48
CASPIAN ENERGY AZƏRBAYCAN N1 (0)`2011 | www.caspenergy.com
SƏNAYE
•
MÜSTƏQİLLİYİMİZİN
H Ə M Y A Ş I D I -
M İ L L İ Ş İ R K Ə T İ M İ Z
T
ariximizin əlamətdar bir il
i ni
ya şamaqdayıq. Dövlət müs-
təqilliyimizin 20-ci ildönümü-
nü. Tarix baxımından qısa
bir dövr olsa da bu gün Azərbaycan
dünyaya bütün istiqamətlər üzrə -
istər inkişafı, istər iqtisadiyyatı, istər
sa bitliyi, istərsə də bütün sahələrin
paralel yüksəldilməsi üzrə nümunədir.
Azərbaycan dünyanın əsas tərəfdaş
ölkələrindən birinə çevrilib, inamla,
əzmlə dünyaya inteqrasiya edib.
Bu inkişafın da arxasında bir insanın
dühası dayanır - Ulu Öndər Heydər
Əliyev dühası. Əsası ulu öndər tə rəfin -
dən qoyulan və inkişafı hədəfləyən
siyasi xətt bu gün Prezidentimiz İlham
Əliyev tərəfindən uğurla davam etdirilir.
Məhz bu siyasətin nəticəsində milli
istehsal sənayesi yarandı. Azərbaycan
şirkətləri formalaşaraq digər ölkələrə
də sərmayə qoymağa başladı.
Azərbaycanın milli şirkətlərinin inkişaf
yoluna baxsaq görərik və əmin ola
bilərik ki, ölkəmiz artıq müasir, qlo-
bal dünyanın mühüm bir parçasına
çevrilib. Azərbaycan şirkətləri müxtəlif
fəaliyyət sahələrini əhatə etməklə
ya naşı keyfiyyətli məhsul istehsalı-
na nail olmuşdur. Bu inkişafı dövlət
müstəqilliyimiz ilə yaşıd olan “Azersun
Holding”in timsalında görmək olar. 20 il
kiçik bir zaman kəsiyi olsa da, “Azersun
Holding” ölkəmizin kənd təsərrüfatı inf-
rastrukturunun inkişafına, müasir tex-
nologiyaların tətbiqinə, müasir tələblərə
cavab verən milli kadr ehtiyatlarının for-
malaşmasına və ən nəhayət ölkəmizin
qida təhlükəsizliyinin təmin olunmasına
böyük töhfə vermişdir. Artıq dünyanın
bir çox ölkələri bir Azərbaycan şirkəti
olan “Azersun Holding”i əməkdaşlığa
dəvət edir. Holdinq həmçinin Azər-
baycanın əsas milli markalarının isteh-
salçısıdır. Ölkəmizi təmsil edən bu
markalar tam rəqabətədavamlıdır. Bir
çox beynəlxalq müsabiqələrdə yüksək
mükafatlara layiq görülməklə ölkəmizi
uğurla təmsil edir. Holdinqin inkişaf
tarixinə baxsaq, görərik ki, 1991-ci
ildən Azərbaycanda fəaliyyətə başla-
yan “Azersun Holding” Azərbaycanda
fəaliyyətə başladığı dövrdə SSRİ-nin
dağılması nəticəsində bütün post-
sovet ölkələrinin iqtisadiyyatı iflic
49
CASPIAN ENERGY AZƏRBAYCAN N1 (0)`2011 | www.caspenergy.com
SƏNAYE
•
vəziyyətində idi. Bu vəziyyət Qafqazda
yaşanan müharibələr nəticəsində daha
da kəskinləşmişdi. Lakin böyük əzm və
fədakarlıqla fəaliyyət göstərən Holdinq
Azərbaycan Hökumətinin qayğısı və
qazandığı təcrübə nəticəsində çətin
dövrlərdən üzüağ çıxdı. Ötən illər
göstərdi ki, “Azersun Holding”in fəaliyyət
modeli müxtəlif çətin mərhələlərdə
özünü doğruldur. Bunun səbəbi isə
Holdinqin istehsalata kompleks yanaş-
masından qaynaqlanmaqdadır. Belə
ki, Holdinqə daxil olan müəssisələrdə
istehsal olunan məhsulun xammalı-
nın əldə olunmasından tutmuş, qab-
laşdırılmasına qədər bütün proses
Holdinqin tərkibində fəaliyyət göstərən
müəssisələr tərəfindən həyata keçirilir.
Bu da müəssisələrin operativ və vahid
mərkəzdən idarəolunması, yüksək
key fiyyət və sistemli idarəetmə ilə
nəticələnir. Holdinqin istehsal standart-
larının və keyfiyyətə nəzarət sisteminin
son dərəcə modern texnologiyalarla
təchizi isə istehsal etdiyi markalarda
özünü göstərir. Bu da məhsulların
ixracat imkanlarını genişləndirir.
Avropa və Asiya ilə yanaşı bir çox
postsovet ölkələri də Holdinqin ixra-
cat xəritəsinə daxildir. Şirkət həmçinin
regionların inkişafında da mühüm rol
oynamaqdadır. On minlərlə insanın
məşğulluğuna şərait yaradan bir çox
layihələr “Azersun Holding” tərəfindən
həyata keçirilmişdir. Bu layihələr yeni
sənaye komplekslərinin yaranması-
na birbaşa dəstək verir. “Azersun
Holding” fəaliy yəti dövründə həm də
Azərbaycan çayçısının dostuna çev-
rilmişdir. Holdinq tərəfindən yerli çay-
çılara verilən dəstək nəticəsində yerli
çayçılıq məhv olma təhlükəsindən
qurtuldu. Holdinq yeni çay sahələrinin
salınması məqsədilə yerli fermerlərə
maddi yardım etməklə yanaşı yığılan
məhsulu da yüksək qiymətlə qəbul
edir. Nəticədə cənub bölgəsində
“Azersun Holding”in dəstəyilə salı-
nan yeni çay sahələrində yüksək
məhsuldarlıqla həyata keçrilən məhsul
yığım göstəriciləri ilbəil artır. “Azersun
Holding”in Sun Tea çay fabrikində
yüksək texnologiyalarla istehsal olunan
“Azerçay”, “Pasha”, “Final”, “Maryam”
çay markaları keyfiyyətinə görə bütün
müsabiqələrdə yüksək mükafatlara
layiq görülərək ölkəmizi uğurla təmsil
edir. Bu çay markaları hazırda MDB,
Orta Asiya ölkələri ilə yanaşı Avropaya
da ixrac olunmaqdadır. Dövlət başçımı-
zın qayğı və dəstəyi nəticəsində bütün
Azərbaycan şirkətləri kimi “Azersun
Holding” də inkişaf etməkdədir. Ümum-
iləşdirsək deyə bilərik ki, “Azersun
Holding” ölkənin şəkər sənayesinin
qurucusudur; “Azersun Holding”
ölkədə yodlaşdırılmış duz istehsalına
sərmayə qoyan ilk şirkətdir; “Azersun
Holding” kağızın təkrar emalı komplek-
sinin qurucusudur; “Azersun Holding”
müasir kənd təsərrüfatı kompleksini
yaradan şirkətdir və s. Bu siyahını
artırmaq olar. Bütün bu uğurlar məhz
Azərbaycanımızın müstəqilliyi dövründə
qazanılmışdır. Qəti əminliklə deyə
bilərik ki, müstəqil Azərbaycanımızın
həmyaşıdı olan “Azersun Holding”
bütün gücü və ruhuyla dövlətçiliyimizə
xidmət edir.