Çoxsaylı araşdırma materiallarına görə, Azərbaycana
qarşı bütün dövrlərdə bir-birindən fərqli qanlı cinayətlər
törədilməsində çox sayda günahsız soydaşımızı qətlə yetirən,
uşaqları və hamilə qadınları diri-diri yandıran “Erməni Milli
Bürosu” (“Büro”) fəal rol oynayıb. Türk-müsəlman əhalinin
dədə-baba torpaqlarında “Dənizdən-dənizə Böyük Ermənistan”
yaratmaq sərsəmliyi ilə ortaya atılan bu təşkilat Qafqazda və
Türkiyədə, yayıldıqları ərazilərdə, guya, erməniləri müdafiə
məqsədilə “könüllü dəstələr” yaratmış, fürsət düşdükcə terror və
kütləvi qırğınlar törətmişdi.
Bu siyasət qondarma “erməni
məsələsi”ndən həmişə öz məqsədləri
üçün istifadə edən Qərbin impe-
rialist dairələrinin, eləcə də çar
və sovet Rusiyasının maraqları-
na cavab verdiyindən onlar əlaltı
erməni toplumunu daim və hər
yerdə xəyanətkarlığa, qanlı əməllərə
şirnikləndirmişlər. Birinci Dünya
müharibəsi dövründə bu siyasət geniş
dairəni əhatə etmiş və ən yüksək
həddə çatmışdır.
Əldə etdiyimiz məlumata görə,
“Büro” 1912-ci ildə Bakıda, indi-
ki Amerika səfirliyinin ərazisində
təsadüfən tapılan bir uşaq qəbrinin
üstündə yaradılıb. Ermənilər iddia
edirdilər ki, bu uşaq, guya, erməni olub
və onu azərbaycanlılar qətlə yetiriblər.
Ərazi isə o vaxt Bakı neftində 5
faizlik payı olan erməni milyonçusu
Gülbekyanın olub. Bu qanlı təşkilat
yaradılanda heç bir məramnaməsi ol-
mayıb. Proqramsız və nizamnaməsiz,
qondarma bir uşaq qəbrinin üstündə
qurulmuş bu erməni təşkilatının qanlı
izləri 1918-ci il Şamaxı qırğınlarında
daha qabarıq görünür.
Əvvəla, “Milli Büro”nun
üzvlərinə nəzər salaq:
1.Yepiskop Mesrop – Qafqazdakı
erməni burjuaziyasının başçısı, çar
Nikolayın Qafqazdakı canişini Vo-
rontsov-Daşkovun arvadının məşuqu,
təşkilatın rəhbəri idi.
2. A.Xatisov-“Daşnaksütyun”
partiyasının liderlərindən və
1918-1920-ci illərin ən qatı
cinayətkarlarından biri olmuş, Şamaxı
qəzasına S.Lalayanın hücum takti-
kasını işləyib hazırlamış, bir müddət
çarın xəfiyyə idarəsində çalışmış
polkovnik idi.
3.E.Zavriyev – ixtisasca uşaq
həkimi olmuş bu qatili “Doktor
Zavriyev” çağırırdılar. O, “Daşnak-
sütyun” partiyasında xaricdə yaşayan
ermənilərlə əlaqələndirmə şöbəsinin
başçısı idi.
4. S.Arutyunov – “Silahlı
azadlıqsevərlər” qrupunun, “DRO”
erməni silahlı birləşməsinin rəhbəri
idi, ona “Hibanet”, dəstə üzvlərinə isə
“hibanetçilər” deyirdilər.
5.Andranik – Qafqazda erməni
silahlı birləşmələrinin komandanı.
Böyük Britaniyanın “Mİ-6” kəşfiyyat
mərkəzinin agenti idi.
1915-ci ilin əvvəllərində bütün
ermənilərin katalikosu V Gevorq
“Milli Erməni Büro” adından çar
Nikolaya ünvanladığı məktubda qeyd
edirdi: “Ermənilər sizin ən inanılmış
övladlarınızdır”. V Gevorq daha sonra
qeyd edirdi: “Bizə şərait yaradın ki,
Türkiyə və Azərbaycanda öz qardaş-
bacılarımızı onların əsarətindən xilas
edək. Bizə yardım və köməklik
edin ki, “könüllü dəstələr” yaradaq.”
Ermənistanda 1965-ci ildə rus
və erməni dillərində çap olunan
(Еосиздат Армении) “Daşnaksüt-
yun əvvəl və indi” kitabında tarix-
çi-diplomat Q.Abovyan isə yazırdı:
“Məktubdan sonra, doktor Zavriyev
tələsmədən Tiflisə gedir. Çarın canişi-
ni Vorontsov-Daşkovla görüşür. Ona
çoxsaylı vədlər verərək, regionda “kö-
nüllü erməni dəstələri”nin yaradılma-
sını əks etdirən sənədlərə imza atdırır.
Bundan sonra yepiskop Mesropla,
S.Arutyunovla, A.Xatisovla görüşlər
təşkil edən canişin Vorontsov-Daş-
kov xatırladır ki, onun imza atdığı
sənədlər 150 il qüvvədə qalacaq.
Ermənilərə, həmçinin məsləhət
görülürdü ki, həm Türkiyədə, həm
də Azərbaycanda yuxarı eşelonlarda
çalışıb mövqe tutsunlar və ən çox
kəşfiyyatla məşğul olsunlar”.
1915-ci ilin ortalarında
“Büro”nun liderlərindən olan doktor
Zavriyev Rusiyanın xarici işlər
naziri Neratovun xüsusi məktubu ilə
İngiltərədə və Fransada olur. Doktor
Zavriyev İngiltərədəki Rusiya səfiri
Benqendorfla və Fransadakı Rusiya
səfiri İzvolski ilə görüşür. Rusiyanın
xarici işlər naziri Neratov xüsusi
məktubunda həm Londondakı, həm
də Parisdəki nümayəndəsinə yazırdı:
“Zavriyev çox nüfuzlu adamdır. Ru-
siyanın siyasi dairələrində məşhurdur.
Ona imkan yaradın ki, ermənilərlə
görüşlər keçirib, məlum siyasi
məsələləri həll etsin. Ona qəyyumluq
edin.”
Araşdırma materiallarına
görə, “Büro”nun London və Pa-
ris görüşlərindən sonra erməni
millətçilərinin Avropaya yeni
qapıları açıldı. O zaman Şamaxı və
Bakı London və Paris üçün də çox
önəmli strateji ərazi hesab olunurdu.
Həmin vaxt İngiltərə hərbi sənaye
kompleksində Qafqaz xalqlarının
genetik kodları araşdırılırdı. İngilis
alimləri genetik kodlar arasında
uzunömürlülüyün və dözümlülü-
yün sirlərilə yanaşı, Naxçıvan və
Şamaxı ərazisində uran, qızıl və neft
yataqlarının axtarışında idilər. Digər
tərəfdən, ingilislərin “Mİ-6”sının
məlumatına görə, Şamaxıda bir neçə
yerdə “qızıl və digər qiymətli sərvət
xəzinələri” mövcud idi.
O dövrdə “Milli Erməni Bürosu”,
xüsusən Azərbaycanda ciddi qır-
ğınlara hazırlaşırdı. Əlavə olaraq,
təlim üçün Parisdən, Londondan və
ABŞ-dan xüsusi hərbi emissarlar yola
salınmışdı. Çar ordusundan tərxis
olunanların 450 nəfəri dərhal “Milli
Erməni Bürosu”na daxil olmuşdu.
Ən maraqlısı bu idi ki, ermənilər
“Büro”ya əllərində silah və hərbi
geyimdə üzv yazılırdılar. Tərxis olu-
nan ermənilərdən silah geri alınmırdı.
Məsələn, kəşfiyyat polkovniki
S. Qolikov iddia edir ki, belə bir
ənənə ermənilər üçün sovet ordusun-
da da davam edib. Sovet Ordusundan
tərxis olunmuş erməni əsgər və zabitə
xəlvəti yolla istədiyi silahı özü ilə
aparmaq ixtiyarı verilmişdi.
“Milli Erməni Bürosu” 1916-cı
ildə Şamaxıda, Qubada, əsasən, şərq
və qərb istiqamətlərində özəklərini
yaratmağa müvəffəq oldu. Fransız-
ların və ingilislərin istəyini nəzərə
alaraq, ermənilər birinci olaraq hər
iki qəzada milliyyətcə yəhudi olan
ailələrin siyahısını tərtib etdilər.
Həmin ildə Şamaxıda 16, Qubada
isə 9 tüfəng qeydə alınmışdı. Yeli-
zavetpol qəzasının çar xəfiyyəsinin
məlumatlarının birində yazılırdı:
“Məlumata görə, Şamaxı və Quba
qəzalarına gələn tacirlər özlərilə
birgə silah gətirirlər. Əsasən, Şamaxı
qəzasında bu məsələ aktiv baş verir”.
Əslində, belə deyildi. Bu saxta
və uydurma məlumatı qoşanların elə
özləri Şamaxı qəzasında ardı-arası
kəsilmədən evlərə soxulur, qeydsiz-
şərtsiz axtarışlar aparırdılar. Şamaxı
ilə Bakı arasında tədricən əlaqələr
qırılırdı, gediş-gəliş azalırdı. Qəzada
əsas vəzifələrə, icraedici orqanlara
ermənilər irəli çəkilirdi. Şamaxı
qəzasını faktiki olaraq 1916-cı il
dekabrın sonlarında ermənilər işğal
etmişdilər. Şamaxı ziyalılarının bir
qismi artıq dərk etməyə başlamışdı ki,
qəzada baş verənlərin sonunda yaxşı
bir şey dayanmır.
“Milli Erməni Bürosu”nda
cəmlənmiş erməni könüllü dəstələrinə
qarşı nəsə bir tədbir görülməli
idi. Şamaxı qəzasında baş verən
hadisələrlə, ərazidəki siyasi-içtimai
mühitlə bağlı Bakıya ötürülən məktub
və teleqramlar cavabsız qalırdı.
1916-cı ilin dekabrında “Milli Erməni
Bürosu”nun şəxsi məktubuna əsasən,
rus dilini yaxşı bilən, milliyyətcə
erməni olan L.Ambartsumov Şamaxı
qəzasının poçt-teleqraf işləri üzrə
“cavabdeh şəxs” təyin edildi. Onsuz
heç bir teleqraf açılmırdı. Məktubu
isə Tiflisdəki canişin imzalamışdı.
Aşkar edilmiş materiallara görə,
1917-ci il yanvarın 6-da L. Ambart-
sumov “Milli Erməni Bürosu”nun
xarici əlaqələr şöbəsinin başçısı,
bilavasitə çar Nikolayın dəftərxanası
ilə sıx əlaqəsi olan doktor Zavriyevə
xüsusi bir teleqram göndərib.
L.Ambartsumov yazırdı ki, Şama-
xıda bir qrup ziyalı ermənilərə qarşı
təşkilat yaradıb. Amma bu təşkilatın
adı yox idi. L.Ambartsumovun
saxta teleqramından sonra, əsasən
ermənilərdən ibarət kiçik bir dəstə Şa-
maxıya göndərildi. Doktor Zavriyev
cavab teleqramında tələb edirdi ki,
L.Ambartsumov ona təşkilat haqqında
geniş məlumat versin.
Nəticədə Şamaxıda məxfi qay-
dada fəaliyyət göstərən “Büro”nun
S.Lalayanın başçılıq etdiyi silahlı
birləşməsi Cümə məscidinə hücum
edib, onu yandırdı. Məsçiddə olan 11
adamdan 5 nəfəri öldürüldü, 6 nəfəri
isə ağır bədən yarası aldı. Şamaxı
qəzasında baş verən bu hadisə yerli
əhalinin qəzəblənməsinə səbəb oldu.
Lakin adamlar silahsız və köməksiz
idilər.
Əldə etdiyimiz materiallar-
dan aydın olur ki, İran ərazisindən
Azərbaycan istiqamətində ingilislərin
xeyir-duası ilə hazırlanmış vəhhabi
dəstələri, daha doğrusu, şiə
müsəlmanlara qənim kəsilmiş ərəb
karmatları (vəhşi ərəblər) və yaxud
“Karmat birlikləri” yola salınmış-
dı. Onların bir qrupu məhz Şamaxı
ərazisində “Büro”ya – S.Lalayanın
rəhbərlik etdiyi silahlı dəstələrə
yardım göstərir, şiə-müsəlmanların
evlərini qarət edir, din xadimlərini
öldürür, quran kitablarından tonqallar
qururdular.
İngilislərin Bəhreyndən qovub
gətirdikləri bu vəhhabi dəstələri
Təbrizdə, Tehranda, Ərdəbildə də
şiə-müsəlmanlara qarşı ermənilərlə
birgə qanlı cinayətlər törədirdilər.
Bilavasitə regionda İslamın parçalan-
masına xidmət edən ərəb karmatları
Azərbaycanda ermənilərin apardıq-
ları etnik təmizləmə siyasətində alət
olmuşdular.
(ardı var)
Rövşən VƏLİYEV,
politoloq
Avqustun 26-da Azərbaycan Avtomobil Federasiyasının (AAF)
təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüş və sərgisi keçirilib.
Tədbirdə 1980-ci ilədək istehsal olun-
muş 150-dən çox klassik avtomobil iştirak
edib. Bunlar yürüş üçün qeydiyyatdan
keçən şəxsi avtomobillər, həmçinin Heydər
Əliyev Mərkəzində nümayiş etdirilən klassik
avtomobil sərgisinin eksponatlarından ibarət
nəqliyyat vasitələri olub.
Yürüşdə Heydər Əliyev Mərkəzinin
direktoru, Azərbaycan Avtomobil Fede-
rasiyasının prezidenti Anar Ələkbərov,
Azərbaycan Avtomobil Federasiyasının
vitse-prezidenti, Dövlət Təhlükəsizliyi
Xidmətinin rəisi Mədət Quliyev, təhsil naziri
Mikayıl Cabbarov, tanınmış mədəniyyət və
incəsənət nümayəndələri iştirak ediblər.
Yürüşdə iştirak edən ən qədim avtomo-
bil 1937-ci ildə istehsal edilən “Opel Olimp”
avtomobili olub. Onun sahibi Azad Kərimov
AZƏRTAC-a müsahibəsində deyib: “Klassik
avtomobillərin yürüşü və sərgisi çox gözəl
tədbirdir. Sanki maşınlara ikinci həyat bağış-
layıblar. Bu, böyük bir bayramdır. Bu tədbirə
nəvələrimlə gəlmişəm. Bu cür tədbirlər tez-
tez keçirilsə, daha yaxşı olar. Çünki gələcək
nəsillər bu cür maşınları görməlidir”.
Sərgidə iştirak edən şəhər sakini Fuad
Məmmədovun avtomobilinin isə, necə
deyərlər, “42 yaşı” var. Avtomobili 2002-ci
ildə Rusiyadan gətirən F.Məmmədovun
sözlərinə görə, bu nəqliyyat vasitəsi həmin
vaxtdan işləyir, yəni xarab olmayıb. Hətta
avtomobil 2014-cü ildə Vyanaya uzaq
səyahət edib. Bakıda təşkil edilən klassik
avtomobil yürüşündə ilk dəfə iştirak etdi-
yini deyən şəhər sakini tədbirin onda xoş
təəssürat oyatdığını vurğulayıb.
Müxtəlif illərin istehsalı olan ayrı-ayrı
markalı avtomobillər Bakı küçələrində nos-
talji hisslər yaradaraq yürüş ediblər.
Klassik avtomobillər Heydər Əliyev
Mərkəzinin qarşısından start götürüb və
şəhərin mərkəzi küçələri ilə yürüş etdikdən
sonra Mərkəzin parkında sərgilənib.
Klassik avtomobillərin yürüşü və
sərgisi paytaxtımızın sakinləri ilə yanaşı,
şəhərimizin qonaqlarında da unudulmaz
təəssüratlar yaradıb. Rusiyadan gəlmiş
Natalya Zelnurova deyib: “Bakıya qonaq
gəlmişəm və gözlənilmədən bu tədbirə
qatıldım. Yürüş, eləcə də burada iştirak edən
avtomobillər çox xoşumuza gəldi. Əhvali-
ruhiyyə yüksəkdir. İnsanlar çox mehribandır-
lar. Həm bu tədbirdə, həm də ümumiyyətlə,
şəhərdə çox səmimi münasibət görürük”.
Yürüşdən sona Heydər Əliyev
Mərkəzinin parkında, həmçinin müxtəlif yaş
qrupları üçün əyləncə proqramları, çərpələng
festivalı və konsert təşkil olunub.
“Küləyin rəqsi” Beynəlxalq
Çərpələng Festivalı
“Küləyin rəqsi” Beynəlxalq Çərpələng
Festivalı Bakıda ilk dəfə təşkil olunub.
Saat 18:00-da başlayan tədbirdə 7 ölkədən
10 rəssam iştirak edib: Nərmin Abdul-
layeva (Azərbaycan), Fərəc Rəhmanov
(Azərbaycan), Sami Maalas (Finlandiya),
Marius Abramaviçus (Litva), İlona Yanulie-
ne (Litva), Ritums İvanovs (Latviya), Andris
Vitolins (Latviya), Fedir Aleksandroviç (Uk-
rayna), Yesper Boysen (Danimarka), Dolqor
Ser-Od (Monqolustan).
Rəssamların üzərinə müxtəlif rəsmlər
çəkdiyi, fərqli ölçü və formalı 50 çərpələng
“küləklər şəhəri” Bakının səmasını bəzəyib
və rəngarəng palitra yaradaraq tamaşaçılara
unudulmaz təəssürat bəxş edib.
Festival çərçivəsində həvəskar uşaqlar
da səmaya 200-dək çərpələng uçurublar.
Binəqədi rayonu 3 nömrəli məktəbin şa-
girdi Günel Hüseynli çərpələng uçurmaqdan
çox xoşu gəldiyini söyləyib. “Çərpələng çox
uçururam, amma bu cür böyük məkanda ilk
dəfədir iştirak edirəm. Həm sevinirəm, həm
də həyəcanlanıram”, - deyə G.Hüseynli festi-
vala həvəslə qatıldığını bildirib. Hüseynlilər
ailəsindən Günay xanım belə bir festivalın
keçirilməsindən çox məmnun qaldıqlarını
vurğulayaraq deyib: “Bu cür tədbirlərdə
uşaqlar çox sevinir. Onlar sevinirsə, biz
də sevinirik. Festivalı təşkil edənlərə çox
təşəkkür edirik”.
Əyləncə proqramları
Tədbir çərçivəsində saat 17:00-dan baş-
layaraq Heydər Əliyev Mərkəzinin parkında
azyaşlılar üçün müxtəlif əyləncə proqramları
təqdim olunub.
“Sevimli bala” uşaq klubunun dəstəyi ilə
qurulan oyun zonasında balacalar şar və kö-
pük şouları, batut, sürüşkənlər, böyük ölçüdə
yumşaq konstruktorlar və plastmas şahmatlar
ilə çox maraqlı anlar yaşayıblar.
Şəhər sakini Aytən Qasımova bu tədbir
barədə elanı “Facebook”da gördüyünü qeyd
edib. “Burada ab-hava çox gözəldir. İnsanın
zehnini sakitləşdirən bir havadır. Uşaq-
larım da çox sevindilər. Onların müxtəlif
əyləncələrdə iştirakının şəklini də çəkirəm.
Uşaqlara nə lazımdır? Sevinc. Bugünkü
tədbir uşaqlara böyük sevinc bağışladı”.
“The Entertainer” oyuncaq mağazasının
iştirakı ilə hazırlanan əyləncə zonasında isə
futbol, basketbol və digər oyun meydança-
ları qurulmuşdu. Burada uşaqlar, həmçinin
masaüstü oyunlarda iştirak ediblər.
“Bolşoy prazdnik” şirkəti isə balaca-
lar üçün sehrbazın fokus və illüziyalarını,
müxtəlif şoular təqdim edib.
Uşaqlar mərkəzin parkında, həmçinin
müxtəlif nağıl personajları ilə şənlənib,
üzlərini arzu etdikləri rəsmlərlə boyatdırıb,
karikaturalar çəkdiriblər. Onların sırasın-
da dörd yaşlı Ruslana Şərifzadə buradan
çox xoşu gəldiyini, burada özünə kəpənək
rəsmini boyatdıracağını söylədi. Burada ciz-
gi filmi qəhrəmanlarından Maşanı və Ayını
gördüyünü, hər ikisini çox istədiyini dedi.
Bu əyləncə növləri ilə yanaşı,
saat 18:00-dan saat 20:00-dək “Azəri
inciləri” qrupunun və balaca ifaçı Nuray
Rəhmanovanın konserti olub. Rəqs qru-
punun üzvü Aysel Eminzadə bu konsertdə
həvəslə və sevinclə iştirak etdiklərini
söyləyib. “Bura çox əyləncəlidir, hər şey
çox maraqlıdır. Rəqsə getməyi hər kəsə
tövsiyə edirəm”, - deyə Aysel Eminzadə
bildirib.
Əyləncə proqramında Bakının
müxtəlif evlərində məskunlaşan valideyn
himayəsindən məhrum və xüsusi qayğıya eh-
tiyacı olan uşaqlar da iştirak ediblər. Heydər
Əliyev Fondunun daimi qayğısı ilə əhatə
edilən uşaqlar fərqli əyləncələrdə asudə
vaxtlarını keçirib, birlikdə rəqs ediblər.
Nizami rayonundakı 1 saylı uşaq evinin
sakini Maralın ad günü münasibətilə tortun
kəsilməsi isə uşaqların bayram əhvalını
ikiqat artırıb.
Röya və Miri Yusifin konserti
Avqustun 26-da Heydər Əliyev
Mərkəzinin parkında Əməkdar artist Röya
Ayxanın və Miri Yusifin konserti olub. Saat
20:00-da başlanan konsertdə müğənnilər ta-
maşaçılara maraqlı repertuar təqdim ediblər.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzi
həftəsonları müxtəlif əyləncə proqramları
təşkil edir. Şəhər sakinləri və qonaqların işti-
rak etdiyi budəfəki tədbir klassik avtomobil
yürüşü və açıq havadakı sərgi, bir-birindən
rəngarəng əyləncələrlə yadda qalıb.
AZƏRTAC
29 avqust 2017-ci il, çərşənbə axşamı
5
Şamaxı qırğını: yeni araşdırmalar,
müdhiş faktlar
Soyqırımı faktların dili ilə
Heydər Əliyev Mərkəzində klassik avtomobillərin
yürüşü və möhtəşəm əyləncə tədbirləri keçirilib
Heydər Əliyev Mərkəzində klassik avtomobillərin
yürüşü və möhtəşəm əyləncə tədbirləri keçirilib