01 azeri indd



Yüklə 11,46 Mb.
Pdf görüntüsü
səhifə25/26
tarix11.07.2018
ölçüsü11,46 Mb.
#54896
1   ...   18   19   20   21   22   23   24   25   26

53

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

investisiya cəlbediciliyinin artması-

na səbəb olacaq. Reytinqin alınması 

“Akkord” Korporasiyasında həm hazır-

ki durumu obyektiv qiymətləndirmək

həm də  təkmilləşdirilməsi tələb olu-

nan sahələri müəyyən etmək imkanı 

yaradacaq. Bu əhəmiyyətli təşəbbüs 

Korporasiya üçün beynəlxalq bazar-

lara çıxış imkanlarını daha da 

genişləndirəcək və investorların, 

bankların və digər  əlaqədar tərəflərin 

ona olan etibarını gücləndirəcəkdir.

Qeyd etmək vacibdir ki, “Akkord” 

Korporasiyası son dörd ildə öz maliyyə 

hesabatlarını BMHS-a uyğun hazırlayır 

və  kənar auditorun yoxlanılmasından 

sonra bu məlumatların ictimaiyyətə 

açıqlanması təcrübələrini uğurla tətbiq 

edir. Hazırda Korporasiyada 2010-

cu il üzrə illik və 2011-ci ilin altı ayı 

üzrə yarımillik maliyyə hesabatlarının 

Beynəlxalq Maliyyə Hesabatlarının 

Standartlarına (BMHS) uyğun hazır-

lanması  və “böyük onluğa” daxil olan 

“Crowe Horwath Business Alliance”-a 

üzv audit və konsaltinq şirkətləri 

tərəfindən yoxlanılması prosesi 

müvəffəqiyyətlə başa çatdırılmışdır. 

“Akkord” Korporasiyası 2011-ci 

ilin yekunlarına  əsasən, BMHS üzrə 

hazırlanmış maliyyə hesabatlarının 

yoxlanılmasına “böyük dördlüyə” daxil 

olan auditor şirkətlərindən birini cəlb 

etmişdir. 



CE: “Akkord”un fond bazarındakı 

iştirakının genişlənməsi planlaşdı-

rılırmı? 

Xaqani Quluzadə: 

Qeyd etmək 

lazımdır ki, 4 noyabr 2010-cu il 

tarixdə Azərbaycan Respublikasının 

Qiymətli Kağızlar üzrə Dövlət 

Komitəsi tərəfindən AZ200100821 

qeydiyyat nömrəsi ilə qeydiyya-

ta alınmış “Akkord Sənaye Tikinti 

İnvestisiya Korporasiyası” ASC-nin 

Bakı Fond Birjasında tədavüldə olan 

adlı  sənədsiz faizli istiqrazlarının 

yerləşdirilməsi müvəffəqiyyətlə başa 

çatmışdır. Yerləşdirmə Bakı Fond 

Birjasında açıq təklif üsulu ilə həyata 

keçirilmiş və bir sıra bankların və ins-

titusional investorların böyük mara-

ğına səbəb olmuşdur. Emissiya olu-

nan istiqrazların nominal dəyəri 50 

000 000 (əlli milyon) manat, dövriyyə 

müddəti 3 il, illik gəlirliliyi 12,5% 

təşkil edir və hesablanmış faizlər hər 

rübün son günü istiqraz sahiblərinə 

ödənilir.

“Akkord Sənaye Tikinti İnvestisiya 

Korporasiyası” ASC-nin bu layihəsi 

maliyyə bazarlarının aktivliyinin artırıl-

masına və maliyyə alətlərinin diversi-

fikasiyasına xidmət edir.

Qeyd etdiyim kimi, “Akkord Sənaye 

Tikinti  İnvestisiya Korporasiyası” 

ASC beynəlxalq layihələrdə  iştirakı-

nı  və dünyanın aparıcı  şirkətləri ilə 

əməkdaşlığını genişləndirir. Hazırda 

«Akkord Sənaye Tikinti İnvestisiya 

Korporasiyası» ASC-nin həyata keçir-

diyi 23 infrastruktur layihəsindən 14-ü 

ölkə xaricində,  9-u Azərbaycandadır. 

Azərbaycandakı layihələrin ümumi 

məbləği 380,5 milyon manat təşkil 

edir. Gürcüstan, Ukrayna, Qazaxıstan, 

Özbəkistan,  Əfqanıstanda həyata 

keçirilən 10 layihənin  ümumi məbləği 

659,5 milyon manat təşkil edir. 

Bütün infrastruktur layihələri üzrə 

müqavilələrin ümumi dəyəri 1,04 mil-

yard manat (ƏDV-siz) təşkil edir.

Korporasiyanın bütün layihələri 

üzrə  işlərə 5000-ə yaxın işçi cəlb 

edilmişdir. Bundan başqa, “Akkord” 

Korporasiyası 36 zavod və 3000-dən 

yuxarı maşın və mexanizmə malikdir.

CE: Bildiyimizə görə, nüfuz-

lu Avropa Biznes Assambleyası 

(ABA) Sizi fəaliyyət göstərdiyiniz 

sahə üzrə ali beynəlxalq mükafata 

layiq görüb...

Xaqani Quluzadə: 

“Akkord”un 

yaxın və uzaq region ölkələrində uğur-

la yerinə yetirdiyi bir çox irimiqyaslı 

layihələr artıq bir müddətdir ki, dün-

yanın nüfuzlu biznes təşkilatlarının 

ciddi marağına səbəb olub. 2011-ci 

ildə Korporasiyanin layiq görüldüyü ali 

beynəlxalq mükafatlar da bunu bir daha 

təsdiq edir. Belə mükafatlardan biri 

Korporasiyaya 2011-ci ilin may ayın-

da Parisdə “Biznesin Liderləri Klubu” 

və “Editorial ofice” tərəfindən təsis 

edilmiş “Yeni Minilliyin Mükafatları”nın 

23-cü təqdimat mərasimində  təqdim 

olunub. Həmin tədbirdə “Akkord” 

Korporasiyası “Beynəlxalq  İnşaat 

Mükafatı”na, eyni zamanda, “Biznes 

sahəsində liderliyə görə” qızıl medalı-

na layiq görülüb. Dediyiniz ali mükafat 

isə, Korporasiyaya Avropanın biznes 

sahəsində aparıcı  tədqiqatçılarından 

biri olan və  mənzil-qərargahı London 

şəhərində yerləşən tanınmış biznes 

mərkəzi - Avropa Biznes Assambleyası 

(ABA) tərəfindən təqdim olunub. ABA-

nın Böyük Britaniya və Şimali İrlandiya 

Birləşmiş Krallığının Oksford şəhərində 

keçirilən Liderlərin Oksford Sammitində 

qəbul etdiyi qərara  əsasən, “Akkord” 

Korporasiyası tikinti sahəsində  “İlin 

lider şirkəti” diplomuna layiq görülüb. 

Sevindirici haldır ki, 2011-ci ildə 

göstərdiyimiz uğurlu fəaliyyət ölkə 

miqyasında da öz layiqli qiymətini 

alır. Elə bir neçə gün öncə, “Business 

Time” jurnalının təşkil etdiyi təntənəli 

təqdimat mərasimində  “İlin biznes 

lideri” və “Beynəlxalq nüfuz” nomi-

nasiyaları üzrə layiq görüldüyümüz 

“Azeri Business Award-2011” müka-

fatları bunu bir daha sübut edir.



CE: Korporasiyada sosial 

layihələrin dəstəklənməsinə hansı 

yer ayrılır?

Xaqani Quluzadə: 

Biz ölkənin 

sosial həyatında  ən aktiv şəkildə  işti-

rak edirik. “Akkord” Korporasiyası 

bu istiqamətdə qaçqın və  məcburi 

köçkün ailələrinə,  əlil və  xəstələrə, 

İNFRASTRUKTUR 




Yüklə 11,46 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə