1. Təsviri incəsənət kursunun məzmunu, məqsədi və vəzifələri


Orta qrupda təsviri fəaliyyət təliminin məzmunu



Yüklə 301,97 Kb.
səhifə29/64
tarix15.05.2022
ölçüsü301,97 Kb.
#87106
1   ...   25   26   27   28   29   30   31   32   ...   64
tesviriince

13.Orta qrupda təsviri fəaliyyət təliminin məzmunu.

3 yaşdan 4 yaşa qədərki 1 il ərzində uşaq böyük inkişaf yolu keçir: Təkcə onun boyu və çəkisi artmır, həm də psixi proseslər təkmilləşir. Diqqət daha sabit mahiyyət təşkil edir, dəqiqləşir, görmə, eşitmə, duyma qabiliyyətləri fərqlənir. Uşaqlar kifayət qədər mürəkkəb formalı, müxtəlif rəngləri ayırmağı öyrənirlər. Onların estetik hissləri və münasibətləri inkişaf edir. Uşaqların mahnıların, nağıllarınŞ şeirlərin, illüstrasiyaların məzmununa cavab vermək qabiliyyəti artır. Onlar obrazların ifadəli xüsusiyyətlərini rəsmdə, yapmada, aplikasiyada əks etdirməyə çalışırlar. Bütün bunlar təsviri incəsənət məsələlərini mürəkkəbləşdirmək imkanı verir. Orta qrupda uşaqlar bir və bir neçə hissədən ibarət müxtəlif formalı əşyaları təsvir etmək bacarığını (əvvəlki qrupda mənimsənilən) möhkəmləndirir, hissələrin yerləşməsini, əşyaların rəngini, səciyyəvi xüsusiyyətlərini vermək öyrənirlər.

Sonrakı təlim dairəvi(dairə və oval) və düzbucaqlı formaların fərqləndirilməsi (müxtəlif praporsiyalı düzbucaqlıların: uzun və gödık, ensiz və enli və kvadratın fərqlənməsi) istiqamətində aparılır.rəsmdə, aplikasiyada usaqlar əşyaların ucbucaqlı formasını mınimsıyirlər. Usaqlara əşyaların həcminə və yerləşməsinə görə üfiqi və şaquli fərqini verməyi, düz xətt və müxtəlif istiqamətli qövsləri təsvir etməyi öyrətmək lazımdır. Bu forma əmələ gətirmə hərəkətlərinin, onların dəqiqliyinin fərqlənməsini tələb edir: ancaq dairavi forma deyil dairəvi və oval formaları əşyalar təsvir edilir.

Məsələn; usaqlar və kürəciklər və yumurtalar çəkmək tapşırığı alırlar. Onlar tezliklə bu işin ğhdəsindən gələ bilmirlər: dairəvi əşyalar uzunsov, oval isə dairəvi alınır. Rəsmdə heç nəyi dəyişmək, düzəltmək meümkün olmadığından dəqiq formaı vermək xüsusuilə çətindir. Nəinki yapma və aplikasiyada( alınmayan hissəni qoparmaq, yenidən kəsmək olar). Ona gərə də əvvəlcə uşaqlara rəsm üçün forması kəskin fərqlənən əşyaları vermək lazımdır ki, uşaqlar forma əmələ gətirən hərəkətlərin fərqini başa düşsünlər( Məsələn, alma və xiyar). Oval təsvir ( xiyar) zamanı usaqlar üçün yeni hərəkətlərin mənimsənilməsinə müəllimin əvvəlcə əşyanın nəzərdən keçirilməsi, sonra isə təsviri prosesinin müsayət edən izahı kömək edəcək. Xiyar kontur boyunca barmaqların köməyi ilə çəkərək demək lazımdır. “Yumuru, uzun, yenidən dairəvi və yenidən uzun tətəf”. Bu sözləri təsvir usullarının nümayişi zamanı da demək lazımdır. Təlimin belə ardıcıllığı zamanı hərəkətlər dərk edilərkən mənimsəniləcək. Uşaqların bir məşğələdə onlar üçün yeni formalı əşyanın bir neçe təsvirini yerinə yetirməsi məqsədəuyğundur.( bu, hərəkətlərin yapmaya nisbətən çətin mənimsədildiyi rəsmdə daha vacibdir). Oval formalı əşya hər hansı dairəvi formalı əşya ilə müqayisəli nümayiş etdirilərək, sonra təsvir etmək təklif edilərsə uşaqlar onlar üçün yeni olan formanın xüsusiyyətlərini və əvvəlcə mənimsənilən formalardan fərqini daha tez başa düşərlər.

Oval formalı əşyanın I dəfə yapılmasına baxmayaraq uşaqlar əvvəlki təcrübədən istifadə edərək lazım olan üsulları tapırlar. Uşaqların hamısına nümayiş tələb olunmur, o ancaq sərbəst əl hərəkətlərinə malik olmayan və əvvəlki təcrübədən istifadə etməyi bacarmayan uşaqlara gərəkdir.

Sonda tərbiyəçi bir daha formanın adını təkrar edir – oval. Rəsm məşğələsində uşaqlara dairəvi və oval formalı hava şarını təsvir etməyi təklif edirlər. Məşğələnin əvvəlində şarları nümayiş etdirərək tərbiyəçi onların rənginə və formasına görə müxtəlif olmalarına diqqəti yönəldir, havada əlin hərəkəti ilə dairəvi, sonra isə uzunsov ( oval) şar göstərməyi təklif edir,belə formanın neçə adlandığını soruşur. Uşaqlar cavab verirlər: “ Xiyar kimi”, “ Çubuq kimi”.

Məşğələnin sonunda uşaqlar rəsmləri nəzərdən keçirirlər. Tərbiyəçi hava şarlarının formasının necə adlandığını soruşur. Uşaqlar düz cavab verirlər. Dairəvi hava şarı oval kolbasa da nə ilə fərqlənir sualına uşaqlar cavab verirlər: “ Oval hər iki tərəfdən dairəvi özü isə uzundur”.

Sonra tərbiyəçi dairəvi formalı əşyaların adını deməyə təklif edir. Uşaqlar cavab verirlər: “Alma, albalı, gilanar, qarpız, üzüm, gavalı, narıngi, limon”. Bəzi usaqlar tam dəqiq təsəvvürləri olmadığından yalnız dairəvi formalı deyil, ona yaxın olan oval formalı əşyaların da adını çəkirlər.

Tərbiyəçi oval formalı əşyaları adlandırmağı təklif etdikdə uşaqlar əvvəlcə susurlar,sonra sadalayırlar: “ Xiyar, kalbasa,balıq”.

Cavablar onu göstərir ki, uşaqların təsəvvürləri kifayət qədər deyil, oval formalı əşyaları onlar yaxşı tanımırlar, ətrafdakı əşyaların işərisində onları seçə bilmirlər. Təsvir edəcəkləri əşyaların dairəsinin genişləndirilməsi istiqamətində aparılacaq sonrakı iş uşaqlara formanı dəqiq müəyyən etməyə bu əlamətə əsasən əşyaları fərqləndirməyə kömək edəcək.

Uşaqların dairəvi formalarla yanaşı oval formalı əşyaların olması haqda təsəvvürü olduqdan sonra, onlara belə formalı əşyaları fərqləndirmədən də rəsm yapma. Sonra isə aplikasiya üçün seçmə olar.

Sonrakı məşğələdə uşaqlara “ Çil toyuq” nağılının obrazı olan sadə və qızıl yumurta təsvir etməyi təklif etmək məsləhət görülür. Bu zaman uşaqlar çoxlu sayda sadə yumurta çəkməli, sonra ən yaxşısını, ən dəqiq forması olan ( oval) ən gözəlini sarı rənglə boyayaraq qızıl yumurtaya çevrilməlidirlər.

Beləliklə uşaqlar öz işinin nəticəsini qiymətləndirir, müvəfəqiyyətlə alınmış formada təsvir olunan əşyanın gözəlliyini görməyi öyrənirlər.

Tədricən məşğələdən- məşğələyə dairəvi və oval formalı əşyaların təsvirinə yönələn forma əmələ gətirən hərəkətlər təkmilləşir, daha sərbəst,inamlı, dəqiq olur. Bu uşaqlara belə formalı müxtəlif əşyaları ( onların hissələrini) müxtəlif fəza vəziyyətində təsvir etmək imkan verir.

Daha mürəkkəb formalı əşyaların təsvirinin təlimi ilə yanaşı müxtəlif fəaliyyət sahələrində təsviri sənət məsələlərinin daha sərbəst həllinə imkan verən texniki bacarıq və vərdişlər təkmilləşir.

Karandaş və fırçadan düzgün istifadə etmə təlimi davam edir, alətləri müxtəlif cür tuta bilmək bacarığı formalaşır: enli xətlər boya ilə fırçanın jağıza əyilmış vəziyyətdə xovlu hissəyə təzyiq edilməklə təsvir edilir; nöqtə və kiçik detalların təsviri fırçanın sonu ilə həyata keçirilir, bu zaman kağıza xovun yalnız üz hissəsi toxunur.

Əldə karandaşın vəziyyəti də dəyişməz qalmır: şaquli xətlərin təsviri zamanı karandaş xəttin yan tərəfindən, üfiqi xətlərin təsviri zamanı isə bütün xətt boyu hərəkətin gözlə nəzarətini təmin etmək üçün xəttin altından hərəkət edir. Bu xəttlərin boya ilə təsviri zamanı əlin hərəkət üsulları başqa cür olacaq: xov yumşaq olduğu üçün fırçanın çubuğunu qaldırır, onu təsvirin üzərində tutaraq xətti fırçanın xovu ilə çəkmək lazımdır. Digər halda xətlər əyri və kələ- kötür alınır.

Bu vərdişlər düz xətləri və düzbucaqlı formaları təsvir etmə bacarığına daxildir. Onların möhkəmləndirilməsi böyük qruplarda da davam edir.

Orta qrupda dekorativ rəsm təlimi naxısın eyni elementlərinin təkrarı zamanı hərəkətlərin ritmikliyinin yaranmasına kömək edir. Işlər dekorativ rəsmin rənglənməsi, istərsə də təsvir elementlərinin təkrarı prosesində bu vərdişlərin möhkəmlənməsi uşaq bağçasının həm böyük, həm də hazırlıq qruplarında davam edir. II kiçik qrupda əldə edilmiş vərdişləri möhkəmləndirərək və yeni tələblər irəli sürərək əşyaların rənglənməsini öyrətmək vacibdir: ləkələrsiz rəngləmək, kontur xəttindən kənara çıxmamaq. Təsvir olunan əşyanın formasından asılı olaraq əlin hərəkət istiqmətini dəyişmək bacarığı düzxətli formalı( düzbucaqlı, kvadrat, üçbucaqlı) eyni zamanda müxtəlif səciyyəli dairəvi formalı ( dairə, oval) əşyaların təsviri məsələləri ilə əlaqədar mürəkkəbləşir. Ovalın təsviri zamanı əlin hərəkəti dairənin təsviri zamanı əlin hərəkətindən istiqamətinə görə fərqlənir. Oval formalı əşyanın rəsmini çəkmək üçün hərəkətin istiqamətini dəyişmək vərdişinə yiyələnmək lazımdır. ( bir qövs üzrə hərəkətdən digər xətt qövs üzrə hərəkətə keçib).

Düzxətli formaların kvadrat, düzbucaqlı, ücbucaqlı formalarla fərqləndirmək üçün bu formaları fərqləndirmək lazımdır ki, uşaqlar onların ümumi və fərqli xüsusiyyətlərini görə bilsinlər. Uşaqların bütün bu formalarla qarşılaşaçağı ilk məşğələ stolüstü inşaat tikintisi aplikasiyası ola bilər. Uşaqlar kağızdan kəsilmiş hazır düzbucaqlı və kvadratlar alırlar( üçbucağı uşaqlar özləri düzbucaqlını iki kvadrata bölərək, kvadratı isə dioqonal üzrə kəsərək ala bilərlər).

Formanı müstəqil olaraq dəyişdirmək və bir formadan tamamilə başqa formanın alınması uşağın.

Inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu,sonralar uşağı əşyanın formasını və onun hissələrini daha tez müəyyən etməyə və dəqiq təsvir etməyə imkan verir. Bu uşaqların riyazi təsəvvürlərinin inkişafı üçün də vacibdir.

Düzxətli formalı əşyanın verilməsinin mənimsənilməsini aplikasiyadan başlamaq daha yaxşıdır. Düzxətli formalar adətən yapmada təsvir edilmir, çünki belə formalar plastik vəsaitin xassələrinə ziddir.

Ilk məşğələlərin birində müəllim belə mövzu təklif edir: “ Anam yuyub asıb”( mələfə, əl-üz dəsmalı, burun dəsmalı) Tapşırığı izah edərkən müəllim qeyd edir ki, dəsmallar kvadrat formalıdır: bütün tərəfləri bərabərdir və onları eyni cür çəkmək lazımdır ki, gözəl alınsınlar: mələfələr böyük və uzundur. əl-üz dəsmalları isə ensiz və uzundurlar, ancaq hamısı düzbucaqlı formasındadır.

Orta qrupda rəsm, yapma, aplikasiya məşğələlərikeçirərkən uşaqlara əşyaların formaları. Onların təsviri üsulları haqda suallarla müraciət edərək, rəsmdə karandaş və ya fırça ilə əlin lazımi hərəkətlərini, yapmaya iki əlli hərəkətləri və s. nümayiş etməyi təklif edərək, təsvir üsullarının nümayişi üçün uşaqları lövhəyə çağıraraq fəallaşdırmaq lazımdır. Bu metodiki üsullar uşaqlara forma əmələ gətirən hərəkətləri fəal mənimsəmək, əvvəl öyrənilən üsulları yada salmaq və istifadə etmək, daim tətbiyəçinin nümayişini və kənardan köməyi gözləmədən dərk edərək yeni üsullar axtarmaq imkanı verir. Uşaqlar sadə oval formalı əşyaları təsvir etməyi öyrəndikdən sonra bir neçə hissədən ibarət, məsələn oval hissələrdən və düz xəttdən ibarət çiçəklər oval və dairəvi formalı hissələrdən( balıqlar, quşlar) ibarət əşyaların təsvirinə və yapmasına keçmək olar.

Heyvanların təsviri təsvir üçün asan olan balıqlardan başlayır. Balıqların təsvirini təklif etməzdən əvvəl uşaqların onların bədən hissələrinin formalarını ( üzgəclər,quyruq) yapmada verməyi bacarmaları gərəklidir: Uşaqlara müxtəlif ölçülü və proporsiyalı balıqları, məs.uzun və arıq. Uzun və kök və ya kök və gödək və s. yapmaq imkanı vermək lazımdır.

Yapma heyvanın forma və proporsiyaları haqda təsəvvürlərin daha yaxşı mənimsənilməsinə, forma və həcm təsəvvürlərinin inkişafına kömək edir.

Təsvirin təkrarı imkanlarını təmin etmək üçün bir məşğələdə bir neçə eynitipli əşya təklif etmək lazımdır. Beləliklə, artıq birinci məşğələdə uşaqlara akvariumda balıqların üzməsini təsvir etməyi məsləhət görmək lazımdır. Balığın bədəninin oval formasını təsvir etmək uşaqlar uşaqlar üçün asandır: onun təsvir üsullarını onlar artıq mənimsəyiblər.Çətinlik ondadır ki, onlar müxtəlif istiqamətdə üzən balıqları təsvir etməlidirlər. Uşaqlar başın və quyruğun harada olduğunu təsəvvür etməlidirlər. Üfiqi , şaquli, dioqonal boyunca üzən balıqların təsviri zamanı əlin hərəkətini dəyişmək lazımdır.

Uşaqların artıq bu qrupda formanın rənglənməsi üsullarının müxtəlif olduğunu başa düşməsi vacibdir. Hər yeni balığın təsviri zamanı uşağın əlinin hərəkətləri daha sərbəst və inamlı olur. Cox böyük rəsm çəkməyən başlayan və vərəqdə təsviri yerləşdirə bilməyən uşaqlara bir neçə balıq çəkə bilmələri üçün əlavə vərəq verilir.

Bir müddətdən sonra yenidən belə məşğələ keçirərək akvariumda əlavə otlar və daşlar təsvir etmək təklif etmək lazımdır. Balığın bədəninin forması haqqında təsəvvürləri dəqiqləşdirmək lazımdır. Ancaq təsvir üsullarını nümyiş etdirmək lazım deyil. Bu məşğələdə tətbiyəçi diqqəti ona yönəldir ki, müxtəlif vəziyyətdə olan balıqları bütün uşaqlar təsvir edə bilsinlər və əgər keçən məşğələdə kimsə buna nail olmayıbsa ( uşaq “ balıqların hamısını bir istiqmətdə üzən” təsvir edib), belə uşaqlara havada və ya kağız üzərində əlin hərəkətiilə müxtəlif istiqamətlərdə lazımi hərəkətləri göstərərək kömək etmək lazımdır.

Belə tapşırıq tərbiyəçinin oval formalı əşyaların təsviri üzrə əvvəlki məşğələlərdə verdiyi izahla müşayiət olunur. Sadə formalı və hissəli balığın təsvirini mənimsədikdən sonra uşaqlar forma və quruluşu daha mürəkkəb olan quşların yapma və təsvirinə keçə bilərlər: quşların başı bədənindən ayrılır, ayaqları və qanadları var; quş uçarkən qanadlarını düzəldir və ya budaqda oturduqda onları yığır. Gəzintidə canlı guşədə, müşahidələr, kitab illustrasiyalarının nəzərdən keçirilməsi nəticəsində əldə olunan biliklər uşaqlara quşların yapma və rəsmini yaratmağa kömək edir.

Uşaqlar artıq dairəvi və oval formalı əşyaları yapa və rəsmini çəkməyi bacarırlar. Indi əsas diqqəti quşun bədən hissələrinin fəzada və bir-birinə nisbətən yerləşməsinə yönəltmək lazımdır. Quş sakit oturan zaman bədəni yerin üfüqi səthinə əyilmiş, başı, balıqla olduğu kimi bədəndən qabaqda deyil, yuxarıda , ayaqları quyruğa yaxın yerləşib. Bütün quşların bədəni başa doğru qalınlaşır, quyruğa doğru nazilir. Uşaqlar hissələrin düzgün yerləşməsini və onların nisbi həcmini verə bilməyibdirlər (baş bədəndən kiçikdir).

Uşaqlara əvvəlcə quşu ayırmağı sonrakı məşğələdə isə rəsmini çəkmək tapşırığını verməklə ancaq qabaqcadan müşahidələrdə əldə etdiyi bilik və təsəvvürlərə ümid etmək olmaz. Oyuncaq quşu və ya şəkli nəzərdən keçirməklə bu təsəvvürləri dəqiqiləşdirmək vacibdir, bu zaman uşaqlar maksimum fəallaşdırılır.

Quşun yapılması və təsviri şəklinə üzən ördəyin təsviri də daxil ola bilər. Onun bədən forması digər quşlarda olduğu kimidir: balaca quşlardan fərqlənən quyruğudur: o çox kiçikdir və yuxarı qalxıb; başı ovaldır və bədənlə başqa cür birləşir, boyun görünür.




Yüklə 301,97 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə