01 azeri indd



Yüklə 11,46 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix11.07.2018
ölçüsü11,46 Mb.
#54896
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

İKT SEKTORU 

AZƏRBAYCANIN REAL İQTİSADİYYAT 

SEKTORUNA ÇEVRİLİB – ƏLİ ABBASOV

Telekom Journal (TJ): Müstəqillik 

dövründə, xüsusən son illərdə 

Azərbaycanın telekommunika-

siya bazarının inkişafını necə 

qiymətləndirirsiniz?

Azərbaycan Respublikasının 

Rabitə  və informasiya texnologiya-

ları naziri Əli Abbasov:  

Müstəqillik 

illərində hökumətin düşünülmüş, 

ardıcıl və  məqsədyönlü siyasəti, 

həmçinin Azərbaycanın informasiya-

kommunikasiya texnologiyaları sahəsi 

(İKT) mütəxəssislərinin məhsuldar 

əməyi nəticəsində bütün istiqamətlərdə 

yaxşı  nəticələr  əldə edilib. Bu dövr 

ərzində  İKT ölkənin real iqtisadi sek-

toruna çevrilib, inkişaf prioritetinə görə 

energetika sektorundan sonra ikinci 

sektor elan edilib və hazırda digər 

sahələrin inkişafında və ümumilikdə 

cəmiyyətin həyatında fəal rol oynayır. 

XXI  əsrdə  İKT-ə  əsaslanmayan inki-

şafı təsəvvür etmək çətindir. İKT həm 

şəxsi, həm ictimai, həm də beynəlxalq 

həyat fəaliyyətimizin tərkib hissəsinə 

çevrilib. 

20 illik müstəqillik dövründə sərbəst 

milli telekommunikasiya, poçt və tele-

radio infrastrukturu formalaşıb və 

inkişaf edib. Azərbaycan Beynəlxalq 

Telekommunikasiya  İttifaqı (ITU), 

Ümumdünya Poçt İttifaqı (UPI) kimi 

beynəlxalq strukturların üzvü olub. 

Ölkə kommunikasiya üzrə 994 nömrəli 

şəxsi beynəlxalq kod alıb, milli AZ 

domeninə sahib olub, ilk milli markalar 

buraxıb və s. 

Bu illər  ərzində  İKT sektorunun 

gəlirləri 140 dəfə artıb və onun illik 

həcmi 1,5 mlrd. dolları ötüb. Yalnız 

2004-2010-cu ildə Azərbaycanın 

İKT sektorunun orta illik artım tempi 

30-32% təşkil edərək ümumdünya 

göstəricisini 2,5-3 dəfə qabaqlayıb, 

informasiya texnologiyaları  (İT) sek-

torunun həcmi altı  dəfə, məhsulların 

ixracının həcmi beş  dəfə artıb. 1991-

2011-ci illərdə  İKT sektoruna verilən 

dəstək sayəsində bazarda yeni stasi-

onar və mobil əlaqə operatorları,  İKT 

məhsullarının istehsalçıları yaranıb, 

sağlam rəqabət mühiti formalaşıb. İKT 

sektorunda özəl sahibkarlıq fəal surətdə 

inkişaf edib, səmərəli özəlləşdirmə  və 

tənzimləmə  həyata keçirilib. Bu illər 

ərzində 10 telekommunikasiya opera-

toru özəlləşdirilib, telekommunikasiya 

və poçt xidmətlərinin göstərilməsinə 

146 lisenziya verilib. Nəticədə, son 20 

ildə  İKT bazarında özəl sektorun payı 

80%-ə çatıb. Azərbaycanın İKT sekto-

runa 1,8 mlrd. dollar sərmayə qoyulub. 

Dünyanın aparıcı İT şirkətləri, Nüfuzlu 

texniki və proqram məhsulları istehsal-

çıları ölkəmizdə öz nümayəndəliklərini 

açıb və  fəaliyyətlərini genişləndirib. 

Bütün bunlar Azərbaycanın İKT sekto-

runun potensial sərmayədarların diqqət 

mərkəzində olmasına  sübutdur.                  

Bu illər  ərzində  İKT sahəsinin 

keyfiyyətli inkişafını  əks etdirən digər 

nailiyyətlər də  əldə edilib, onlardan 

bəziləri üzrə biz MDB-də birinci və 

ya birincilərdənik. Məsələn, 2003-cü 

ildə ölkəmiz  İKT sahəsinin milli inki-

şaf strategiyasını  qəbul edib. Qlobal 

məqsədini açıqlayıb – informasiya 

cəmiyyətinə keçmək üzrə. 2008-ci ildə 

Azərbaycanda MDB regionunda ilk 

dəfə bütün yaşayış  məntəqələri tele-

fonlaşdırılıb və 2011-ci ildə respublika-

nın telefon şəbəkəsi tam elektronlaşdı-

rılıb.  2011-ci ildə  həmçinin yeni zona 

kodlarının tətbiqi ilə ölkə üzrə vahid 

7 rəqəmli nömrələmə sisteminə keçid 

reallaşdırılıb. MDB ölkələri arasında 

ilk dəfə Azərbaycanda NGN texno-

logiyası  tətbiq edilib. Hazırda telefon 

şəbəkəsinin təxminən 40%-i bu texno-

logiya  əsasında modernləşdirilib. Bu 

gün əhali çoxproqramlı radio və televi-

ziya yayımı ilə təmin edilib. Rəqəmsal 

yayım  ölkə əhalisinin 60 faizdən çoxu-

nun yaşadığı  əraziləri  əhatə edir və 

ölkədə  rəqəmsal  yayıma  tam keçid 

2012-ci ilin sonunda başa çatdırıla-

caqdır. Mobil rabitə sektoru dinamik 

inkişaf edir. Hazırda hər 100 nəfərə 

110 mobil abonent düşür ki, bu da orta 

dünya göstəricilərindən yüksək olub 

inkişaf etmiş ölkələr səviyyəsindədir. 

Milli informasiya və kommunikasi-

ya infrastrukturunun potensialının 

gücləndirilməsi və paytaxtla bölgələr 

arasında “rəqəmli geriliyin” aradan qal-

dırılması  məqsədilə  RİTN tərəfindən 

tərəfindən BMT-nin İnkişaf Proqramı 

(UNDP) ilə birlikdə  həyata keçirilən 

“Milli E-idarəçilik təşəbbüsü” layihəsi 

çərçivəsində respublikanın bütün 

ərazisini  əhatə edən “AzDATACOM” 

şəbəkəsi yaradılaraq istifadəyə verilib.     

Poçt sahəsində Dünya Bankı ilə 

müştərək layihənin həyata keçirilməsi 

nəticəsində poçt şöbələrində yeni bank-

maliyyə xidmətlərinin göstərilməsinə 

başlanıb. Özəl  İKT  şirkətləri bölgənin 

İKT bazarının fəal iştirakçılarına çev-

rilib. Xarici ölkələrdə öz fəaliyyətlərini 

genişləndirib, həmçinin qlobal İTK 

bazarlarına çıxış halları da sevindiri-

cidir.    

Zənnimcə, yuxarıda deyilənlər 

müstəqil Azərbaycanda İKT sahəsinin 

təşəkkülünün kiçik bir qismini ifadə 

edir. Biz Azərbaycanın beynəlxalq 

münasibətlərin tamhüquqlu, etibarlı 

hissəsinə çevrilməsinə çox sevinirik. 

42

EKSKLÜZİV 






Yüklə 11,46 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə