01 azeri indd



Yüklə 11,46 Mb.
Pdf görüntüsü
səhifə20/26
tarix11.07.2018
ölçüsü11,46 Mb.
#54896
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

43

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

Ölkədə  həyat, biznes və  hər bir insa-

nın inkişafı üçün əla şərait yaradılıb. 



TJ: TASİM-in yaradılması 

üzrə Azərbaycanın təşəbbüsü 

çərçivəsində keçirilən işlər hansı 

mərhələdədir?

Əli Abbasov: 

Bu layihəyə 

həmçinin artıq haqqında danışdığım 

nailiyyətlərin tərkib hissəsi kimi baxıla 

bilər. Məlum olduğu kimi, Azərbaycanın 

təşəbbüskarı olduğu, həm milli, həm də 

bölgə ölkələrinin maraqlarını  nəzərə 

alan bu layihə 2009-cu ildə BMT-

nin Baş Assambleyası  səviyyəsində 

müzakirə olunub və xüsusi qətnamə 

şəklində dəstəklənib. 

Hazırda “Trans Avroasiya infor-

masiya supermagistralı” (TASİM) 

layihəsinin həyata keçirilməsi üzrə 

konsorsiumun formalaşdırılması ilə 

bağlı intensiv danışıqlar aparılır. Bu 

il konsorsiumun quruluşu və biznes-

modelinin yaradılması üzrə danışıqlar 

çərçivəsində iki böyük görüş keçiri-

lib: Qəbələ  şəhərində beynəlxalq işçi 

görüş  və  İstanbulda TASİM üzrə  işçi 

qrupunun görüşü. Ümumilikdə danışıq-

ları dinamik və konstruktiv xarakterizə 

etmək olar.    

Bu danışıqlarda beş ölkənin 

(Azərbaycan, Qazaxıstan, Çin, 

Rusiya və Türkiyə) iri telekommu-

nikasiya  şirkətinin iştirak etməsinə 

rəğmən layihənin çoğrafiyası qat-

qat genişdir. Layihə marşrutu-

nun Almaniya, Polşa, Ukrayna, 

Gürcüstan, Serbiya, Bolqarıstan və 

digər ölkələrin  ərazisindən keçməsi 

təxmin olunur. Layihədə  həmçinin 

Honkonqu Frankfurtla birləşdirəcək 

yüksək sürətli informasiya magistralı-

nın yaradılması nəzərdə tutulub.  Bu 

marşrut dünya telekommunikasiya 

bazarında  ən tələb olunan marşrut-

lardan biridir. Eyni zamanda layihə 

bütün bu geniş məkanın sosial-iqtisadi 

inkişaf məqsədlərinə xidmət edəcək. 

Həmçinin Azərbaycanın təşəbbüsü 

ilə Avropa və Yaxın  Şərq arasında 

yüksəksürətli informasiya magistralı-

nın yaradılmasına yönəldilmiş layihə 

nəzərdə tutulub.    

TJ: Azərbaycanda internet effek-

tiv şəkildə inkişaf edirmi?

Əli Abbasov: 

Hazırda Azərbaycanda 

internetin inkişafı üçün geniş imkan-

lar mövcuddur. Ölkə  ərazisinin fiber-

optik magistral şəbəkələrlə tam əhatə 

olunması, həmçinin bütün yaşayış 

məntəqələrinin telefonlaşdırılması, 

telefon  şəbəkəsinin tam elektronlaş-

dırılması sayəsində ölkənin istənilən 

nöqtəsində yüksəksürətli internetə 

çıxış imkanı vardır. Abunəçilər 

internetə sadə zənglərlə yanaşı, geniş-

zolaqlı, simsiz və mobil vasitələrlə 

qoşulmaq imkanlarına malikdirlər. 

Hazırda əhalinin təxminən 60%-i inter-

net istifadəçisidir. Onlardan yarısı isə 

genişzolaqlı xidmətlərdən istifadə edir 

ki, bu da orta dünya göstəricilərindən 

yüksəkdir.             

Bu seqmentdə özəl sektorun rolu 

həmişə aparıcı  və  əsas olub. O, 

indi də artmaqdadır. Ölkədə 40-dan 

çox internet xidmət provayderi və 

mindən çox internet klub fəaliyyət 

göstərir. Hazırda Azərbaycana daxil 

olan trafikin ümumi həcmi 44,5 Gbit\

saniyədir ki, bu da respublikamıza 

bölgə ölkələrinə internet tutumunun 

ixraçatçısı rolunda çıxış etməyə imkan 

EKSKLÜZİV 




44

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

yaradır. Qeyd etmək istəyirəm ki. yal-

nız son 4 ildə internetdən istifadə 

tarifləri 10 dəfəyədək azaldılıb. Bu 

istiqamətdə aparılan işlər davam 

etdiriləcək. Fikrimcə, 3G texnologiya-

larının yayılması internet istifadəçiləri 

üçün yeni imkanlar açacaq.      

TJ:  İlk milli peykin buraxılması 

hansı mərhələdədir?

Əli Abbasov: 

Ümumilikdə ilk milli 

peykin buraxılmasına hazırlıq işləri 

planlı  şəkildə gedir. Hamıya məlum 

olduğu kimi, bu proses kompleks 

şəklində aparılır və bir çox təşkilati, 

hüquqi, texniki, texnoloji və digər 

məsələləri əhatə edir. 

Ölkədə bu məsələlərlə  məşğul 

olan xüsusi “Azərkosmos” səhmdar 

cəmiyyəti yaradılıb və istismar 

mərhələsinə  fəal hazırlıq işləri gedir. 

İlk Azerspace peyki Amerikanın 

Orbital Sciences Corporation şirkəti 

tərəfindən hazırlanma mərhələsindədir. 

“Azərkosmos” ASC Azerspase peykinin 

istehsalı və onun buraxılma prosesinə 

texniki monitorinq üzrə məsləhətçi kimi 

Telesat Canada şirkətini cəlb edib. 

Paralel olaraq peyki yerüstü idarəetmə 

mərkəzinin inşası  və  zəruri yerüstü 

infrastrukturun yaradılması üzrə  işlər 

görülür. Həmçinin peyk ehtiyatlarının 

beynəlxalq bazarda reallaşdırılması 

üçün marketinq təhqiqatları aparılır. 

Beynəlxalq ekspertlərin hesablama-

larına görə, layihə  5-7 il ərzində öz 

xərcini ödəyəcək. Növbəti illərdə isə  

gəlir gətirməyə başlayacaq.        

Milli peykin mövcudluğu   

Azərbaycana keyfiyyətli və eti-

barlı rabitə  və teleyayım potensia-

lını artırmağa imkan verəcək. Bu, 

Azərbaycanın kosmik sənaye ölkəsinə 

çevrilməsi üzrə perspektivli layihələrin 

həyata keçirilməsində ilk addım ola-

caq. Azerspace orbitə 2012-ci ilin son-

larında Fransa raketdaşıyıcısı Ariane 

5 tərəfindən buraxılacaq.  

TJ: Peyk orbitə buraxıldıqdan 

sonra gələcək planlar hansılardır?

Əli Abbasov: 

Azərbaycan 

Respublikasının Prezidenti İlham 

Əliyevin Azərbaycan Respublikasında 

kosmik sənayenin yaradılması  və 

telekommunikasiya peyklərinin 

orbitə 

çıxarılması haqqında” 



sərəncamına, həmçinin “Azərbaycan 

Respublikasında kosmik sənayenin 

yaradılması  və inkişafı üzrə Dövlət 

Proqramı”na  əsasən, ikinci telekom-

munikasiya peyki və Yer səthinin 

məsafədən zondlanması peykinin 

buraxılması imkanları  nəzərdən keçi-

rilir. Bu kimi peyklər ekoloji monito-

rinq, fövqəladə halların vəziyyətinin 

qiymətləndirilməsi və proqnozu, təbii 

ehtiyatların tədqiqatı, və s. məsələlərin 

həllinə xidmət edir. Bu işlər hazırda 

Azərbaycanda “yerüstü” şəkildə həyata 

keçirilir. Yəni insanlar lazımi yerə 

gəlib, ölçməni, qiymətləndirməni  əllə 

yerinə yetirməli, sonra tam mənzərəni 

yaratmaq üçün riyazi modellər tətbiq 

etməlidir. Yerin məsafədən zond-

lanması peyki bu məsələlərin ope-

EKSKLÜZİV 




Yüklə 11,46 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə