01 azeri indd



Yüklə 11,46 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix11.07.2018
ölçüsü11,46 Mb.
#54896
1   2   3   4   5   6   7   8   9   10   ...   26

18

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com



Caspian Energu (CE): Azərbaycan 

müstəqilliyinin 20 illik yubileyini 

keçirir. Siz Azərbaycanın müstəqil 

enerji siyasəti quruculuğu üzrə əldə 

etdiyi nailiyyətləri, ölkənin regio-

nal miqyasdakı mövqelərini necə 

qiymətləndirirsiniz?

Azərbaycanın sənaye və energeti-

ka naziri Natiq Əliyev: 

Azərbaycanın 

nailiyyətlərini qiymətləndirmək üçün 

keçmişə nəzər salmaq zəruridir. İş elə 

gətirib ki, müstəqilliyin bərpası ili, yəni 

1991-ci il ölçü etalonuna çevrilib. Digər 

tərəfdən, biz 1993-cü ildə Azərbaycanın 

ümumilli lideri Heydər  Əliyevin ölkə 

rəhbərliyinə qayıtdığı vaxtdan hesab-

lama aparmağa öyrəşmişik. Belə ki, 

məhz həmin dönəmdən həyatımızın 

bütün sahələrində ciddi çevrilişlər 

baş verdi. Əgər müqayisə aparsaq 

görərik ki, 1991-ci ildə hakimiyyətə xalq 

cəbhəsinin səriştəsiz nümayəndələrinin 

gəlişilə ölkə gerilədi. Bu, özünü bütün 

sahələrdə, xüsusən də iqtisadiyyatda 

bariz  şəkildə göstərdi. Mən, 1993-cü 

ildə neft sənayesinin rəhbərliyinə gələn 

bir şəxs kimi adı çəkilən sahənin daha 

ciddi zərər çəkdiyinin  şahidi olmuşam. 

Həmin illərdə səriştəsiz insanlar peşəkar 

kadrları  əvəzləmişdi ki, bu da xalq 

cəbhəsinin  ən böyük səhvlərindən biri 

idi. Onlara elə gəlirdi ki, Azərbaycanın 

iri iqtisadiyyat sahələrinə  rəhbərlik 

etmək olduqca asandır və bunun üçün 

heç bir bilik, təcrübə, idarəetmə elminə 

sahib olmaq lazım deyil.  

1980-1990-cı ilərdə sənayedəki böh-

ran vəziyyəti artıq başlasa da o qədər 

də hiss olunmurdu.  Lakin, artlq 1993-cü 

ildə bu, özünü tam aydın şəkildə biruzə 

verdi. O, həmçinin neft sənayesində 

makroiqtisadi göstəricilərində  də 

özünü göstərirdi. Həmin dönəmdə 

neftin çıxarılması sürəti 5-6%-dək, 

qazın çıxarılma sürəti isə 13%-dək 

aşağı enmişdi. Buna görə  də 20 il 

sonra Azərbaycanın nailiyyətlərindən 

danışarkən ölkənin inkişafında yaxşı-

lığa doğru dəyişikliklərin baş verdiyini 

qeyd etməmək mümkün deyil. Hamını 

heyran qoyan fakt o idi ki, Azərbaycan 

qısa tarixi vaxt kəsimində nəinki ictimai 

həyatda, eləcə  də iqtisadi, maliyyə, 

enerji təhlükəsizliyi, bir sözlə bizi 

gündəlik həyatda  əhatə edən bütün 

göstəricilər üzrə köklü  dəyişikliklərə 

nail oldu. 

Neft hasilatına gəldikdə, təkcə onu 

qeyd etmək kifayətdir ki, o, 1991-ci 

ildə 9 mln tondan hazırda ildə 50 mln 

tonadək artmışdır. 1993-94-cü illərdə 

qaz hasilatı 4-5 mlrd. kubmetr oldu-

ğu halda bu gün biz ildə 26 mlrd. 

kubmetrdən çox qaz hasil edirik. Bütün 

bunlara güclü inkişaf yolu ilə nail olun-

muşdur.

Makroiqtisadi göstəricilərdən söhbət 



açarkən biz investisiya artımı, neft 

sənayesinin rekonstruksiyası, yataq-

ların axtarışı  və  kəşfiyyatı, quyuların 

qazılması, yoxlanılması  və istismarı 

sahələrinin dünya standartlarına uyğun 

surətdə tamamilə yeniləndirilməsi 

məsələlərini xüsusi qeyd etməliyik. 

Biz adı  çəkilən sahədəki bütün elmi 

bilikləri təkrar gözdən keçirərək neft 

və qaz yataqlarının mənimsənilməsinin 

qərb stilinə keçdik. Bütün infrastruk-

turu tamamilə  dəyişdik və bu gün bu 

tendensiya  istər qaz olsun, istərsə də 

neft Azərbaycan yataqlarından kənara 

çıxaraq daha geniş  hüdudları  əhatə 

edir.   


Digər  əhəmiyyətli nailiyyətimiz 

odur ki, biz ətraf mühitin mühafizəsi 

tələblərinə riayət etməklə  bərabər 

neft sənayesinin fasiləsiz və etibarlı 

fəaliyyətini təmin etmişik.

Lakin ən əsas nailiyyət ondan ibarətdir 

ki, biz enerji təhlükəsizliyini təmin 

etmişik. Gəlin bugünkü Azərbaycanı 

1990-cı illərlə müqayisə edək. O vaxt 

elektrikin kəsilməsi normal hal kimi 

qəbul edilirdi. O, heç ölkənin paytaxtını 

təmin edə bilmədiyindən, tələbatları 

ödəmək üçün xaricdən təbii qaz almaq 

məcburiyyətində qaldığımz halda,  bu 

gün biz elektrik və  təbii qaz ixracatçı-

sıyıq.


Düşünürəm ki, ən əhəmiyyətli qiyməti 

ölkənin enerji təhlükəsizlik nöqteyi-

nəzərindən vermək lazımdır.  Əgər biz 

bu gün ölkənin enerji təhlükəsizliyini 

təmin edə bilmişiksə, öz iqtisadiyyatı-

mızın və  əhalinin tələbatının inkişafını 

normal  şəkildə mühafizə etmək iqtida-

rında olduğumuzu söyləyiriksə, bu özü 

artıq müstəqilliyimizdən xəbər verir. 

Əgər biz bu gün enerji resurslarımızı 

qonşu ölkələrə ixrac ediriksə, əminliklə 

söyləyə bilərik ki, biz Azərbaycanın 

müstəqillik dövründə çox şeyə nail 

olmuşuq.      

 

CE: Azərbaycanın ümumilli lide-

ri Heydər  Əliyevin enerji siyasəti 

zaman keçdikcə dünya səviyyəsinə 

yüksəlir. Sizcə, Əsrin Müqaviləsini bu 

gün aktual olan enerji təhlükəsizliyi 

anlayışının yaranmasında başlanğıc 

nöqtə adlandırmaq olarmı? Belə ki, 

məhz Azərbaycan ilk olaraq dünyaya 

enerji təhlükəsizliyinin təminatının 

yolunu nümayiş etdirdi.          

Natiq Əliyev: 

Bu, həqiqətən, belədir. 

Müasir  şəraitdə dünya siyasətində 

ölkə  rəhbərinin  şəxsiyyətindən çox 

şey asılıdır.  Əvvəllər kütlənin tari-

xi proseslərin  əsas aparıcı qüvvəsi 

olduğu,  şəxsiyyətin rolu lazımın-

ca qiymətləndirilməyib arxa plana 

çəkilirdi. Bu gün isə şəxsiyyətin tarixdə 

müstəsna rola malik olması faktını öz 

nümunəmizdə aydın görürük. Belə 

“AZƏRBAYCAN 

MÜSTƏQİLLİK DÖVRÜNDƏ ÇOX 

NAİLİYYƏTLƏR ƏLDƏ ETMİŞDİR”

 - 

NATİQ ƏLİYEV

EKSKLÜZİV 




Yüklə 11,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə