GəMİ daxiLİ yanma


Dördsilindrli sıravi mühərriklərin tarazlaşdırilması



Yüklə 3,6 Mb.
səhifə51/58
tarix22.02.2023
ölçüsü3,6 Mb.
#101202
1   ...   47   48   49   50   51   52   53   54   ...   58
dym word

Dördsilindrli sıravi mühərriklərin tarazlaşdırilması

Dirsəkli valın dirsəkləri arasındakı bucaq 1800 və mühərrikin iş qaydası 1 – 2
– 4 – 3 və yaxud 1 – 3 – 4 – 2, yanma prosesləri arasındakı bucaq intervalı isə 1800 – yə bərabərdir (şəkil 21.3.). Bu mühərrik üçün tarazlaşdırilma şərti aşağıdakı kimi ifadə edilir:
PjI = 0;
PjII = 4 PjII = - 4Mj ω2 R λ cos ≠ 0;

KR = 0;


MjI = 0;


MjII = 0;
MR = 0.


Şəkil 21.3. Dördsilindrli sıravi mühərrikdə təsir edən ətalət qüvvələrinin sxemi


Mərkəzdənqaçma ətalət qüvvələrinin momentləri dirsəkli valın əsas yastıqlarına ötürüldüyündən yanaqlar üərində əks yüklər yerləşdirməklə mərkəz - dənqaçma ətalət qüvvələrinin təsiri yerindəcə tarazlaşdırılır.


PjII qüvvələrinin tarazlaşdırılması birsilindrli mühərrikdə olduğu kimi köməkçi valların vasitəsi ilə həyata keçirilə bilər. Lakin mühərrikin konstruksiyasını mürəkkəbləşdirməmək üçün bü qüvvələr sərbəst buraxılır.

    1. Altısilindrli sıravi mühərriklərin tarazlaşdırilması

Mühərrikin iş qaydası 1 – 5 – 3 – 6 – 2 – 4 və yaxud 1 – 4 – 2 – 6 – 3 – 5, yanma prosesləri arasındakı bucaq intervalı və dirsəkli valın dirsəkləri arasındakı bucaq 1200 – dir (şəkil 21.4.).
Bu mühərrik üçün tarazlaşdırilma şərti aşağıdakı kimi ifadə edilir:

PjI = 0; PjII = 0; KR = 0;


MjI = 0; MjII = 0; MR = 0.


Altısilindrli sıravi mühərriklər yeddi və dörd dayaqlı dirsəkli vala malik olur. Bəzi altısilindrli sıravi mühərriklərdə dirsəkli valın dayaq boyunlarını mərkəzdənqaçma ətalət qüvvələrinin təsirindən azad etmək məqsədi ilə valın yanaqlarında yerləşdirilən əks yüklərdən istifadə olunur.




Şəkil 21.4. Altısilindrli sıravi mühərrikdə təsir edən ətalət qüvvələrinin sxemi






    1. Yüklə 3,6 Mb.

      Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə