01 azeri indd



Yüklə 11,46 Mb.
Pdf görüntüsü
səhifə8/26
tarix11.07.2018
ölçüsü11,46 Mb.
#54896
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

19

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

ki, məhz Azərbaycanın ümumilli lide-

ri Heydər  Əliyevin ölkə  rəhbərliyiniə 

qayıdışından sonra respublikamızın 

ictimai-siyasi kursu köklü surətdə 

dəyişdi. Onun siyasəti böyük həyat 

təcrübəsi, müdriklik, dövlətçilik və 

haqqında söhbət açdığımız sahələrlə 

bağlı  dərin bilgilərə  əsaslanırdı. 

Hazırda malik olduğumuz dövlət 

müstəqilliyi və iqtisadi firavanlığa 

görə biz ümumilli lider Heydər Əliyev 

siyasətinə borcluyuq. Yeri gəlmişkən 

qeyd edim ki, bu siyasət elə onun özü 

tərəfindən işlənib-hazırlanmışdı. Belə 

ki, məhz onun milli dövlətimizə arxa-

lanaraq, dövlət quruculuğu mexa-

nizmini dərindən bilməsi və  həyata 

keçirməsi sayəsində müstəqilliyimizi 

qoruyub saxlamağa nail olmuşuq. Axı 

1990-cı illərin  əvvəllərində  hər  şey 

məhv olmuşdu. Nə vaxtsa, yəni 1970-

80-ci illərdə ümumilli lider Heydər 

Əliyev tərəfindən inkişaf etdirilmiş 

kənd təsərrüfatı  və  sənayeyə belə 

artlq arxalanmaq artıq mümkün deyil-

di. Bütün istehsalat əlaqələri, maddi-

texniki və xammal bazası alt-üst edil-

mişdi.          

Bu dağıntılar  şəraitində Heydər 

Əliyev konsepsiyası, Azərbaycanın 

yeni inkişaf strategiyası  təbii ehtiyat-

ların mənimsənilməsinə  ən müasir 

vəsaitlərinin cəlb edilməsi üzərində 

qurulmuşdu. Qarşıya nüfuzlu maliyyə 

şirkətlərini maraqlandırmaq məqsədi 

qoyulmuşdu. Yuxarıda qeyd olunan 

amillər bu siyasətin sarsılmazlığını 

təmin etdi və o, uğurlu şəkildə reallaş-

dırıldı.

1994-cü ili həmçinin bu aspektdə 

başlanğıc nöqtəsi saymaq olar. Məhz 

həmin ildə Heydər  Əliyev siyasətinin 

nəticəsi olaraq Əsrin Müqaviləsi imza-

landı  və bu müvəffəqiyyət yalnız ener-

ji sektoruna sirayət etmədi.  Əsrin 

Müqaviləsi imzalandığı andan tamamilə 

başqa münasibətlər yarandı, xarici 

sərmayələr gəlməyə başladı, makroiq-

tisadi göstəricilər yüksələn xətlə irəlilədi. 

Bu, Əsrin Müqaviləsinin ölkənin ümumi 

iqtisadi həyatına təsirini sübut edir.       

 

CE: Dünya enerji təhlükəsizliyinin 



müasir vəziyyətini və Azərbaycanın 

dünya enerji quruluşu sistemində 

rolunu necə qiymətləndirirsiniz?

Natiq  Əliyev:  

Bu, olduqca maraqlı 

mövzudur və ona ayrıca bir müsahibə 

həsr etmək olar. Belə ki, hal-hazırda 

bütün dünya siyasətçilərini narahat 

edən vacib məsələlərdən biri ayrı-ayrı 

ölkələrin və bütövlükdə dünyanın ener-

ji təhlükəsizliyi məsələsidir. Bu gün 

dünya ölkələri iki yerə bölünmüşdür: 

milli enerji ehtiyatları olmayan isteh-

lakçı ölkələr və onları bu enerji ilə 

təmin edən istehsalçı ölkələr. Bu, həm 

qitələr, həm bölgələr, həm də ölkələr 

üzrə özünü bariz şəkildə göstərir. Digər 

tərəfdən hamıya məlumdur ki, dünya 

iqtisadiyyatı bilavasitə enerji ehtiyat-

ları  təminatının vəziyyətindən asılıdır. 

BMT-nin “Milenium” (“Minillik”) kimi 

müxtəlif proqramlarında dünya ener-

ji təhlükəsizliyi sahəsinin analiz və 

proqnozları aparılır. Dünyanın enerji 

ehtiyatlarından asılılığı bu proqram-

larda aydın  şəkildə  təsvir olunmuşdur. 

Qəbul edilmiş bütün proqramlar dünya 

əhalisinin 2035-ci ilədək elektrik ener-

jisi çatışmazlığından xilas edilməsinə 

yönəlmişdir. Belə ki, bu gün 1 mlrd. 

250 mln. insan elektrik enerjisindən 

məhrumdur və onların həyatı  ənənəvi 

enerji mənbələrindən asılıdır. BMT 

8

6

EKSKLÜZİV 






20

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

2035-ci ilədək dünya əhalisinin, demək 

olar ki, dörddə birini elektrik enerjisi ilə 

təmin etməyi qarşısına məqsəq qoy-

muşdur. Bu gün Afrika əhalisi (879 mln. 

insan) təkcə Nyu-Yorkun (19 mln. insan) 

istifadə etdiyi qədər enerji istifadə edir. 

Bu, BMT-nin məlumatlarıdır. Bundan 

başqa, Hindistanda və Çinin müəyyən 

yerlərində elektriklə bağlı  çətinliklər 

hələ də qalmaqdadır. Hərçənd Çin son 

10 ildə xeyli irəliləyib və orada yalnız 

əhalinin bir neçə faizi elektrikdən istifadə 

etmir. Yer kürəsinin bəzi nöqtələrində 

elektrik enerjisinin yoxluğundan əziyyət 

çəkənlər var. Dünya əhalisinin dörddə 

birini elektriklə təmin etmək üçün ener-

ji ehtiyatlarının istehsalını mütənasib 

olaraq artırmaq lazımdır. Bu, olduq-

ca böyük bir məsələdir. Çünki dünya 

əhalisi məhz Afrika, Hindistan və Çinin 

hesabına artır. Məhz bu səbəbdən 

enerji təhlükəsizliyi məsələsi mühüm 

dünya miqyaslı bir məsələdir.       

Biz bu gün görürük ki, enerji resursla-

rı ilə təmin olunmadan ölkələrin inkişafı 

və  zəruri iqtisadi inkişaf tempi mümü-

kün deyil. Elə bu səbəbdən ehtiyatla-

ra sahib olmaq uğrunda pərdəarxası, 

bəzən hətta açıq mübarizələr gedir. 

Bu mübarizə,  əsasən, güclü şirkətlər 

tərəfindən aparılır. Onlar özlərini 

uzunmüddətli enerji ehtiyatlarına sahib 

olmağa can atır. Digər tərəfdən, biz 

dəhlizlər uğrunda mübarizənin  şahidi 

oluruq. Ya qitənin, ya da ölkənin enerji 

təhlükəsizliyi təminatının bəzi amilləri 

məhz bununla bağlıdır.   

Qitəmizi nəzərdən keçirsək, nə 

Qərbdə, nə  də  sıx  əhalisi olan cənub-

şərqi Asiyada iri enerji ehtiyatlarının 

olmadığını görərik. Belə ki, bütün 

ehtiyatlar qitənin orta qurşağında - 

Özbəkistan, Qazaxıstan, Türkmənistan, 

Azərbaycan,  İran,  İraq və Yaxın  Şərq 

ölkələrindən Səudiyyə  Ərəbistanı  və 

Şimali Afrikada - cəmlənib. Bu ərazi 

enerji ehtiyatlarının, demək olar ki, 80 

%-nə malikdir. Artıq XXI əsrdə maraqlı 

bir mənzərənin - enerji təhlükəsizliyi 

məsələsinin iqtisadi müstəvidən siya-

si müstəviyə keçməsinin  şahidi olu-

ruq. Artıq enerji təhlükəsizliyi yüksək 

inkişaf etmiş ölkələr üçün həyati 

vacib  əhəmiyyət kəsb edir. Məhz bu 

səbəbdən enerji təhlükəsizliyi uğrun-

da dünya miqyasında mübarizə gedir. 

Bu zaman meydana başqa bir sual 

çıxır: “Ehtiyatlarımız bizim özümüzə 

bəs edəcəkmi?”

Hamının bildiyi kimi, enerji ehti-

yatları, xüsusən neft və qaz tükənən 

mənbələrdir. Sual oluna bilər: ener-

ji ehtiyatlarının istehsalı özünün pik 

zirvə nöqtədinə nə vaxt çatacaq? Bəzi 

mütəxəssislər bizim bu piki keçdiyimizi 

bildirdiyi halda, digərləri bunun hələ 

də davam etdiyini bildirir. Daha doğ-

rusu, dünyada neft hasilatının zirvə 

prosesi artıq baş verdiyindən bundan 

sonra yalnız azalmaya doğru gedəcək. 

Bunun məntiqi izahı vardır. Dünya 

neft ehtiyatlarının artımını  nəzərdən 

keçirsək, onun, demək olar ki, dünya 

neft hasilatına (sutkada 86,5-87 mln. 

barrel) bərabər olduğunu, bəzi hallarda 

hətta az olduğunu görürük. Dünyada 

ildə 3 mlrd. barreldən bir az çox neft 

çıxarılmaqla yanaşı ehtiyatlar da bir o 

qədər artırılır. Bu gün bu göstəricilər 

müqayisə edilə bilir. Ehtiyatların artı-

rılması üçün perspektivli ərazilər var-

dır. Lakin onlar Arktika kimi çətinliklə 

gedilə bilən ərazilərdə yerləşir. Onların 

hasilatı  və kontinentə çatdırılması çox 

çətindir. Mən artıq 20 ildir ki, şimal 

en dairəsindəki  Ştokman yatağı  və ya 

Barents dəniz yatağı haqda eşidirəm. 

Buradan digər suallar meydana gəlir: 

“hansı alternativ var?”

Bəzi ölkələr alternativ kimi atom 

enerjisindən istifadə edir və biz bunun 

nə olduğunu yaxşı bilirik. Mənə  hər 

zaman “Azərbaycana atom enerjisi 

lazımdırmı?” sualı verilərkən faktlarla 

sübut etməyə çalışıram ki, nəyə görə 

bu gün bu bizə lazım deyil. Birincisi, 

EKSKLÜZİV 




Yüklə 11,46 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə