Say 3 • Noyabr • 2011 |
STRATEJİ TƏHLİL
29
adından göründüyü kimi, dövlətə, hüquqa, siyasətə dair ümumi baxışlar sis-
temi təşkil edir. Siyasi-hüquqi təlimlər tarixi dövlətin mövcud olduğu konkret
tarixi reallıqla bağlıdır. İndiyə qədər gəlib çatan doktrinalar dövlətə dair zəngin
irsi təşkil etsə də, yeni yaranan müstəqil dövlətçiliyin mahiyyəti və dəyərinin
dərk edilməsini təmin etmək iqtidarında deyil.
Milli dövlət quruculuğunun dünya elmi ilə müqayisəli şəkildə tədqiqi
-
müqayisəli (komparativ) dövlətşünaslıq həm nəzəri, həm də praktiki ba-
xımdan onun qarşılıqlı zənginləşməsinə imkan verir. Ən vacibi odur ki, milli
dövlət quruculuğunun özünəməxsusluğu və fərqli aspektləri məhz müqayisəli
dövlətşünaslıq kontekstində daha açıq şəkildə nəzərə çarpır. Zamanın sına-
ğından çıxmağa hansı dövlətçilik modelinin imkan verdiyi aydın olur. Xarici
təcrübənin mexaniki tətbiqinin yolverilməz olduğunu aşkara çıxarır. Müqayisəli
dövlətşünaslıq praktiki və nəzəri baxımdan öz dövlət identikliyini daha ay-
dın və əminliklə müəyyən etməyə, dövlət liderlərinin siyasi dühasının miq-
yas və mahiyyətini dərk etməyə imkan yaradır. O, yalnız bu sahədə işləyən
alim və tədqiqatçılar üçün deyil, həm də cəmiyyətdə bütün maraqlı olanlar,
o cümlədən gənclər üçün dövlətçiliyin mahiyyətinin başa düşülməsinə yar-
dımçı olur. Belə tədqiqatların aparılması və dünya dillərinə tərcümə edilməsi
Azərbaycanın dünyaya tanıdılmasına da mühüm töhfə ola bilər.
Müqayisəli dövlətşünalıq, “hər şey müqayisədə bilinir” deyiminin özünü
doğrultduğu bir istiqamətdir.
Dövlətşünaslıq elmlərarası fənn kimi müxtəlif elmi tədqiqatların qovşa-
ğında formalaşa və inkişaf edə bilər. Bu yanaşmanın alternativi yoxdur. Yalnız
fəlsəfi, tarixi-siyasi, hüquqi, ideoloji-mənəvi aspektlərin sintezi dövlət insti-
tutunun həm yaranması, həm onun inkişaf xüsusiyyətləri, həm də universal
və unikal təcrübənin çoxçalarlı cəhətlərini yaratmaqla ümumi dövlətşünaslıq
nəzəriyyəsinin - bu mürəkkəb fenomenin bütöv mənzərəsinin formalaşmasına
imkan verir, elmi təsəvvürlərin fraqmentarlıqdan uzaq olan kompleks sintezini
verməklə aydın təsəvvürlər yaradır.
Dövlət və millət nəzəriyyəsi çox mürəkkəb mövzu
kimi dövləti təsvir edən,
yaxud bu və ya digər siyasi konsepsiyanın əsasında duran nəzəriyyələrə qar-
şı müəyyən və aşkar münasibət tələb edir. Kurt Hyubner bu məsələni belə
müəyyən edir: “Tarixi inkişafa Platondan başlayaraq müasir dövrə qədər nəzər
salsaq, dövlət, millət, fərd və cəmiyyət ideyası ilə bağlı mənəvi çəkişmələri
şərh etməyə çalışsaq, maarifçilikdə müasir dövlət probleminin kəskinləşdiyini,
romantizmdə onların həll edilməsi cəhdlərini, bunun ardınca hər şeyin tənəzzül
etdiyini və təhrif edildiyini, nələrin əldə edildiyini, nə arzu edildiyini və nəyə
ümid edildiyini izləsək, məhz o zaman müasir siyasi fəlsəfənin qüsurlarını
bütünlüklə dərk edə bilərik”. [5]
Son illərdə dövlətə dair Qərb cərəyanlarına geniş istinad edilməsi, oradakı
müddəaların lazım oldu-olmadı analitik araşdırmalara, oradan da normativ
sənədlərə yol açması meylləri vüsət almışdır.
STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
30
Fransız alimi P.Burdyeyə görə: “Əgər biz dövləti hələ də onu dərk
etmək istəyənlərin (məsələn, Hegel, yaxud Dürkheym) fikirləri əsasında
müəyyənləşdirmək, anlamaq istəyiriksə, onda təhlil edənin təfəkkürünü və
təhlil etmək istədiyimiz həqiqətlə bağlı bütün gümanları və ilkin tədqiqatları
sual altında qoymağa çalışmalıyıq”. [3]
Bütövlükdə dövlətçilik nəzəriyyəsi qarşısında aktual mahiyyət daşıyan bir
sıra problemlər dayanır. Onları ən ümumi şəkildə sual kimi ifadə etmək istəsək
belə səslənir: Müasir dövlət və konkret olaraq Azərbaycan dövləti nə dərəcədə
klassik suverenlik formasını qoruyub saxlamaq və qlobal imperiyanı xatırla-
dan iyerarxiya sisteminin bir hissəsinə çevrilməyərək müstəqil inkişaf etmək
perspektivlərinə malikdir? Planet qlobal iqtisadi əlaqələr və kommunikasiya
şəbəkələri ilə heç bir ənənəvi mədəniyyətə uyğun olmayan, standart mədəni
kodlar və həyat tərzində mövcud olan eyni stereotiplərə “bürünəcəyi” təqdirdə
dövlətlər arasında fərq nə dərəcədə saxlanacaq?
Qərb
dünyasının
dəyərlərinin
genişlənməsi nəticəsində ilk növbədə
dövlətçiliyin
ali
dəyər
mahiyyəti,
özünəməxsusluğu aradan qalxır, “kosmo-
polit” kütlə mədəniyyəti “iri addımlarla”
irəliləyir. Ənənələrin tənəzzülünün təbii da-
vamı kimi müasir dövrün bu “təzə” meyli
liberal ehkamların və transiqtisadi maraqla-
rın təsiri altında genişlənən “dövlətsizləşmə”
çağırışları ilə səsləşir. Müasir qloballaşma
nəzəriyyəsi tarixin sonu, “qızıl milyardlar” və
sivilizasiyaların toqquşması haqqında olan
müasir Qərb ideyalarının başqa cür şərhidir.
Bu konsepsiyaya görə, dövlət öz mahiyyətini itirmiş varlıq hesab edilir. Belə ki,
liberallar xalqlar arasında sərhədlərin pozulmasını təbii hesab edirlər. Ümum-
milli lider Heydər Əliyevin dövlətçilik qarşısında
xidmətləri, xalqımızın milli
ruhu, tarixi-təbii potensialımız sayəsində Azərbaycan qısa zamanda özündə
qüvvə taparaq milli maraqları və suverenliyi davamlı yaşadan cəmiyyət for-
malaşdıra bilib. Bir çox dövlətləri milli quruculuğa sövq edən əvvəlki – liberal,
kommunist və s. utopiyalar tam, yaxud müəyyən mənada öz potensialını itirib.
Buna görə də hazırda dövlətçiliyin etatist konsepsiyası zənginləşdirilməlidir.
İlk növbədə isə “müasir dövlət” fenomeni hərtərəfli dərk edilməlidir.
“Müasir dövlət” yeni fenomen kimi.
Müasir dövlətin əsas xüsusiyyətləri və meyarları
XXI əsrin hər yeni gələn ili dövlət haqqında ənənəvi mövcud olan
təsəvvürlərə düzəliş edir. Bu düzəlişlər sırasında obyektiv siyasi-tarixi reallıq-
Ümummilli lider Heydər
Əliyevin dövlətçilik qarşısın-
da xidmətləri, xalqımızın milli
ruhu, tarixi-təbii potensialımız
sayəsində Azərbaycan qısa
zamanda özündə qüvvə tapa-
raq milli maraqları və suveren-
liyi davamlı yaşadan cəmiyyət
formalaşdıra bilib.