01 azeri indd



Yüklə 11,46 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix11.07.2018
ölçüsü11,46 Mb.
#54896
1   ...   18   19   20   21   22   23   24   25   26

50

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

İNFRASTRUKTUR 

Akkord Korporasiyası 



yeni uğurlara imza atır

Xaqani Zahid oğlu Quluzadə 6 avqust 1977-ci ildə Gürcüstan Respublikasının 

Marneuli rayonunda anadan olub. 2010-cu ilin avqustundan “Akkord” Korporasiyasına 

rəhbərlik edir. Akkord Korporasiyasına rəhbərliyə qədər 15 il müddətində Azərbaycanın 

aparıcı banklarında aktiv və passivlərin idarə olunması üzrə komitənin rəhbəri,  İdarə 

Heyəti sədrinin birinci müavini, həmçinin İdarə Heyətinin sədri kimi rəhbər vəzifələrdə 

işləmişdir. Avroistiqrazların uğurlu yerləşdirilməsini həyata keçirən  İşçi Qrupuna 

rəhbərlik etmişdir. Beynəlxalq maliyyə institutları, investisiya fondları  və aparıcı 

beynəlxalq bankları ilə zəngin iş təcrübəsinə malikdir. 

1999-cu ildə Azərbaycan Dövlət  İqtisad Universitetinin magistraturasını “Maliyyə” 

ixtisası üzrə  fərqlənmə diplomu ilə bitirdikdən sonra elmi fəaliyyətini Aspiranturada 

davam etdirmişdir. 2003-cü ildə “Milli iqtisadiyyatın formalaşması prosesində Dövlət 

İnvestisiya Siyasətinin prioritetləri” mövzusunda dissertasiya müdafiə edərək “İqtisad 

elmləri namizədi”elmi dərəcəsini almışdır. 2011-ci ilin iyununda Böyük Britaniyanın 

Oksford şəhərində nüfuzlu Avropa Biznes Assambleyası tərəfindən təqdim edilən “İlin 

menceri” mükafatının laureatıdır. Ailəlidir. Üç övladı var. 

Caspian Energy: Cənab Quluzadə, 

“Akkord” Korporasiyasına bu gün 

regional inşaat-tikinti sektorunda 

hansı rol ayrılır?

“Akkord Sənaye Tikinti İnvestisiya 

Korporasiyası” ASC-nin Direktorlar 

Şurasının sədri, Baş direktoru 

Xaqani Quluzadə: 

Korporasiya yaran-

dığı gündən Azərbaycanda qeyri-neft 

sektorunun inkişafına öz töhfələrini 

verərək inşaat-tikinti sahəsində  və 

infrastruktur layihələrinin həyata 

keçirilməsində yeni standartlar yarat-

mağa nail olub. Şirkət qısa müddət 

ərzində körpü, tunel və yol-tikinti 

layihələrinin reallaşdırılmasında, 

yaşayış evlərinin tikintisi və satışı, 

həmçinin digər ictimai obyektlərin 

tikintisi, tikinti materiallarının istehsalı 

və emalı sahəsində liderlik əldə edib. 

Bu gun artıq demək olar ki, “Akkord” 

Korporasiyası  nəinki Azərbaycanın, 

ümumilikdə  Cənubi Qafqazın inşaat-

tikinti sektorunun liderlərindən biridir. 

Bizim missiyamız Azərbaycan 

hüdudlarını 

aşan, beynəxalq 

səviyyədə rəqabətə davamlı transmilli 

korporasiyaya çevrilməkdir. Bununla 

da Azərbaycanın iqtisadi inkişafında, 

ölkəmizin ixrac potensialının daha da 

gücləndirilməsində yaxından iştirak 

etməyi nəzərdə tuturuq. 

Ümumilikdə, “Akkord” Korporasi-

yasının məqsəd və strategiya-

sı müasirliklə milliliyin vəhdətindən 

doğan yeni və təhlükəsiz tikililər yarat-

maqla Azərbaycanın tikinti tarixində 

layiqli iz qoymaq, vacib regional 

layihələrdə iştirak etməklə Qafqaz və 

Avrasiya məkanının tikinti, sənaye və 

investisiya sektorlarında nüfuzunu 

möhkəmlətməkdən ibarətdir. 

CE: “Akkord” Korporasiyası 

hansı beynəlxalq layihələrdə iştirak 

edir?

Xaqani Quluzadə: 

Biz bu gün 

Azərbaycandan kənarda 14 beynəlxalq 

layihədə  iştirak edirik. Bu yaxınlarda, 

noyabrın 28-də biz onlardan ikisini - 

Sveneti-Ruisi yolunun və iki istiqamətli 

tunelin tikintisini Gürcüstanda təhvil 

verdik. Yolun və tunelin təntənəli açı-

lış mərasimində Gürcustan prezidenti 

Mixael Saakaşvili, regionlarin inkişafı 

və infrastruktur naziri R.Nikolaişvili və 

digər rəsmilər də iştirak etdilər . 

Gürcüstanda Sveneti-Ruisi yolu-

nun beton örtüklə tikintisi üzrə 

keçirilən tenderin qalibləri sırasına 

biz 2009-cu ilin iyul ayının 9-da 

daxil olmuşduq. Bu layihə 3 lotdan 

ibarətdir və Korporasiya tərəfindən 

tikilən yolun uzunluğu iki istiqamət 

üzrə 15 km təşkil edir. 1-ci və 2-ci 

lot üzrə “Akkord” Korporasiyasının 

Gürcüstandakı törəmə  şirkəti olan 

 

“Akkord-Georgia” bilavasitə kontrak-



tor/icraçı kimi çıxış edir. Layihə üzrə 

1-ci lot: ümumi 4500 m/5 körpü, 26 

boru keçidi, 2 bokskalvert, 2 asfalt 

ötürücü; 2-ci lot: ümumi 1450 m/1 

körpü-estakada (877 m)/Dairəvi yol: 

2154 m/1 körpü (160 m), 5 boru-

keçid (1500 mm - diametr), 78 m 

uzunluqlu 500 mm-lik boru keçidi-

nin tikintisini nəzərdə tuturdu. 3-cü 

lotda ümumi yolun uzunluğu 8331 m 

olmaqla 780 m x 2 ikitərəfli tunel, 2 

bokskalvert, 3 boru keçidinin inşası 

nəzərdə tutulur. Bu layihə Dünya 

Bankı  tərəfindən maliyyələşdirilir.  

I-ci avtoban yol kateqoriyasına 

daxil olub. Vacib strateji əhəmiyyət 

daşımaqla yanaşı, bu yol həm də 

Gürcüstanı Rusiya və Türkiyə ilə 

bağlayan ümumi magistralın tərkib 

hissəsidir. “Akkord-Georgia” tikinti 

işlərinə 2009-cu ilin 15 iyul tarixində 

başlamaqla bu layihəni yüksək 

keyfiyyətlə yerinə yetirmək üçün 

səylə çalışmışdır. Bunun üçün tikinti 

sahəsinə 900-dən çox mütəxəssis 

və  işçi, 600 texniki avadanlıq cəlb 

edilmiş, 4 beton zavodu, 3 daşdoğ-

rayan, 2 asfalt  zavodu və 1 beton 

plitələr və boruların istehsalı zavodu 

tikilmiş, həmçinin qaraj, laboratoriya

yataqxana, işçilər ücün yeməkxana, 

tibb mərkəzi, ofis və s. inşa edilmiş-

dir. 

Hazırda layihə üzrə 1-ci və 3-cü lot 



üzrə  işlər yekunlaşdırılıb və qarşıya 

qoyulan məqsəd tam yerinə yetirilib. 

1-ci lotda uzunluğu 4750 m beton 

örtüklü və uzunluğu 1202 m asfalt 

yollar salınıb, körpülər tikilib.  2-ci 

lot üzrə  işlərin  əsas hissəsi yerinə 




Yüklə 11,46 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə