Cəmiyyətin daha liberal qanunlarla idarə edildiyi
federativ quruluşa malik ölkələrdə dövlət qulluğunun hüquqi
tənzimlənməsi spesifik xarakter daşıyır. Belə ki, ABŞ və
Kanada üçün ümumi səciyyə daşıyan bu məsələ üzrə iki
qanunvericilik blokunun mövcudluğudur: federasiyanın və
ştatların (əyalətlərin) qanunvericiliyi. Nəticə isə dövlət
qulluğunun avtonom (muxtar) sistemlərinin mövcudluğudur.
İnkişaf etmiş ölkələrdən Almaniya Federativ
Respublikasında federal hökumət federasiya subyektlərinin:
torpaqların, icmaların və s. qurumların dövlət qulluğundakı
şəxslərinin hüquqi vəzijryətinə dair əsaslı aktlar hazırlayır.
Rəqabətə girə biləcək qanunvericilik sahəsinə isə
qulluqçuların maddi-texniki təminat məsələləri aid edilir.
Lakin, bu məsələlərin həllinə unitar dövlətlərdə də
vahid münasibət yoxdur. İtaliyada dövlət qulluğunun
təşkilinin ümumi prinsipləri Parlament tərəfindən 1983-cü
ildə qəbul edilmiş qanunla müəyyən edilir. Bununla belə
İtaliya Respublikası Konstitusiyasının 117-ci maddəsinə
görə vilayətlər vilayət tabeli təşkilatlar və inzibati idarələr
üzrə qanunvericilik aktları qəbul edə bilərlər.
Dövlət
qulluğu
barədə
qanunvericiliyin
təkmilləşdirilməsi səmərəli dövlət aparatı yaradılması
məqsədinə xidmət etməlidir.
Labüd olaraq, ilk növbədə dövləti vəzifələrin formal
prinsiplərlə verilməsi kimi ənənəvi təcrübədən imtina etmək
lazım gəldi.
İndi daha demokratik sistemə - vəzifəyə namizədin
peşəkar hazırlığının onun dövlət qulluğuna qəbul edilməsi və
daha yüksək postlar tutması üçün əsas faktor olaraq qəbul
edildiyi sistemə keçilmişdir.
19
-
Konkret olaraq dövlət aparatının komplektləşdiril-
məsi üzərində nəzarəti həyata keçirən orqanlar qarşısında
ikili təbiətə malik vəzifələr durur - yüksək ixtisaslı kadrların
cəlb edilməsini təmin etmək və onlara qulluq şəraiti ilə
razılaşmadıqları təqdirdə öz maraqlarını müdafiə etmək
imkanı vermək.
Əslində dövlət qulluğunun struktur cəhətdən yenidən
qurulması uzun illərlə ölçülən vaxt apardı. Bu islahatlar bəzi
ölkələrdə mürəkkəb, çoxsəviyyəli və unifıkasiyalaş-
dırılmamış sistemlərin mövcudluğu (Böyük Britaniyada
olduğu kimi), digərlərində isə dövlət qulluqçularının təsnifat
sisteminin olmaması (ABŞ-da olduğu kimi) nəticəsində
meydana çıxan boşluqları doldurmaq məqsədi daşıyırdı.
Sistem şəklində dövlət qulluğunun strukturunun
dəyişdirilməsi, həmçinin, dəqiq struktur elementinin - sinif,
dərəcə, ranq və s. yaradılması (Fransada olduğu kimi)
məqsədi ilə həyata keçirilirdi.
Əsas etibarı ilə dövlət qulluqçularının daha aydın
təsnif edilməsi nəticəsində xidmət keçilməsi sistemi qaydaya
salındı. Belə ki, AFR-də bir peşə istiqamətində bütün
vəzifələri əhatə edən “xidməti karyera” kimi anlayış qəbul
edildi.
Rəy bildirmək gərəkdirsə, qeyd edilməlidir ki, xarici
dövlətlərin qanunvericiliyi üçün ümumi cəhətlər dövlət
qulluğuna qəbul məsələlərinin ciddi reqlamentasiyasıdır.
İnkişaf etmiş ölkələrdə qanunvericilik bloku iki
istiqamətdən ibarətdir:
1)
dövlət vəzifələrinə buraxılma, yəni dövlət
qulluqçusu statusu almaq üçün şəxsə yönəlmiş əsas tələblər;
2)
işə qəbul prosedurası.
-
20
-
Yüksək dövlət vəzifələrinə buraxılma məsələsində
ümumi cəhət parlament deputatlarına qadağalardır. Dövlət
qulluğuna .qəbul edilmə deputat mandatının itirilməsi ilə
nəticələnir.
Avropa və Amerikanın bir sıra dövlətlərində dövlət
qulluqçusu vəzifəsini tutmaq üçün vətəndaşlıq məcburidir.
Bəzi ölkələrdə isə, məsələn, Kanada və AFR -də bu tələblər
0
qədər də sərt deyil.
Zəngin təcrübəyə malik Fransada dövlət qulluğuna
namizəd kişilər orduda xidmət məcəlləsinin tələblərinə
cayab verməli, həmçinin çağırışın təxirə salınması və ya
çağırışdan azad olunmaları barədə sənəd təqdim etməlidirlər.
Namizədin fiziki vəziyyəti xüsusi təşkilatlar tərəfindən
verilən tibbi şəhadətnamələr əsasında yoxlanılır.
Məsələyə daha ciddi yanaşan Kanadanın 1967-ci ildə
qəbul edilmiş qanunu əlahiddə qaydada tutulan dövlət
qulluğu vəzifələrinin siyahısını müəyyən edir. ABŞ-da təkcə
dövlət aparatının (nazirlər, onların müavinləri və
köməkçiləri) deyil, həmçinin bir sıra nazirlik və təşkilatların
(Dövlət departamenti, FTB, MKİ və s.) yüksək vəzifələrinin
komplektləşdirilməsinin xüsusi qaydası qüvvədədir.
Aydındır ki, dövlət qulluqçusu statusunu müsabiqə
əsasında almış və vəzifəyə təyin edilməsində digər
proseduralar nəzərdə tutulmuş şəxslərin kəmiyyət nisbətləri
müxtəlifdir. Misal üçün, Fransada müsabiqə əsasında qəbul
edilmiş, şəxslər bütün dövlət qulluqçularının yarısını təşkil
edirlər.
Qeyd etmək lazımdır ki, vəzifələrin müsabiqə
əsasında doldurulması məsələsində ümumi cəhətlər çoxdur.
Namizədlərin ilkin seçimi səlahiyyətli orqanlar tərəfindən
-21
-
Dostları ilə paylaş: |