01 azeri indd



Yüklə 11,46 Mb.
Pdf görüntüsü
səhifə17/26
tarix11.07.2018
ölçüsü11,46 Mb.
#54896
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

37

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

milyard dollar Fond tərəfindən idarə 

olunur. 


CE: Ölkənin müstəqilliyi dövründə 

əldə olunan Fondun gəlirlərinin 

əsas mənbələri hansılardır? 

Şahmar Mövsümov: 

Ölkənin 


müstəqilliyi dövründə Fond gəlirlərinin 

əsas mənbələrindən biri hasila-

tın pay bölgüsü haqqında sazişlər 

çərçivəsində dövlət payına düşən 

gəlirlərdir (58,8 mlrd.dollar). 

Bununla yanaşı, Neft Fondunun 

əlavə gəlir mənbələri bonus ödənişləri 

(402 mln. dollar), akrhesabı ödənişlər 

(82,3 mlrd.dollar), Bakı-Tbilisi-

Ceyhan layihəsinin reallaşdırılmasın-

dan  əldə olunan dividendlər (597,0 

mln. dollar), neftin ölkə  ərazisindən 

ötürülməsinə görə tranzit gəlirləri 

(116,8 mlrd. dollar), neft-qaz sazişləri 

çərçivəsində  sərmayəçilər tərəfindən 

verilən aktivlərdən əldə edilən gəlirlər 

(12,2 mln. dollar), o cümlədən 

EKSKLÜZİV 




38

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

Neft Fondunun vəsaitlərinin idarə 

edilməsindən əldə edilən gəlirlər (1,2 

milyard dollar) təşkil edir.    

CE: Fondun vəsaitləri ölkə iqtisa-

diyyatının inkişafına nə  dərəcədə 

təsir göstərir? Fondun əsas xərc 

maddələri hansılardır?

Şahmar Mövsümov: 

Fondun 


xərc   lərinin böyük bir hissəsi dövlət 

büdcəsinə transfertlərdən ibarətdir. 

Qeyd olunan vəsaitlər  əhalinin yaşa-

yış  səviyyəsinin artması üçün zəruri 

olan infrastrukturun yaradılmasına və 

ölkə iqtisadiyyatının sonrakı diversi-

fikasiyasına yönəldilir. 2003-cü ildən 

2011-ci il sentyabrın1-dək dövlət 

büdcəsinə transfertin ümumi həcmi  

20,2 mlrd. manatdan çox olmuşdur.  

Məlum olduğu kimi, Dağlıq Qarabağ 

münaqişəsi nəticəsində Azərbaycan 

torpaqlarının 20%-i işğal altındadır. 

Bir milyondan artıq insan qaçqın və 

məcburi köçkün vəziyyətinə düşüb və 

uzun müddət çox ağır  şəraitdə qaç-

qın düşərgələrində  məskunlaşmışdır. 

Ümumilli lider Heydər  Əliyevin 

VVV, 6.81%

AAA, 39.77%

AA, 20.90%

A, 32.51%

, 0.01%

EKSKLÜZİV 






39

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

qərarı ilə ARDNF vəsaitinin bir 

hissəsi qaçqınların və  məcburi 

köçkünlərin sosial-məişət  şəraitinin 

yaxşılaşdırılması ilə bağlı görülən 

tədbirlərin maliyyələşdirilməsinə 

istiqamətləndirilib. Ayrılan vəsait 

hesabına Azərbaycanın müxtəlif 

bölgələrində  zəruri infrastruktur ilə 

təchiz edilmiş yeni qəsəbələr salınıb. 

Görülən tədbirlər nəticəsində 2007-

ci ildə sonuncu çadır  şəhərciyi ləğv 

edilib. Neft Fondu son 11 ildə yuxa-

rıda qeyd olunan məqsədlə 807 mln. 

manat vəsait ayırmışdır.       

2002-2006-cı illərdə Heydər 

Əliyev adına Bakı-Tbilisi-Ceyhan 

əsas ixrac boru kəməri layihəsinin 

maliyyələşdirilməsinə Neft Fondundan 

312 mln. dollar xərclənib. Bu layihə 

dövlətimiz üçün olduqca önəmli siyasi, 

iqtisadi və strateji əhəmiyyət kəsb edir.    

2007-ci ildən 2011-ci il sentyab-

rın 1-dək maliyyələşdirilməsinə 108,6 

mln.dollar xərclənən növbəti  əsas 

regional layihə “Dəmir ipək yolu” 

adlandıra biləcəyimiz Bakı-Tbilisi-

Qars dəmir yolunun tikintisidir. Bu 

yol Avropa ilə Asiyanı birləşdirməyə, 

həmçinin Azərbaycandan keçməklə 

Çindən Avropaya sərnişin və yükdaşı-

malarını nizamlamağa imkan yarada-

caq. Bu, ölkənin tranzit potensialının 

artmasına və Azərbaycanın dünya 

iqtisadiyyatına inteqrasiya prosesinin 

sürətlənməsinə xidmət edəcəkdir.    

Neft Fondu həmçinin su təchizatı 

ilə bağlı iki layihəni maliyyələşdirir. 

Bu layihələrdən biri Oğuz-Qəbələ-

Bakı su kəmərinin tikintisidir. Əsrlər 

boyu Abşeron yarımadasının su 

təchizatı ilə bağlı ciddi çətinlikləri 

olub. Paytaxtımızın genişlənməsi

şəhər  əhalisinin sayının artması ilə 

bağlı  əhalinin su problemi daha da 

ciddiləşmişdi. Qeyd olunan çətinliyin 

aradan qaldırılması üçün Azərbaycan 

Prezidentinin göstərişinə  əsasən 

Oğuz-Qəbələ-Bakı su kəmərinin inşa-

sına başlanıldı. Bu boru kəmərinin 

tikintisi nəticəsində  şəhər  əhalisi 

Ümumdünya Səhiyyə  Təşkilatının 

beynəlxalq standartlarına uyğun təmiz 

bulaq suyu ilə təmin ediləcəkdir. Boru 

kəmərinin ümumi uzunluğu 267 kilo-

metr təşkil edir. Digər  əhəmiyyətli 

layihə ölkənin kənd təsərrüfatının inki-

şafı üçün zəruri olan Samur-Abşeron 

suvarma sisteminin bərpasıdır. 

2006-cı ildən 2011-ci il sentyabrın 

1-dək Oğuz-Qəbələ-Bakı  və Samur-

Abşeron su kanalları layihələrinin 

maliyyələşdirilməsinə 757,5 mln. və 

640 mln. manat vəsait xərclənib.

Neft Fondu 2006-cı ildə Azərbaycan 

İnvestisiya  Şirkətinin  nizamnamə 

kapitalının formalaşdırılmasına 100 

mln. dollar ayırıb. Prezident İlham 

4.2%


4.5%

3.8%


3.3%

1.1%


5.0 %

4.0 %


3.0 %

2.0 %


1.0 %

0.0 %


2006

2007


2008

2009


2010

20

06



2007

4.5%


2008

2009


2010

EKSKLÜZİV 




Yüklə 11,46 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə