§1. DÖVLƏT QULLUĞUNUN İNKİŞAF
TARİXİ
Ümummilli Lider Heydər Əliyev bizim üçün elmi
prinsiplərə və zəngin intellektual potensiala əsaslanan
mükəmməl bir dövlətçilik konsepsiyası yaratmış, dövlət
idarəçiliyi sahəsində dərin elmi-nəzəri və praktiki irs
qoymuşdur. Bu konsepsiya mükəmməl elmi nəzəriyyəyə,
sınaqdan çıxmış təcrübəyə, reallığa və məsuliyyətə əsaslanır
və iki tarixi dövrü əhatə edir:
-
SSRİ tərkibində Azərbaycana rəhbərlik etdiyi
1969-1982-ci illər;
-
müstəqil Azərbaycan Respublikasına rəhbərlik
etdiyi 1993-2003-cü illər.
1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan
partiya
təşkilatına
rəhbər
seçilməsi
onun
liderik
keyfiyyətlərinin, təşkilatçılıq istedadının və intellektual
qabiliyyətinin qiymətləndirilməsi idi.
Heydər Əliyevin hakimiyyətə gəlişi ilə respublikada
ənənəvi təsərrüfat sahələrinin səmərəliliyinin artırılması ilə
yanaşı, yeni-yeni istehsal istiqamətlərinin yaradılması yolunda
çoxşaxəli fəaliyyətin əsası qoyulmuş, iqtisadiyyatın sənaye
bazasının genişləndirilməsi və müasirləşdirilməsi xətti
yeridilməyə başlanmışdır. Bu dövrdə yaradılmış çoxsaylı
sənaye müəssisələri, həmin dövr üçün ən müasir
texnologiyalara əsaslanan istehsal obyektləri respublikanın
iqtisadi infrastrukturunu köklü surətdə dəyişdirdi, onun aqrar
yönümlü respublikadan sənaye yönümlü respublikaya
çevrilməsinə zəmin yaratdı. Nəticədə 1980-ci ilin
-12
sonunda sənayenin əsas istehsal fondlarının dəyəri 1969-cu .
ilin göstəricisindən iki dəfə yüksək idi.
k
Həmin dövrdə Azərbaycanda böyük quruculuq,
yaradıcılıq və inkişaf mərhələsi, cəmiyyətin bütün sahə-
lorində yüksəliş və tərəqqi dövrü hökm sürürdü. Bütün
bunların nəticəsi idi ki, Azərbaycan İttifaq büdcəsindən
dotasiya almadan fəaliyyət göstərən iki respublikadan biri idi.
Heydər Əliyevin Azərbaycana rəhbərlik dövrünün
ikinci mərhələsi nə qədər təlatümlü, ziddiyyətli, ictimai- siyasi
gərginliklərlə səciyyələnən illərə təsadüf etsə də, ona xas olan siyasi
müdriklik, illərlə toplanmış böyük dövlətçilik təcrübəsi, iradə
yenilməzliyi və ən başlıcası doğma vətəninin düçar olduğu bəlalardan
xilas etmək istəyi ölkə- c-
mizi sürətlə fəlakətə sürükləyən təhlükəli
proseslərin qarşı
sını almağa, xalqın müstəqilliyə, azadlığa, firavan gələcəyə
inamını qaytarmağa qadir olan amil kimi özünü göstərdi.
Heydər Əliyevin müstəqil dövlətçilik konsepsiyasının
əsasını ölkə daxilində, regionda və beynəlxalq aləmdə cərəyan
edən proseslərin mahiyyətinin, məqsədlərinin və arxasında
dayanan qüvvələrin öyrənilməsi, qiymətləndirilməsi və
vəziyyətə uyğun fəalij^ət proqramının hazırlanması təşkil
edirdi.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə
başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik,
demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşər dəyərlər təşkil
edən yeni bir ideologiyanın əsa- ’ ^ sı qoyulmuşdur. Dövlət
quruculuğu məsələləri Heydər
Əliyevin daim diqqət mərkəzində olmuşdur. 1995-ci ildə ,
Konstitusiya komissiyası yaradıldı və Heydər Əliyevin
bilavasitə rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Kons-
-13
titusiyası dünya standartlarına uyğun şəkildə hazırlanıb
1995-ci ilin 12 noyabrında ümumxalq referendumu yolu ilə
qəbul olundu. Bununla da müstəqil Azərbaycanın dövlət
quruculuğunun əsasları qoyulmuş oldu. Azərbaycan
demokratik, hüquqi, dünyəvi bir dövlət olaraq insan
hüquqlarının prioritetini və hakimiyyət bölgüsünü özündə
gələcək inkişaf yolu kimi seçdi.
Heydər Əliyev 1998-ci il dekabr ayının 29-da
“Azərbaycan Respublikasında dövlət idarəetmə sistemində
islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması
haqqında” fərmanı imzaladı ki, bu da səmərəli dövlət
idarəetmə sisteminin formalaşdırılması istiqamətində
aparılan islahatların başlanğıcını qoydu. Heydər Əliyevin
rəhbərliyi altında komissiya dövlət idarəetmə sisteminin
islahatlarının Konsepsiya layihəsini işləyib hazırladı. Bu
konsepsiyada Azərbaycanın dövlət idarəetmə sisteminin
müasir vəziyyəti təhlil olunaraq mövcud çatışmamazlıqlar
aşkara çıxarılmış və dörd istiqamət üzrə islahatların
aparılmasının zəruriliyi əsaslandırılmışdı (dövlət xərclərinin
idarə olunması sisteminin yenidən qurulması; audit
sisteminin islahatı; dövlət idarəetmə sisteminin (inzibati
dövlət qulluğu) islahatı; hüquq və məhkəmə sisteminin
islahatı).
Dövlət idarəetmə strukturunu təkmilləşdirmək,
dövlət idarəetmə orqanları sistemini funksional prinsip üzrə
formalaşdırmaq məqsədilə ölkə Prezidentinin fərmanı ilə bir
sıra yeni nazirliklər formalaşdırılmış (Yanacaq və
Energetika Nazirliyi; Gənclər, İdman və Turizm Nazirliyi;
Ekologiya və Təbii Sərvətlər Nazirliyi; Azərbaycan
Respublikası Prezident yanında Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsi; Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
və s.)
-
14
-
Dostları ilə paylaş: |