1. Beynəlxalq hüququn mahiyyəti, predmeti və sistemi



Yüklə 93,38 Kb.
səhifə13/43
tarix24.01.2022
ölçüsü93,38 Kb.
#83104
1   ...   9   10   11   12   13   14   15   16   ...   43
Huquq 75

1, Nümayəndəliyin binalarının toxunulmazlığı
Qəbul edən dövlətin hakimiyyət orqanlan diplomatik nümayəndəliyin başçısının icazəsi olmadan nümayəndəliyin ərazisinə və onun binalanna daxil ola bilməzlər. Binalann özü, onlann içində olan əmlak, habelə nəqliyyat vasitələri axtanşa, rekvizisiyaya, həbsə və icra hərəkətlərinə məruz qala bilməz. 1961-ci il Konven

siyasında (22-ci maddə) göstərilir ki, qəbul edən dövlət diplomatik nümayəndəliyin binalarını istənilən müdaxilədən və ya zərər yetirilməsindən qorumaq, nümayəndəliyin rahatlığının hər cür pozulması hallarının və ya onun ləyaqətinin təhqir edilməsinin qarşısını almaq üçün bütün müvafiq tədbirləri görməlidir.

2. Fiskal immuniteti
Nümayəndəliyin binaları bütün dövlət və bələdiyyə vergi və rüsumlarından (konkret xidmətlərə görə ödəniş haqqından başqa) azaddır.

3. Arxiv V3 sənədlərin toxunulmazlığı


Nümayəndəliyin bütün arxivləri, sənədləri və habelə rəsmi yazışmaları toxunulmazdır.

4. Nümayəndəliyin öz dövlətinin hökuməti və digər diploma^- tik nümayəndəlikləri ilə əlaqədə olmaq azadlığı


Bu əlaqələri həyata keçirmək üçün nümayəndəlik bütün müvafiq vasitələrdən, o cümlədən diplomatik kuryerlərdən sərbəst və maneəsiz istifadə edə bilər. 1961-ci il Vyana Konvensiyası habelə diplomatik poçtu təyinatı üzrə çatdırdığı ana qədər immunitetə malik olan müvəqqəti (ad hoc) kuryerlərin təyin olunmasını mümkün sayır.

5. Gömrük imtiyazları


Diplomatik nümayəndəlik öz rəsmi istifadəsi üçün ölkəyə gətirdiyi və ölkədən çıxardığı mallara görə gömrük rüsumları ödəməkdən azaddır.

6» Bayraq və emblemdən istifadə hüququ

Diplomatik nümayəndəlik və onun başçısı nümayəndəliyin binalan üzərində və nəqliyyat vasitələrində öz dövlətinin bayraq və emblemindən sərbəst istifadə edə bilər.

Şəxsi imtiyaz və immunitetlər, yəni diplomatik nümayəndəliyin başçısının və diplomatik heyətinin digər üzvlərinin (habelə onların ailə üzvlərinin) imtiyaz və immunitetləri aşağıdakılardan ibarətdir:

1) şəxsi toxunulmazlıq;

2) mənzil toxunulmazlığı;

3) yurisdiksiya immuniteti;

4) fiskal immuniteti;
5) gömrük imtiyazları;

6) hərbi və digər şəxsi mükəlləfiyyətlərdən azad olunma. İnzibati-texniki heyətin üzvləri də, demək olar ki, eyni imtiyaz

və immunitetlərdən istifadə edirlər. Bu şəxslərin mülki-hüquqi və inzibati yurisdiksiyadan immuniteti onlar yalnız öz xidməti vəzifələrini icra etdiyi zaman qüvvədə olur.



Xidmətçi heyətin üzvləri xidməti vəzifələrini icra etdikləri zaman törətdikləri hərəkətlərlə bağlı immunitetə malikdirlər və onlar aldıqları məvacibdən vergi və rüsum ödəməkdən azaddırlar.
27.Konsulluq anlayışı və funksiyasları

Konsulluq funksiyalan xüsusi konsulluq idarələri tərəfindən və ya tərkibində konsulluq şöbələri olan diplomatik nümayəndəliklər tərəfindən həyata keçirilir. Konsulluq idarələrinin dörd növü vardır: 1) baş konsulluqlar; 2) konsulluqlar; 3) vitse-konsulluqlar və 4) konsul agentlikləri. Buna uyğun olaraq, dörd konsul dərəcəsi mövcuddur: 1) baş konsul; 2) konsul; 3) vitse-konsul və 4) konsul agenti.

Bəzi dövlətlər öz praktikasında fəxri və ya ştatdankənar konsullardan istifadə edir.
Konsulluq münasibətləri haqqında 1963-cü il Vyana Konvensiyasına görə, konsulluqlar aşağıdakı funksiyaları həyata keçirir:

1) öz dövlətinin, onun hüquqi şəxslərinin və vətəndaşlarının mənafelərini qorumaq;

2) öz dövləti ilə qəbul edən dövlət arasında ticarət, iqtisadi, mədəni, elmi və digər əlaqələrin inkişafına yardım göstərmək;

3) konsulluq dairəsinin iqtisadi, hüquqi və siyasi həyatına dair məlumat toplamaq və öz dövlətinin xarici işlər nazirliyinə çatdırmaq;

4) öz dövlətinin vətəndaşları üçün inzibati və notariat funksi- yalan həyata keçirmək;

5) öz dövlətinin dəniz və hava gəmilərinə, digər nəqliyyat növlərinə və onların heyətinə münasibətdə müəyyən vəzifələr yerinə yetirmək;

6) öz dövlətinə səfər edən əcnəbilərə vizalar vernıək və s.
1963-cü il Konvensiyasına görə, konsulluq idarəsinin heyəti üç kateqoriyaya bölünür:

1) konsulluq xidmətində olan və konsulluq funksiyalanm yerinə yetirən vəzifəli şəxslər;

2) inzibati-texniki iş yerinə yetirən konsul qulluqçuları;

3) xidmətçi heyət.


Azərbaycan Respublikası konsulluqlarının heyəti, funksiyaları, funksiyalann həyata keçirilməsi qaydası və digər məsələlər Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Konsul Nizamnaməsində öz əksini tapmışdır.

28.İnsan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri.

1-Beynəlxalq insan hüquqlan hüququnun yuxanda verdiyimiz tərifindənaydın görünür ki, bu sahədə mövcud olan bütün normativ massivi iki hissəyə ayırmaq olar: 1) hüquqi mexanizm (dövlətlərin maddi xarakterli öhdəliklərini nəzərdə tutan normalar; 2) imple- mentasiya mexanizmi (insan hüquqlarının həyata keçirilməsi üzərində nəzarət mexanizmlərini (bunlara bəzən institusionalmexa- nizmlər də deyirlər) müəyyən edən normalar. Bu bölgü əksər beynəlxalq müqavilələrin strukturunda öz əksini tapmışdır. Belə ki, müqavilələrin ilk bölmələrində, adətən, maddi normalar təsbit olunur, qalan hissədə isə müvafiq nəzarət orqanının təşkili və fəaliyyətinin hüquqi əsasları müəyyən edilir. Məsələn, üç bölmədən ibarət olan Avropa İnsan Hüquqlan Konvensiyasının I bölməsi ay- rı-ayn insan hüquqlarına, II bölməsi isə Avropa İnsan Hüquqları Məhkəməsinə həsr olunmuşdur. Burada bir şeyi əlavə edək ki, institusional mexanizmlərdigər beynəlxalq sənədlərdə, məsələn, beynəlxalq orqan və ya təşkilatların qətnamələrində də nəzərdə tutula bilər.İnsan hüquqlarının bcynəlxalq-hüquqi müdafiəsi sahəsində mövcud olan mexanizmlər müxtəlif xarakterə malikdir. Bu mexanizmlər həm universal, həm də regional səviyyədə mövcuddur.Yaradılması əsasına göroinstitusionalmcxanizmlor müqavilə və qeyri-müqavilə mexanizmlərinə bölünür.Müqavilə mexanizmləri beynəlxalq müqavilələrdə nəzərdə tutulmuşdur. Bu mexanizmlər, bir qayda olaraq, aşağıdakı səlahiyyətlərə

malik olur: a) dövlətlərin müvafiq müqavilədən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi haqqında məruzələrinin dinlənil- məsi; b) yerlərdə ümumi situasiyanın öyrənilməsi və ya konkret problemin həlli ilə bağlı təhqiqatlann

apanlması; v) insan hüquqla- nnınpozulmasını iddia edən fərdi və ya dövlətlərarası şikayətlərə baxılması.Universal səviyyədə mövcud olan müqavilə mexanizmləri aşağıdakılardır: İnsan hüquqları komitəsi: İrqi ayrı-seçkiliyin ləğvi üzrə komitə; İşgəncə əleyhinə komitə; İşgəncənin qarşısının alınması üzrə Altkomitə; Qadınlara qarşı irqi ayrı-seçkiliyin ləğvi üzrə komitə: Bütün miqrant işçilərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitə; Uşaq hüquqları komitəsi; Üçlər qrupu; Əlillərin hüquqları üzrə Komitə; Məcburi yoxa çıxmalar üzrə Komitə. Buraya habelə İqtisadi, sosial və mədəni hüquqlar haqqında Paktın yerinə yetirilməsinə nəzarət edən, amma əslində Paktın əsasında deyil, EKOSOK-un qətnaməsinə uyğun olaraq 1985-ci ildə təsis olunmuş İqtisadi, sosial və mədəni hüquqlar üzrə komitəni, Beynəlxalq Əmək Təşkilatı və YUNESKO çərçivəsində fəaliyyət göstərən insan hüquqlannm müdafiəsi mexanizmlərini əlavə etmək olar. Yuxarıda sadalanan orqanlardan ilk beşi fərdi və dövlətlərarası şikayətlərə baxmaq səlahiyyətinə malikdir.
2-İnsan hüquqlarının müdafiəsinin beynəlxalq hüquqi mexanizmi adətən nəzarət adlanır, çünki mexanizm daxilində fəaliyyət göstərən orqanların əsas funksiyası dövlətlər tərəfindən insan hüquqları ilə bağlı beynəlxalq hüquq çərçivəsində öz öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etməkdir. Hər bir ölkənin beynəlxalq konvensiyaları öz daxili qanunvericiliyinə daxil etmək üçün öz üsulları var. Bununla belə, reallıqda bu üsulların əsas fərqləri yoxdur, çünki hər yerdə onların qəbulu və ratifikasiyası prosedurlarından danışırıq. İnsan hüquqları sahəsində hüquqi normaların həyata keçirilməsinin beynəlxalq mexanizmi hələ universal və məcburi deyil, lakin dövlətlər BMT-nin qərarlarına əsasən, Beynəlxalq İnsan Hüquqları Komitəsinə hesabat təqdim etməyə borcludurlar. Hüquq və azadlıqların müdafiəsinin beynəlxalq mexanizmləri həm dünya birliyi səviyyəsində (ilk növbədə Birləşmiş Millətlər Təşkilatı çərçivəsində), həm də digər çoxtərəfli səviyyədə (Avropa Şurası, MDB, formalaşmaqda olan Avrasiya İttifaqı və s.) fəaliyyət göstərir. Belə təşkilatların və onların orqanlarının sayı müxtəlifdir.

“İnsan hüquq və azadlıqlarına riayət olunmasına beynəlxalq nəzarət aşağıdakı formalarda həyata keçirilir:

(1) dövlətlərin bu sahədə öz öhdəliklərinin yerinə yetirilməsi barədə dövri hesabatlarına baxılması;

(2) bu cür öhdəliklərin pozulmasına görə dövlətlərin bir-birinə qarşı iddialarına baxılması;

(3) ayrı-ayrı şəxslərin, ayrı-ayrı şəxslər qruplarının, qeyri-hökumət təşkilatlarının hüquqlarının dövlət tərəfindən pozulması ilə bağlı fərdi şikayətlərinə baxılması;

(4) insan hüquqlarının iddia edilən və ya müəyyən edilmiş pozuntuları ilə bağlı halların öyrənilməsi (tədqiqat, təhqiqat) (xüsusi işçi qrupları, məruzəçilər, nümayəndələr və s.);

(5) insan hüquqlarının həyata keçirilməsi ilə bağlı dövlət hökuməti ilə dialoq aparmaq və ya onların həyata keçirilməsi üçün proqramların hazırlanmasına kömək etmək.

29. Avropa Məhkəməsinin fəaliyyətinin əsas istiqamətləri və Azərbaycan Respublikası

30.Beynəlxalq humanitar hüququn normaları və prinsipləri.
Beynəlxalq humanitar hüquq onun məqsəd və vəzifələrini əks etdirən bir sıra prinsiplərə söykənir. Bu prinsiplər aşağıdakılardır:

a) silahlı münaqişələrin humanistləşdirilməsi; bu, əslində beynəlxalq humanitar hüququn başlıca prinsipidir.

b) döyüş aparılmasının metod və vasitələrinin seçilməsində vuruşan tərəflərin üzərinə məhdudiyyətlər qoyulması;

c) müharibə qurbanlarının bcynəlxalq-hüquqi müdafiəsi;


ç) mülki obyektlərin və mədəni mülkiyyətin mühafizəsi;

d) hərbi zərurətin və ictimai qaydanın qorunmasının insana hörmətlə uzlaşdırılması;

e) düşmən tərəfə, müharibənin məqsədinə (məsələn, düşmənin hərbi gücünün məhv edilməsi və ya zəiflədilməsi və s.) uyğun gəlməyən ziyan vurulmasının yolverilməzliyi;
ə) neytral dövlətlərin mənafelərinin qorunması.

Beynəlxalq humanitar hüququ təşkil edən bütün normativ massivi ən yığcam formada belə ifadə etmək olar:

1. Sıradan çıxmış şəxslər, habelə hərbi əməliyyatlarda bilavasitə iştirak etməyən şəxslər, xüsusilə mülki əhali, onlann həyatma və fiziki toxunulmazlığına hörmət edilməsi hüququna malikdirlər. Bütün hallarda onlarla heç bir fərq qoyulmadan, insani rəftar edilməlidir.

2. Təslim olan və ya hərbi əməliyyatlarda artıq iştirak etməyən düşməni öldürmək və ya ona xəsarət yetirmək qadağandır.

3. Yaralılar və xəstələr yerdən götürülməli və onlara lazımi yardım göstərilməlidir. Tibbi heyət, tibbi müəssisələr və nəqliyyat edilməlidir.

4. Əsir götürülmüş döyüş iştirakçıları (kombatantlar) və düşmən tərəfin əlində olan mülki şəxslər onların həyatına, ləyaqətinə, şəxsi hüquqlarına və əqidələrinə hörmət edilməsi hüququna malikdirlər. Onlar istənilən zorakılıq aktlarından müdafiə olunmalıdırlar. Onlar öz ailələri ilə məktublaşmaq və kömək almaq hüququna malik olmalıdırlar.

5. Hər kəsin əsas məhkəmə təminatlanna hüququ vardır. Heç kəs törətmədiyi hərəkətlərə görə məsuliyyət daşımır. Heç kəs fiziki və ya psixi işgəncələrə, cismani cəzalara, qəddar və ya alçaldıcı rəftara məruz qalmamalıdır.

6. Münaqişənin tərəflərinin və onlann silahlı qüvvələrinin döyüş apanimasının metod və vasitələrini seçmək hüququ qeyri-məhdud deyildir. Artıq dağıntılar və ya hədsiz əzab-əziyyət törətməyə qabil olan silahlann və döyüş apaniması metodlannm tətbiqi qadağandır.

7. Münaqişənin tərəfləri, mülki əhalini və mülki obyektləri qorumaq məqsədilə mülki əhali və kombatantlar arasında həmişə fərq qoymalıdırlar. Nə bütövlükdə mülki əhali, nə də ayn-ayn mülki şəxslər hücuma məruz qalmamalıdır. Hücum yalnız hərbi obyektlərə qarşı yönəlməlidir.



  1. Yüklə 93,38 Kb.

    Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə