icra hakimiyyəti orqanlarının inzibati hüquq
qabiliyyəti və fəaliyyət qabiliyyəti eyni vaxtda, yəni onların
yaranması və səlahiyyətlərinin müə>'yən edilməsi ilə
yaranır, onların ləğv edilməsi ilə xitam olunur. İcra
hakimiyyəti orqanlarının səlahiyyəti (onların vəzifələri,
funksiyaları, hüquqları, fəaliyyətinin forma və metodları)
müvafiq
qanunlarda,
əsasnamələrdə
və
digər
normativ-hüquqi aktlarda öz əksini tapır və möhkəmləndirir.
İcra hakimiyyəti orqanlarının inzibati-hüquqi
statusunun xüsusiyyətləri aşağıdakılardır;
-
icra hakimiyyəti orqanlarının fəaliyyəti qanun qüvvəliliyi
ilə xarakterizə olunur;
-
normativ-hüquqi aktlar qəbul etmək hüququna malik
olmaları ilə xarakterizə edilir;
-
aşağı təbəqəli orqanların yuxarı orqanlar qarşısında
hesabat verməsi və onların nəzarətində olması;
-
öz
səlahiyyətləri
çərçivəsində
icra
hakimiyyəti
orqanlarının operativ müstəqilliyi ilə.
İcra hakimiyyəti orqanlarını bir sıra əlamətlərinə
görə təsnifləşdirmək olar:
Fəaliyyətin ərazi hüdudlarına görə :(Respublikanın
ərazisi, Naxçıvan Muxtar Respublikasının ərazisi);
Təsis olunmuş qaydasına görə (seçkili, wxan icra
hakimiyyəti orqanları tərəfindən təsis olunurlar);
Səlahiyyətlərin xarakterinə və həcminə görə (ümumi
səlahiyyətli, sahəvi səlahiyyətli və xüsusi səlahiyyətli );
Səlahiyyətlərinə aid məsələlərin həlli üsullarına görə
(kollegial və təkbaşcılıq);
-
32
-
- maliyyələşdirmə mənbələrinə görə (dövlət büdcəli
təsərrüfat hesablı ) ərazi fəaliyyətli (məs. şəhər, rayon, icra
hakimİ
3
^əti başçısı);
İcra hakimiyyəti orqanlarının sistemi:
Azərbaycan Respublikasının Prezidenti;
Azərbaycan Respublikasının Nazirlər kabineti; Azərbaycan
Respublikası Prezidentinin İcra aparatı; Nazirliklər, Dövlət
komitələri (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi);
Respublika Xidmətləri (Azərbaycan Respublikası hərbi əks
kəşfiyyat xidməti və sair,);
Nəzarət orqanları (Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında Dövlət Sığorta Nəzarəti);
Səhmdar Cəmi}^ətlər (Azərenerji, Azərqaz və sairə);
Müvafiq ərazi dövlət orqanları.
§3.1. Azərbaycan Respublikasının Prezidenti
və Nazirlər Kabinetinin icra hakimiyyəti
sahəsindəki səlahiyyətləri
Azərbaycan
Respublikasının
Konstitusiyasının
100-cü maddəsinə əsasən Azərbaycan Respublikasının
Prezidenti vəzifəsinə yaşı 35-dən aşağı olmayan, 10 ildən
çox daimi olaraq Azərbaycan Respublikasının ərazisində
yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o
cümlədən ağır cinayətlərə görə məhkum olunmayan, başqa
dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsili olan və iki
vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı
seçilə bilər.
33
-
Azərbaycan Respublikasının Konstitusiyasının
101-ci
maddəsinə əsasən Azərbaycan Respublikası
Prezidenti 5 il müddətinə ümumi, bərabər və birbaşa seçki
hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə
seçilir. Azərbaycan Respublikasının Konstitusiyasının 101-
ci maddəsinin 5-ci bəndinə əsasən eyni şəxs bu vəzifədə iki
dəfədən artıq qala bilməz .
Azərbaycan Respublikasının Prezidentinin statusu
Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən
edilmişdir. Prezident dövlət başçısı kimi dövlət
hakimiyyətini həyata keçirir. Dövlətin ali vəzifəli şəxsi kimi
böyük səlahiyyətlərə malikdir.
O, dövlətin daxili və xarici siyasətini müəyyən edir,
danışıqlar aparır və Azərbaycan Respublikasının adından
beynəlxalq müqavilələr imzalayır, ratifikasiya edildikdən
sonra qüvvəyə minir. Onun Azərbaycan Respublikasında
xarici
dövlətlərin
diplomatik
nümayəndələrinin
etimadnamələrini və geri çağırma sənədlərini qəbul etmək
hüquqları var.
Prezident hər üç hakimiyyətin qanunverici, icra və
məhkəmə hakimiyyətinin ali və idarəetmə orqanlarının
qarşılıqlı əlaqəsini təmin etməyə borcludur.
Prezident Azərbaycan Respublikasının vahidliyini,
suverenliyini və bütövlüyünü təcəssüm etdirir və vətəndaş
sülhü, milli əminamanhğı, demokratik rejimi təmin etməyə
borcludur və vətəndaşların hüquq və azadlıqlarının
təminatçısı olmalıdır.
Respublikanın ali vəzifəli şəxsi kimi Prezident
Azərbaycan Respublikasının xalqına müraciət edir, xüsusi
rütbələr, fəxri rütbələr verir, qanuna uyğun olaraq vətən
34
-
daşlıq məsələlərini, siyasi sığınacaq vermə məsələlərini həll
edir. Azərbaycan Respublikası məhkəmələri tərəfindən
məhkum olunmuş vətəndaşları əfv etmək hüququna
malikdir.
Prezident
Azərbaycan
Respublikasında
icra
hakimiyyətinin vahid sistemini: Nazirlər Kabinetini, icra
hakimiyyəti orqanlarını, təşkil edir. Bütün idarəçilik
iyerarxiyasının və bütün icra hakimiyyəti sisteminin başçısı
kimi Prezident böyük səlahiyyətlərə malikdir. O, Nazirlər
Kabinetinin fəaliyyətinə rəhbərlik edir və hökumət
tərəfindən öz səlahiyyətlərini səmərəli həyata keçirməsi
üçün tədbir görür. Azərbaycan Respublikasının Milli
Məclisinin razılığı ilə hökumət başçısım təyin etmək
hüququna malikdir, nazirliklərin, komitələrin və Azərbaycan
Respublikasının digər mərkəzi idarələrinin rəhbərlərini işə
təyin və işdən azad edir.
İcra
hakimiyyətinin
başçısı
kimi
ictimai
təhlükəsizliyin təmin edilməsi üçün tədbir görür. O,
Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasına başçılıq
edir, qanunla müəyyən edilmiş qaydada fövqəladə vəziyyət
elan edir.
Prezident Respublikanın bütün ərazisində icrası
məcburi olan fərman və sərəncam vermək və onların icrasını
yoxlamaq hüququna malikdir. Fərmanlar həm hüquqi
tətbiqedici, həm də normativ xarakterli ola bilər.
Vəziyyətdən asılı olaraq fərmanlar adi və fövqəladə olur.
Səlahiyyətlərini həyata keçirmə .xarakterinə və qəbuledilmə
prosedurasına görə müstəqildir.
Təşkilati cəhətdən Prezident heç kəsə tabe deyil, o,
digər dövlət orqanlarından yüksək dərəcəli müstəqilliyə
malikdir.
-35
Dostları ilə paylaş: |