01 azeri indd



Yüklə 11,46 Mb.
Pdf görüntüsü
səhifə16/26
tarix11.07.2018
ölçüsü11,46 Mb.
#54896
1   ...   12   13   14   15   16   17   18   19   ...   26

35

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

büdcəsinin kəsiri hansı ölçüdədir. 

Azərbaycanda isə dövlət büdcəsinin 

kəsiri 1%-i ötmür. 

CE: Dövlət büdcəsindən 

danışarkən, onun gələcəkdə artımının 

perspektivləri necədir?

Ziyad Səmədzadə:  

Milli Məclisin 

iqtisadi siyasət kommissiyanın sədri 

kimi mən məmnunam ki, Azərbaycanın 

büdcə sisteminin göstəriciləri ildən 

ilə yaxşılaşır. Söhbət yalnız büdcə 

ölçülərinin artım miqyasından getmir. 

Söyləmək yetərlidir ki, son 10 ildə 

biz dövlət büdcəsinin gəlir hissəsini 

20 dəfədən çox - təqribən $22 mlrd. 

artırmışıq. Eyni zamanda, Respublika 

rəhbərliyi qarşıya büdcə vasitələrindən 

effektiv istifadə məsələsini qoyur. 

CE: Mümkünsə, ölkənin energetik 

kursundan danışın, Azərbaycanın 

davamlı inkişafı  və çoxtərəfli ener-

getik  əlaqələr üçün qarşıya hansı 

məsələ və məqsədlər qoyulub?

Ziyad Səmədzadə: 

Perspektivlər 

çox yaxşıdır. Azərbaycan özünün ener-

ji təhlükəsizliyini təmin edən azsaylı 

ölkələrdən biridir. Dünya siyasəti göstərir 

ki, özünü enerji ehtiyatları ilə təmin edən 

ölkə öz iqtisadiyyatını modernləşdirə və 

daha çətin məsələləri həll edə bilər. 

Azərbaycan enerji sektoru sahəsində 

Avropanın  ən iri ölkələri ilə  əməkdaşlıq 

edir. Ölkə istehlak etdiyindən daha artıq 

enerji istehsal edir və bu, elektrik enerji-

sinin ixracatçısı olmağa imkan yaradır. 

Yanacaq-ererji ehtiyatlarından effek-

tiv istifadə ilə yanaşı, bu gün alterna-

tiv ererji mənbələrinin axtarışı  məsələsi 

də var. Alternativ enerji mənbələrinin 

inkişafı üzrə xüsusi proqram hazırla-

nıb, Azərbaycan Sənaye və Energetika 

nazirliyinin nəzdində xüsusi agentlik 

yaradılıb. Digər məsələlər enerji ehtiyat-

larından istifadənin effektivliyini artırmaq, 

az enerji tutumlu istehsal yaratmaq, avto-

nom elektrik stansiyaların qurulmasında 

kiçik çayların ehtiyatlarından istifadəni 

təmin etmək və s.-dir.



CE: 

İnkişaf etmiş ölkələrin 

səviyyəsinə nail olmaq üçün 

hansı amillərə xüsusi əhəmiyyət 

verilməlidir?

Ziyad Səmədzadə: 

Prioritet istiqamət 

və birinci əhəmiyyətli məsələ bizim iqti-

sadiyyatımızın dinamik və keyfiyyətli artı-

mını təmin etməkdir. İnkişaf etmiş ölkələr 

cərgəsinə daxil olmaq vəzifəsi qoyulub. 

Bunun üçün, birincisi, biz uzun dövr 

ərzində dünyadakı orta tempdən daha 

yuxarı templə iqtisadiyyatımızın inkişa-

fını  təmin etməliyik.  İkincisi, iqtisadiy-

yatımızın strukturunu modernləşdirməli, 

sənaye strukturunu diversifikasiya 

etməli və buna daha az material tutumlu 

maşınqayırma sahələrinin inkişafı hesa-

bına nail olmalıyıq. Ölkəmiz Avropa-

Qafqaz-Asiya nəqliyyat dəhlizinin 

mərkəzidir və bu, nəqliyyatın struktu-

runu təkmilləşdirmək zərurəti yaradır. 

Artıq yeni beynəlxalq liman tikilir, əcnəbi 

sərmayəçilərlə gəmiqayırma zavodunun 

tikintisi ilə bağlı razılaşma var. 

İnformasiya texnologiyalarının iqti-

sadiyyatın inkişafına verdiyi töhfəni də 

qeyd etməmək olmaz. Biz respublika-

da innovasiya iqtisadiyyatı yaratmaq 

istəyirik. İnnovasiya iqtisadiyyatına keçid 

kadrların hazırlığı  və digər sahələrdə 

müvafiq dəyişikliklər tələb edir. Ölkənin 

iqtisadiyyatının inkişafına böyük töhfəni 

Sumqayıtda texnoparkların, xüsusi iqti-

sadi zonaların yaradılması da verir.

Bu gün artıq aydındır ki, dünya neft 

bazarlarında baş verən hadisələrdən 

asılı olmayaraq, Azərbaycan öz iqtisadi 

uğurlarını optimallaşdırmaqda davam 

edəcək və milli iqtisadiyyatı  ən yüksək 

inkişaf templəri ilə təmin edəcək.

Müsahibəyə görə çox sağ olun.

EKSKLÜZİV 




36

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com



“BİR NEÇƏ İLDƏN SONRA 

ARDNF-İN VALYUTA EHTİYATLATI BİR 

NEÇƏ DƏFƏ ARTACAQ” – 

ŞAHMAR MÖVSÜMOV



Caspian Energy (CE): Cənab 

Mövsümov, Azərbaycan Respub-

likasının müstəqilliyinin bərpasın-

dan 20 il və Azərbaycan Dövlət 

Neft Fondunun Əsasnaməsinin 

təsdiqlənməsindən 11 il ötdü. 

Neft Fondunun qarşısına qoyu-

lan məqsədlərə nail olunduğunu 

əminliklə demək olarmı? 

Azərbaycan Respublikası Dövlət 

Neft Fondunun İcraçı direktoru 

Şahmar Mövsümov: Azərbaycan 

Respublikası Dövlət Neft Fondunun 

(ARDNF) yaradılması ümummilli lider 

Heydər Əliyev tərəfindən əsası qoyul-

muş  uğurlu Milli Neft Strategiyasının 

ayrılmaz hissəsidir.

Digər təbii ehtiyatlardan fərqli 

olaraq, neft və qaz əbədi deyil və 

müəyyən vaxt ərzində tükənir. Neft 

Fondunun yaradılmasının 

əsas 


məqsədi əldə edilən gəlirlərin toplan-

masıdır. 

Neft Azərbaycanın milli sərvəti 

olduğundan bu sərvətdən əldə edilən 

gəlirlər də onun vətəndaşlarına 

məxsusdur. Neft və qaz ehtiyatları-

nın istismarından əldə edilən vəsaitin 

ümumxalq istifadəsinə verilməsi üçün 

ilk növbədə bu vəsaitin bir yerdə top-

lanması, xaricdə effektli şəkildə idarə 

olunması  nəticəsində  əlavə  gəlirlərin 

əldə edilməsi lazımdır.        

Beləliklə, hətta neft-qaz yataqları 

tam istismar olunsa belə onlardan 

əldə olunmuş  vəsait hələ bir neçə 

nəsil Azərbaycan vətəndaşlarının rifa-

hına xidmət edəcək. Hazırda Fondda 

32 milyard dollar toplanıb və bu vəsait 

Fondun işçiləri tərəfindən peşəkar 

şəkildə idarə olunur. Neft Fondunun 

yaradıldığı dövrdən indiyədək onun 

valyuta ehtiyatlarının idarəedilməsi 

nəticəsində  əldə edilən gəlir 1,3 mil-

yard dolları ötüb ki, bu, həmçinin 

dövlət gəlirinin əlavə mənbəyi sayılır.   

CE: Bu gün Fondun qarşısında 

duran vəzifələr hansılardır? 

Şahmar Mövsümov: 

Neft Fondunun 

fəaliyyəti,  əsasən, qarşısına qoyul-

muş bir çox mühüm vəzifələrin həllinə 

yönəlmişdir. 1) Böyük həcmdə xari-

ci valyutanın daxil olması  şəraitində 

ölkədə makroiqtisadi sabitliyin qorun-

ması və maliyyə intizamının təminatı; 

2) indiki və gələcək nəsillər üçün neft-

qaz gəlirlərinin toplanması və saxlan-

ması; 3) neft gəlirlərinin bir hissəsini 

ölkənin strateji, sosial-iqtisadi 

problemlərinin həllinə yönəltməkdir.

Son 11 ildə görülən fəaliyyətin 

yekunu kimi əminliklə qeyd etmək 

lazımdır ki, Neft Fondu qarşısına 

qoyulmuş  məqsədləri uğurlu  şəkildə 

həyata keçirir. Dövlət Neft Fondunun 

üzərinə düşən vəzifələrdən biri də 

neft gəlirlərinin sterilizə edilməsi 

nəticəsində valyuta kütləsinin kəskin 

artmasından yarana biləcək makro-

iqtisadi  əyintilərin neytrallaşdırılma-

sı, ölkənin neft gəlirlərinin yenidən 

bölüşdürülməsi və qeyri-neft sektoru-

nun inkişafına yönəldilməsidir. Ölkəyə 

böyük həcmdə valyuta kütləsinin daxil 

olduğunu nəzərə alsaq, makroiqtisa-

di sabitliyin qorunub saxlanmasında 

Fondun rolu getdikcə artır.  

Neft Fondunun Əsasnaməsinə 

əsasən, onun vəsaitləri həmçinin 

ümummilli 

əhəmiyyət kəsb 

edən infrastruktur layihələrinin 

maliyyələşdirilməsinə, ölkənin sosial-

iqtisadi tərəqqisi naminə  sərf oluna 

bilər.  


2001-ci ildən 2011-ci ilin 

sentyabrınadək Neft Fonduna 

ümumilikdə 61 milyard dollardan 

çox vəsait daxil olub ki, onun 29 

milyard dolları sosial-iqtisadi inkişaf 

məqsədilə  xərclənib, o cümlədən 

25 milyard dollar transfert şəklində 

dövlət büdcəsinə köçürülüb. Qalan 32 

EKSKLÜZİV 




Yüklə 11,46 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə