GəMİ daxiLİ yanma



Yüklə 3,6 Mb.
səhifə54/58
tarix22.02.2023
ölçüsü3,6 Mb.
#101202
1   ...   50   51   52   53   54   55   56   57   58
dym word

MÜHAZİRƏ № 23


Rezonans, kritik dövrlər sayı qadağan zonaları.
Dempferlər


Mühazirənin planı:

  1. Rezonans və kritik dövrlər sayı və qadağan zonaları;

  2. Burulma rəqslərinin azaldılması yolları. Dempferlər.



23.1. Rezonans, kritik dövrlər sayı və qadağan zonaları
Val xəttində yaranan sərbəst və məcburi rəqslərin tezlikləri bərabər olduqda, yəni bu tezliklər üst-üstə düşdükdə, onda rezonans yaranır və burulma rəqsləri artır. Bu səbəbdən də valda əlavə gərginliklər yaranır. Bu əlavə gərginliklərin qiyməti buraxıla bilən gərginlikdən çox olduqda bu təhlükəli hesab edilir. Rezonans zonasında işlədikdə mühərrikin dövrlər sayı kritik dövrlər sayı adlanır. Bu dövrlər sayı aşağıdakı şərtdən təyin edilir:


Nc Nm nkr k ,





nkp
Nc , dəq-1 (20.1)
k

Mühərrik işləyən zaman val xəttində bir neçə kritik dövrlərdə rezonans yarana bilər. Bu dövrlərdən hansında val xəttində yaranan əlavə gərginlik buraxıla bilən gərginlikdən böyük olarsa, onda həmin dövrlər sayı daha təhlükəli hesab edilir. Gəmilərdə həmin dövrlər sayına uyğun gələn təhlükəli zona qırmızı rənglə işarə edilir. Kritik dövrlər sayı aşağıdakı şəkildə daha aydın görünür. Bu şəkildə məcburi və sərbəst rəqslərin tezlikləri bərabər olan halda, daha doğrusu, rezonans hallarında, kritik dövrlər sayında gərginliklərin dəyişməsi göstərilmişdir.


Şəkillərdən göründüyü kimi sərbəst və məcburi rəqslər bərabər olan 3 nöqtədə dövrlər sayı rezonans dövrlər sayına uyğun gəlir və ona görə də kritik dövrlər hesab olunur. Bu 3 halın hər birində əlavə gərginliklər yaranır. Şəkildən göründüyü
kimi kritik dövrlər sayının 1-ci halında yaranan əlavə gərginliklər buraxıla bilən

gərginlikdən  
çox olur. Bu dövrlər sayına uyğun gələn
n1 -
n2 diapazonu

təhlükəli və ya qadağan olunmuş zona adlanır. Ona görə də bu zona dövrlər sayını göstərən cihazın sferblatında qırmızı zolaqla işarə edilir. Əgər mühərrik işləyən zaman dövrlər sayı bu zonaya düşərsə onda dövrlər sayını azaltmaqla təhlükəni aradan qaldırmaq olur.


Şəkil 20.1. Rezonans zonalarının təyin olunması





Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə