GəMİ daxiLİ yanma


Dördtaktlı, V-şəkilli, səkkizsilindrli mühərrikin tarazlaşdırilması



Yüklə 3,6 Mb.
səhifə57/58
tarix22.02.2023
ölçüsü3,6 Mb.
#101202
1   ...   50   51   52   53   54   55   56   57   58
dym word

Dördtaktlı, V-şəkilli, səkkizsilindrli mühərrikin tarazlaşdırilması

Mühərrikin iş qaydası 1sl – 1 sğ – 4 sl – 2 sl – 2 sğ – 3 sl – 3 sğ – 4 sğ , yanma prosesləri arasındakı bucaq intervalı 900 , dirsəkli valın dirsəkləri isə qarşılıqlı perpendikulyar olan iki ədəd müstəvi üzərində yerləşirlər (şəkil 4.10).


Bu mühərrik üçün tarazlaşdırilma şərti aşağıdakı kimi ifadə edilir:

PjI = 0;


PjII = 0;


KR = 0;



MjI =
· MjRω2·a ≠ 0;


MjII = 0;



MR = a· · (md + mşd )Rω2 ≠ 0.

Şəkil 4.10 Səkkizsilindrli, V-şəkilli mühərrikdə təsir edən ətalət qüvvələrinin sxemi


Tarazlaşdırma şərtinə görə aşağıdakı mülahizələri yürütmək olar.
Bu mühərrikdə I tərtib ətalət qüvvələri qarşılıqlı olaraq tarazlaşmışdır. Onlardan yaranan cəm burucu moment isə birinci dirsəyin yerləşdiyi müstəvi ilə 180 26ʹ bucaq təşkil edən fırlanan müstəvidə təsir edir.
Mühərrikin hər bir hissəsi (seksiyası ) üçün II tərtib ətalət qüvvəsinin əvəzləyiciləri dirsəkli valın oxuna perpendikulyar olan horizontallar istiqamətində yğnəlmişdir (şəkil 4.10). Bu qüvvələrin cəmi 0 – a bərabərdir. II tərtib ətalət qüvvələrindən yaranan cəm moment də 0 – a bərabərdir.

Mərkəzdənqaçma ətalət qüvvələri bütün seksiyalarda eyni olub, cüt – cüt olaraq müxtəlif tərəflərə yönəldiyndən onların cəmi 0 – a bərabərdir. Onlardan yaranan cəm burucu moment MjI momenti ilə eyni bir müstəvidə təsir göstərir.
MjI MR momentləri yanaqların uzantısında qoyulan əks yüklərin, və ya dirsəkli valın hər iki ucunda 180 26ʹ bucaq altında yerləşdirilən iki ədəd əks yüklərin vasitəsi ilə tarazlaşdırılır (şəkil 4.10). ∑MjII momenti isə iki ədəd əlavə valda əks yüklər yerləşdirməklə tarazlaşdırmaq olar.
Aydındır ki,


MjI + ∑ MR = a R ω2 · ( Mj + md + 2mşd )

Dirsəkli valın uclarında qoyulan hər bir ümumi əks yükün kütləsi:




mə∑ = aR · ( Mj + md + 2mşd ) / (ρb)

burada ρ - ümumi əks yükün ağırlıq mərkəzindən dirsəkli valın oxuna qədər olan məsafə; b – isə əks yüklər arasındakı məsafədir.


YOXLAMA SUALLARI



  1. Altı silindrli, V-şəkilli mühərrikin müvazinətləşdirilməsi şərtləri necə ifadə edilir?

  2. Altı silindrli, V-şəkilli mühərrikdə mərkəzdənqaçma ətalət qüvvələri necə müvazinətləşdirilir?

  3. Altı silindrli, V-şəkilli mühərrikdə I və II tərtib ətalət qüvvələri necə müvazinətləşdirilir?

  4. Səkkiz silindrli, V-şəkilli mühərrikin müvazinətləşdirilməsi şərtləri necə ifadə edilir?

  5. Səkkiz silindrli, V-şəkilli mühərrikdə mərkəzdənqaçma ətalət qüvvələri necə müvazinətləşdirilir?

8. Səkkiz silindrli, V-şəkilli mühərrikdə I və II tərtib ətalət qüvvələri necə müvazinətləşdirilir?

Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə