50
CASPIAN ENERGY AZƏRBAYCAN N1 (0)`2011 | www.caspenergy.com
İNFRASTRUKTUR
•
Akkord Korporasiyası
yeni uğurlara imza atır
Xaqani Zahid oğlu Quluzadə 6 avqust 1977-ci ildə Gürcüstan Respublikasının
Marneuli rayonunda anadan olub. 2010-cu ilin avqustundan “Akkord” Korporasiyasına
rəhbərlik edir. Akkord Korporasiyasına rəhbərliyə qədər 15 il müddətində Azərbaycanın
aparıcı banklarında aktiv və passivlərin idarə olunması üzrə komitənin rəhbəri, İdarə
Heyəti sədrinin birinci müavini, həmçinin İdarə Heyətinin sədri kimi rəhbər vəzifələrdə
işləmişdir. Avroistiqrazların uğurlu yerləşdirilməsini həyata keçirən İşçi Qrupuna
rəhbərlik etmişdir. Beynəlxalq maliyyə institutları, investisiya fondları və aparıcı
beynəlxalq bankları ilə zəngin iş təcrübəsinə malikdir.
1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin magistraturasını “Maliyyə”
ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdikdən sonra elmi fəaliyyətini Aspiranturada
davam etdirmişdir. 2003-cü ildə “Milli iqtisadiyyatın formalaşması prosesində Dövlət
İnvestisiya Siyasətinin prioritetləri” mövzusunda dissertasiya müdafiə edərək “İqtisad
elmləri namizədi”elmi dərəcəsini almışdır. 2011-ci ilin iyununda Böyük Britaniyanın
Oksford şəhərində nüfuzlu Avropa Biznes Assambleyası tərəfindən təqdim edilən “İlin
menceri” mükafatının laureatıdır. Ailəlidir. Üç övladı var.
Caspian Energy: Cənab Quluzadə,
“Akkord” Korporasiyasına bu gün
regional inşaat-tikinti sektorunda
hansı rol ayrılır?
“Akkord Sənaye Tikinti İnvestisiya
Korporasiyası” ASC-nin Direktorlar
Şurasının sədri, Baş direktoru
Xaqani Quluzadə:
Korporasiya yaran-
dığı gündən Azərbaycanda qeyri-neft
sektorunun inkişafına öz töhfələrini
verərək inşaat-tikinti sahəsində və
infrastruktur layihələrinin həyata
keçirilməsində yeni standartlar yarat-
mağa nail olub. Şirkət qısa müddət
ərzində körpü, tunel və yol-tikinti
layihələrinin reallaşdırılmasında,
yaşayış evlərinin tikintisi və satışı,
həmçinin digər ictimai obyektlərin
tikintisi, tikinti materiallarının istehsalı
və emalı sahəsində liderlik əldə edib.
Bu gun artıq demək olar ki, “Akkord”
Korporasiyası nəinki Azərbaycanın,
ümumilikdə Cənubi Qafqazın inşaat-
tikinti sektorunun liderlərindən biridir.
Bizim missiyamız Azərbaycan
hüdudlarını
aşan, beynəxalq
səviyyədə rəqabətə davamlı transmilli
korporasiyaya çevrilməkdir. Bununla
da Azərbaycanın iqtisadi inkişafında,
ölkəmizin ixrac potensialının daha da
gücləndirilməsində yaxından iştirak
etməyi nəzərdə tuturuq.
Ümumilikdə, “Akkord” Korporasi-
yasının məqsəd və strategiya-
sı müasirliklə milliliyin vəhdətindən
doğan yeni və təhlükəsiz tikililər yarat-
maqla Azərbaycanın tikinti tarixində
layiqli iz qoymaq, vacib regional
layihələrdə iştirak etməklə Qafqaz və
Avrasiya məkanının tikinti, sənaye və
investisiya sektorlarında nüfuzunu
möhkəmlətməkdən ibarətdir.
CE: “Akkord” Korporasiyası
hansı beynəlxalq layihələrdə iştirak
edir?
Xaqani Quluzadə:
Biz bu gün
Azərbaycandan kənarda 14 beynəlxalq
layihədə iştirak edirik. Bu yaxınlarda,
noyabrın 28-də biz onlardan ikisini -
Sveneti-Ruisi yolunun və iki istiqamətli
tunelin tikintisini Gürcüstanda təhvil
verdik. Yolun və tunelin təntənəli açı-
lış mərasimində Gürcustan prezidenti
Mixael Saakaşvili, regionlarin inkişafı
və infrastruktur naziri R.Nikolaişvili və
digər rəsmilər də iştirak etdilər .
Gürcüstanda Sveneti-Ruisi yolu-
nun beton örtüklə tikintisi üzrə
keçirilən tenderin qalibləri sırasına
biz 2009-cu ilin iyul ayının 9-da
daxil olmuşduq. Bu layihə 3 lotdan
ibarətdir və Korporasiya tərəfindən
tikilən yolun uzunluğu iki istiqamət
üzrə 15 km təşkil edir. 1-ci və 2-ci
lot üzrə “Akkord” Korporasiyasının
Gürcüstandakı törəmə şirkəti olan
“Akkord-Georgia” bilavasitə kontrak-
tor/icraçı kimi çıxış edir. Layihə üzrə
1-ci lot: ümumi 4500 m/5 körpü, 26
boru keçidi, 2 bokskalvert, 2 asfalt
ötürücü; 2-ci lot: ümumi 1450 m/1
körpü-estakada (877 m)/Dairəvi yol:
2154 m/1 körpü (160 m), 5 boru-
keçid (1500 mm - diametr), 78 m
uzunluqlu 500 mm-lik boru keçidi-
nin tikintisini nəzərdə tuturdu. 3-cü
lotda ümumi yolun uzunluğu 8331 m
olmaqla 780 m x 2 ikitərəfli tunel, 2
bokskalvert, 3 boru keçidinin inşası
nəzərdə tutulur. Bu layihə Dünya
Bankı tərəfindən maliyyələşdirilir.
I-ci avtoban yol kateqoriyasına
daxil olub. Vacib strateji əhəmiyyət
daşımaqla yanaşı, bu yol həm də
Gürcüstanı Rusiya və Türkiyə ilə
bağlayan ümumi magistralın tərkib
hissəsidir. “Akkord-Georgia” tikinti
işlərinə 2009-cu ilin 15 iyul tarixində
başlamaqla bu layihəni yüksək
keyfiyyətlə yerinə yetirmək üçün
səylə çalışmışdır. Bunun üçün tikinti
sahəsinə 900-dən çox mütəxəssis
və işçi, 600 texniki avadanlıq cəlb
edilmiş, 4 beton zavodu, 3 daşdoğ-
rayan, 2 asfalt zavodu və 1 beton
plitələr və boruların istehsalı zavodu
tikilmiş, həmçinin qaraj, laboratoriya,
yataqxana, işçilər ücün yeməkxana,
tibb mərkəzi, ofis və s. inşa edilmiş-
dir.
Hazırda layihə üzrə 1-ci və 3-cü lot
üzrə işlər yekunlaşdırılıb və qarşıya
qoyulan məqsəd tam yerinə yetirilib.
1-ci lotda uzunluğu 4750 m beton
örtüklü və uzunluğu 1202 m asfalt
yollar salınıb, körpülər tikilib. 2-ci
lot üzrə işlərin əsas hissəsi yerinə