[]



Yüklə 483,18 Kb.
Pdf görüntüsü
səhifə5/5
tarix17.06.2018
ölçüsü483,18 Kb.
#49204
1   2   3   4   5

11 

 

Azərbaycan poeziyasının görkəmli  nümayəndələrindən olan  Fikrət  Qocanın 



80  illik  yubileyi  ilə  bağlı  F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanasında 

keçirilən  tədbirlərdən  biri  də  ədəbi-bədii  gecədir.  Ədəbi-bədii  gecə  iki  hissədən 

ibarət  olur.    Tədbirə  tanınmış  şair  və  yazıçılarla  yanaşı,  ədəbiyyat  müəllimlərini, 

kitabxanaçıları  və  şair  Fikrət  Qocanı  dəvət  etmək  olar.  Birinci  hissə  çıxış  və 

məruzələrlə  başlayır,  ikinci  hissədə  isə  şairin  şeir  və  poemalarından  parcalar 

səsləndirilir. Ən əvvəl səhnə gül dəstələri ilə bəzədilir. Səhnənin divarından şairin 

şəkli  asılır.  Şeirlərindən  bir  parça  və  ya  sitatlarından  biri  səhnənin  divarında  yer 

alır.   


Hər insanın üzündə 

Bir roman cildi var. 

Amma açmaq olmayır, 

Sehri var, kilidi var. 

 

 

 

Fikrət Qoca 

 

 



I Aparıcı:  Hər  hansı  şairin  poeziyasından  söz  açanda  öncə  onun  şəxsiyyəti 

barədə düşünürsən. Fikrət Qocanın şəxsiyyəti-insan səciyyəsi bizə gün 

kimi  aydındır.  Onun  poeziyasında  onun  şəxsiyyətini  görürük,  bu 

şəxsiyyəti formalaşdıran mühiti, insanları görürük.  

Şəxsiyyətin  özülü,  başlanğıcı  atadan,  anadan,  onun  doğulduğu 

torpaqdan  başlayır.  Fikrət  Qoca  Ağdaş  rayonunun  Kotanarxı 

kəndində,  ziyalı  ailəsində  dünyaya  göz  açmışdır.  Kotanarxı  kəndi 

Azərbaycanın  adi  və  kiçik  kəndlərindən  biridir.  Lakin  Fikrət  Qoca 




12 

 

doğma kəndinə həsr etdiyi şeirlərində kəndin kiçikliyinə, adi olduğuna 



işarə  vurmayıb.  O,  kəndinin  ağacını,  quşunu,  arxını,  çəmənini  ana 

vətənin bir parçası kimi təqdim edib.  



 

 

 

 

Ana yurdun çinar kimi torpağından 

 

 

 

 

UcalmıĢıq 

 

 

 

 

Yarpaq-yarpaq tökülmüĢük, qocalmıĢıq. 

 

 

 

 

Yarpaq-yarpaq bir an, bir gün, bir xatirə, 

 

 

 

 

Bir əbədi yaĢamaqçün qarıĢırıq 

 

 

 

 

Ana yurda, doğma yerə. 

Fikrət  Qoca  vətən  və  torpaq  haqqında  düşüncələrini  qələmə 

alanda çox vaxt tərənnümdən, mədhdən qaçır, çalışır ki, fikrini 

orijinal bədii vasitələrlə ifadə etsin.  



II Aparıcı: 

F.  Qoca  elə  bir  dövrdə  ədəbiyyata  gəlib  ki,    həmin  dövrdə  ya 

gərək  tənqidçilik  yolunu  tutaydın,  ya  da  təzə,  orijinal  ruhlu 

şeirlər yazıb tanınaydın. Şeirə gəlmək, poeziya aləminə qədəm 

qoymaq  asan  idisə,  orada  tanınmaq  çətin  idi.    Bütün  dövrlərdə 

olduğu  kimi,  50-ci  illərin  sonu,  60-cı  illərin  əvvəllərində  də 

şeirimizdə 

anormal 


hallar-şablonçuluq, 

təqlidçilik, 

məzmunçuluq  davam  edirdi.  İstedadsızlar  üçün  bu  mənada 

“şair” olmaq asan idi. Fikrət Qoca elə ilk şeirlərindən heç kimə 

bənzəməməyə çalışırdı. O elə ilk şeirlərindən fərdi dəst-xətti və 

yazı manerası ilə yaşıdlarından seçilməyə, fərqlənməyə başladı. 

İlk  şeirlərində  o  da  ənənəvi  mövzularda  qələmini  sinayırdı. 

Amma  elə  bu  şeirlərdə  özünəməxsusluğu  nəzərə  çarpırdı. 

“Hamıya borcluyam” şeirinə müraciət edək: 

 

 

 

 

Ataya borcluyam mən, 

 

 

 

 

Anaya borcluyam mən. 

 

 

 

 

Bəlkə də bu dünyada 

 

 

 

 

Hamıya borcluyam mən. 

 

 

 

 

Dagları aĢa-aĢa, 

 

 

 

 

Selləri aĢa-aĢa, 



13 

 

 



 

 

 

Məktubumu daĢıyan, 

 

 

 

 

Adını bilmədiyim 

 

 

 

 

Adi bir vətəndaĢa 

 

 

 

 

Nə qədər borcluyam mən. 

I Aparıcı: 

Bu  şeir  öz  səmimiyyətilə  diqqəti  daha  çox  cəlb  edir.  Şeirdə 

təblig olunan ideya didaktik məna daşısa da, bütün dövrlər üçün 

müasirdir.  Bu  şeiri  yazanda  Fikrət  Qoca  haqqında  xoş  sözlər 

deyənlər  çox  oldu,  tənqid  edənlər  də.  Həmin  dövrdə  60-cı 

illərdə istedadlı ədəbi gəncliyin bir hamisi vardı o da Rəsul Rza 

idi.  Məhz  Rəsul  Rza  60-cı  illərdə  ədəbiyyata  gələn  bir  sıra 

istedadlı  cənclərin,  o  cümlədən  Fikrət  Qocanın  şeirlərindəki 

yenilik hissini vaxtında duya bildi. O, “ Fikrət Qoca haqqında” 

adlı məqaləsində yazırdı: “Son illər Azərbaycan poeziyasına bir 

dəstə  təzə  nəfəsli,  istedadlı  gənc  şair  gəlib.  Bu  şeir  pöhrələri 

arasında Fikrət Qoca ilk yerlərdən birini tutur. Bir neçə il əvvəl 

onun  dövri  mətbuatda  çap  olunmuş  şeirləri  orijinal  dəst-xətti, 

özünəməxsus  üsulu  olan  narahat  bir  şairin  gəlişindən  xəbər 

verirdi.  

...Fikrəti,  bir  şair  kimi  daha  çox  çağdaş  dünyanın  ən  mühüm 

problemləri,  insanların  taleyi  düşündürür.  Onun  “Anam  yaman 

fikirlidir”, 

“Sinaqlar”, 

“Pəncərə”, 

“İnsan 

arzuları”, 



“Balıqçıyam” və bir sıra başqa şeirlərində sadə insanların taleyi 

üçün güclü bir şair narahatlığı var.  



II Aparıcı: 

Fikrət Qoca inkişafda olan istedadlı şairdir. O, qədim və zəngin 

Azərbaycan  poeziyasının  ənənələrindən  bəhrələnərək,  çağdaş 

dünyanın  poeziyasından  öyrənərək  öz  yolunu,  öz  ifadə  tərzini, 

öz poetik dəsti-xəttini arayır.  Bu cəhətdən Fikrət öz yaşına görə 

çox  şeylərə  nail  olub.  Və  onun  elədikləri  əsas  verir  inamla 

deyəsən  ki,  Fikrət  öz  yaradıcı  zəhməti  ilə  böyük  uğurlar 

qazanacaq  və  Azərbaycan  poeziyasında  öz  görkəmli  yerini 

tutacaq”.  

Oxucular  səhnəyə  daxil  olur  Fikrət  Qocanın  “Dörd  Addım”  Ģeirini 

soyləyirlər. 

 



14 

 

Mənim ömrüm ağır yükdü, 



Çünkü cəzam ömürlükdü. 

DaĢ divarlar arasında bir əsirəm 

Bu dünyaya gəldiyimə müqəssirəm. 

HeĢ özüm də düĢünmürəm 

 

 

Acam, toxam. 

Yəqin heç kəs soruĢmur ki,  

 

 

Varam, yoxam. 

Gündə yüz yol ölçürəm mən 

Bu otağın uzunluğu dörd addımdı. 

Enini də çox ölçmüĢəm dörd addımdı. 

Burda yalnız ikimizik 

Bir özüməm, bir adımdı. 

Fikrət  Qoca  müasir  şeirimizin  qüdrətli  yaradıcılarındandır.  Bu 

danılmaz həqiqətdir.  Bəli, bütün yaradıcılığı boyu Fikrət Qoca üçün 

heç bir mövzu qıtlığı və məhdudiyyəti olmayıb. O, hər şeydən yazıb: 

atadan,  anadan,  övlad  məhəbbətindən,  onu  sevindirən  kiçik  bir 

uğurdan,  bir  qələbədən,  ürəyinə  dəyən  bir  sözdən,  öz  kəndindən-o 

kəndin 

suyundan,  çinarından,  arxından,  qarış-qarış  gəzdiyi 



Azərbaycanın gözəl təbiət mənzərələrindən, tanıdığı və dostluq etdiyi 

adamlardan,  sevgidən,  məhəbbətdən,    gəzdiyi,  səfərdə  olduğu 

ölkələrdən, tariximizin şanlı və qaranlıq səhifələrindən və s. hisslərdən 

yazıb.  Bu  şeirlərin  çoxu  zamanla  səsləşib,  yazıldığı  dövrdə  oxucular 

tərəfindən  yüksək  qiymətləndirilib.  Onların  çoxu  indi  də  bir  ədəbi 

nümunə kimi öz bədii təravətini itirməmişdir. Belə şeirlər həm poetik 

nümunə kimi, həm də müasirlik mənasında həmişə yaşayacaqdır.  

I Aparıcı: 

Fikrət Qoca son dərəcə həssas şairdir. Onun həssaslığı dünyanın 

çox-çox  uzaq  nöqtələrində  baş  verən  hadisələr,  olaylar, 

inqilablar,  müharibələr  zamanında  neçə-neçə  şeirə,  poemaya 

çevrilib.  Nikbin  adlandırdığımız  Fikrət  Qoca  çöldə  ağacların 

ağlamasını  görəndə,  onların  niyə  qurumasının,    yarpaqlarını 




15 

 

niyə tərk etməsinin səbəbləri haqda düşünəndə bizə daha kövrək 



insan təsiri bağışlayır.   

Belə  bir  kövrək  insanın    “SeçilmiĢ  əsərlər”  kitabındakı  

etirafıni oxucularımıza bir daha çatdırmaq istəyirəm. 

Əziz  oxucularım!  Unutmayın  ki,  mən  sizin  hər  biriniz  yaşda 

olmuşam.  Hər  birinizin  keçirdiyi  hissləri  keçirmişəm, 

düşdüyünüz  vəziyyətlərə  düşmüşəm.  Eynilə  həmin  vəziyyət 

olmasa da, ona bənzər vəziyyətlərdən keçmişəm.  

Mən  dərdimi  danışmaqdan  xoşlanıram.  Yerli-yersiz  dərdini 

danışan  adamları  da  xoşlamıram.  Amma  düşdüyüm 

vəziyyətləri,  keçirdiyim  hissləri  yarızarafat-yarıgerçək  şeirlərə 

döndərirəm.  Onların  bir  qismi  bu  kitabda  toplanıbdır.  Bu 

kitabda  ömrümün  çox  illərindən,  bütün  fəsillərindən  anlar  var. 

Siz də həmin o hisslərin bəzisindən keçmisiniz, bəzisini də indi 

keçirirsiniz,  bəzi  şeirlərdəki  duyğularsa  hələ  irəlidə  sizi 

gözləyir.  

Mən çox enişli-yoxuşlu, kədərli-sevincli, gərgin, amma olduqca 

zəngin  bir  ömür  yaşamışam.  Siz  kitab  dediyim  ömrün  anlarını 

vərəqlədikcə  güman  edirəm  ki,  özünüzə  bu  sətirlər  arxasından 

ümid,  təsəlli  tapacaqsınız.  Sevincinizə,  uyğun  sevincin, 

kədərinizə  bənzər  kədərin  ifadəsini  oxuyacaqsınız.  Əgər  belə 

olarsa,  yazdıqlarım    sizi  bir  an  da  olsun  ovundurursa,  sizə 

iynənin  ucu  boyda  ümid  verərsə  ruhum  dincələcək.  Elə 

biləcəyəm, mən bu uzun ömrü hədər yaşamamışam.  

Əziz  oxucu,  arzu  edirəm,  bir  zaman  ömrünün  günbatanında 

oturub  “İlahi,  mənə  rahatsız və  zəngin bir  ömür  verdiyin üçün 

sənə təşəkkür edirəm. Bu təşəkkürdən biri də hüzurunda hesabat 

verən  şair  Fikrət  Qocanın  əvəzinə  olsun”-deyəsən.  O  zaman 

mən onu eşidib xoşbəxt olacağam”.  

Həyatın mənə verdiyi əzabları da, sevincləri də, taleyin qisməti 

bilib  yaşamışam.  Səhər  günəşin  doğmağından  böyük  möcüzə 

yoxdur, axşam günəşin batan çağından dərin və gözəl mənzərə 

yox. Dünyada insan ömründən şirin və mənalı hələ heç nə kəşf 

edilməyib.  



16 

 

 

Fikrət  Qoca  küləyin,  yarpağın,  suyun  nəğməsini  dilimizin  ən 

zərif, ən həzin sözləriylə  ifadə etməyi bacaran şairdir. 

 

 

 



Buludlar getdi dənizə, 

 

 

 

Dəniz çiməcək bu gecə. 

 

 

 

Dənizə düĢən damcını 

 

 

 

Balıq əməcək bu gecə. 

 

 

 

 

Buludlar gedir dənizə

 

 

 

Hər damlası bir sözüdür. 

 

 

 

Buludların ağlamağa 

 

 

 

Xəlvət yeri dənizidir. 

   


Buludun, damlanın, dənizin, yarpaqların, küləyin, suyun insanı 

əhatə  edən  dünyanın  və  insanın  özünün  ən  xəfif,  ən  gizli 

duyuğularını, ən dərin, ən qəliz fikirlərini Şeirə, nəğməyə, sözə 

çevirmək məharəti şairin həm Allah vergisi, həm də yer üzündə 

vəzifəsi, həm də təsəllisidir.  

 

Dünya  Sözdən  və  Sözlə  yarandığı  kimi  Sözlə  də  yaşayır. 



Deməli,  Sözü  deyənlər  də,  eşidənlər  də  fanı  deyil,  əbədidirlər, 

baqidirlər.  



II Aparıcı: 

Fikrət Qocanın müxtəlif illərdə yazdığı “Özümə bir ağız layla”, 

“Gecə yaman uzundur”, “Papiros çəkirəm”, “Nərgiz”, “Ərkəc”, 

“Babalarım”, “Yazıq adam yoxdur” şeirləri F.Qoca oxucusunun 

ürəyinə yaxın şeirlərdir. 

Fikrət  Qoca  fikir  və  düşüncə  şairidir.  Fikrət  Qoca  çoxəsirlik 

Azərbaycan  poeziyası  ənənələrinə  hədsiz  dərəcədə  sədaqətli 

olan, eyni zamanda, ən modern poeziya nümunələrinə də biganə 

qalmayan yenilikçi şairdir.   

Fikrət Qoca səksən yaşına çox gümrah və əvvəlki nikbinliyi ilə 

gəlib  çatıb.  Onun  belə  bir  misrası  var:  “Adamı  qocaldan 

tənhalıq  olur”.  Amma  belə  bir  tənhalıq  heç  bir  vaxt  Fikrət 




17 

 

Qocanın  qapısını  döyməyib  və  döyməyəcək  də.  Çünki  F. 



Qocanın şeirləri qədər dostları var.  

Son  dövr  Fikrət  Qoca  poeziyasının  əvvəlki  dövrlərindən  fərqi 

ondadır ki, indi o qocalıq, dünyayla vidalaşmaq, həyatın faniliyi 

haqqında  daha  çox  düşünür  və  yazır.  Amma  əvvəlki  

dünyaduyumuyla eyni cəhəti ondan ibarətdir ki, ilk gəncliyində 

oldugu kimi mərd yaşayır və həyatın amansız gərdişini də mərd-

mərdanə qəbul edir. Yəni bu qədər kədərli və ciddi mövzulardan 

yazanda da zarafatından qalmır. 

 

 

Daha üzüm o yanadı, 



 

 

ĠĢim hamısı miyanadı, 

 

 

Hər an bir addım yanadı, 

 

 

Gilə-gilə qocalıram. 

 

 

 

Yamanca tərsdi qocalıq, 

 

 

Yolumu kəsdi qocalıq, 

 

 

Bilirəm pisdi qocalıq, 

 

 

Bilə-bilə qocalıram.  

Oxucular “Dayanacaqda GörüĢ” adlı kitabından bir Ģeir səsləndirirlər.  

 

Adım burdan əkilir, 



Görürsən orda-burda 

Hərdən adım çəkilir. 

Adım tez də qayıdır 

Bostanına, tağına, 

Quru can otağına. 

“Quru” dedim haqsızam 

Burda nəm bəs qədərdi. 


18 

 

Burda daĢ-divar ağlar 



Əridər qəmi, dərdi. 

Dərdim burda qalacaq 

Məhbus gəldi-gedərdi. 

Mən ruhuma qəfəsəm,  

Qəfəs içində qəfəs. 

Məni bura gətirdi 

Böyük eĢq, böyük həvəs. 

Seçilmək istəyənlər 

Bilsinlər ki mənim tək 

Bir gün seçilə bilər.  

Uzun bir ömür yolun, 

Dörd addımlıq otaqda 

Qalıb, keçilə bilər.  

Bu boyda, bu biçimdə, 

Bu daĢ qəfəs içində 

Ömrün yüz ili yaĢar, 

Ġlin dörd fəsli yaĢar. 

Dünyanın dörd cəhəti 

Bu kiçik otaqda var; 

ġimal, cənub, qərb və Ģərq. 

Mənim kimi yaĢayır 

Dünyada bütün bəĢər. 

Dörd addımlıq otaqda 

Haqq, nahaq, xeyir və Ģər. 


19 

 

“Ağlım, qəlbim “hə” desə,  



Bu kiçik qəfəsimə 

Bütün dünya yerləĢər.  

Bir Ģeytan ürəyimin 

Ġçini qurdalayır. 

Bir Ģeytanın sözləri 

Qulağımı dalayır. 

Deyəsən yer üzündə 

Ġnsandan çoxdu Ģeytan. 

Hara diqqətlə baxsan, 

Hər yerdən və hər Ģeydən  

Üzünə baxır Ģeytan. 

Evdə qanmaz uĢagım, 

Çöldə qəzəbli Ģahım, 

Ac qarnım, dinc qulağım. 

Zindanımın daĢları  

Yastıqdan yumĢağım, 

BaĢ qoyub yatmalıdı... 

Məni ağır yuxumdan 

Ölüm oyatmalıdı, 

Ömürlük məhkumam mən... 

Düzü hələ bilmirəm 

Nəçiyəm mən, kiməm mən? 

Mən anamın bətnində 

Doqquz ay məhkum oldum. 


20 

 

Məhkumluğa dözmədim, 



Bu dünyaya doğuldum! 

Doğuldum, bəs kim oldum? 

 

 Fikrət  Qoca  Sözün  yardıcısı,  keşişçisi,  qoruyucusu  və  yeniləciyisi  kimi  öhdəsinə 

düşən vəzifəni şərəflə yerinə yetirir. Gənc yaşlarınadan özünə Qoca təxəllüsü seçən 

Fikrət  yeni  əsərləriylə  bir  daha  sübut  edir  ki,  bu  gün  də  şeirimizdə  cavanların 

cavanıdır. Və bu yalnız Fikrət müəllimin yox, hamımızın təsəllisidir.  

                                                  Son 



Ədəbiyyat siyahısı: 

Ġnternetdə: www. Vikipediya.az 

1.

 

Fikrət Qoca. SeçilmiĢ əsərləri. B.: “ġərq-Qərb”, 2004.-248 s. 

2.

 

Fikrət Qoca. SeçilmiĢ əsərləri. B.: AzərnəĢr, 1988.-374 s.      

3.

 

Fikrət Qoca. Adi həqiqətlər. B.: AzərnəĢr, 2000.-219 s. 

4.

 

Fikrət Qoca. Dayanacaqda görüĢ. B.: “Nurlan”, 2009.- 140 s.  

5.

 

Fikrət Qoca. Dənizdə ay çiməndə. B.: AzərnəĢr, 1967.-111 s. 

6.

 

Fikrət Qoca. Gül ömrü. B.: Gənclik, 1976.-166 s. 

7.

 

Fiktət Qoca. Hələlik qiyamətəcən...B.: Yurd, 2001.-394 s.  

8.

 

Fikrət Qoca. Ġnsanların arasinda. B.: Gənclik, 1974.-133 s. 

9.

 

Fikrət Qoca. Ġnsan xasiyyəti. B.: Gənclik, 1980.-197 s. 

10.

 

Fikrət Qoca. Könlümdən keçənlər. B.: AzərnəĢr, 2009.- 192 s. 

11.

 

Fikrət Qoca. Ömürdən səhifələr. B.: Yazıçı, 1984.-504 s. 

12.

 

Fikrət Qoca.  Özümə məktub. B.: Yazıçı, 1983.-223 s.  

13.

 

Fikrət Qoca. Taleyin ağır taleyi. B.: Gənclik, 1993.-248 s. 

14.

 

Fiktət Qoca. Yatmadığım gecələrdə. B.: Gənclik, 1970.-191 s.  

15.

 

Fikrət Qoca. Ulduzlu düĢüncələr. B.: Yazıçı, 1978.-135 s. 

 

 

 

 

Yüklə 483,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə