[]



Yüklə 20,19 Mb.
Pdf görüntüsü
səhifə299/319
tarix23.08.2018
ölçüsü20,19 Mb.
#63986
1   ...   295   296   297   298   299   300   301   302   ...   319

442 

 



443 

 

 



 

 

 



 

 

 



 

 

 




444 

 

 



Türkiyədə,  Əfqanıstanda  qanlı  müstəmləkəçilik 

siyasətinin  tənqidi  jurnalın  əsas  ideya  istiqamətini  təĢkil 

edirdi. 

"Yeni  fuyuzat"ın  əsas  müəllifləri  Əh məd  Kamal, 

Mir-zə  Ələkbər  Sabir,  Əliqulu  Qə mküsar,  Abdulla  ġaiq, 

ƏlipaĢa  Hüseynzadə  (Səbur),  Əli  MiĢan,  A xund  Yusif 

Tahbzadə, Məhə mməd Sadıq A xundov, Ne mət Bəsir, Əli 

Səbri  və  b.  idi.  " Yeni  füyuzat"da  poeziya  aparıcı 

yerlərdən  birini  tuturdu.  ġerlə rin   ço xu  siyasi  mə zmunlu  

olub,  vətənin  istiqlaliyyəti  və  suverenliyi  ideyala rın ı 

təbliğ  edird i.  Bu  ideyalar  Əh məd  Ka ma l,  ƏlipaĢa 

Hüseynzadə  (Səbur),  Abdulla  ġaiq  kimi  müasir  Ģairlərlə 

yanaĢı,  klassik  türk  Ģairlərin in,  xüsusilə  Namiq  Kamalın  

Ģerlərində daha bariz ifadə olunmuĢdu. 

"Yeni füyuzat‖ da islam birliyinin təbliği  xüsusilə 

güclü  idi.  Əh məd  Kamahn  "Asiya"  baĢlıqlı  silsilə 

məqalələrində  Rusiya  və  Ġngiltərənin  müsəlman  ölkələrini 

öz  aralarında  bölüĢdürmək  üçün  törətdikləri  silahlı 

toqquĢmalarının  real  tarixi  əks  olunmuĢdu.  Müəllif  Ġslam 

dövlətlərinin  Qərb  imperializminin  təzyiqindən  qurtuluĢ 

yolunu birləĢməkdə görürdü. 

Ġmperialist  dövlətlərin  ġərqdə  müstəmləkəçilik 

siyasətinin  tənqidi  jandarm  ida rəsinin  diqqətini  cəlb  

etmiĢ,  1911  il  martın  19-da  naĢirin  və  baĢ  redaktorun 

evində  axtarıĢ  aparılmıĢ,  naĢir  və  məsul  müdir  ƏlipaĢa 

Hüseynzadə  (Səbur)  HəĢtərxana  sürgün  olunmuĢ,  baĢ 

redaktor  Əhməd  Kamal  isə  Rusiya  hüdudlarından 

çıxarıhb, vətəni Türkiyəyə göndərilmiĢ, bununla da "Yeni 

füyuzat"ın fəaliyyəti dayandırılmıĢdı. 

Əd.: Məmmədzadə M, A zərbaycan türk mətbuatı, 

B.,  1922;  Azə rbaycan  dövri  mətbuatı  (1875-1990-cı 

illər),  B..  1993;  Hüseynzadə  A.,  Ro mantik  Ģair  ƏlipaĢa 

Səbur, B., 2000. 



"YENĠ HƏQĠQƏT" - gündəlik qəzet. 1911 ildə Bakıda nəĢr olunmuĢdur. Ġlk nömrəsi yanvarın 21-də, sonuncu, 44-

cü  nömrəsi  martın  18-də  çıxmıĢdır.  " GünəĢ"  və  "Həqiqət"  qəzetlərinin  davamı  idi.  " Yeni  həqiqət"də  mü xtəlif  siyasi-

inzibati  reg ionların   həyatına  dair  informasiyalar,  beynəlxalq  siyasətə,  dini  məsələlərə  dair  məqalələr,  bədii  ədəbiyyat 

nümunələri dərc olunurdu. Qəzetin naĢiri və baĢ redaktoru Oruc Orucov, əsas müəllifləri  Əh məd bəy Ağayev (Ağaoğlu), 

Mirzə   Ələ kbər  Sabir,  Əlabbas  Müznib,  M irzə   Məhəmməd  A xundov,  Məhə mməd   Sadıq   A xundov,  Abdulla  bəy 

Divanbəyoğlu, Azad Mərəndi, Əliqulu Qə mküsar və b. idi. 

Avropa  dövlətlərinin  ġərqdə  müstəmləkəç ilik  siyasətinin  tənqidi,  dünya  müs əlmanla rın ın  birliy i,  "Ġttihadi-isla m" 

ideyasının  təbliği  " Yeni  həqiqət"in  əsas  ideya  istiqamətin i  təĢkil  edird i.  Ə.Ağayevin  "Osmanlı  məktubları"  silsiləsin-də, 

HaĢım  Məhəmməd zadənin  "Avropahlar  və  ovçuluq",  Ġstanbul  mü xb irin in  "Müsəlmanlara  qəsd"  məqalələrində  və  s. 

yazılarda  imperialist dövlətlərin, o cü mlədən Rusiyanın  müsəlman  xalq larına qarĢı yürütdükləri təcavüzkarhq siyasəti ifĢa 

olunurdu. Məhz buna görə də 1911  il  mart ın 19-da " Yeni həqiqət"in nəĢri dayandırıldı, naĢir-reda ktoru Oruc Orucov həbs 

olunaraq Rusiyanın da xili quberniyala rına sürgün edildi. 

Qısa  müddətdə çıxmasına baxmayaraq, " Yeni həqiqət"  milli  ictimai-siyasi Ģüurun, istiqlal  ideyaların ın oyanıĢında 

müəyyən rol oynamıĢdır. 



Əd.: Məmmədzadə M.B., Azərbaycan türk mətbuatı, B., 1922; Mirəhmədov Ə., Sabir, B.. 1958: Məmmədov M„ Sabir və mətbuat, B., 1974. 

"YENĠ  QAFQAS YA"  -  Azərbaycan  siyasi  mühacirətinin  mətbu  orqanı.  1922  ilin  yazından  1927  ilin  noyabrına 

kimi  Ġstanbulda  ayda  iki  dəfə  çıxmıĢ .  cəmi  yüz  nö mrəsi  iĢıq  üzü  görmüĢdür.  Sahibi  və  müdiri  Seyid  Tah ir,  1926  ildən 

sonra isə Sultan Əhməd Həqqi olsalar da, nəĢrə bilavasitə Məhəmməd Əmin  Rəsulzadə rəhbərlik və redaktorluq etmiĢdir. 

Redaksiya heyətinin  üzvlə ri ġəfı bəy Rüstəmbəyli, Əh məd  Cə fəroğlu, Xəlil bəy Xasmə mmədov, Əmin  Abid (Gü ltəkin) və  

Bu xa ra  Respublikas ının  sabiq  prezidenti  Os man  Xoca  id ilə r.  NəĢrin  ilk  nömrələ rində  M.Ə.Rəsulzadənin  açıq  imzası  ilə  

yazıları çıxmırd ı.  Ġlk dəfə onun imzası  ilə "Ġdarəyə gəlmiĢ bir  məktub" yazısı  məcmuənin  1922  il  15 oktyabr tarixli  4-cü  

nömrəsində dərc olun muĢdur. 

"Yeni  Qafqasya"nın  nəĢri  ilə  mühacirlər  arasında  canlanma,  fəallıq  yarandı.  Ġlk  nömrəsində  dərc  olunan  proqram 

məqa ləsindən  aydın  olurdu  ki,  " Yeni  Qafqasya"  "bir  milli  imanla işə  başlayaraq,  Azərbaycan,  Qafqaz  və  əsir  türk lərin 

milli istiqlal davasını tanıtmağı "özünün əsas vəzifəsi hesab etmiĢdir. 

 

"Yalnız azərbaycanlıların deyil, rus əsarəti altındakı bütün türklərin" (Mirzə Bala Məmməd zadə) məcmuəsi o lan 

"Yeni  Qafqasya" proqram  məqaləsində qarĢısına qoyduğu tarixi və zifə ləri yerinə yetirmək üçün ciddi  ideoloji  mübarizəyə  

baĢladı.  Onun  nəĢri  Moskvada,  Bakıda,  DaĢkənddə,  Kazanda  çıxan  "Pravda",  "Ko mmun ist",  "Bakinski  raboçi",  "Qızıl 




445 

 

Özbəkistan",  "Novıy  Vostok",  "Qızıl  Orenburq"  və  s.  kimi  qəzet  və  jurnalların,  hətta  ali  sovet  hakimiyyət  orqanlarının  



ciddi narahatlığına səbəb olmuĢdu. 

"Yeni  Qafqasya"  Anadolunun  dörd  bir  tərəfinə,  İranın,  Misirin,  Hindistanın,  Əfqanıstanın  və  digər  Şərq  öl-

kələrinin mərkəzlərinə yayılaraq, bolşevizm zülmü altında inliyən türk və islam millətlərinin uğradıqları qəzavü-qədər və 

zülm haqqında həzin və oyandmcı xəbərlər aparırdı" (M.B.Məmməd zadə). 

"Yeni  Qafqasya" bir tərəfdən sovetlərə qarĢı a mansız  ideoloji  mübarizə aparır,  rejimin  xa lqa qarĢı törətdiyi terroru, 

cinayəti  ifĢa  edirdisə,  digər  tərə fdən,  Azərbaycan  Xalq  Cü mhuriyyətinin,  istiqlal  dövrünün  tarixin i  yazırd ı." Yen i 

Qafqasya"nın vaxtilə to xunduğu mövzu lar böyük elmi-tarixi əhəmiyyət kəsb edir. Mart soyqırımının (1918) dəhĢətlərinə, 

Azərbaycan  və  Türkiyə  hərbi  hissələrindən  ibarət  Qa fqaz  Ġsla m  Ordusunun  erməni-bolĢevik  hərbi  b irləĢmə lərin i 

darmadağın etməsinə,  28 May -istiqlal gününə, 27 Aprel  iĢğal və  matəm gününə dair  jurnalda dərc edilən yazılar həmin 

dövrdə ideoloji mübarizəyə, ictimai rəyin dü zgün formalaĢdırılmasına xid mət ed ird isə, bu gün sanballı tarixi mənbə ro lunu 

oynayır. Jurnalın aparıcı mövzu larından biri də beynəlxalq münasibətlər idi. Bu mövzuda, əsasən, M.Ə.Rəsulzadə və Mirzə 

Ba la Məmmədzadə yazırd ılar. "Ne ft uğrunda mübarizə" (1927,  18 avqust, 1*22), "Rusiya dalanda" (1927,  18 iyun, N°18), 

"Rusiya və ġərq arasında tica rət əlaqə ləri" (1927, 17 fevra l ) və s. ya zıla r " Yeni Qafqasya"nın beynəlxalq möv zula ra böyük 

ma raq və həssaslıq göstərdiyini ə ks etdirir. 

Azərbaycan  mühacirət  mətbuatı  tarixində  " Yeni  Qa fqasya"nın  xüsusi  yeri  və  ro lu  vardır.  Ankarada  ç ıxan  

"Azərbaycan"  jurnalı  özünün  1952  il  sentyabr  tarixli  6-c ı  nö mrəsində  "Yen i  Qa fqasya"  adlı  məqaləsində  yazırdı:  " Yen i 

Qafqasya"  özündən  sonra  gələn  bütün  milli  nəĢriyyat  orqanların ın  pirid ir;  dost  və  düĢmən  tərəfindən  böyük  bir  ilgi  ilə 

qarĢılan mıĢdır". 

Əd.: T a h ir li  A., Azərbaycan mühacirət mətbuatı, B., 2002. 

 "YENĠ  ġ ĠRVAN"  -  Azə rbaycan  Xa lq  Cü mhuriyyəti  dövründə  ġa ma xı  Ģəhərində  fəaliyyət  göstərmiĢ  xeyriyyə 

cəmiyyəti.  Ba kının  baĢ  me marı  o lmuĢ  ali  təhsilli  ilk  a zə rbaycanlı  me mar  Zivərbəy  Əhmədbəyovun  təĢəbbüsü  ilə  təĢkil 

olunmuĢdur  (1919).  Cəmiyyətin  əsas  məqsədi  S.ġau myanın  göstəriĢi  ilə  erməni-daĢnak  və  bolĢevik  hərbi  birləĢmələri 

tərəfındən  Azə rbaycan  xa lqına  qarĢı  1918  ildə  həyata  keç irilmiĢ  soyqırımları  za manı  xüsusi  qəddarlıq la  dağıd ılmıĢ  və  

yandırılmıĢ ġamaxı Ģəhərin i bərpa etmək olmuĢdur.  



YERLƏRDƏ QAÇQINLARIN  VƏZĠYYƏTĠNĠ ARAġ DIRAN  MƏRKƏZĠ  KOMĠSS ĠYANIN  Ġġ PLANININ 

TƏSDĠQĠ  VƏ  QAÇQINLARIN  BOġ  ƏRAZĠLƏRDƏ  YERLƏġDĠRĠLMƏS Ġ  LAYĠHƏS ĠNĠN  HAZIRLANMAS I 

HAQQINDA QƏRAR  - Azərbaycan Xalq  Cü mhuriyyəti Hö ku mətin in 1919  il avqustun 11-də qəbul etdiyi sənəd.  Yeddi 

bənddən  ibarət  olan  həmin  qərarda  Mərkə zi  ko missiyaya  qaçqınların  boĢ  ərazilərdə  yerləĢdirilməsinə  dair  dərhal  layihə  

hazırlamaq tapĢırılmıĢdı. Xarici ö lkələrdəki qaçqınların qayıtması haqqında  məsələnin həlli höku mətin  ixtiyarında qalırd ı. 

Mərkəzi  ko missiyaya  qaçqın  məsələsini  həll  et mək  üçün  xaric i  iĢlər  naziri  vasitəsilə  Beynəlxa lq  ko missiya  ilə  ə laqə 

saxla maq səlahiyyəti verilmiĢdi. 

Əd.: Азербаиджанская Демократическая Республика (1918-1920). 3aкондательные акты (сборник документов), Б., 1998;  

YƏHUDĠ  MĠLLĠ  ġ URAS I  -  A zərbaycan  Xalq  Cü mhuriyyəti  dövründə  ölkədə  yaĢayan  yəhudilərin  mənafey ini 

müdafiə  etmək  məqsədilə  fəaliyyət  göstərmiĢ  Ģura.  1917  il  dekabrın  3-də  yaradılmıĢdı.  Həmin  ilin  sentyabnnda  ġuranın 

fəaliyyəti dayandırılmıĢ, 1918  il o ktyabrın 9-da Ba kı qubernatorunun icazəsi ilə yenidən bərpa edilmiĢdi. Mü xtəlif dini və  

siyasi yəhudi qruplarnın təmsil o lunduğu ġura mədəni-maarif, dini və  xeyriyyə iĢləri ilə  məĢğul olurdu. Aylıq büdcəsi 150 

min rubla çatan yəhudi ibtidai və yuxarı sin if  məktəbləri (800-dək Ģagird), yaĢlılar üçün axĢam kursları və kitab xana, ucuz 

yemə kxana, ermən i-daĢnak və bolĢevik hərb i b irləĢmə lərin in  1918  ildə törətdiklə ri soyqırımla rı  za man ı ta lanlardan  zə rər 

çəkmiĢ  yəhudilərə  yard ım  ko mitəsi,  xırda  alverçi  və  sənətkarlara  yardım  göstərən  yəhudi  borc-əmanət  birliyi  ġuranın  

sərəncamında  idi.  ġuran ın  büdcəsi  yəhudi  icmasın ın  üzvlə rindən  yığılan  gəlir  vergisi  hesabına  formalaĢırdı.  A zərbaycan 

Milli  ġurasının  1918  il  19  noyabr  tarixli  qərarı  ilə,  milli  təmsilçilik  p rinsipinə  uyğun  olaraq,  yəhudi  əhalisindən  bir 

nümayəndəni  Parlamentin  tərkibinə  daxil  etmək  və  onun  seçimin i  həyata  keçirmək  yəhudi  milli  təĢkilatlarına  həvalə 

edilmiĢdi. 

Azərbaycan Xalq  Cü mhuriyyəti Parla mentində  Yəhudi M illi ġurasım onun s ədri M.A.Qu xman tə msil edird i.  Onun 

Parla mentdəki,  xüsusilə  aqra r  ko missiyadakı  fəa liyyəti,  əsasən,  yəhudilərin  mənafe lərinin  müdafıəsinə  yönəlmiĢdi. 

YOLLAR  NAZĠRLĠYĠ,  A zərbaycan  Xalq  Cü mh u r iy y ə t i  Yollar  N a z i r liy i   -  Azərbaycan  Xalq  Cümhuriyyəti 

dövründə  vətəndaĢların  və  nəqliyyatını  hərəkətini,  yüklərin  daĢın masını  təmin   edən  yollar  Ģəbəkəsinin  fəaliyyətinə 

rəhbərlik edən ali icra  hakimiyyəti orqanı. 1918 il may ın 28-də - Tiflisdə Azə rbaycan Milli ġu rası tərəfindən Azərbaycanın  

müstəqilliy inin elan olunduğu gün Fətəli  xan  Xoyskinin təĢkil etdiy i höku mət kabinəsində ilk nazirliklərdən idi. Ġlk yo llar 

naziri  vəzifəsinə  hələ  Zaqafqa ziya  Cü mhuriyyəti  höku mətində  yolla r  naziri  iĢlə miĢ,  də mir  yol  iĢləri  sahəsində  böyük 

təcrübəsi  olan   məĢhur  ixt iraç ı-mühəndis  Xudadat  bəy  Məlik-Aslanov  təyin  olun muĢdu.  Sonrakı  dörd  höku mət  

kabinələ rində  də  Yolla r  Na zirliy i  və zifəsini  X.Məlik-Aslanov  tutmuĢdur.  1919  ilin   sonuna  yaxın  Yolla r  Na zirliy inin  

strukturuna iĢlər idarəsi, 

 

 

 



 

 

 



 

 

 



 


Yüklə 20,19 Mb.

Dostları ilə paylaş:
1   ...   295   296   297   298   299   300   301   302   ...   319




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə