01 azeri indd



Yüklə 11,46 Mb.
Pdf görüntüsü
səhifə18/26
tarix11.07.2018
ölçüsü11,46 Mb.
#54896
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

40

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

Əliyevin Sərəncamı ilə yaradı-

lan bu şirkət qeyri-neft sektoruna 

sərmayələrin cəlb edilməsinə imkan 

verir.


Bundan başqa, Neft Fondu 

Respublika Prezidentinin Sərəncamı 

ilə  təsdiqlənmiş “2007-2015-ci illər 

ərzində Azərbaycan gənclərinin 

xaricdə təhsili üzrə  Dövlət Proqramının 

maliyyələşdirilməsinə 25,7 mln. manat 

vəsait ayırıb. Bu layihə “qara qızılın 

insan kapitalına çevrilməsi” yolunda 

strateji bir addım kimi qiymətləndirilir. 

Hazırda Neft Fondu tərəfindən təhsili 

maliyyələşdirilən tələbələrin ümumi 

sayı 747 nəfərdir.       



CE: Fond aktivlərinin gələcək 

artım və yüksəliş proqnozları han-

sılardır?

Şahmar Mövsümov: 

Bir neçə ildən 

sonra Neft Fondunun idarə etdiyi val-

yuta ehtiyatları bir neçə dəfə artacaq 

ki, bu da Fondun vəsaitlərinin xarici 

aktivlərdə yerləşdirilməsi üzrə inves-

tisiya fəaliyyətinin genişlənməsinə 

şərait yaradacaqdır. Beləcə, bir barrel 

neft 80 dollara satıldığı və proqnozla-

ra uyğun olaraq Fondun məxaricləri 

3, 5, 10 ildən sonra da eyni səviyyədə 

qaldığı  təqdirdə Fondun aktivləri 35, 

40, 60 milyard dollar təşkil edə bilər. 

Bunun nəticəsində Fondun idarə etdi-

yi vəsaitlərdən  əldə etdiyi gəlirlərin 

həcmi artacaq və Fond dövləti sabit 

illik gəlirlə  təmin edən təşkilata 

çevriləcəkdir.      



CE: Qlobal maliyyə böhra-

nı dövründə Fond öz maliyyə 

vəsaitlərini artırmağa müvəffəq 

oldu. Bu hansı amillər  əsasında 

baş verdi?

Şahmar Mövsümov: 

ARDNF-nin 

aktivləri,  əsasən, neft və qaz satı-

şından, həmçinin Fondun investisiya 

portfelinin idarəsindən gələn gəlirlər 

hesabına formalaşır. 2008-ci ilin birinci 

yarısında neftin qiymətinin, xüsusən, 

baha olması  nəticəsində ARDNF-nin  

qara qızılın satışından  əldə etdiyi 

gəlir 14 247 milyon dollar təşkil edib 

ki, bu da Fondun aktivlərinin artması-

na zəmin yaradan əsas amildir. 

Bundan  əlavə, ARDNF böhran 

dövründə yetərincə mühafizəkar 

investisiya strategiyası həyata keçirib 

və  nəticədə 2008-ci ili gəlirlə başa 

vurub, bazarın investisiya portfelinə 

mənfi təsiri isə cüzi olub.           



CE: Maliyyə bazarlarında dollar 

və avronun mövqeyinin zəiflədiyi 

dövrdə mühüm addımlar atılır? 

Avropa  İttifaqında baş verən iqti-

sadi böhran Fondun gəlirlərinə 

necə təsir edəcək? Hazırda ARDNF 

hansı valyuta səbətinə üstünlük 

verir? Vəsaitin hansı hissəsi istiq-

raz və digər qiymətli kağızlarda 

yerləşdirilib? 

Şahmar Mövsümov: 

ARDNF-nin 

valyuta səbəti üç valyutadan ibarətdir: 

ABŞ dolları, avro və funt sterlinq. 

Qeyd olunan strategiya Amerika və 

Avropa valyutaları arasında tarazlığın 

yaradılması  məqsədilə  tətbiq edilir. 

Belə ki, bir valyutanın dəyərinin aşağı 

enməsi digərinin dəyərinin qalxması 

deməkdir. Dünya maliyyə bazarların-

da baş verən son hadisələri nəzərə 

aldıqda bu srategiya tamamilə özünü 

doğrultmuşdur.  Şübhəsiz ki, Avropa 

İttifaqı ölkələrinin maliyyə sekto-

rundakı  vəziyyət, bir sıra Avropa 

ölkəsindəki suveren kredit reytinqi-

nin aşağı düşməsi maliyyə bazarı-

nın bütün iştirakçılarına, o cümlədən 

ARDNF-ə mənfi təsir göstərir.   

ARDNF aktivlərinin  əhəmiyyətli 

hissəsi (98%-ə yaxın) dövlət və korpo-

rativ istiqrazlarda yerləşdirilib, qalan 

hissə depozit və səhmlərə investisiya 

olunub.  İnvestisiya portfelinin qeyd 

olunan strukturu risk ehtimalını azal-

dır. Belə ki, istiqraz maliyyə bazarın-

da sarsılmaya daha az meyllidir.  

CE: Siz Mineral Ehtiyatların 

Hasilatı ilə 

Məşğul olan 

Sənaye Sahələrində 

Şəffaflıq 

Təşəbbüsü (MHŞT) üzrə Hökümət 

Komissiyasının rəhbərisiniz. Dünya 

birliyində Azərbaycanın MHŞT-nin 

tətbiqi sahəsindəki təcrübəsindən 

istifadə edilirmi? 

Şahmar Mövsümov:  

Prezident 

İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan 

2003-cü ildə Mineral Ehtiyatların 

Hasilatı ilə  Məşğul olan Sənaye 

Sahələrində  Şəffaflıq Təşəbbüsünə 

qoşuldu. Bununla da ölkəmiz MHŞT-

nin tətbiqi üzrə öhdəliyi könüllü ola-

raq üzərinə götürən ilk dövlət oldu. 

2005-ci il martın 15-də Azərbaycan 

dünyada ilk dəfə MHŞT üzrə hesabat 

EKSKLÜZİV 




41

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

dərc etdirib. MHŞT Azərbaycanda sabit 

və dayanıqlı prosesdir. Azərbaycan 

Hökuməti müntəzəm  şəkildə neft-qaz 

və dağ-mədən sənayesilə  məşğul 

olan şirkətlərin hökumətə ödənişləri və 

hökumətin bu şirkətlərdən  əldə etdi-

yi gəlirlərini açıqlayır. Ödənişlərin və 

gəlirlərin tutuşdurulması beynəlxalq 

audit standartlarını  tətbiq etməklə 

nüfuzlu, müstəqil audit şirkəti 

tərəfindən həyata keçirilir və tutuşdur-

manın nəticəsi  barədə auditor rəyi 

dərc еtdirilir. 

Azərbaycan MHŞT-nin Beynəlxalq 

İdarə Heyətinin fəal üzvüdür, 

təşəbbüslə bağlı müxtəlif görüş  və 

konfranslarda iştirak edir, zəngin 

təbii ehtiyatlara malik ölkələrlə öz 

təcrübəsilə bölüşür. 

2005-ci ildə MHŞT üzrə Beynəlxalq 

Məsləhətçi Qrup yaradıldı  və MHŞT-

nin həyata keçirilməsində  zəngin 

təcrübəyə malik Azərbaycan həmin 

qrupun üzvü seçildi. 

2006-cı ildə MHŞT-nin beynəlxalq 

səviyyədə idarəsi və MHŞT prinsip 

və meyarlarının tətbiqini müşahidə 

etmək üçün Beynəlxalq  İdarə Heyəti 

yaradıldı. Azərbaycanın MHŞT-nin 

tətbiqində göstərdiyi liderlik nəzərə 

alınmaqla ölkəmiz yekdilliklə MHŞT 

üzrə Beynəlxalq  İdarə Heyətinə üzv 

seçildi. Azərbaycanın  İdarə Heyətinə 

üzv seçilməsi ölkənin beynəlxalq 

təşəbbüslərin həyata keçirilməsində 

aparıcı rolunu bir daha təsdiqlədi. 

2007-ci ildə Azərbaycan 

Respublikası Dövlət Neft Fondu 

MHŞT-nin tətbiqinə görə “Dövlət 

xidmətində  şəffaflığın, cavabdehliyin 

və məsuliyyətin artırılması” üzrə BMT-

nin “Dövlət Qulluğu Mükafatı” ilə təltif 

edilmişdir. Dövlət Neft Fondu Şərqi 

Avropa və MDB ölkələrinin dövlət 

təşkilatları arasında dövlət idarəçiliyi 

sahəsində ən nüfuzlu mükafat sayılan 

“BMT-nin Dövlət Qulluğu Mükafatı”na 

layiq görülən ilk dövlət qurumudur. 

Azərbaycan hökuməti tərəfindən irəli 

sürülmüş  və  təqdim edilmiş MHŞT-

ni dəstəkləyən Qətnamə 2008-ci il 

sentyabrın 11-də Birləşmiş Millətlər 

Təşkilatının Baş Assambleyasında 

yekdilliklə qəbul edilmişdir. 

MHŞT mədən sənayesində 

şəffaflığın beynəlxalq brendi kimi tanı-

nıb. Bu brendin müdafiəsi məqsədilə 

“Qiymətləndirmə” (Validasiya) prosesi 

yaradılıb. Validasiya MHŞT prosesi-

nin mühüm amilidir. Onun məqsədi 

ölkənin Təşəbbüsün tətbiqində nail 

olduğu tərəqqinin qiymətləndirilməsi 

və MHŞT prosesinin keyfiyyətinin 

yüksəldilməsi üçün zəruri amillərin 

üzə çıxarılmasıdır.     

MHŞT-yə namizəd ölkələr 

Qiymətləndirmə prosesindən 

keçməlidir. 2007-ci ildə namizəd ölkə 

statusunu alan Azərbaycan MHŞT-

nin ilkin tələblərini yerinə yetirərək 

2009-cu ildə Validasiyadan keçmiş 

və MHŞT-nin tamhüquqlu üzvü sta-

tusunu qəbul etmiş ilk ölkə olmuşdur. 

Azərbaycanın namizəd ölkədən tam-

hüquqlu üzv olan ölkəyə çevrilməsi 

MHŞT üçün mühüm keçid mərhələsi 

oldu.

MHŞT-nin prinsip və meyarlarına 



tam cavab verən ölkə olmasına və 

MHŞT-nin tətbiqi sahəsində əldə etdi-

yi nailiyyətlərə görə Azərbaycanına 

“2009-cu il MHŞT mükafatı” təqdim 

edilmişdir.

A z ə r b a y c a n  

Ş ə f f a f l ı q 

Təşəbbüsünün tətbiqində  əldə etdi-

yi müvəffəqiyyətlərə görə beynəlxalq 

birlik tərəfindən müntəzəm olaraq 

yüksək qiymətləndirilir. 

Müsahibəyə görə çox sağ olun. 

EKSKLÜZİV 




Yüklə 11,46 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə