01 azeri indd



Yüklə 11,46 Mb.
Pdf görüntüsü
səhifə21/26
tarix11.07.2018
ölçüsü11,46 Mb.
#54896
1   ...   18   19   20   21   22   23   24   25   26

45

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

rativ  şəkildə, daha dəqiqliklə  həyata 

keçirilməsinə imkan verəcək.         



TJ: Nazirlik bu yaxınlarda 

Azərbaycanda 4G tətbiq etmək 

fikrindədirmi? 

Əli Abbasov: 

Məlum olduğu kimi, 

dünyanın inkişaf etmiş ölkələrində 

üçüncü nəslin xidmətlərindən (3G) 

fəal  şəkildə istifadə olunur. Hazırda 

dördüncü nəsil texnologiyalara (4G) 

keçid üçün mobil operatorlar və 

istehsalçılar tərəfindən sınaq işləri 

aparılır.  

Azərbaycanda 3G xidmətləri iki ilə 

yaxındır ki, tətbiq olunur. Mobil tele-

fon vasitəsilə genişzolaqlı internetə 

artan tələbatı  və yeni texnologiyalara 

olan marağı nəzərə alaraq, Rabitə və 

İnformasiya Texnologiyaları Nazirliyi 

(RİTN) daha iki mobil operatora 3G 

xidmətinin göstərilməsi üçün lisenziya 

təqdim edib.  

Bununla yanaşı, RİTN-nin müvafiq 

strukturları mobil operatorlarla birgə 

4G xidmətlərinin tətbiqinin öyrənilməsi 

üzrə  işlərə başlayıb. Hazırda ölkədə 

4G texnologiyası  tətbiqinin hüquqi və 

texniki tədqiqatları aparılır. Bunların 

nəticəsinə uyğun olaraq uyğun təkliflər 

irəli sürüləcək.   



TJ: Ölkədə elektron hökumətin 

qurulması sahəsində nəticələr han-

sılardır? 

EKSKLÜZİV 




46

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com



Əli Abbasov: 

Şübhəsiz, elektron 

hökumətin yaradılması  və inkişafı 

İKT sahəsində dövlət siyasətinin 

mühüm istiqamətlərindən biri-

dir. “Azərbaycan Respublikasında 

elektron hökumətin formalaşdı-

rılması üzrə  Fəaliyyət Proqramı” 

çərçivəsində dövlət orqanlarının 

fəaliyyətində müxtəlif informasiya 

sistemlərinin, reyestrlərin və digər 

elektron hökumət həllərinin tətbiqi 

üzrə fəal işlər aparılır. Bəzi sahələrdə 

elektron xidmətlərin göstərilməsinə 

başlanılıb. Misal olaraq: elektron 

vergi bəyannamələrinin və hesab 

fakturalarının,  məcburi dövlət 

sosial sığortası üzrə hesabat-

ların və  sığortaolunanlar barədə 

məlumatların qəbulu, ali məktəblərə 

və dövlət qulluğuna qəbul üzrə test 

imtahanlarında iştirak etmək üçün 

elektron ərizələrin verilməsi, statis-

tik məlumatların elektron formada 

təqdim olunması,  fərdi sahibkarla-

rın e-qeydiyyatı  və s. e-xidmətləri 

göstərmək olar  

Azərbaycan Respublikası 

Prezidentinin 2011-ci il 23 may 

tarixli “Dövlət orqanlarının elekt-

ron xidmətlər göstərməsinin təşkili 

sahəsində bəzi tədbirlər haqqında”kı  

Fərmanı elektron hökumətin tətbiqi 

prosesinə ciddi təkan verdi. Fərmana 

uyğun olaraq dövlət orqanlarının infor-

EKSKLÜZİV 




CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

masiya sistemləri arasında məlumat 

mübadiləsini təmin edən “Elektron 

hökumət” şlüzü yaradılmış və bu ilin 

sentyabrında Azərbaycanda ilk dəfə 

olaraq elektron imzanın tətbiqinə 

başlanılmışdır. Dövlət orqanlarına, 

hüquqi və fiziki şəxslərə elektron 

imza xidmətləri göstərmək üçün 

Milli Sertifikat Xidmətləri Mərkəzi 

istifadəyə verilmişdir. Elektron 

xidmətlərdən “bir pəncərə” prinsi-

pi  əsasında istifadəni təmin etmək 

məqsədilə “Elektron hökumət” por-

talı yaradılmış  və yaxın müddətdə 

istifadəyə veriləcəkdir..



TJ: Nazirlik bu gün daha hansı 

İKT layihələri üzərində işləyir?   

Əli Abbasov: 

RİTN ölkədə  İKT-

məhsulların və xidmətlərin istehsalı və 

ixracını stimullaşdırılmaq məqsədilə 

kompleks tədbirlər işləyib hazır-

lamışdır. Bununla bağlı, hökumətə 

İKT məhsullarına və onların tərkib 

hissələrinə müəyyən güzəştlərin tətbiqi 

üzrə  təkliflər təqdim olunub. Hesab 

edirik ki, bu tədbirlər milli şirkətlərin 

potensialının möhkəmləndirilməsinə, 

İKT məhsullarının istehsalının və 

ixracının genişləndirilməsinə, o 

cümlədən aparıcı dünya istehsalçı-

larının investisiya və texnologiyaları-

nın ölkəmizə  cəlb edilməsinə  təkan 

verəcək. Həmçinin ölkə iqtisadiyyatı-

nın innovativ inkişafına yardım, intel-

lektual potensial və ixrac imkanlarının 

yüksəldilməsi üçün maliyyə alətlərinin 

tətbiqi metodologiyası işlənib hazırla-

nır.  Bu kontekstdə informasiya texno-

logiyaları inkişafı fondunun yaradılma-

sı imkanları nəzərdən keçirilir. Fondun 

qarşısında duran əsas məqsəd 

İKT məhsulları  və xidmətlərinin 

istehsalı  və ixracına yönlənlmiş 

layihələrə  aşağı faiz dərəcəsi ilə 

xarici sərmayələrin cəlb edilməsidir. 

Fondun daha bir əhəmiyyətli vəzifəsi 

İKT sahəsində innovasiyaların ven-

çur maliyyələşdirilməsidir. Vençur 

maliyyələşmənin tətbiqi sayəsində 

innovasiya layihələrini həyata keçiriən 

kiçik və yeni şirkətlərə əlverişli şərait 

yaradıla bilər.              

Nazirliyin və onun struktur 

bölmələrinin, həmçinin digər dövlət 

orqanları  və  tərəfdaşların fəal işti-

rak etdiyi digər layihələr də mövcud-

dur.  İKT sahəsində dünyada gedən 

ən qabaqcıl təcrübəni Azərbaycana 

gətirməyə çalışırıq. O cümlədən, öz 

potensialımızı yeni istiqamətlərin 

inkişafına yönəldirik. Bu baxımdan 

nanotexnologiyaların tətbiqi yeni 

prioritetlərimizdən biridir və hazırda 

RİTN-də  fəaliyyət göstərən Yüksək 

Texnologiyalar üzrə  Tədqiqat Mərkəzi 

tərəfindən bu sahədə elmi və  tətbiqi 

araşdırmalar aparılmaqdadır. 

İKT sahəsi bütün dünyada dinamik 

surətdə  dəyişir və  fəaliyyətimizi bu 

inkişafın tələblərinə uyğunlaşdırmaq 

üçün tərəfimizdən mütəmadi olaraq 

yeni layihələr və  tədbirlər işlənib-

hazırlanır. 

Müsahibəyə görə çox sağ olun

47

EKSKLÜZİV 






Yüklə 11,46 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə