01 azeri indd



Yüklə 11,46 Mb.
Pdf görüntüsü
səhifə10/26
tarix11.07.2018
ölçüsü11,46 Mb.
#54896
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

23

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

kimya sənayesinin inkişafının ümumi 

proqramında öz əksini tapacaq və 

heç  şübhəsiz, mərhələ ilə  həyata 

keçiriləcək. Konsepsiya artıq işlənib-

hazırlanıb və tezliklə ölkə hökümətində 

müzakirə olunacaq.   



CE: Dünyada və 

həmçinin 

Azərbaycanda alternativ enerjinin 

inkişafının gələcəyini necə görür-

sünüz?

Natiq  Əliyev: 

Biz dünya ener-

ji təhlükəsizliyindən danışarkən bu 

məsələyə də azacıq toxunduq. Bir daha 

demək istəyirəm ki, alternativ enerji 

panaseya deyil. Bu gün alternativ enerji 

ilə məşğul olmaq məcburiyyətində qalan 

ölkələr var. Bu, əsasən, yüksək texno-

logiyalara, nou-hauya, geniş maliyyə 

imkanlarına malik, təbii resurslarının 

- neft və qazın - inkişaf perspektivləri 

olmayan (Avropa ölkələrində neft-qaz 

hasilatının aşağı düşməsi prosesi gedir) 

Avropa ölkələridir. Sabit yüksəliş sürəti 

olan yeganə Avropa ölkəsi Norveçdir. 

Nə vaxtsa iri enerji ehtiyatları ixrac 

edən Böyük Britaniya indi özü idxal 

həddindədir. Aİ-nin bəzi ölkələri öz 

tələbatlarını 10-15% ödəyəcək qədər 

təbii ehtiyatlar hasil edir. Digər ölkələr 

isə idxal etmək məcburiyyətindədirlər. 

Məhz elə bu səbəbdən onlar alternativ 

enerji, aton enerjisi və s. sahələrə  əl 

atırlar.


Bu gün faktiki olaraq alternativ enerji 

güclü maliyyə inkanları olan dövlətlərdə 

təşəkkül tapmışdır. Baxmayaraq ki, 

bu gün alternativ enerjidən istifadə 

onlara  ənənəvi enerjidən istifadəyə 

nibətən baha başa gəlir, onlar alterna-

tiv energetikanı inkişaf etdirirlər. Digər 

tərəfdən, bu mexanizmin ciddi qüsurla-

rı aşkara çıxır. Belə ki, hər dəfə büdcə 

alternativ və  ənənəvi enerjilər arasın-

dakı ciddi qiymət fərqini ödəməlidir.  

Amma bununla yanaşı, Aİ-nin alternativ 

enerji mənbələrinin payını 2020-ci ildə 

20%-ə, 2030-ci ildə – 30%-ə, 2050-ci 

ildə – 50%-dək çatdırmaq haqqında 

proqramları var.     

O ki qaldı Azərbaycana, biz bu gün 

sözügedən məsələnin perspektivli iş 

olduğunu anlayırıq. Bu, ilk növbədə 

təbii səbəblər üzündən neftin getdikcə 

bahalaşması ilə bağlıdır. Özü də bu vaxt 

ənənəvi enerji ehtiyatlarının istifadəsi və 

hasilatı eyni səviyyədə qalacaq. Belə ki, 

neftin hasilatını  kəskin  şəkildə qaldır-

maq qeyri-mümkündür. Ən  əsas amil 

hasilatın maya dəyəridir. O, isə, demək 

olar ki, hər il artır. Bu, təbii  şərait ilə 

(yatımın dərinliyi, hasilat şəraiti),  ətraf 

mühitin müdafiəsinin kəskin tələbləri

təbiəti mühafizə tədbirlərinin keçirilməsi, 

çox böyük risk ehtimallarının sayı ilə 

bağlıdır. Bütün bunların hamısı maya 

dəyərinə təsir edir.   

Digər tərəfdən, alternativ mənbə 

hesabına neftin payını heç olmasa 

15-20% azaltmağın özü böyük qələbə 

olardı. Elə bu səbəbdən bir çox ölkələr 

bu yolla gedir. Mən sizi əmin edirəm ki, 

son zamanlar müşahidə etdiyimiz elmi-

texniki tərəqqi nəticəsində alternativ 

enerji istehsalının maya dəyəri getdikcə 

aşağı düşəcək. Bunun əvəzində neft 

və ya qazın hasilatının maya dəyəri 

yüksələcək (nəzərə alaq ki, Arktika və 

ya  şimal dənizlərinin dibinin 2-3 min 

metrə çatır). Hansısa anda neft hasilatı 

ilə alternativ enerji istehsalının maya 

dəyəri bərabərləşəcək. Lakin bu heç də 

o demək deyil ki, biz yanacaq və enerji 

mənbəyi olan neft və qazı bütünlüklə 

əvəzləyə biləcəyik. 

Bu səbəbdən Azərbaycan özü üçün 

poliqon qurur. Özü də biz Azərbaycanı 

bütünlüklə yüksək effektli alterna-

tiv enerji istehsalının potensialının 

tədqiqi üçün bir poliqon kimi görürük. 

Qoy qeyd olunan məsələ Avropa ilə 

müqayisədə 2-3 dəfə az qiymətə başa 

gəlsin. Bizim bu cür imkanlarımız var. 

Hesablamalarımız göstərir ki, biz buna 

nail ola bilərik.

Digər tərəfdən, alternativ energeti-

ka girintili-çıxıntılı relyefə malik ölkələr 

üçün daha əlverişlidir. Bu cür yerlərdə 

ənənəvi qaz kəmərlərinin, elektrik ener-

jisinin məsafəyə verilməsi üçün yüksək 

cərəyanlı xəttlərin çəkilməsi və s. qeyri-

mümkündür. Belə  şəraitdə alternativ 

enerji hətta  ənənəvi enerjidən ucuz 

başa gəlir. Buna görə də biz alternativ 

enerjinin inkişafı yolu ilə gedəcək, hər 

bir ailənin ondan istifadə etməsi üçün 

şərait yaradacağıq. Artıq enerji meyda-

na gələrsə, onu satmaq olar.      

 

CE: Bu sahənin inkişafı üçün konk-

ret hansı proqramlar hazırlanır?

Natiq  Əliyev: 

Biz xüsusi proqram-

lar hazırlayıb Prezident İlham  Əliyevə 

təqdim etmişik. Ölkə  rəhbəri alternativ 

enerjinin bir çox istiqamətini təqdirəlayiq 

hesab edib. Fikrimcə, bərpaolunan 

enerji ehtiyatlarından, o cümlədən 

Günəş və küləyin enerjisindən səmərəli 

istifadə etmək lazımdır. Bizim su ehti-

yatlarımız o qədər də çox deyil və bu 

sahədəki vəziyyət daha mürəkkəbdir. 

Lakin hazırda alternativ enerjinin yeni 

növləri işlənib-hazırlanır. Bu, axar su 

olan yerlərdə aerodinamik borular, 

kanallar və s.-dir. Ən  əsası  gəlirliliyi, 

effektivliyi və istifadənin istiqamətini 

düzgün hesablamaqdır. Biz çətinliklə 

gedilə bilən qəsəbələrdə lokal avtomat 

stansiyalarının yaradılmasını düzgün 

sayırıq. Zənnimcə, elə bir vaxt gələcək ki

hər bir sakin yaşadığı məkanda sərbəst 

şəkildə müxtəlif növ enerji mexanizmi 

quraşdıra biləcək. Düşünürəm ki, buna 

can atmaq lazımdır.

 

Müsahibəyə görə çox sağ olun 

EKSKLÜZİV 




Yüklə 11,46 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə