01 azeri indd



Yüklə 11,46 Mb.
Pdf görüntüsü
səhifə15/26
tarix11.07.2018
ölçüsü11,46 Mb.
#54896
1   ...   11   12   13   14   15   16   17   18   ...   26

33

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

göstərir, bu fond kiçik və orta biznesə 

güzəştli  şərtlərlə kreditlər verir. Bu gün 

bütün bölgələrdə kiçik və orta biznes 

nümayəndələrinin SYMF-dən aldıqları 

ehtiyatların payı artmaqdadır. 

Ölkə iqtisadiyyatının 

əsas 

göstəricilərinin təhlili göstərdi ki, 2004-



2009-cu illər üçün nəzərdə tutul-

muş Regionların inkişafı üzrə Dövlət 

Proqramı  uğurla yerinə yetirilib. Əlavə 

maliyyə  mənbələri hesabına o, əvvəldə 

nəzərdə tutulduğundan daha geniş miq-

yasda reallaşdırılıb. Bölgələrin siması 

dəyişib. Azərbaycanın şəhər və yaşayış 

məntəqələri öz qədim simasını saxla-

maqla bərabər daha müasir, daha gözəl 

və abad olub. İnsanlar üçün gözəl şərait 

yaradılır, infrastruktur layihələr həyata 

keçirilir, sosial obyektlərin tikintisinə 

böyük diqqət yetirilir. 

2009-2013-cü illər üçün nəzərdə 

tutulan növbəti proqramın icrasına 

başlanılıb.  İkinci Dövlət Proqramının 

icrasının ilk illərinin nəticələri çox 

ürəkaçıcıdır. Məşğulluq probleminin 

həllinə geniş səylər edilir. Sahibkarığın 

müdafiəsi istiqamətində praktiki 

addımlar, kredit və subsidiyaların ayrıl-

ması, fermerlər üçün güzəştli  şəraitin 

yaradılması, dövlət tərəfindən infrast-

ruktur layihələrin maliyyələşdirilməsi 

- bütün bunlar bir məqsədə xidmət 

edir: ölkə iqtisadiyyatının keyfiyyətli 

inkişafı, onun sosialyönümlü olmasının 

gücləndirilməsi, uğurlu perspektivlərin 

müəyyənləşməsi, Azərbaycan iqtisa-

diyyatının neft-qaz sektorundan asılı-

lığının azaldılmasına və onun diversi-

fikasiyasına.

Dünya standartlarına cavab verən 

infrastruktur yaratmaqla, biznes-iqlimin 

yaxşılaşması istiqamətində addımlar 

atmaqla, sərmayələr cəlb etməklə biz 

Azərbaycan barəsində real və müsbət 

rəy formalaşdırırıq. Dövlət yol, körpü, 

tunel tikintisi, suvarma sistemlərinin yax-

şılaşdırılması, enerji təchizatı ilə bağlı 

böyük xərcləri öz üzərinə götürür. Bu 

nəhəng layihələrə yalnız  şəxsi sekto-

run gücü yetərli olmadığından və dövlət 

burada tərəfdaş kimi çıxış edir. 

Respublikada özəl sektorun effek-

tiv fəaliyyət göstərməsi və ümumi 

məhsulun 80%-dən çoxunun onun 

payına düşməsi də uğurdur. Müqayisə 

üçün deyim ki, SSRİ-nin süqutu-

na qədər özəl sektorun payı 1%-i 

ötmürdü. Özəl sektorun bu günkü 

böyük payı  cəmiyyətimizdə iqtisadi 

dəyişikliklərin miqyasından, yeni tip 

iqtisadi düşüncənin formalaşmasından, 

bazar münasibətləri prinsipləri üzərində 

inkişaf edən yeni iqtisadi sistemdən, 

həmçinin bacarıqlı dövlət tənzimindən 

xəbər verir. Biz dünya inteqrasiya pro-

sesinin bir hissəsi olsaq da, Azərbaycan 

bu gün müstəqil iqtisadi siyasət yeridir.

 

CE: Dünyanın müasir geosiyasi 

xəritəsində Azərbaycan bu gün hansı 

yeri tutur? Azərbaycan üçün bu gün 

hansı inkişaf vektorları əsasdır?

Ziyad Səmədzadə: 

Bu gün bölgədə 

heç bir strateji proqram Azərbaycanın 

iştirakı olmadan həll olunmur. Beynəlxalq 

təşkilatlar və yüksək inkişaf etmiş ölkələr 

qlobal iqtisadi proseslərdə Azərbaycana 

əlahiddə rol verirlər. 

Azərbaycan böyük ölkə deyil, ancaq 

dünya neft siyasətində onun çox böyük 

rolu var. Bilirsiniz ki, enerji ehtiyatları-

mızın daşınmasının bir neçə marşrutu 

Avropa ilə bağlıdır. Bu yolla Azərbaycan 

Avropanın enerji təhlükəsizliyi problemi-

nin həllində iştirak edir.

Bakı-Tbilisi-Ceyhan boru kəməri üç 

dənizi birləşdirir. Türkiyə, Gürcüstan

Bolqarıstan, Rumıniya,  İtaliya, Fransa, 

Almaniya, Polşa, Çexiya, Baltikyanı 

dövlətlər və digər başqa ölkələr 

Azərbaycanla effektiv əməkdaşlıqda 

maraqlıdırlar. 

İxrac-idxal  əməliyyatlarında müsbət 

saldo müşahidə olunur. Düzdür, obyektiv 

səbəblərdən burada neft faktoru domi-

nantlıq edir, ancaq bizim real şans-

0

20



40

60

80



100

EKSKLÜZİV 




34

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

larımız var ki, tendensiyanı qeyri-neft 

sektorunun xeyrinə dəyişək. 

Yekun olaraq qeyd etmək istəyirəm 

ki, bizim ölkəmiz qlobal inteqrasiya 

proseslərində daim artan rol oynayır. 

Xüsusilə də, nəqliyyat dəhlizləri, neft və 

qaz marşrutları istiqamətində. Bu gün 

Azərbaycan qaz və digər enerji ehtiyat-

larını ixrac edən ölkədir. 

CE: Azərbaycanın inkişafı üçün 

hansı sahələr prioritetdir?

Ziyad Səmədzadə: 

İnkişafın hər bir 

tarixi mərhələsinin öz prioritetləri var. 

Şərtsiz olaraq, inkişafın indiki mərhələsi 

üçün prioritet yanacaq-energetika 

kompleksidir. Burada biz yeni texnoloji 

nailiyyətləri nəzərə almaqla neft emalı 

sənayesini modernləşdirməliyik. 

Neft fondunun vəsaitlərindən effektiv 

istifadə  də prioritet istiqamətdir. Qeyd 

etmək istəyirəm ki, ölkədə neft fondunun 

idarə olunmasının güclü sistemi yaradı-

lıb. Bu vəsaitlərdən istifadənin  şəffaflığı 

təmin olunub, strateji məsələlər üçün 

neft pullarından istifadənin, həmçinin 

erməni işğalından zərər çəkən qaçqınla-

ra sosial kömək proqramlarının strukturu 

dəqiq müəyyənləşib. 

Həmçinin, qeyri-istehsal sahələrinin

xüsusilə  də  əhaliyə xidmətlə bağlı 

olan sahələrin inkişafı planlaşdırı-

lır. Yaxın zamanlarda Azərbaycan 

bölgənin yüksək inkişaf etmiş turist 

mərkəzlərindən birinə çevriləcək. Bu 

məqsədin reallaşdırılması üçün müva-

fiq proqramlar qəbul olunur. 

İnformasiya texnologiyalarının inten-

siv inkişafı da prioritet istiqamətlərdəndir. 

Bizim apardığımız hesablamalar göstərir 

ki, ümumi daxili məhsulda informasiya 

texnologiyalarının payı ildən ilə arta-

caq. Azərbaycanın özünün xüsusi peyki 

olacaq.  İnformasiya-kommunikasiya 

texnologiyaları  (İKT) sahəsində daim 

yeni texnoloji proseslərlə təchizat gedir, 

kompyuterləşmənin səviyyəsi artır, bir 

neçə mobil rabitə operatoru fəaliyyət 

göstərir. 

Gəncə Maşınqayırma Zavodunun 

misalında  əmin ola bilərsiniz ki

başqa ölkələrlə  əlaqələr necə effektiv 

səviyyədə  təşkil olunub. Zavod uzun 

illər dayanmışdı.  İndi isə burada trak-

torlar, maşınlar, mexanizmlər və  kənd 

təsərrüfatı üçün digər texnikalar buraxı-

lır. Bu, bizim imkanlarımız nəzərə alın-

maqla sənayenin inkişafının düşünül-

müş siyasətinə konkret nümunədir. 

Mən demirəm ki, problemlərimiz yox-

dur. Buraya məhsulun effektivliyinin və 

keyfiyyətinin, balanslaşmanın artırılması, 

material tutumunun azaldılması, bizim 

məhsullarımızın dünya bazarında rəqabət 

qabiliyyətinin təminatı problemləri daxildir. 

Hazırda biz milli sərgilər təşkil edirik və 

ilk bu cür sərgi Özbəkistanda təşkil olun-

maqla iqtisadi dəyişikliklərin miqyasını və 

imkanlarını nümayiş etdirib. 

Bir sözlə, 20 il ərzində Azərbaycan 

nəhəng uğurlara nail olub. Maliyyə 

sistemlərində böyük çətinliklər hiss 

edilən bir çox ölkələrdən fərqli olaraq, 

Azərbaycan bu illəri strateji proqram-

ların uğurlu reallaşdırılması ilə başa 

vurur. Bu, büdcə sisteminə, xüsusilə də 

büdcə siyasətinin sosial aspektlərinin 

xüsusiyyətlərinə  də aiddir. Siz bilirsi-

niz Avropa ölkələrində - Yunanıstan, 

İtaliya,  İspaniya, Portuqaliyada dövlət 

0

10



20

30

40



50

2001


2002

2003


2004

2005


2006

2007


2008

2009


2010

EKSKLÜZİV 




Yüklə 11,46 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə