01 azeri indd



Yüklə 11,46 Mb.
Pdf görüntüsü
səhifə24/26
tarix11.07.2018
ölçüsü11,46 Mb.
#54896
1   ...   18   19   20   21   22   23   24   25   26

51

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

İNFRASTRUKTUR 

yetirilib. Uzunluğu 161 m “by pass” 



körpünün tikintisi tamamlanıb, Liaxvi 

çayının üzərindən keçən, uzunluğu 

877 m körpü-estakadanın tikintisi 

davam etdirilir. Körpünün tikintisində 

yeni texnologiyalardan istifadə edilir.  

Onun aşırım hissəsi  ənənəvi metod-

dan fərqli olan müasir üsulla, yəni 

sürüşdürmə yolu ilə dayaqların üstünə 

yerləşdirilir ki, bu təcrübə  də region-

da ilk dəfə  məhz “Akkord” tərəfindən 

tətbiq edilir.

Qeyd etmək lazımdır ki, Gürcüstanda 

daha bir böyük layihə “Akkord” 

tərəfindən 2010-cu ilin noyabr ayının 

15-də tamamlanıb – həmin gün Türkiyə 

sərhədinədək 224 km məsafədə uza-

nan Samtsxe-Cavaxetiya yolunun 

Tsalka-Nardevani istiqamətindəki 15 

km-lik hissəsinin tikintisi yekunlaşdı-

rılaraq təntənəli açılış  mərasimi ilə 

təhvil verilib.

2011-ci ilin əvvəlindən bəri bu 

ölkədə “Akkord-Georgia” tərəfindən 

8,3 km-lik Tbilisi-Tianeti, 10 km-lik 

Kutaisi-Tsxaltubo-Lentexi, 12,23 

km-lik Kutaisi-Tkibuli-Ambrolauri yol-

larının tikintisi kimi vacib layihələr də 

həyata keçirilir. Bu layihələrdən ilk 

ikisi artıq tamamlanaraq təhvil verilib.

Sevindirici haldır ki, bizim Gürcüstan 

Respublikasındakı  fəaliyyətimiz bu 

ölkənin rəhbərliyi tərəfindən də daim 

yüksək qiymətləndirilir.  İndiyədək 

Korporasiyamızın 4 nümayəndəsi 

Gürcüstan Prezidenti tərəfindən 

“Şöhrət” ordeni ilə  təltif edilib. Bu il 

dekabr ayının 10-da isə, “Akkord-

Georgia”  Gürcüstan Hökumətinin 

təşkil etdiyi rəsmi dövlət mərasimində 

yol-tikinti sahəsində  “İlin  Şirkəti” elan 

edilib.

Gürcüstan “Akkord”un yolla-



rın tikintisi və  nəqliyyat infrastruk-

turu sahəsində  fəaliyyət göstərdiyi 

yeganə xarici ölkə deyil. Akkord 

Korporasiyasının öz fəaiyyətini uğur-

la həyata keçirdiyi ölkələrdən biri də 

Qazaxıstandır. “Qərbi Avropa – Qərbi 

Çin” beynəlxalq yol layihəsinin icrası 

çərçivəsində “Akkord” bu ölkədə iki 

lot üzrə 107 km asfalt örtüklü yolun 

tikintisi üzrə tenderin qalibi olub və 

beləliklə, öz brendinin Qazaxıstanda 

da tanınmasına nail olub. Hazırda 

sözügedən layihə üzrə yolda torpaq-

bərkitmə işlərinin 60 faizi tamamlanıb, 

50 km-dən artıq yolda asfalt döşəmə 

işləri görülüb.

Növbəti yeni layihə  tərəfimizdən 

Özbəkistanda həyata keçiriləcək. 

2010-cu ildə AR Prezidenti İlham 

Əliyev cənablarının Özbəkistanla 

münasibətlərin təkmilləşdirilməsi 

təşəbbüsü ilə  əlaqədar, “Akkord” 

bu ölkədə keçirilən milli sərgidə 

Azərbaycanı layiqincə  təmsil edib, 

 

bununla bu ölkədə həyata keçiriləcək 



layihələrdə  iştirak etməkdə maraqlı 

olduğunu nümayiş etdirib. Bir qədər 

sonra “Akkord” olaraq bu ölkədə 

Daşkənd-Termez yolunun tikintisi 

layihəsi çərçivəsində iki lot üzrə 

179 km asfalt örtüklü yolun tikintisi-

ni nəzərdə tutan tenderə qoşularaq 

qalib olduq. Hazırda 1-B kateqori-

yasına aid həmin yolun tikintisinə 

hazırlaşırıq. 

Bundan başqa, Korporasiya 

Ukraynada da yol tikintisi üzrə 

keçirilən tenderin qalibi olub. 

Ukraynanın Dövlət Avtomobil Yolları 

Xidməti (“Ukravtodor”) M06 Kiyev-

Çop yolunun yenidən qurulma-




52

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

sı üzrə tenderi 20 avqust 2010-cu 

ildə elan etmişdi. Layihə  Avropa 

Yenidənqurma və  İnkişaf Bankı 

tərəfindən maliyyələşdirilir və 2012-

ci ildə Ukraynada keçiriləcək futbol 

üzrə Avropa Çempionatına hazırlıq 

çərçivəsində həyata keçirilir. 

Tenderdə dünyanın infrastrukur 

layihələrin tikintisi sahəsində böyük 

təcrübəsi olan İtaliya, Sloveniya, 

Türkiyə, Koreya, Çin, Avstriya, 

Azərbaycan, Ukrayna və s. ölkələrdən 

olan  şirkətlər də  iştirak edirdi. 

“Akkord” Korporasiyası bu tenderə 

İtaliya  şirkətləri ilə birgə konsorsi-

umda qatılmışdı. 2011-ci ilin avqus-

tunda  “Akkord” Korporasiyası ilə 

İtaliya  şirkətlərindən təşkil olunmuş 

Konsorsium Ukraynada keçirilmiş bu 

tenderin qalibi elan edildi. 

M06 Kiyev-Çop yolunun əsasli 

bərpasi üzrə layihə (14-128 km) 

dörd lotdan ibarət olmaqla hər biri 

iki lotu əhatə edən iki müqavilə 

ilə  tənzimlənir. Layihə üzrə müvafiq 

müqavilələr bir tərəfdən Ukraynanın 

Avtomobil Yolları Dövlət Xidməti 

(“Ukravtodor”) və digər tərəfdən 

“Akkord” Korporasiyası ilə ital-

yan  şirkətlərindən təşkil olunmuş 

Konsorsium tərəfindən imzalanmış-

dır. Hər iki müqavilənin ümumi dəyəri 

204,5 mln. avro təşkil edir. 

Yeni infrastruktur layihələrin icrası 

ilə  əlaqədar olaraq, Korporasiyaya 

2 min nəfərə yaxın işçi qəbul edilib. 

Hazırda “Akkord” Korporasiyasının 

törəmə müəssisələri həmçinin Türkiyə 

və Əfqanıstanda fəaliyyət göstərirlər.

CE: Korporasiya Azərbaycanda 

hansı infrastruktur layihələrin icra-

sında iştirak edir?

Xaqani Quluzadə: 

Bakıda 


Korporasiya “Gənclik” metrostansiyası-

nın yaxınlığındakı “Qələbə meydanı”nda 

və yanaşı küçələrin kəsişmələrində 

tıxacların aradan qaldırılması  və 

nəqliyyatın işıqforsuz hərəkətinin təmin 

olunması  məqsədi ilə hazırlanan yol 

hərəkətinin tənzimlənməsi və yol infrast-

rukturunun təkmilləşdirilməsi layihəsinin 

icrasını həyata keçirir. 

Digər icra edilən iri layihə Ziya 

Bünyadov prospektində  nəqliyyatın 

işıqforsuz hərəkətinin tənzimlənməsi 

məqsədilə hazırda davam edən tunel 

tikintisi layihəsidir. Bu layihənin həyata 

keçirilməsi avtonəqliyyat vasitələrinin 

Bakı  şəhərinin mərkəzindən Heydər 

Əliyev Beynəlxalq Hava Limanına 

və aeroportdan Binəqədi  şossesi ilə 

paytaxtın mərkəzinə doğru işıqfor-

suz hərəkətini təmin etməyə imkan 

verəcək. 

Hazırda Korporasiya Azərbaycanın 

regionlarında da infrastruktur 

layihələrinin icrası ilə  məşğuldur. Bu 

gün “Akkord” Şərq-Qərb avtomo-

bil magistralının təkmilləşdirilməsi 

layihəsi çərçivəsində 37,5 km uzunlu-

ğu olan 4-zolaqlı Gəncə dolama yolu-

nun (0-37,5 km), həmçinin I dərəcəli 

Ələt-Masallı asfalt yolunun 23,410 

km-lik hissəsinin (31+000 – 54+410 

km) tikintisini həyata keçirir. 

Bununla yanaşı, regionların inkişafı 

üzrə Dövlət Proqramı  çərçivəsində 

Ağstafa, Tovuz, Şəmkir və  Cəlilabad 

şəhərlərinin su və kanalizasi-

ya sistemlərinin yenidən qurulması 

layihəsi üzrə  işlər də Korporasiya 

tərəfindən yerinə yetirilir. 

Azərbaycan Hökumətinin 7 mart 

2011-ci il tarixli sərəncamının icrası ilə 

əlaqədar, Azərbaycan Meliorasiya və 

Su Təsərrüfatı ASC-nin Kür-Araz çay-

larında bəndlərin istismari İdarəsinin 

sifarişi əsasında “Akkord” “Kür və Araz 

çayları boyunca mövcud mühafizə 

bəndlərinin möhkəmləndirilməsi və 

hündürləşdirilməsi” layihəsinin icrası-

nı həyata keçirərək Kür çayı boyunca 

34 km uzunluğunda bənd tikinti işlərini 

tamamlayıb. 

CE: Qazax rayonunda inşa etdi-

yiniz sement zavodunun tikintisi 

hansı mərhələdədir?

Xaqani Quluzadə: 

Bildiyiniz kimi, 

ölkə Prezidenti tərəfindən 2004-cü 

il fevral ayının 11-də “Azərbaycan 

Respublikası regionlarının sosial-

iqtisadi inkişafı proqramının (2004-

2008) təsdiqi barədə” Sərəncam 

imzalanıb. Qazax rayonu ərazisində 

tikilən sement zavodu da, sözügedən 

sənəddən irəli gələn tələblərin icrası 

sırasında Korporasiyanın həyata keçir-

diyi ən iri layihədir. 54 ha sahədə inşa 

edilən zavodun ilkin illik istehsal gücü 1 

mln. ton sement təşkil edəcək. 

Layihənin Azərbaycan stan-

dartlarına uyğunlaşdırılma-

sı “AzDövlətMaşLayihə”  İnstitutu 

tərəfindən həyata keçirilib. Layihənin 

məsləhətçisi qismində “SC Endustri 

A.Ş.”  şirkəti çıxış edir. Zavodun 

texniki-iqtisadi əsaslandırması dünya-

da məşhur audit və konsaltinq şirkəti 

olan “Deloitte and Touche” L.L.C 

tərəfindən hazırlanıb. 

Zavodun avadanlıqları Avropa stan-

dartlarına və İSO standartlarına cavab 

verir. Müəssisənin tikintisində  həm 

yerli, həm də xarici mütəxəssislər 

iştirak ediblər. 

Layihəyə 

əsasən, atmosferə 

buraxılan zərərli tullantıların ekoloji 

təsirinə, qaz və toztutucuların texniki 

vəziyyətinə dair informasiya, əlverişsiz 

meteoşəraitdə tullantıların azaldılması 

üzrə tədbirlər planı, zərərli maddələrin 

atmosferə yolverilən atılma həddi 

normativləri, tullantılara nəzarət 

üzrə analitik plan və digər təlimatlar 

hazırlanıb. Bu sənədlər  əsasında 

müəssisənin tullantılarının miqdarı-

nın yol verilən həddi üzrə normativlər 

layihəsi işlənib hazırlanmışdır. 

Quru üsulla sement istehsal edəcək 

zavod iki mərhələdə istifadəyə 

veriləcək.  İlk mərhələdə - 2012-ci ilin 

mart ayında sement istehsalı və qab-

laşdırma vasitələrinin istehsalı üzrə 

xətlərin istifadəyə verilməsi planlaş-

dırılıb.  İkinci mərhələdə - 2012-ci ilin 

may ayında klinker və xammal xətləri 

işə salınacaq. Zavod tam istifadəyə 

verildiyi zaman burada 1000-1500 

yeni iş yeri açılacaq. 



CE: “Akkord” Korporasiyası 

beynəlxalq reytinqin alınmasını 

planlaşdırır?

Xaqani Quluzadə: 

Əlbəttə, bizim 

ölkə daxilində və xarici ölkələrdə icra 

etdiyimiz iri infrastruktur layihələri, 

həmçinin Korporasiyanın beynəlxalq 

idarəetmə standartlarına uyğun-

laşdırılması istiqamətində apardı-

ğı intensiv işlər son iki il ərzində 

nüfuzlu beynəlxalq biznes təşkilatları, 

maliyyə qurumları, kütləvi informasiya 

vasitələrinin diqqət mərkəzinə daxil 

olmuşdur. 

Artıq bir müddətdir ki, “Fitch” reytinq 

agentliyi ilə beynəlxalq reytinqin alın-

masına dair müqavilə imzalamışıq. 

“Fitch” reytinq agentliyinin analitikləri 

noyabrın axırlarında Bakıya gələrək 

Korporasiyanın  İdarə Heyəti ilə 

görüşlər və müsahibələr aparmış, 

Korporasiyanın tikinti layihələri və 

istehsalat obyektləri ilə tanış olmuş-

lar. Hal-hazırda, “Fitch” reytinq agent-

liyi tərəfindən Korporasiyanın təhlili 

davam edir.  Reytinqin alınması bu il 

dekabrın sonuna gözlənilir və hesab 

edirəm ki, bu hadisə Korporasiyanın 

İNFRASTRUKTUR 




Yüklə 11,46 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə