icra hakimiyyəti orqanının göstərilən bu strukturu
təxminidir.
Hər bir icra hakimiyyəti orqanı - rəsmi qaydada
müəyyən edilmiş ştat cədvəli üzrə özünün ştatına malikdir.
Hər bir icra hakimiyyətinin orqanının ştat cədvəlində
aşağıdakı elementlər öz əksini tapmalıdır:
-
struktur bölmələrinin sayı;
-
struktur bölmələrinin adlan;
-
vəzifələrin adı və sayı;
-
vəzifə maaşları və s.
Hər bir dövlət orqanı hakim hüquqla nizama
salınmış, reqlamentləşdirilmiş struktura malikdir. O, struktur
bölmələrdən, vəzifələrdən ibarət ola bilər. İcra hakimiyyəti
orqanlarının strukturu və ştatları onları təsdiq etməyə
səlahiyyəti olan yuxarı təbəqəli idarəçilik orqanı tərəfindən
təsdiq edilir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər
Kabinetin nazirliklərin, idarələrin və s. strukturların,
həmçinin onların idarəçilik aparatlarının, işçilərinin sayını
təsdiq edir.
İcra hakimiyyəti orqanlarının fəaliyyətlərinin əsas
istiqamətləri(funksiyaları) aşağıdakılardır:
-
proqnozlaşdırma - yəni elmi məlumatlara və
nailiyyətlərə əsasən hər hansı bir hadisə və ya proseslərin
inkişafında gedən dəyişikliklərin qabaqcadan görünməsi
təsviri və s;
-
planlaşdırma - yəni bu və ya digər fəaliyyətin
istiqamətinin, məqsədinin, vəzifələrinin və nəticələrinin
müəyyən edilməsi;
-
təşkil etmə - yəni idarəedən və idarəolunan
sistemin
təşkil edilməsi;
-29
-
nizama salma - yəni hər hansı bir fəaliyyətin
rejiminin müəyyən edilməsi;
-
ümumi rəhbərlik və operativ sərəncamverici-
yəni ümumi rəhbərliyə əsasən operativ surətdə sərəncam-
vermənin həyata keçirilməsi;
-
koordinasiya - yəni eyni bir vəzifənin yerinə
yetirilməsi zamanı müxtəlif idarəetmə orqanlarının və
təşkilatların, fəaliyyətinin, hərəkətlərinin razılaşdırılması;
-
yoxlama və nəzarət - yəni aşkar edilmiş çatışma-
mazlıqların, nöqsanların aradan qaldırılması, bərpa edilməsi
məqsədi ilə işin faktiki vəziyyətinin yoxlanılması;
-
uçot - yəni görülən, yerinə yetirilən işlərin, onun
nəticələrinin uçotunun qeydiyyatlarının aparılması və s.
Hüquqi ədəbiyyatda “idarəetmə orqanı” və dövlət
müəssisəsi anlayışlarının nisbəti haqqında müxtəlif fikirlər
yürüdülür. Bir sıra müəlliflər hesab edir ki, müəssisələri
dövlət orqanları sırasına daxil etmək olar, yəni onlar
idarəçilik aparatının daxilindədirlər. İnzibati hüquqda isə
İcraedici - sərəncamverici orqanların sisteminin aşağı
təbəqəsi müəssisə və təşkilatın müdiriyyətləridir. Qanunla
müəyyən edilir ki, idarəçilik orqanları hakimiyyətin təşkilati
fəaliyyətini həyata keçirirlər, onların kənarda olan struktur
bölməsi dövlət adından, sistemi olmayan obyektlərə
rəhbərlik edirlər. Müəssisələr, təşkilatlar təsərrüfat fəaliyyəti
ilə və sosial xidmətlə məşğuldurlar. Birincilərin “məhsulu”
əksər hallarda qərarlar formasında ifadə olunan məlumatdır,
ikincilərin “məlısulu”nu isə - maddi nemətlər, xidmətlər
təşkil edir.
İcra hakimiyyəti orqanlarında - mərkəzi orqanlardan
başlayaraq, aşağı təbəqəli orqanlar kimi (rayon, şəhər.
-30
bütün işçilər) xidməti heyətindən başqa müxtəlif
səlahiyyətləri həcminə malik olmalarına baxmayaraq, eyni
növ əməklə məşğuldurlar, onların hamısı idarəçiliyin
müxtəlif funksiyalarını həyata keçirirlər. Onların işi
idarəçilik fəaliyyətinin növlərindən biridir. Müəssisədə
(təşkilatlarda) bu işlər isə başqa formadadır. Burada əmək
kollektivinin təşkil edən şəxslər müxtəlif xarakterli
fəaliyyətlə məşğuldurlar.
“Yerli icra hakimiyyəti haqqında” 16 iyun 1999-cu il
tarixli əsasnaməyə uyğun olaraq kollektivin bir hissəsi
istehsal prosesində məşğuldur, maddi nemətlər istehsal edir,
digər hissəsi isə idarəçilik, hakimiyyət - təşkilatı fəaliyyəti
həyata keçirirlər. İcra hakimiyyəti orqanının inzibati- hüquqi
statusu 3 blok hissə normalardan ibarətdir.
1.
Məqsəd icra hakimiyyəti orqanının yaranma
məqsədini, vəzifələrini, funksiyalarım və fəaliyyətinin
prinsiplərini müəyyən edən normalar.
2.
Təşkilatı - strukturu
olan normalar;
a)
Hüquqi nizamlama göstərişlərini özündə əks etdirən
normalar;
b)
orqanın yaranması və yenidən qurulması və ləğv
edilməsi qaydaları;
c)
onların strukturunun fəali>yət qaydası və ştat cədvəli
;
ç)xətti və fıınksional tabeçilik normaları;
d)
fəalİ
5
yət proseduralarını ;
e)
təşkilati özünüidarəetmə hüququnu ;
ə)onların istifadə etdiyi rəsmi simvollar.
3.
Tabeçilik və hakimiyy^ət səlahiyyətləri olan
normalar: - orqanın tabeçiliyi; - aidiyyətində olan
məsələlərin həll edilməsi üzrə səlahiyyətlər.
-31