1. Dəmiryol nəqliyyatı və onun vahid nəqliyyat sistemində rolu


Qatarların hərəkətinin təşkili (TİQ)



Yüklə 10,11 Mb.
səhifə37/41
tarix19.04.2023
ölçüsü10,11 Mb.
#106418
1   ...   33   34   35   36   37   38   39   40   41
Dəmiryol nəqliyyatının hərəkət vasitələri

90.Qatarların hərəkətinin təşkili (TİQ)
Hərəkət qrafiki qatarların hərəkətinin təşkilinin əsasıdır, bütün bölmələrin fəaliyyətini ümumiləşdirir və dəmir yolunun istismar işinin planını ifadə edir. Qatarların hərəkət qrafiki dəmiryolu nəqliyyatı işçiləri üçün dəyişdirilməz qanundur, onun yerinə yetirilməsi ən mühüm keyfiyyət göstəricilərindən biridir. Qatarların hərəkət qrafikini “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri və ya onun birinci müavini təsdiq edir. Qatarların hərəkət qrafikinə ciddi riayət etmək və pozulmasının qarşısını almaq qatarların hərəkətinin təşkili ilə əlaqədar olan bütün işçilər üçün başlıca vəzifədir. Qatarların qrafik üzrə hərəkəti stansiyaların, depoların, dartı yarımstansiyalarının, texniki xidmət məntəqələrinin və dəmir yolunun hərəkətlə əlaqədar olan başqa bölmələrinin işləri düzgün təşkil etmələri və texnoloji prosesi yerinə yetirmələri nəticəsində təmin edilir. Qatarların hərəkət qrafikinin pozulması yol verilməzdir. Müstəsna hallarda texniki qurğuların nasazlığı və ya təbii fəlakət nəticəsində qatarların hərəkət qrafikinin pozulması baş verərsə bütün xidmətlərin işçiləri gecikən sərnişin və yük qatarlarının qrafikə salınmasında operativ tədbirlər görməli və onların təhlükəsiz hərəkətini təmin etməlidirlər. Qatarların hərəkət qrafiki aşağıdakıları təmin etməlidir: - sərnişinlərin və yüklərin daşınma tələbatının yerinə yetirilməsini; - qatarların hərəkətinin təhlükəsizliyini; - stansiyaların iş görmə, sahələrin buraxma və daşıma qabiliyyətindən səmərəli istifadəni; - hərəkət tərkibindən səmərəli istifadəni; - lokomotiv briqadalarının müəyyən edilmiş fasiləsiz işə riayyət etməsini; - yolların, tikililərin, İMB, rabitə və elektrik təchizatı qurğularının cari saxlanması və təmiri işlərinin aparılmasının mümkünlüyünü.


91.İşarələr, svetoforlar (İVT)
İşarələr
Texniki İstismar Qaydalarına müvafiq olaraq dəmiryol işçiləri işarələrin tələbini yerinə yetirmək üçün bütün vasitələrdən istifadə etməyə borcludurlar. Dəmiryol nəqliyyatında işarə sözünü işarə qurğusu və onun göstəricisi kimi başa düşürlər. Işarəvermə dəmir yolunda görünənlərə və səslənənlərə bölünürlər. Görünən işıq işarələrinin səs işarələrindən üstün cəhəti ondan ibarətdir ki, uzaq məsafədən görünür. Görünən işarələrə svetaforlar (işıqfor), bayraqcıqlar, fənərlər, lövhə və disklər aiddir. Belə işarələr TİQ-ə, İşarəvermə və rabitə təlimatına uyğun yerləşdiriir. Görünən işarələr işarəverici cihazın tipindən asılı olaraq daimilərə (svetaforlar, dəmir yolunun təyin olunmuş yerlərində qurulur, lokomotiv svetoforları), köçürülənlərə (lövhələr, bayraqcıqlar, dirəkdən asılmış fənərlər), qatar işarələrinə (bayraqcıqlar, disklər). Qatar işarələrinə şəffaf ağ, qırmızı və sarı işığı olan əl fənəri, qırmızı və sarı bayraqcıq və qırmızı disk aiddir. Belə işarələr qatarın əvvəlini və sonunu bildirir. Sayına, rənginə görə qatarın hansı yolla hərəkət etdiyini təyin etmək olar. Əl işarəsi bildirmək üçün qırmızı və sarı bayraqcıqdan, qırmızı, sarı, yaşıl, şəffaf ağ rəngli işığı olan əl fənərindən, bir tərəfi ağ, o biri tərəfi isə qırmızı rəngli diskdən istifadə edirlər. Əl işarələrinin köməkliyi ilə lokomotiv maşinistlərinə qatarı saxlamaq, yola düşmək, təyin olunmuş sürətlə hərəkəti davam etdirmək və ya sürəti azaltmaq işarəsi bildirilir.
Səsli işarələr səslərin sayı ilə təyin olunur. Səsli işarələrə lokomotivin, motor-vaqonlu qatarın (drezinin) fiti, zənglər, əl fiti, sirenalar və s. aiddir. İşarə nişanları daimi, xəbərdaredici və müvəqqəti növlərə bölünürlər. Müvəqqəti nişanlar təmir tikinti işləri yerinə yetirilən zaman və sahədə qar təmizləmə işləri aparılarkən qurulur.Səsli işarələr işıqlanma ilə təmin olunmur və elə qurulur ki, qatarın projektoru onu işıqlandıra bilsin.

Yüklə 10,11 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə