qəbul edilmiş Konstitusiyaya görə ali mülki və hərbi
vəzifələrə təyin etmək hüququ prezidentə məxsusdur.
Adətən, dövlət qulluğuna rəhbərlik, həmçinin, dövlət
qulluğu haqqında qanunvericiliyin icrasına nəzarət edən
nazirlik və idarələrin başçıları tərəfindən həyata keçirilir.
Lakin, qeyd edilməlidir ki, bir sıra ölkələrdə dövlət
qulluğuna nəzarət bəzi mərkəzi maliyyə orqanları tərəfindən
həyata keçirilir: Böyük Britaniya və Kanadada -
Xəzinədarlıq, ABŞ-da İdarəetmə və büdcə xidməti (köhnə
adı İnzibati və büdcə idarəsi).
Qərbdə dövlət qulluğuna rəhbərlik üzrə bu orqanların
səlahiyyəti tədricən genişləndirilir. Böyük Britaniyada
1956-cı ildə iki daimi katib vəzifəsi təsis edildi və onlardan
biri dövlət qulluğuna ümumi rəhbərliyə cavabdehdir.
Analoji olaraq Kanada Xəzinədarlıq Şurasının da
səlahiyyətləri genişləndirilmişdir. Şura Kanadanın dövlət
qulluğunda ümumi inzibati siyasəti və onun inzibati
strukturunu müəyyən edir.
Xarici ölkələrdə ümumi səlahiyyətə malik orqanlarla
yanaşı dövlət qulluğuna rəhbərlik həm də xüsusi orqanlar -
məsələn, Kanadada Dövlət qulluğu məsələləri Komissiyası,
ABŞ-da Personala rəhbərlik xidməti, Fransada İnzibati və
dövlət qulluğu Baş İdarəsi, AFR-da Kadrlar üzrə Federal
Komitə - tərəfindən həyata keçirilir.
İdarəetmə qurumları içərisində dövlət orqanları və
qulluqçuları arasındakı konfliktlərin həllini təmin edən
orqanlar xüsusi olaraq qeyd olunmalıdır. Onlara apelyasiya
orqanları aid edilir. Bu orqanlar ya müstəqil xarakter daşıyır,
ya da digər strukturların tərkibində yaradılır.
-
25
-
§3. İCRA HAKİMİYYƏTİ ORQANLARI,
İCRA HAKİMİYYƏTİ ORQANLARININ
ANLAYIŞI, NÖVLƏRİ, HÜQUQİ STATUSU
Orqan ifadəsini hər şeydən əvvəl təşkilat, kollektiv
və ya idarə olunan insanlar qrupu kimi xarakterizə etmək
olar. Təşkilatın özünün müə^'yən yaranma və fəaliyyət
məqsədi, daxili strukturu və funksiyaları ilə səciyyələnir.
Həmçinin diferensialı tapılmış funksiyaları, təbəqələş-
dirilmiş, fərqləndirilmiş, eyni zamanda, çox mühüm sosial
qarşılıqlı əlaqələr sistemi olan bütöv bir sosial qurumdur.
Göstərilən bu xüsusiyyətlərin hamısını sosial təzahürün
müəyyən planının əlamətləri kimi insanların xüsusi növ
təşkilatını yaradan dövlət orqanlarında görmək olar.
Eyni zamanda, onlar ümumi cinsi əlamətlərə
malikdirlər və dövlət aparatının avtonom hissələridirlər:
1.
dövlətin funksiyalarını həyata keçirirlər və ictimai
maraqları yerinə yetirirlər;
2.
dövlət adından, yerli idarəetmə və eyni zamanda
öz adından fəaliyyət göstərir;
3.
özünəməxsus səlahiyyətlərə malikdir;
4.
öz fəaliyyətinə görə dövlət qarşısında məsuliyyət
daşıyır;
5.
yuxarı dövlət orqanlarına tabedirlər (bu ancaq
dövlət hakimiyyətinin yuxarı orqanlarına və məhkəmələrə
aid edilmir);
6.
dövlət tərəfindən təsis edilir;
7.
onların vəziyyəti, strukturu və fəaliyyəti hüquqla
(reqlamentləşdirilir) nizama salınır;
-
26
-
Bir çox alimlər orqanı xarakterizə edərkən onun
dövlət aparatının bir hissəsi olmasını xüsusilə qeyd edirlər.
Bəziləri isə hesab edirlər ki, bu insan qrupudur, kollektividir.
Əlbəttə, orqan mütəşəkkil insanlar qrupudur, bütöv
bir hissəsi olub, bu hissənin özünün mövcudluğunu,
məzmununu və fəaliyyət formalarını; onun aparatdakı yerini
və daxili təşkilini müəyyən edir.
Əgər birinci halda orqana '‘yuxarıdan” baxılarsa,
ikinci halda isə “aşağıdan” baxılır, yəni hər iki baxış
birtərəfliliyə məmz qalır. Buna görə dövlət orqanının
anlayışında hər iki əlaməti qeyd etmək lazımdır.
Dövlət orqanı - dövlət aparatının müstəqil hissəsini
təşkil edən müvafiq səlahiyyətlər çərçivəsində açıq fəaliyyət
göstərir, struktura və fəaliyyəti qanun çərçivəsində nizama
salınan və tənzimlənən dövlət qulluqçularının qurumudur.
İcra hakimiyyəti orqanı - müəyyən inzibati ərazidə
spesifik metodlardan istifadə edərək, dövlət adından çıxış
etmək hüququna malik, öz səlahiyyətlərinə, strukturuna,
fəaliyyət ərazisinə malik, qanunla və digər hüquqi aktlarla
nəzərdə tutulmuş qaydada işləri təşkil edən, işdə müəyyən
metodlardan istifadə edən, dövlətin tapşırığı ilə çıxış etmək
hüququna malik olan və icraedici, sərəncamverici fəaliyyət
qaydasında gündəlik olaraq təsərrüfat, sosial-mədəni, və in-
zibati-siyasi quruculuğunu həyata keçirən dövlət aparatının
bir hissəsidir.
İcra hakimiyyətinin hər bir orqanı - təşkilatı
cəhətdən qanuniləşdirilmiş (qanuni şəklə salmış) formada
tərtib edilmiş, özünün strukturuna, özünün əsas element
-
27
-
lərinə və ştatına malikdir. İcra hakimiyyəti orqanlarının
strukturları və ştatları, idarəçiliyin ayrı-ayrı sahələrinin
xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının
dövlət və inzibatı quruculuğuna əsasən təşkil edilir.
İcra hakimiyyəti orqanlarının əsas əlamətləri
aşağıdakılardır;
-
onlar idarəçilik (icraedici və sərəncamverici)
fəaliyyəti həyata keçirirlər;
-
daxili təşkilati struktura malikdirlər ;
-
dövlət hakimiyyət səlahiyj^ətlərinə malikdirlər;
-
büdcənin icrası məsələlərində nümayəndəli
hakimiyyətin müvafiq orqanlarının nəzarəti altında olurlar;
-
müvafiq səlahiyyətlərə malikdirlər;
-
operativ müstəqilliyə malikdirlər;
-
bir qayda olaraq daima ştata malikdirlər;
-
yuxarı orqanlar tərəfindən təşkil edilirlər;
-
onların təşkili, strukturu və fəaliyyət qaydaları əsasən
inzibati hüquq normaları ilə nizama salmır.
Qeyd etmək lazımdır ki, bu əlamətlər bir-biri ilə
qarşılıqlı surətdə bağlıdırlar.
İcra hakimiyyəti orqanlarının strukturu aşağıdakı
elementlərdən ibarətdir:
1.
rəhbərlik, (orqanın rəisi, onun müavinləri, kollegiya
və s.);
2.
sahəvi bölmələr (baş idarələr, idarələr, sahələr və s.);
3.
funksional bölmələr (şöbələr, idarələr və s.); həmin
orqanda planlaşdırmanı, kadr məsələlərini aparırlar;
4.
Köməkçi və xidmətedici bölmələr (katiblik,
dəftərxana, kompüter xidməti və s.).
28
-
Dostları ilə paylaş: |