  1 Ramiz Dəniz



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə30/42
tarix18.06.2018
ölçüsü2,9 Kb.
#49453
1   ...   26   27   28   29   30   31   32   33   ...   42

                                                     
 
  
                                                                            
                                                    
122 
          
Portuqalların Braziliya sahillərinə olan  
                    ehtiyat marşrutu  
 
 
Əsl  dənizçı,  peşəkar  şturman  əvvəlki  səyahətlərdən 
nəticə  çıxarmalıdır.  Əgər,  Pireyra  Kanar  və  Şimali-Passat 
cərəyanlarından  istifadə  etsəydi,  onda  o  da  van  Olmenin 
səhvini  təkrarlaya  bilərdi.  Onun  bəxti  gətirir  ki,  yola 
düşməmişdən  əvvəl  Şimal  yarımkürəsində  qış  fəsli  idi. 
Bunun  üçün  qasırğaların  əhatəsinə  düşməməkdən  ötrü 
alternativ  cərəyandan  istifadə  edilməsi  məqbul  sayılırdı. 
Həm  də  elə  etmək  lazım  idi  ki,  onlar  yolda  ispan  bayrağı 
altında üzən gəmilərlə üzləşməsinlər.    
Okeanın  ortasında  qərb  istiqamətində  hərəkət  etmək 
üçün  ən  münasib  cərəyan  Cənubi  Passat  sayılır.  Ona  görə 
ki,  təxminən  Qvineya  körfəzi  sahillərində,  1

ş.  en 
dairəsindən 2
0
-2
0
  30
/
c. en dairəsi akvatoriyasında başlanan 
cərəyan (həmin yerdə cərəyanın eni 300-350 km-dir) qərbə 
uzandıqca  enniləşir.  Getdikcə  enniləşən  okean  çayı  Palma 
burnu  meridianında  2
0
  ş.  en  dairəsindən,  hətta  bir  qədər 
artıq 5

c. en dairəsini əhatə edir. 10

qərb uzunluğunda isə 
cərəyanın  eni  8
0
-9

(800-900  km.)  olur.  Ferro  adasının 
meridianından  bir  qədər  qərbdə  cərəyandan  şimal-qərb 
istiqamətində qol ayrılır və onun eni 20
0
, bəzi yerlərdə isə 
30

ş.  en  dairəsinin  sərhədinə  kimi  uzanır.  Cənubi  Passat 


                                                     
 
  
                                                                            
                                                    
123 
cərəyanının  özü  isə  Braziliya  sahillərində  San-Roka  burnu 
yaxınlığında iki qola – şimala doğru Karib dənizi hövzəsinə 
qədər  hərəkət  edən  Qviana  və  cənuba  doğru  Cənub 
Küləklərinə qədər uzanan Braziliya cərəynına ayrılır.  
Maraqlıdır  ki,  Afrikadan  Cənubi  Amerika  sahillərinə 
kimi üz tutan bu cərəyanın sürəti stabil deyil: başlanğıcında 
sürət  bir  günə  40-50  km.  edir,  Palma  burnu  meridianında 
(yayda) bəzən 80-120 km., 10

qərb uz. 60 km-ə enir, lakin 
110 km-ə qədər arta bilir. 
Çox  güman  ki,  Pireyra  Qvineya  sahillərinin  girişinə 
yaxın  bir  yerdə  Cənubi-Passat  cərəyanına  daxil  olmuş  və 
Braziliya  sahillərinə  doğru  kurs  götürmüşdü.  O,  istədi-
istəmədi güçlü və böyük okean çayı ekspedisiyanı nəzərdə 
tutulan  məntəqəyə  aparıb  çıxarır.  Pireyra  bir  xəritəşünas 
kimi  həmin  sahil  zolağının  konturlarını  çəkir,  oranın  enlik 
və  uzunluq  koordinatlarını  müəyyənləşdirir.  Artıq  vaxt 
itirmədən  geriyə  qayıdır.  Tələskənlik  başlanan  işin  axıra 
çatdırılmasına imkan vermir.  
Mənim  fikirimcə,  kral  II  Juan  məxfi  saxlanılan  həmin 
ekspedisiyanı  okeanın  qərb  hissəsinə  göndərəndə,  əsas 
tapşırıqlardan biri o idi ki, elə ki, onlara hava-su kimi lazım 
olan  torpaq  aşkarlandı,  dənizçilər  vaxt  itirmədən  şad 
xəbərlə  vətənə  qayıtmalıydılar.  Hadisələrin  gedişatını 
təsəvvür  edəndə,  demək  olar  ki,  elə  də  olur.  Ekspedisiya 


                                                     
 
  
                                                                            
                                                    
124 
üzvləri  orada  su  ehtiyatı  əldə  edən  və  gəmini  təmir  edən 
zaman bir aya yaxın vaxt itirə bilərdilər. Məhz buna görə də 
təməli  qoyulan  səhv  altı  ildən  sonra  Kabralın  səyahəti 
zamanı bir daha təkrarlanır.  
Həmin  səhv  nədən  ibarət  idi?  Kəşf  olunan  torpaq 
ərazisini  tədqiq  etmək  vaxt  itkisinə  səbəb  olacağından,  bu 
kral  təlimatına  zidd  sayılırdı.  Ona  görə  ki,  portuqal 
dənizçiləri torpağı kəşf edən kimi dərhal həmin sahillərdən 
uzaqlaşmalıydılar.  Elə  bu  səbəbdən  sahil  zolağını  yoxla-
mağa imkan tapmayan Pireyra elə zənn edir ki, qarşılaşdığı 
torpaq  materik  yox,  hansısa  bir  adadır.  Axı,  Kolumb  da 
birinci  səyahətindən  geri  qayıdan  kimi,  okeanın  qərb 
hissəsində  çoxsaylı  adalar  qrupunun  kəşf  etdiyini  bəyan 
etmişdi.  Elə  Kabral  da  həmin  əraziyə  ilk  dəfə  qədəm 
qoyanda, elə bilimişdi ki, həmin ərazi böyük bir adadır.  
Bütün bunlara baxmayaraq, çox güman ki, Pireyra 1494-
cü  ilin  birinci  rübündə  Lissabona  qayıdır.  Hazırlanan 
hesabatda  hər  bir  detal bütün  incəliklərinə  kimi  yoxlanılır. 
Lissabondan, Afrikanın ucqar qərb sahilindən, Madeyra və 
Yaşıl  Burun  adalarından  Braziliya  sahillərinə  kimi  olan 
bütün  məsafələr  hesabatda  öz  əksini  tapır.  Ən  əsas  isə 
yenicə  kəşf  olunan  və  müəyyən  vaxta  qədər  gizlin 
saxlanılacaq  həmin  ərazinin  uzunluq  koordinatları  diqqət 
mərkəzində  saxlanılırdı.  Koordinatlar  baxımdan  mən  bir  


                                                     
 
  
                                                                            
                                                    
125 
   
 
     
Atlantik okeanında fəaliyyət göstərən cərəyanlar 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə