  1 Ramiz Dəniz



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə32/42
tarix18.06.2018
ölçüsü2,9 Kb.
#49453
1   ...   28   29   30   31   32   33   34   35   ...   42

                                                     
 
  
                                                                            
                                                    
130 
danışıqlarını  önə  çəkəndə,  Roma  papasını  aldatmaq  üçün 
məhz  bu  amil  nəzərə  alınmalı  idi.  Yer  səthi  düz  olduğu 
üçün  demarkasion  xəttdən  qərbdən  üzü  şərqə  doğru 
yerləşən bütün ərazilər portuqallara məxsus olmalıydı.   
Pireyranın  ekspedisiyasının  səyahət  zamanı  əldə  etdiyi 
nəticələrdən xeyli razı qalan kral II Juan növbəti danışıqlar 
üçün  öz  diplomatlarını  təlimatlandırır.  İspan  nümayəndə-
lərinin,  o  cümlədən,  pontifikin  verəcəyi  suallarının  cavab-
ları əvvəlcədən onlarda hazır idi.  
Roma  papasının  iştirakı  ilə  ispanlarla  danışıqlar  elə 
aparılmalıydı  ki,  portuqallar  heç  kimi  şübhələndirmədən 
ədalətli  bölgü  kimi  demarkasion  xəttin  Azör  adalarından 
100  liq  yox,  370  liq  qərb  istiqmətində  keçirilməsinə  nail 
olmalıydılar.  Bu  xətt  Kolumbun  kəşf  etdiyi  torpaqlardan 
xeyli sağ tərəfdə, üzü Avropaya yaxın bir yerdə yerləşirdi. 
İspan  nümayəndələri  əmin  idilər  ki,  qərb  torpaqlarından 
bixəbər  olan  portuqallar,  okean  sularında  öz  gəmilərinin 
təhlükəsizliyini  təmin  etmək  üçün  atlantikada  bir  qədər 
artıq  su  hövzəsinə  yiyələnmək  istəyirlər.  Maraqlıdır  ki, 
nəyə görə ispan nümayəndələri o qədər də kəskin müqavi-
mət göstərmədən rəqiblərinin tələblərilə razılaşırlar? Onlar 
artıq münaqişə yaranmasın deyə və bütün narazılıqlara son 
qoymaq  üçün,  heç  kimə  lazım  olmayan  ucsuz-bucaqsız 


                                                     
 
  
                                                                            
                                                    
131 
okean  sularını  portuqallara  güzəştə  getməyə  etiraz  etmə-
dilər.  
Bu  məsələdə  Kolumbun  birinci  səyahəti  zamanı  baş 
verən  kəşfin  nəticələri  portuqal  nümayəndələrinə  xeyir 
verir.  İş  ondadır  ki,  genuyalı  admiralın  kəşf  etdiyi  adalar 
65
0
-70

qərb uzunluğunda, Pireyranın sahilə yan aldığı ərazi 
42
0
-43

uzunluğunda  yerləşirdi.  Əldə  olunan  kəşflərin 
arasında  25
0
-30
0
-lik  bufer  zonası  əmələ  gəlirdi  və  portu-
qallar  bunu  əsas  tutaraq  əmin  idilər  ki,  ispanlar  demar-
kasion  xəttin  45-47
0
  qərb  uzunluğuna  qədər  çəkilməsinə 
heç bir etiraz bildirməyəcəklər.  
Xüsusilə  qeyd  etmək  istəyirəm  ki,  burada  da  bəxt 
portuqalların üzünə gülür. İş ondadır ki, transatlantik keçidi 
zaman  Baham  adaları,  Haiti  və  Kuba  adaları  Kolumbun 
qarşısına  çıxan  ilkin  torpaq  ərazisi  sayılırdı  və  onlardan 
şərq  tərəfdə  heç  bir  quru  ərazisi  yerləşmirdi.  Deməli, 
məlum  olan  adalardan  şərq  tərəfdə  nə  ərazi  vardısa, 
portuqallar  həmin  ərazilərə  sahib  çıxa  bilərdilər.  Onsuz  da 
admiralın  hesabatında  65-ci  və  70-ci  meridianlardan  şərq 
tərəfdə  yalnız  okean  suları  göstərilirdi.  İspanların  belə  bir 
kobud  səhvindən  istifadə  edən  portuqallar  tələsik  olaraq, 
Cənubi  Amerika  sahillərinə  məxfi  ekspedisiya  göndərir  və 
qəribə  olsa  da,  nəzərdə  tutulan  meridiandan  qat-qat  şərq 
tərəfdə  iri  br  torpaq  ərazisi  aşkarlayır  və  bunu  dünya 


                                                     
 
  
                                                                            
                                                    
132 
ictimaiyyətindən  gizlin  saxlamağa  məcbur  olurlar.  Ona 
qədər  isə  II  Juan  ispanları  danışıq  masası  arxasına  dəvət 
edib,  bunu  yuridik  şəkildə,  yəni  gizlincə  kəşf  etdiyi 
torpaqları sənədlər şəkilində əldə etməli idi.   
Hansısa bir müddətdə danışıqlar heç bir əhəmiyyət kəsb 
etməsə də, sonradan yenidən bərpa olur və 7-i iyun 1494-cü 
ildə  Tordesilyas  müqaviləsi  bağlanır.  Məlum  olduğu  kimi 
həm  şimal  və  cənubu,  həm  də  şərq  və  qərbi  bildirən 
demarkasion  xətt  Azör  adalarından  370  liq  qərbə,  46

30
/
 
çəkilir  və  Braziliya  avtomatik  olaraq  Portuqal  taxt-tacının 
mülkiyyətinə  çevrilir.  İndiki  Braziliyanın  ucqar  qərb 
hissəsindən  başqa  Amerika  qitəsi  bütünlüklə  ispan 
krallarının  tabeliyinə  keçir.  Lakin  buna  baxmayaraq,  bu 
ispanların tam qələbəsi sayılmırdı. Bununla da, Yeni Dünya 
sahillərinin  siyasi  coğrafiyası  yaranır  və  bu  da  Roma 
papasının möhürü ilə möhkəmlənir. 
Beləliklə,  portuqallar  Roma  papası  VI  Aleksandr 
Borcianın  vasitəsilə  ispanlara  kələk  gələrək,  gələcəkdə  8,5 
mln.
2
  km.  ərazini  əhatə  edən  Braziliya  ölkəsinin  əldə 
edilməsinə  nail  olurlar.  Belə  bir  ədalətsiz  bölgü  ispanların 
haqlı  zəhmətlərinin  üstündən  xətt  çəkirdi.  Ona  görə  ki, 
rəsmi  olaraq  ilk  dəfə  Braziliya  sahillərinə  ispan  dəniz 
səyyahları  –  Visente  Pinson  və  Diyeqo  Lepe  qədəm 
qoymuşdular.  Lakin  bizim  dövrdə  Latın  Amerikasının  ən 


                                                     
 
  
                                                                            
                                                    
133 
böyük ölkəsinə sahib olmaqda portuqallar Pedro Kabraldan 
çox, taxt-taca bütün varlığı ilə sadiq olmuş Duarti Pireyraya 
minnətdar olmalıdırlar. Ona görə ki, bir çoxlarına Atlantik 
okeanının qərbində torpaq tapmaq tapşırığı verilsə də, onlar 
həmin  işi  yerinə  yetirə  bilməmişdilər.  Pireyra  isə  həmin 
missiyanın  öhdəsindən  artıqlaması  ilə  gəldi.  Çünki  kral  II 
Juana  hava-su  kimi  lazım  olan  torpaq  aşkarlanmış  və 
təcrübəli  kapitan,  ispanlarla  növbəti  danışıqlara  başlanma-
mışdan  əvvəl  özünü  Avropaya  çatdıra  bilmişdi.  Bu  azmış 
kimi  o,  Tordesilyas  danışıqlarında  bilavasitə  iştirak  etmiş 
və  Roma  papasının  vasitəsilə  ispanların  aldadılmasında 
mühüm  rol  oynamışdır.  Bundan  əlavə  Pireyra  Portuqal 
kralına öz sədaqətini nümayiş etdirərək, ölənə qədər həmin 
sirri daxilində saxlamağa məcbur olmuşdu. 
Bu  məsələdə  portuqalların  mahir  hipnozçu  kimi 
rəqiblərinə manipulyasiya etmələrini önə çəkmək lazımdır. 
Onlar  danışıqlar  zamanı  özlərini  elə  aparırdılar  ki,  guya 
ispanlar onların halalca torpaqlarını əllərindən alıblar. Ona 
görə  də  qara  məni  basınca,  mən  qaranı  basım  prinsipini 
əldə şüar tutaraq, həyasızcasına öz tələblərini irəli sürürlər. 
Nəticədə demarkasion xətt xeyli qərbə tərəf çəkilir.  
Elə  həmin  il  pontifik  rəsmi  olaraq  Ferdinand  Araqonlu 
ilə İzabella Kastiliyalıya “Katolik kralları” titulunu verir. 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə