51
CASPIAN ENERGY AZƏRBAYCAN N1 (0)`2011 | www.caspenergy.com
İNFRASTRUKTUR
•
yetirilib. Uzunluğu 161 m “by pass”
körpünün tikintisi tamamlanıb, Liaxvi
çayının üzərindən keçən, uzunluğu
877 m körpü-estakadanın tikintisi
davam etdirilir. Körpünün tikintisində
yeni texnologiyalardan istifadə edilir.
Onun aşırım hissəsi ənənəvi metod-
dan fərqli olan müasir üsulla, yəni
sürüşdürmə yolu ilə dayaqların üstünə
yerləşdirilir ki, bu təcrübə də region-
da ilk dəfə məhz “Akkord” tərəfindən
tətbiq edilir.
Qeyd etmək lazımdır ki, Gürcüstanda
daha bir böyük layihə “Akkord”
tərəfindən 2010-cu ilin noyabr ayının
15-də tamamlanıb – həmin gün Türkiyə
sərhədinədək 224 km məsafədə uza-
nan Samtsxe-Cavaxetiya yolunun
Tsalka-Nardevani istiqamətindəki 15
km-lik hissəsinin tikintisi yekunlaşdı-
rılaraq təntənəli açılış mərasimi ilə
təhvil verilib.
2011-ci ilin əvvəlindən bəri bu
ölkədə “Akkord-Georgia” tərəfindən
8,3 km-lik Tbilisi-Tianeti, 10 km-lik
Kutaisi-Tsxaltubo-Lentexi, 12,23
km-lik Kutaisi-Tkibuli-Ambrolauri yol-
larının tikintisi kimi vacib layihələr də
həyata keçirilir. Bu layihələrdən ilk
ikisi artıq tamamlanaraq təhvil verilib.
Sevindirici haldır ki, bizim Gürcüstan
Respublikasındakı fəaliyyətimiz bu
ölkənin rəhbərliyi tərəfindən də daim
yüksək qiymətləndirilir. İndiyədək
Korporasiyamızın 4 nümayəndəsi
Gürcüstan Prezidenti tərəfindən
“Şöhrət” ordeni ilə təltif edilib. Bu il
dekabr ayının 10-da isə, “Akkord-
Georgia” Gürcüstan Hökumətinin
təşkil etdiyi rəsmi dövlət mərasimində
yol-tikinti sahəsində “İlin Şirkəti” elan
edilib.
Gürcüstan “Akkord”un yolla-
rın tikintisi və nəqliyyat infrastruk-
turu sahəsində fəaliyyət göstərdiyi
yeganə xarici ölkə deyil. Akkord
Korporasiyasının öz fəaiyyətini uğur-
la həyata keçirdiyi ölkələrdən biri də
Qazaxıstandır. “Qərbi Avropa – Qərbi
Çin” beynəlxalq yol layihəsinin icrası
çərçivəsində “Akkord” bu ölkədə iki
lot üzrə 107 km asfalt örtüklü yolun
tikintisi üzrə tenderin qalibi olub və
beləliklə, öz brendinin Qazaxıstanda
da tanınmasına nail olub. Hazırda
sözügedən layihə üzrə yolda torpaq-
bərkitmə işlərinin 60 faizi tamamlanıb,
50 km-dən artıq yolda asfalt döşəmə
işləri görülüb.
Növbəti yeni layihə tərəfimizdən
Özbəkistanda həyata keçiriləcək.
2010-cu ildə AR Prezidenti İlham
Əliyev cənablarının Özbəkistanla
münasibətlərin təkmilləşdirilməsi
təşəbbüsü ilə əlaqədar, “Akkord”
bu ölkədə keçirilən milli sərgidə
Azərbaycanı layiqincə təmsil edib,
bununla bu ölkədə həyata keçiriləcək
layihələrdə iştirak etməkdə maraqlı
olduğunu nümayiş etdirib. Bir qədər
sonra “Akkord” olaraq bu ölkədə
Daşkənd-Termez yolunun tikintisi
layihəsi çərçivəsində iki lot üzrə
179 km asfalt örtüklü yolun tikintisi-
ni nəzərdə tutan tenderə qoşularaq
qalib olduq. Hazırda 1-B kateqori-
yasına aid həmin yolun tikintisinə
hazırlaşırıq.
Bundan başqa, Korporasiya
Ukraynada da yol tikintisi üzrə
keçirilən tenderin qalibi olub.
Ukraynanın Dövlət Avtomobil Yolları
Xidməti (“Ukravtodor”) M06 Kiyev-
Çop yolunun yenidən qurulma-
52
CASPIAN ENERGY AZƏRBAYCAN N1 (0)`2011 | www.caspenergy.com
sı üzrə tenderi 20 avqust 2010-cu
ildə elan etmişdi. Layihə Avropa
Yenidənqurma və İnkişaf Bankı
tərəfindən maliyyələşdirilir və 2012-
ci ildə Ukraynada keçiriləcək futbol
üzrə Avropa Çempionatına hazırlıq
çərçivəsində həyata keçirilir.
Tenderdə dünyanın infrastrukur
layihələrin tikintisi sahəsində böyük
təcrübəsi olan İtaliya, Sloveniya,
Türkiyə, Koreya, Çin, Avstriya,
Azərbaycan, Ukrayna və s. ölkələrdən
olan şirkətlər də iştirak edirdi.
“Akkord” Korporasiyası bu tenderə
İtaliya şirkətləri ilə birgə konsorsi-
umda qatılmışdı. 2011-ci ilin avqus-
tunda “Akkord” Korporasiyası ilə
İtaliya şirkətlərindən təşkil olunmuş
Konsorsium Ukraynada keçirilmiş bu
tenderin qalibi elan edildi.
M06 Kiyev-Çop yolunun əsasli
bərpasi üzrə layihə (14-128 km)
dörd lotdan ibarət olmaqla hər biri
iki lotu əhatə edən iki müqavilə
ilə tənzimlənir. Layihə üzrə müvafiq
müqavilələr bir tərəfdən Ukraynanın
Avtomobil Yolları Dövlət Xidməti
(“Ukravtodor”) və digər tərəfdən
“Akkord” Korporasiyası ilə ital-
yan şirkətlərindən təşkil olunmuş
Konsorsium tərəfindən imzalanmış-
dır. Hər iki müqavilənin ümumi dəyəri
204,5 mln. avro təşkil edir.
Yeni infrastruktur layihələrin icrası
ilə əlaqədar olaraq, Korporasiyaya
2 min nəfərə yaxın işçi qəbul edilib.
Hazırda “Akkord” Korporasiyasının
törəmə müəssisələri həmçinin Türkiyə
və Əfqanıstanda fəaliyyət göstərirlər.
CE: Korporasiya Azərbaycanda
hansı infrastruktur layihələrin icra-
sında iştirak edir?
Xaqani Quluzadə:
Bakıda
Korporasiya “Gənclik” metrostansiyası-
nın yaxınlığındakı “Qələbə meydanı”nda
və yanaşı küçələrin kəsişmələrində
tıxacların aradan qaldırılması və
nəqliyyatın işıqforsuz hərəkətinin təmin
olunması məqsədi ilə hazırlanan yol
hərəkətinin tənzimlənməsi və yol infrast-
rukturunun təkmilləşdirilməsi layihəsinin
icrasını həyata keçirir.
Digər icra edilən iri layihə Ziya
Bünyadov prospektində nəqliyyatın
işıqforsuz hərəkətinin tənzimlənməsi
məqsədilə hazırda davam edən tunel
tikintisi layihəsidir. Bu layihənin həyata
keçirilməsi avtonəqliyyat vasitələrinin
Bakı şəhərinin mərkəzindən Heydər
Əliyev Beynəlxalq Hava Limanına
və aeroportdan Binəqədi şossesi ilə
paytaxtın mərkəzinə doğru işıqfor-
suz hərəkətini təmin etməyə imkan
verəcək.
Hazırda Korporasiya Azərbaycanın
regionlarında da infrastruktur
layihələrinin icrası ilə məşğuldur. Bu
gün “Akkord” Şərq-Qərb avtomo-
bil magistralının təkmilləşdirilməsi
layihəsi çərçivəsində 37,5 km uzunlu-
ğu olan 4-zolaqlı Gəncə dolama yolu-
nun (0-37,5 km), həmçinin I dərəcəli
Ələt-Masallı asfalt yolunun 23,410
km-lik hissəsinin (31+000 – 54+410
km) tikintisini həyata keçirir.
Bununla yanaşı, regionların inkişafı
üzrə Dövlət Proqramı çərçivəsində
Ağstafa, Tovuz, Şəmkir və Cəlilabad
şəhərlərinin su və kanalizasi-
ya sistemlərinin yenidən qurulması
layihəsi üzrə işlər də Korporasiya
tərəfindən yerinə yetirilir.
Azərbaycan Hökumətinin 7 mart
2011-ci il tarixli sərəncamının icrası ilə
əlaqədar, Azərbaycan Meliorasiya və
Su Təsərrüfatı ASC-nin Kür-Araz çay-
larında bəndlərin istismari İdarəsinin
sifarişi əsasında “Akkord” “Kür və Araz
çayları boyunca mövcud mühafizə
bəndlərinin möhkəmləndirilməsi və
hündürləşdirilməsi” layihəsinin icrası-
nı həyata keçirərək Kür çayı boyunca
34 km uzunluğunda bənd tikinti işlərini
tamamlayıb.
CE: Qazax rayonunda inşa etdi-
yiniz sement zavodunun tikintisi
hansı mərhələdədir?
Xaqani Quluzadə:
Bildiyiniz kimi,
ölkə Prezidenti tərəfindən 2004-cü
il fevral ayının 11-də “Azərbaycan
Respublikası regionlarının sosial-
iqtisadi inkişafı proqramının (2004-
2008) təsdiqi barədə” Sərəncam
imzalanıb. Qazax rayonu ərazisində
tikilən sement zavodu da, sözügedən
sənəddən irəli gələn tələblərin icrası
sırasında Korporasiyanın həyata keçir-
diyi ən iri layihədir. 54 ha sahədə inşa
edilən zavodun ilkin illik istehsal gücü 1
mln. ton sement təşkil edəcək.
Layihənin Azərbaycan stan-
dartlarına uyğunlaşdırılma-
sı “AzDövlətMaşLayihə” İnstitutu
tərəfindən həyata keçirilib. Layihənin
məsləhətçisi qismində “SC Endustri
A.Ş.” şirkəti çıxış edir. Zavodun
texniki-iqtisadi əsaslandırması dünya-
da məşhur audit və konsaltinq şirkəti
olan “Deloitte and Touche” L.L.C
tərəfindən hazırlanıb.
Zavodun avadanlıqları Avropa stan-
dartlarına və İSO standartlarına cavab
verir. Müəssisənin tikintisində həm
yerli, həm də xarici mütəxəssislər
iştirak ediblər.
Layihəyə
əsasən, atmosferə
buraxılan zərərli tullantıların ekoloji
təsirinə, qaz və toztutucuların texniki
vəziyyətinə dair informasiya, əlverişsiz
meteoşəraitdə tullantıların azaldılması
üzrə tədbirlər planı, zərərli maddələrin
atmosferə yolverilən atılma həddi
normativləri, tullantılara nəzarət
üzrə analitik plan və digər təlimatlar
hazırlanıb. Bu sənədlər əsasında
müəssisənin tullantılarının miqdarı-
nın yol verilən həddi üzrə normativlər
layihəsi işlənib hazırlanmışdır.
Quru üsulla sement istehsal edəcək
zavod iki mərhələdə istifadəyə
veriləcək. İlk mərhələdə - 2012-ci ilin
mart ayında sement istehsalı və qab-
laşdırma vasitələrinin istehsalı üzrə
xətlərin istifadəyə verilməsi planlaş-
dırılıb. İkinci mərhələdə - 2012-ci ilin
may ayında klinker və xammal xətləri
işə salınacaq. Zavod tam istifadəyə
verildiyi zaman burada 1000-1500
yeni iş yeri açılacaq.
CE: “Akkord” Korporasiyası
beynəlxalq reytinqin alınmasını
planlaşdırır?
Xaqani Quluzadə:
Əlbəttə, bizim
ölkə daxilində və xarici ölkələrdə icra
etdiyimiz iri infrastruktur layihələri,
həmçinin Korporasiyanın beynəlxalq
idarəetmə standartlarına uyğun-
laşdırılması istiqamətində apardı-
ğı intensiv işlər son iki il ərzində
nüfuzlu beynəlxalq biznes təşkilatları,
maliyyə qurumları, kütləvi informasiya
vasitələrinin diqqət mərkəzinə daxil
olmuşdur.
Artıq bir müddətdir ki, “Fitch” reytinq
agentliyi ilə beynəlxalq reytinqin alın-
masına dair müqavilə imzalamışıq.
“Fitch” reytinq agentliyinin analitikləri
noyabrın axırlarında Bakıya gələrək
Korporasiyanın İdarə Heyəti ilə
görüşlər və müsahibələr aparmış,
Korporasiyanın tikinti layihələri və
istehsalat obyektləri ilə tanış olmuş-
lar. Hal-hazırda, “Fitch” reytinq agent-
liyi tərəfindən Korporasiyanın təhlili
davam edir. Reytinqin alınması bu il
dekabrın sonuna gözlənilir və hesab
edirəm ki, bu hadisə Korporasiyanın
İNFRASTRUKTUR
•