizellərdə yanıcı qarışığın hazırlanması üsulları;

  3. Bölünməmiş yanma kamerli dizellərdə yanıcı qarışığın hazırlanması;

  4. Bölünmüş yanma kamerli dizellərdə yanıcı qarışığın hazırlanması;

  5. Sıxma prosesində silindrdəki təzyiqin dəyişməsi;

  6. Sıxma prosesinin sonundakı təzyiqin təyin edilməsi;

  7. Sıxma prosesinin sonundakı temperaturun təyin edilməsi;

  8. Yanmanın başlandığı anda sıxma prosesinin sonundakı təzyiqin təyin edilməsi;

  9. Dizel mühərriklərində sıxma prosesinin sonundakı təzyiq və temperaturun dəyişmə hədləri.


    1. Dizel mühərriklərində yanıcı qarışığın hazırlanması prosesi

Dizel mühərriklərində yanici qarişiğin hazirlanmasi və yanma kamerində yanacağın tozlandırılması və yanacaq hissəciklərinin hava mühitində yayılması ilə başlanır. Bununla yanaşı yüksək temperaturlu sıxılmış hava mühitində hərəkət edən yanacaq damcılarının qızması və buxarlanması prosesləri gedir. Həmin proseslərin intensivliyi yanacaq damcılarının buxarlanma səthinin sahəsinin onların həcminə nisbətini xarakterizə edən diametrlərindən, damcıların hava mühitinə nisbətən hərəkət sürətindən, hava mühitinin temperatur və təzyiqindən və yanacağın fiziki xassələrindən asılıdır.
Dizel mühərriklərində yanıcı qarışığın hazırlanması prosesi çox qısa zaman müddətində (0,04-0,001 s) baş verir və qismən yanma prosesi ilə üst-üstə düşür. Belə bir şəraitdə yanacağın yanma kamerindəki hava mühitini tam əhatə etməklə narın tozlandırılması, qısa müddətdə buxarlandırılması və tam yandırılmasının təmin edilməsi çox mürəkkəb texniki problemdir. Buna görə də bu problemin həll edilməsi cəhdləri dizellərdə bir çox hidroqazodinamik və konstruktiv tədbirlərin
tətbiqi zərurətini yaratmaqla yanaşı, müxtəlif qarışma üsullarını təmin edən bir çox müxtəlif konstruksiyaların da meydana çıxmasına səbəb olmuşdur.
Dizel mühərriklərində yanacaq hissəciklərinin yanma kamerindəki hava mühitini daha tam əhatə etməklə paylanmasını təmin etmək üçün aşağıdakı tədbirlər həyata keçirilir:

    1. Yanma kamerinin forma və ölçülərinin forsunkadan püskürülən yanacaq məşəllərinin forması, ölçüləri, sayı və istiqamətləri ilə uzlaşdırılması (forsunkanın tozlandırıcı deşiklərindən çıxan tozlandırılmış yanacaq damcılarından ibarət şırnaq yanacaq məşəli adlanır).

    2. Tozlandırılmış yanacaq hissəciklərinin hava ilə daha yaxşı qarışmasını və sürətlə buxarlanmasını təmin etmək üçün silindrdə və yanma kamerində hava axınına intensiv burulğan hərəkəti verilməsi və axının turbulentliyinin yüksəldilməsi.

Aydındır ki, qeyd olunanlarla yanaşı, tozlandırılmış yanacaq hissəciklərinin sürətlə buxarlanmasını və hava ilə yaxşı qarışmasını təmin etmək üçün yanma kamerində müvafiq yüksək temperatur şəraiti də olmalıdır.
Həmin tədbirlərin həyata keçirilməsini təmin etmək üçün isə dizel mühərriklərinin yanma kamerinin müxtəlif konstruktiv sxemləri yaradılmışdır ki, onları da təmin etdikləri qarışdırma üsullarına görə üç əsas qrupa bölmək olar:

  1. Bölünməmiş yanma kamerli (bütöv və ya birkamerli) dizellər.

  2. Bölünmüş yanma kamerli dizellər. Bunlar da öz növbəsində burulğan kamerli və ön kamerli (fotokamerli) dizellərə bölünür. Bundan başqa, çox geniş tətbiq tapmamış hava akkumulyatorlu dizellər də bölünmüş kamerli dizellərə aid edilə bilər.

  3. Səthi-təbəqəli qarışdırma üsulu ilə işləyən dizellər.



    1. Yüklə 3,6 Mb.

      Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə