01 azeri indd



Yüklə 11,46 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix11.07.2018
ölçüsü11,46 Mb.
#54896
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

24

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com



Caspian Energu (CE): Cənab 

Məmmədov, Azərbaycanın 

20 illik müstəqilliyi dövrünün 

ilkin mərhələsi haqda danışa 

bilərdinizmi?

Azərbaycan Respublikasının 

nəqliyyat naziri Ziya Məmmədov: 

1991-ci ildə “Azərbaycanın Dövlət 

Müstəqilliyi Haqqında Konstitusiya 

Aktı”nın qəbul edilməsindən sonra 

ölkəmizin inkişaf tarixində yeni bir 

dövr başlandı. Müstəqilliyini əldə edən 

Azərbaycan dövləti öz fəaliyyətinə 

yetərincə  çətin bir dövrdə başladı. 

Respublikanın dövlət müstəqilliyini 

1991-ci il noyabrın 9-da Türkiyə, sonra 

1991-ci il dekabrın 11-də Rumıniya, 

1991-ci il dekabrın 13-də Pakistan, 

1991-ci il dekabrın 23-də İsveç, 1991-

ci il dekabrın 25-də  İran, 1992-ci il 

yanvarın 23-də ABŞ, 1992-ci il aprelin 

10-da Rusiya və s. ölkələr tanıdı. 1992-

ci il martın 2-də Azərbaycan BMT-nin 

üzvü olmasına rəğmən müstəqilliyini 

itirmək təhlükəsi hələ da qalırdı. Hələ 

beşikdə olan müstəqilliyimiz iki təhlükə 

ilə üzləşdi: bir tərəfdən, torpaqlarımı-

za soxulmuş erməni silahlı qüvvələrilə 

aparılan Qarabağ müharibəsi, digər 

tərəfdən, dövlətdə  rəhbər vəzifələri 

tutan səriştəsiz və təcrübəsiz xadimlərin 

daxili çəkişmələri.          

Son on ildə dünyanın siyasi səhnəsində 

baş verən hadisələr öz mürəkkəbliyi və 

ziddiyyətlərilə  səciyyələndirilirdi ki, bu 

da, ortaya güclü, müdrik milli liderlərin 

çıxması üçün zəmin oldu. Ölkəmizdə 

cərəyan edən hadisələr dövlətin süka-

nı arxasına yalnız Heydər  Əliyevin 

keçməsini tələb edirdi. Məhz ümumilli 

liderimiz xalqı çətinliklərdən qurtararaq, 

yeni müstəqil Azərbaycan dövlətinin 

qurulması kimi tarixi missiyanı yerinə 

yetirməyə müvəffəq oldu. 1993-cü il 

iyunun 15-də xalqın tələbilə Heydər 

Əliyev yenidən dövlət idarəçiliyinə 

dəvət olundu və  məhz onun müdrik 

siyasi fəaliyyəti nəticəsində respubli-

kamız müstəqilliyini qoruyub-saxlaya 

bildi.      

Dünya sivilizasiyasını 

və 


bəşər xəzinəsini özünün çoxsay-

lı qiymətli, elmi tədqiqatları, yara-

dıcılıq nümunələri, heykəltəraşlıq 

əsərləri, dahi şair və yazıçıları, qədim 

mədəniyyət incilərilə  zənginləşdirən 

dövətimiz ümumilli lider Heydər Əliyev 

siyasəti sayəsində sosial-iqtisadi 

tərəqqi sahəsində  də  hərtərəfli inki-

şafa imza atıb. 

Bu gün, ölkə iqtisadiyyatının inkişa-

fı, o cümlədən, nəqliyyat sisteminin 

inkişaf konsepsiyası Prezident İlham 

Əliyevin rəhbərliyi altında həyata 

keçirilir. Nəqliyyat  şəbəkəsi daim 

mükəmməlləşir və bu sahədə həyata 

keçirilən müntəzəm dəyişikliklər 

nəqliyyat sektorunun ən perspektivli 

sahələrdən birinə çevrilməsinə zəmin 

yaradır.   

Respublikamızın 20 illik 

müstəqilliyilə bağlı ölkədə hesabat 

xarakterli müxtəlif tədbirlər həyata 

keçirilir.  

CE: Azərbaycanın Nəqliyyat 

Nazirliyi haqda Nizamnamə 

təsdiqlənəndən sonra hansı  işlər 

görülüb? 

Ziya Məmmədov: 

Nəqliyyat 

Nazirliyi 1998-ci ildə yaradılıb və 

2003-cü ilin Nizamnaməsinə  əsasən 

fəaliyyət göstərir. Bununla əlaqədar 

olaraq qabaqcadan təsdiq edilmiş 

plan üzrə müstəqilliyin 20 illiyinə həsr 

edilmiş  dəyirmi stol keçirildi. Burada, 

həmçinin uyğun strukturlarla selek-

tor iclaslar, nazirliyin tabeliyində olan 

qurumlarla silsilə  tədbirlər həyata 

keçirildi.       

Nazirliyin işi haqda danışarkən 

2011-ci ilin birinci yarısını daxil 

etməklə 2004-cü ildən bu günədək 

olan vaxt kəsiminə  nəzər salmaq pis 

olmazdı. 

Qeyd olunan dövrdə (2001-ci ilin 

6 ayını daxil etməklə 2004-2011-ci 

illər) nəqliyyat-yol sektoruna qoyu-

lan sərmayələr 4,6 mlrd. təşkil edib. 

AZƏRBAYCAN NƏQLİYYAT 

SEKTORUNUN MÜSTƏQİLLİK 

DÖVRÜNDƏ İNKİŞAFI 

Avropa - Qafqaz - Asiya dəhlizi boyu 

avtomobil nəqliyyatı ilə yükdaşımalar (1998-ci il ilə müqayisədə, %-lə)

Mənbə: Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi

100


1998

2000


2005

2010


0

200


300

400


500

600


EKSKLÜZİV 




25

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

Bu məbləğin çox hissəsi (4.4 mlrd. 

manat) avtomobil yollarının, kəsişən 

yolların üstündən salınan körpülərin 

və sadəcə körpülərin tikintisinə  və 

bərpasına xərclənib. Qalan məbləğ 

dəmir yollarının inkişafına (79,8 mln 

manat), yeni avtobusların alınmasına 

(30,0 mln. manat), Bakı  şəhərində 

nəqliyyat  əməliyyatlarının intellektual 

idarə sisteminin yaradılmasına (41,9 

mln manat), yeni Bakı beynəlxalq 

ticarət portunun layihələndirilməsi 

və tender sənədləşdirmələrinin 

hazırlanmasına (8,1 mln. manat) 

yönləndirilib.   

Bu dövrdə Azərbaycanda yükda-

şıma 1,23 mlrd. ton təşkil edib. O 

cümlədən, dəmir yolu ilə 187,1 mln. 

ton, dəniz nəqliyyatı ilə - 93,5 mln, 

avtomobil nəqliyyatı ilə - 624,8 mln. 

ton, boru kəmərilə - 322,7 mln. ton 

yük daşınıb. 

Qeyd olunan vaxt kəsiyində 

sərnişindaşıması 7,7 mlrd. insan, 

limanlarda yükvurma-yükləmə işləri – 

70,4 mln. ton təşkil edib. 

Yeni tikilmiş yolların uzunluğu 320,0 

km təşkil edir. Bundan əlavə, uzunlu-

ğu 5559,3 km olan mövcud avtomo-

bil yollarının, o cümlədən, uzunluğu 

2164,1 km olan respublika əhəmiyyətli 

yolların və uzunluğu 3395,2 km olan 

yerli yolların bərpa və  təmir işləri 

aparılıb. Bu ilərdə həmçinin 139 yeni 

körpü və tunel inşa edilib.     

CE: Azərbaycanın paytaxtında 

avtomobil axınının effektivliyinin 

yüksəlməsi üçün hansı layihələr 

həyata keçirilir?

Ziya Məmmədov: 

2004-cü ildən 

etibarən nazirliyin həyata keçirdiyi 

proqram çərçivəsində yol qovşaq-

larının. Piyada keçidlərinin və yeni 

avtomobil yolarının inşası və bərpası 

işləri həyata keçirilir. Ümumilikdə 

hazırda Bakıda 15 kəsişən yolların 

üstündən salınan körpü istifadəyə 

verilib.  Onların arasında Z.Bünyadov 

və Atatürk, Tbilisi prospektilə 

A.Salamzadə, Tbilisi prospektilə 

H.Zərdabi, Tbilisi prospektilə 20 

yanvar küçəsi, Cavadxan küçəsilə 

A,Mustafayev küçəsi, Babək 

prospektilə M.Hadi küçəsi, H.Əliyev 

prospektilə A.Neymətulla küçəsi, 

Babək prospektilə M.Əliyev küçəsi, 

K.Rəhimova küçəsilə F.Xoyski 

küçəsi, K.Rəhimov küçəsilə  Təbriz 

küçəsi, Bakı dairəvi yolu ilə - 2 

(Xocahəsən-Lökbatan 

ərazisi) 

Xocahəsən qəsəbəsinin  ərazisindəki 

dəmir yolunun kəsişməsindəki, 

“Ekselsior” mehmanxanası 

dairəsindəki körpüləri, H.Əliyev və 

Z.Bünyadov, Z.Bünyadov və Azadlıq 

prospektlərinin kəsişməsindəki ikin-

ci mərhələ yol körpülərini, H.Əliyev 

prospektilə Keşlə stansiyasına gedən 

dəmir yolunun kəsişməsindəki 8 

zolaqlı  hərəkət üçün yol qovşağı-

nı, Xırdalan dairəvi yolunun yanında 

Şimal istiqamətindəki dəmir yolunun 

altındakı tuneli göstərmək olar.  

Hazırda daha 7 kəsişən yolla-

rın üstündən salınan körpünün 

inşası gedir. Onlardan H.Əliyev 

və Z.Bünyadov prospektlərinin (3 

mərhələ), Z.Bünyadov və Azadlıq 

prospektlərinin (3 mərhələ), 

A.Salamzadə, A.Mustafayeva və 

R.Məmmədova küçələrinin (Qələbə 

meydanı, Gəncli metro stansiyası-

nın qarşısı), Z.Bünyadov prospektilə 

A.Rəcəbli küçəsinin, Z.Bünyadov 

prospektilə Böyükşor küçəsinin, 

Z.Bünyadov prospektilə N.Nərimanov 

küçəsinin  kəsişməsindəki körpüləri 

göstərmək olar. 

Ümumilikdə, 2004-cü ildən başla-

yaraq indiyədək 38 yeraltı keçid inşa 

edilərək təhvil verilib, daha 10-u isə 

tikilir. 

Bakıda 2004-cü ildən bu vaxtadək 

189,2 km uzunluqda avtomobil yolu 

inşa və  bərpa edilib. Onların arasın-

da uzunluğu 12 km olan 8-12 zolaqlı 

avtomobil yolunu və Əzizbəyov metro 

stansiyası dairəsindən Heydər Əliyev 

adına Beynəlxalq Hava Limanınadək  

yoldakı  nəqliyyat qovşağını (3 yol 

qovşağı və 7 piyada keçidi); Balaxanı 

avtomobil yolunu – Xırdalan dairəsi 

(21 km); uzunluğu 104,6 km olan 

EKSKLÜZİV 




Yüklə 11,46 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə