01 azeri indd



Yüklə 11,46 Mb.
Pdf görüntüsü
səhifə22/26
tarix11.07.2018
ölçüsü11,46 Mb.
#54896
1   ...   18   19   20   21   22   23   24   25   26

48

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

SƏNAYE 



MÜSTƏQİLLİYİMİZİN 



H Ə M Y A Ş I D I - 

M İ L L İ   Ş İ R K Ə T İ M İ Z

T

ariximizin  əlamətdar bir il 



i ni 

ya şamaqdayıq. Dövlət müs-

təqilliyimizin 20-ci ildönümü-

nü. Tarix baxımından qısa 

bir dövr olsa da bu gün Azərbaycan 

dünyaya bütün istiqamətlər üzrə - 

istər inkişafı, istər iqtisadiyyatı, istər 

sa bitliyi, istərsə  də bütün sahələrin 

paralel yüksəldilməsi üzrə nümunədir. 

Azərbaycan dünyanın  əsas tərəfdaş 

ölkələrindən birinə çevrilib, inamla, 

əzmlə dünyaya inteqrasiya edib. 

Bu inkişafın da arxasında bir insanın 

dühası dayanır - Ulu Öndər Heydər 

Əliyev  dühası. Əsası ulu öndər tə rəfin -

dən qoyulan və inkişafı  hədəfləyən 

siyasi xətt bu gün Prezidentimiz İlham 

Əliyev tərəfindən uğurla davam etdirilir. 

Məhz bu siyasətin nəticəsində milli 

istehsal sənayesi yarandı. Azərbaycan 

şirkətləri formalaşaraq digər ölkələrə 

də  sərmayə qoymağa başladı. 

Azərbaycanın milli şirkətlərinin inkişaf 

yoluna baxsaq görərik və  əmin ola 

bilərik ki, ölkəmiz artıq müasir, qlo-

bal dünyanın mühüm bir parçasına 

çevrilib. Azərbaycan  şirkətləri müxtəlif 

fəaliyyət sahələrini  əhatə etməklə 

ya  naşı keyfiyyətli məhsul istehsalı-

na nail olmuşdur. Bu inkişafı dövlət 

müstəqilliyimiz ilə yaşıd olan “Azersun 

Holding”in timsalında görmək olar. 20 il 

kiçik bir zaman kəsiyi olsa da, “Azersun 

Holding” ölkəmizin kənd təsərrüfatı inf-

rastrukturunun inkişafına, müasir tex-

nologiyaların tətbiqinə, müasir tələblərə 

cavab verən milli kadr ehtiyatlarının for-

malaşmasına və ən nəhayət ölkəmizin 

qida təhlükəsizliyinin təmin olunmasına 

böyük töhfə vermişdir. Artıq dünyanın 

bir çox ölkələri bir Azərbaycan  şirkəti 

olan “Azersun Holding”i əməkdaşlığa 

dəvət edir. Holdinq həmçinin Azər-

baycanın əsas milli markalarının isteh-

salçısıdır. Ölkəmizi təmsil edən bu 

markalar tam rəqabətədavamlıdır. Bir 

çox beynəlxalq müsabiqələrdə yüksək 

mükafatlara layiq görülməklə ölkəmizi 

uğurla təmsil edir. Holdinqin inkişaf 

tarixinə baxsaq, görərik ki, 1991-ci 

ildən Azərbaycanda fəaliyyətə başla-

yan “Azersun Holding” Azərbaycanda 

fəaliyyətə başladığı dövrdə SSRİ-nin 

dağılması  nəticəsində bütün post-

sovet ölkələrinin iqtisadiyyatı iflic 



49

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

SƏNAYE 



vəziyyətində idi. Bu vəziyyət Qafqazda 



yaşanan müharibələr nəticəsində daha 

da kəskinləşmişdi. Lakin böyük əzm və 

fədakarlıqla fəaliyyət göstərən Holdinq 

Azərbaycan Hökumətinin qayğısı  və 

qazandığı  təcrübə  nəticəsində  çətin 

dövrlərdən üzüağ  çıxdı. Ötən illər 

göstərdi ki, “Azersun Holding”in fəaliyyət 

modeli müxtəlif çətin mərhələlərdə 

özünü doğruldur. Bunun səbəbi isə 

Holdinqin istehsalata kompleks yanaş-

masından qaynaqlanmaqdadır. Belə 

ki, Holdinqə daxil olan müəssisələrdə 

istehsal olunan məhsulun xammalı-

nın  əldə olunmasından tutmuş, qab-

laşdırılmasına qədər bütün proses 

Holdinqin tərkibində  fəaliyyət göstərən 

müəssisələr tərəfindən həyata keçirilir. 

Bu da müəssisələrin operativ və vahid 

mərkəzdən idarəolunması, yüksək 

key   fiyyət və sistemli idarəetmə ilə 

nəticələnir. Holdinqin istehsal standart-

larının və keyfiyyətə nəzarət sisteminin 

son dərəcə modern texnologiyalarla 

təchizi isə istehsal etdiyi markalarda 

özünü göstərir. Bu da məhsulların 

ixracat imkanlarını genişləndirir. 

Avropa və Asiya ilə yanaşı bir çox 

postsovet ölkələri də Holdinqin ixra-

cat xəritəsinə daxildir. Şirkət həmçinin 

regionların inkişafında da mühüm rol 

oynamaqdadır. On minlərlə insanın 

məşğulluğuna  şərait yaradan bir çox 

layihələr “Azersun Holding” tərəfindən 

həyata keçirilmişdir. Bu layihələr yeni 

sənaye komplekslərinin yaranması-

na birbaşa dəstək verir.   “Azersun 

Holding” fəaliy yəti dövründə  həm də 

Azərbaycan çayçısının dostuna çev-

rilmişdir. Holdinq tərəfindən yerli çay-

çılara verilən dəstək nəticəsində yerli 

çayçılıq məhv olma təhlükəsindən 

qurtuldu. Holdinq yeni çay sahələrinin 

salınması  məqsədilə yerli fermerlərə 

maddi yardım etməklə yanaşı  yığılan 

məhsulu da yüksək qiymətlə  qəbul 

edir. Nəticədə  cənub bölgəsində 

“Azersun Holding”in dəstəyilə salı-

nan yeni çay sahələrində yüksək 

məhsuldarlıqla həyata keçrilən məhsul 

yığım göstəriciləri ilbəil artır. “Azersun 

Holding”in Sun Tea çay fabrikində 

yüksək texnologiyalarla istehsal olunan 

“Azerçay”, “Pasha”, “Final”, “Maryam” 

çay markaları keyfiyyətinə görə bütün 

müsabiqələrdə yüksək mükafatlara 

layiq görülərək ölkəmizi uğurla təmsil 

edir. Bu çay markaları hazırda MDB, 

Orta Asiya ölkələri ilə yanaşı Avropaya 

da ixrac olunmaqdadır. Dövlət başçımı-

zın qayğı və dəstəyi nəticəsində bütün 

Azərbaycan  şirkətləri kimi “Azersun 

Holding” də inkişaf etməkdədir. Ümum-

iləşdirsək deyə bilərik ki, “Azersun 

Holding” ölkənin  şəkər sənayesinin 

qurucusudur; “Azersun Holding” 

ölkədə yodlaşdırılmış duz istehsalına 

sərmayə qoyan ilk şirkətdir; “Azersun 

Holding” kağızın təkrar emalı komplek-

sinin qurucusudur; “Azersun Holding” 

müasir kənd təsərrüfatı kompleksini 

yaradan  şirkətdir və s. Bu siyahını 

artırmaq olar. Bütün bu uğurlar məhz 

Azərbaycanımızın müstəqilliyi dövründə 

qazanılmışdır. Qəti  əminliklə deyə 

bilərik ki, müstəqil Azərbaycanımızın 

həmyaşıdı olan “Azersun Holding” 

bütün gücü və ruhuyla dövlətçiliyimizə 

xidmət edir.  




Yüklə 11,46 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə