1. Təsviri incəsənət kursunun məzmunu, məqsədi və vəzifələri


Kiçik yaş qruplarında təsviri fəaliyyət təliminin məzmunu



Yüklə 301,97 Kb.
səhifə28/64
tarix15.05.2022
ölçüsü301,97 Kb.
#87106
1   ...   24   25   26   27   28   29   30   31   ...   64
tesviriince

12. Kiçik yaş qruplarında təsviri fəaliyyət təliminin məzmunu.

İkinci kiçik qrup

Məşğələlərin konspekti



  • Gildən “peçenye" yapılması,

  • Rəngli boyalarla “Qarda hasar mövzusunda rəsm”,

  • Gildən qoyunun yapılması,

  • Rəngli boyalarla halqa təsviri,

  • Gildən balaca gəlinciklərin yapılması,

  • Yüklü araba mövzusunda aplikasiya,

  • Rəngli boyalarla ağacların təsviri,

  • Meşə qışda” mövzusunda kollektiv təsvir,

  • Karandaşlarla kərpic qapı təsviri,

  • Rəngli boyalarla cücə təsviri,

  • Çiçək təsviri,

Tap görüm nəyi qatlamaq və yapışdırmaq olar” mövzusunda aplikasiya .

Uşaqlarda rəsmə olan maraq çox tez yaranır. Valideyinlərin, böyük bacı və qardaşlarının qələm, karandaşlarla hərəkətlərini müşahidə edən balacalar da karandaş götürüb kağız üzərində gəzdirməyə çalışırlar. 2 yaşlı uşaqlar üçün səciyyəvi olan böyüklərin köməyi olmadan hərəkət etmək istəyi özünü burada göstərir.

Sözsüz ki, əvvəlcə onlarda heç nə alınmır: əllər sözə qulaq asmır, necə şəkil çəkmək lazım olduğunu isə ailədə nadir hallarda öyrədirlər.

Uşaq ilk dəfə təsviri fəaliyyət yaradıcılığına mütəşəkkil surətdə bağçada cəlb edilir 1-ci kiçik qripda (3 yaşında).

Bu qrupda təlim proqramı çox kiçikdir. Uşaqları hər şeydən əvvəl kağızla tanış etmək lazımdır və onların diqqətini karandaşın (itilənmiş ucu olduqda) qoyduğu izə yğnəltmək lazımdır.

Uşağı kağız üzərində çəkilmiş cizgini və xətləri görə bilməyi öyrətmək, kağız üzərində karandaşla hərəkətini izləmək lazımdır. Tədricən uşaqlara olunan cizgi və xətlərin ətrafdakı əşyalarla oxşarlığım tapmağı öyrətmək lazımdır.

Sonra uşaqları əvvəl alınmış cizgiləri dərk edərək təkrar etməyə cəlb etmək lazımdır. Bu mərhələ təsvirin mənimsənilməsində çox gərəklidir.

Sonradan uşaqlar çətin olmayan əşya və hadisələri rəsmdə təsvir edə bilərlər: (tərbiyəçinin göstərişilə və göstərişi olmadan) yağış damcılayır, qar yağır, yarpaqlar tökülür, çaylar axır və s.

Proqramda nəzərdə tutulan əsas məsələlərdən biri -uşaqlara karandaşı və fvçanı düzgün tutmağı öyrətməkdir: yumuruğunda deyil, barmaqlarının arasında.

Bəs il ərzində uşaqlara rəsm və yapma necə öyrənilir?

“Uşaq bağçasında tərbiyə proqramı” həftədə bir rəsm və bir yapma keçirməyi


tövsiyə edir. Deməli rəsm və yapma məşğələlərinin sayı eyni olmalıdır. Ancaq
bəzən onların növbələnməsi dəyişə bilər: bir həftə 2 rəsm məşğələsi, o biri həftə 2
yapma məşğələsi keçirilə bilər. Belə ardıcıllıq uşağın bu və ya digər fəaliyyət növü üzrə əldə etdiyi bacarıqları möhkəmləndirmək üçün gərəkdir: balaca üçün bir həftəlik fasilə çoxdur və o ötən məşğələdə öyrəndiklərini yaddan çıxarır.

Tədris ilinin başlanğıcında təsviri sənət məşğələləri bütün qrupla deyil, yarım qrupla keçirilir. Bu müəllim hər bir uşağın hərərkətlərini görə bilməsi , ona kömək edə və onu istiqamətləndirə bilməsi məqəsədilə edilir.Uşaqğın rəsm çəkməyə, yapmaya təzə başladığı zaman karandaşlarla, rəngli boyalarla, gillə işləməyin düzgün üsullarını mənimsəməsi çox vacibdir.

Əgər balaca oyunla məşğuldursa , məşğələlərə hələ vərdiş etməyibsə , məşğul olmaq tələbləri şıltaqlığıa , ağlamaqla qarşılana bilər , rəsmə, yapmaya mənfi münasibət isə uzun müddətə möhkəmlənər. Tədricən uşaqlar müəllimin təşkil etdiyi məşğələlərə öyrəndikcə bu keçid sakitliklə həyata keçirilir.

Uşaqlar təxminən 10 dəqiqə rəsm çəkir və yapma ilə məşğul olurlar. bəziləri iş ərini tez qurtarır, digərləri gec. Tərbiyəçi artıq şəkil çəkmək və ya yapma ilə məşğul olmaq istəməyən uşağa stoldan qalxmağa icazə verir (bu qrupda hələ məşğələnin sonu reqlamenti yoxdur). Birinci yarımqrupun uşaqları məşğələni bitirdikdə dayə onları gəzinti üçün geyindirir (yapma məşğələsi olduqda əllərini yuduqdan sonrageyindirir). Tərbiyəçi bu zaman II yarımqrupda məşğul olur. Sonra artıq geyinmiş uşaqlarla gəzməyə gedir, dayə isə qalanları geyindirir.

Uşaqlar tədricən müəyyən olunmuş vaxta məşğul olmağı öyrənirlər, onlarınçoxu dərhal stolun arxasında otururlar. Yarımqruplarda məşğul olanların sayı bərabər olmaya bilər, bu müəllimi təşvişə salmamalıdır; stollar hamıya çatmalıdırlar. Yarımqruplarla məşğələ tərbiyəçiyə hər uşağa diqqət yetirmək imkanı verir: duruşu düzəltmək, vəsaitdən düzgün istifadə edilməsinə nail olmaq, lazım gəldikdə kömək etmək. Bu rəsm və yapma yiyələnmənin başlanğıc mərhələsində xüsusilə vacibdir.

Əgər uşaqlar əvvəlcədən çox olarlarsa tərbiyəçi kimi isə nəzarətdən qaçıra bilər və əgər uşaq bu zaman səhv hərəkət edirsə, bu vərdişlər möhkəmlənir, ilin ikinci yarısında bütün uşaqlar həvəslə məşğul olurlar. Onlar artıq bəzi qaydaları mənimsəyiblər, bu tərbiyəçiyə bütün uşaqlara eyni zamanda rəhbərlik imkanı verir. Artıq onları yarımqruplara bölmək mütləq deyil.

Məşğələnin müddəti əvvəlki kimi müxtəlifdir: rəsm və yapmanı bəziləri tez, digərləri gec qurtara bilər, işini bitirənlər əllərini yuyub gəzməyə hazırlaşırlar.

Onlara dayə kömək edir.

I kiçik qrupda məşğələ zamanı hamıya eyni tələb qoymaq olmaz. Əsas odur ki, təsviri sənət fəaliyyətinə maraq tərbiyə edilsin, öz gücünü yoxlamaq arzusu yaradılsın, məşğələ prosesində və vəsaitlərdən istifadə edərkən müəyyən davranış vərdişləri öyrədilsin.

Artiq ilk məşğələlərdən başlayaraq uşaqlara stolun uzərində əyilmədən düz oturmağı, sağ əllə şəkil çəkəərərl, sol əllə kağız , vərəqi tutmağı öyrətmək lazımdır. Ancaq balaca üçün şifahi göstərişlər kifayət etmir: əvvəlcə hər uşağa düzgün oturmağa və əllərini düzgün qoymağa kömək etmək lazımdır. Uşağın əzələləri hələ çox zəifdir, xüsusilə açma əzələləri , ona görə də uşaqlar tezliklə stolun uzərinə əyilməyə başlayacaqlar, müəllim isə hər dəfə onların duruşunu düzəltməlidir.Sonrakı məşğələlərdə uşaqların düzgün oturmasını nəzarətdə saxlamaq lazımdır, ancaq bəziləri üçün yada salmaq kifayət edəcək.

I kiçik qrupda , təsviri sənət yaradıcılığı işini təşkil edərkən bu yaşda uşaqların böyük emosional həyəcanını nəzərə almaq lazımdır.Balacalarla yumuşaq danışmaq lazımdır, göstərişləri isə qəti tələb kimi deyil, təklif kimi formalaşdırmaq lazımdır.Məs: tərbiyəçi uşaqlara tünd rəngli kağızdan kəsilmiş ev siluetləri verir və deyir: “ Görürsünüz evlərdə necə qaranlıqdır . Bax belə işıqları yandıraq. Fırçanı rəngli boyaya batıraraq onu kağızın üzərinə bütün xovlu hissəsini qoyaraq açıq rəngli ləkələr – işıqlar almaq mümkün olduğunu göstərir.

Bəzən elə olur ki, balaca uşaq kollektivinə daxil olmadan , uşaq bağçasının rejiminə öyrənmədən , müəyyən bir vaxtda məşğul olmaqdan imtina edir və tərbiyəçinin tapşırıqlarını yerinə yetirmir. Buna sakit yanaşmaq lazımdır: uşağı məzəmmət etməmək, əksinə ona məşğələyə alışmaq imkanı vermək lazımdır. Məşğələlərin uşaqlara sevinc gətirməsi lazımdır, kifayət etməyərək həssaslıq, tapşırığı yerinə yetirmək tələbi (uşağın əhval-ruhiyyəsi və vəziyyətini nəzərə almadan) etiraza, bəzən isə ümumiyyətlə yaradıcılığa mənfi münasibətin yaranmasına səbəb olur. Məşğələləri istər yapma, istərsə də rəsmlə başlamaq olar. Hər iki halda müəllim öz qrupunun uşaqlarının bacarıq və vərdişlərini nəzərə alır. Rəsm çoxları üçün daha tanış ola bilər, ancaq yapma yeni vəsaitlə (ailədə uşaqlar çox vaxt uşaqlar gil və plastilinlə tanış deyillər) cəlb edir, bundan başqa yumruqda sıxılmış plastilin hər hansı əşyanı xatırlada və onunla oynamaq həvəsi yarada bilər. 2 yaşlı uşaq üçün hər hansı alətlərlə deyil əllə işləmək daha rahatdır. O həvəslə gili əzir, ovcunda sıxır, barmaqları ilə əzir, rəsm üçün isə əlin karandaşla hərəkəti vərdişlərinə yiyələnmək lazımdır. Ancaq 1 yaşından 2 yaşma qədər uşaqların müşahidəsi göstərir ki, onlar onlar məhz bu dövrdə qaşıqla yemək yemək, hər hansı əşyanı çubuqla əldə etmək hərəkətlərini mənimsəyirlər, əvvəcə əllərin zəif olmasına vətabe olmamasına baxmayaraq uşaq çətinlik yaransa da yeməyi qaşıqla götünnəyə uyğunlaşır. Onu isə əllə götürmək daha asandır. Karandaş və fırça ilə işi mənimsəməyə uşaqlar tez nail ola bilmirlər, əvvəlcə digər əşyalardan istifadə etməyə başladıqda olduğu kimi karandaşla əlinin hərəkətləri bacarıqsızdır- uşaq ya karandaşı güclü sıxır və əli gərginləşir, sərbəstliyini itirir, ya da barmaqları arasında sıxa bilməyərək demək olar ki, karandaşı tutmur və o, əlindən düşür. Ancaq tədricən bu hərəkətlər daha inamlı olur.

Karandaşla rəsm çəkmək bir sıra texniki vərdişlərə yiyələnməyi tələb edir- karandaşı düzgün götürməyi (üç barmaqla), onu böyük və orta barmaqla tutaraq göstərici barmaqla yuxarıdan tutaraq barmaqların arasında düzgün tutmağı və hərəkət etməyi öyrənmək lazımdır. Düzgün duruşu olduğu kimi, karandaşdan istifadə etməyi də ilk məşğələlərdən öyrətmək lazımdır

Bəzən elə olur ki, karandaşı düzgün tutmağı göstərərkən bəzilərinin onu çimdiklə , ıkı barmaqla, yumruqla və ya sol əldə tutduğuna fikir verir, əgər üzgün olmayan üsullara əvvəlcədən diqqət yetirilmirsə, uşaq onlara öyrəşir sonra düzgünləri mənimsəməsi çətin olur. Bu zaman yalnız şifahi xəbərdarlıqla kifayətlənmək olmaz. “Almaz karandaşı düzgün götür.” Hələ karandaşla davranmaq təcrübəsi olmayan uşaq nə etmək lazım olduğunu bilmir. Bunları ona əllərini öz əlinə götürərək barmaqları lazım olduğu kimi qoyaraq təcrübədə nümayiş etdirmək lazımdır. Məşğələ zamanı uşaqların karandaşı necə tutmalarına həmişə diqqət yetirmək lazımdır'

Birinci məşğələlərdən sonra uşaqlara rəngli boyaları vermək düzgün deyil: uşaqlarda karandaşla rəsm çəkmək bacarıqlarının möhkəmlənməsi lazımdır.

Balacaların ilk rəsmləri adətən səliqəsiz, xətlər, kağız üzərində sürüşən, təsadüfi istiqmətlərdə kifayət qədər təzyiq göstərilmədən çəkilmiş qırıq-qırıq cizgilərdən ibarətdir. Ancaq 2-3 dəfədən sonra hərəkətlər daha mütəşəkkil xarakter alır.

Ayrı-ayrı xətləri çəkərkən göz hərəkətləri tənzimləyə bilmir, yalnız təqib edir. Cizgiləri çəkərkən uşaq, kağız vərəqin boşluğunu hərəki istifadə edir. Cizgilərin istiqamətlərini, mahiyyətini (düzbucaqlı, qövsşəkilli ) dəyişərək o hərəki axtarışı həyata keçirir. Tədricən hərəkətlər daha müxtəlif olur: qövsşəkilli fırlanan, daha

sonra isə dairələnən bir yerə yığılan yumaq alınır və ya bütün vərəq boyu yayılan buruqlar yaranır. Rəsm hərəkətlərinin bu təbii yuluna əsaslanaraq uşaqlara asanlıqla təkrar etmək imkanı seçmək lazımdır.Təkrarın mexaniki olmaması üçün hərəkətləri obrazlı əlaqələndirmək lazımdır:uşaqlara “sapı yumağa necə dolamaq olar” , “fırfıra necə fırlanır” , “borudan tüstü çıxır” və s. çəkmək təklif edilir. Belə rəsmə real hadisələrin müşahidəsindən sonra başlamaq lazımdır ki , uşaq təsvir olunan hadisəni tanısın sadəcə müəllimin nümayişini təkrar etməsin.

Fasiləsiz hərəkətlərdən uşaq müstəqil hərəkətlərə keçir. Ayrı-ayrı xətlər daha müxtəlif mahiyyət alır: yumurulanır , küncdə qırılır .ziqzaq əmələ gətirir. Uşaq xətlərin ramazlanmasını mənimsəyir. Ancaq xətlərin belə müxtəlifliyi əsasən təsadüfi alınır. Uşaq istənilən xətti böyüklərin təklifi ilə təkrar edə bilmir, həmişə əlin hərəkətini istiqamətləndirmək , onu müəyyən məqsədə yönəltmək olmur. Rəsm prosesində balacada müəyyən nəticənin əldə edilməsi ilə bağlı olmayan digər məqsədyönlü olmayan hərəkətlər müşahidə edilir: məsələn; o, müəyyən uzunluqda xəttin olunması üçün şüurlu surətdə lazımi nöqtədə dayana bilmir, necə gəldi çəkir. Tanınan təsvirlərin olmaması tərbiyəçini təşvişə salmamalıdır. Vərəqin boşluğunudoldurmağa yönəlmiş rəsm, karandaş və fırça ilə hərəkətlər uşaq üçün

çox vacibdir və belə azad rəsmə ilk 3-4 məşğələni həsr etmək lazımdır. Bu tərbiyəçiyə uşaqları rəsmə cəlb etmək, məşğələlərdə düzgün oturmağı, karandaşı əlin sıxmadan düzgün tutmağı, vərəqdən kənara çıxmamağı, əlini vaxtında saxlamağı öyrətmək imkanı verir.

Artıq bu qrupda düzgün texniki vərdişlərin formalaşması vacibdir. Tərbiyəçinin daimi diqqəti, göstərişlərin səbirlə və təkidlə təkrarı, uşağın vacib əl hərəkətlərinin və üsullarının nümayişi nəticəsində gərəkli bacarıq və vərdişlərtəkmilləşir. Tədricən hərəkətlər daha rəngarəng olur. Onunla yanaşı eyni hərəkətlərin təkrarı uşağa böyük zövq verir. Tapşırıqların köməyilə o hərəkətlərə yiyələnir. Uşaqların hələ çox balaca olmasına; rəsm çəkməyə yeni başalamalarına baxmayaraq rəsm hərəkətlərinə yiyələnməyin fərdi müxtəlifliyi nəzərə çarpır; bəziləri karandaşla güclü təzyiq göstərməyə meyillidir, digərləri güclə görünən xətlər çəkir, bəziləri uzun xətlər çəkməyə ürək etmir, digərləri enli, səliqəsiz hərəkət edirlər.

Bu müxtəlifliyi tam aradan qaldırmaq lazım deyil, ancaq tədricn bütün uşaqlara təsvirin dəqiq görünməsi üçün karandaşa necə təzyiq göstərmək bacarığını , həm uzun, həm də qısa xətlər çəkmək vərdişlərini öyrətmək lazımdır. Uzun yollar, axara çaylar , yağan yağış və qar rəsmləri çəkmək təklif olunan məşğələlər buna xidmət edir.

Karandaşla rəsm çəkilən 3-4 məşğələdən sonra rəngli boyalarla rəsmə keçmək olar.İlk məşğələdən uşaqlara fırça və rəngli boyalar nümayiş etdirmək lazımdır.Fırçanın ucunda yumuşaq tükləri olan taxta çubuq olduğu izah edilməlidir. Qoy uşaqlar fırçanın tüklü hissəsinin necə yumuşaq olduğunu hiss etmək üçün onu ovuclarının içində gəzdirsinlər. Fırçanı necə 3 barmaqla dəmir uduqdan bir qə ər yuxarıdan tutmağın lazım olduğunu, xovlu hissəsini rəngli boyaya necə atırmaq lazım olduğunu (fırça əvvəlcədən suda isladılmalı, əks halda boyanı götürmək çətin olacaq — müəllim bunu əvvəlcədən etməli və uşaqlara isladılmış fırça verməlidir. ), xovu rəngli boya qabının kənarına kağıza damla düşməməsi üçün necə sıxmaq lazım olduğunu və bundan sonra rəsm çəkməyə başlamaq lazım olduğunu uşaqlara nümayiş etdirmək vacibdir. Sonrakı məşğələdə yenidən fırçaya necə boya götürmək, artıq boyanı fırçanın kənarından silmək və s. nümayiş etdirmək lazımdır. Rəngli boyadan istifadə etməyin bu üsullarını dəfələrlə nümayiş etdirmək lazımdır və onları ilk növbədə lazımi vərdişlərə çətin yiyələnən uşaqlara xatırlatmaq lazımdır. Düzgün hərəkət edənləri isə müstəqillikdən mərhum etməmək , ancaq göstərişlərə görə hərəkət etməyə öyrətməmək üçün xatırlatmağa ehtiyac yoxdur. Ancaq onların inamlı olmaları üçün tərifləmək lazımdır. 2-3 yaşlı uşaqlar böyüklərin tərifinə emosional cavab verirlər. Bu zaman yaşanan sevinc düzgün iş üsullarının möhkəmlənməsinə müsbət təsir göstərir, onların daha da sabitləşməsinəı xidmət edir.

İlk məşğələdə uşaqların diqqətini boyadan istifadəyə və fırça ilə iş üsullarına yönəltmək üçün onlara eyni rəngli boya seçmək lazımdır. Sonrakı məşğələdə boyanın rəngini dəyişmək olar, ancaq eyni rəngli boya ilə. Ancaq uşaqlar fırça və boya ilə hərəkətləri mənimsədikdən sonra stollara müxtəlif boyalar vermək olar, ilin sonunda isə 1 stola 2 rəngli boya vermək olar. Bu zaman rəsmlərin bir müddət səliqəsiz olmasından qorxmaq lazım deyil. Uşaqlar tərbiyəçinin diqqəti nəticəsində 2-3 rəngli boyalarla rəsm çəkməyi öyrənəcəklər və rəsmlər daha rəngarəng, gözəl olacaq. I kiçik qrupda yapma üçün plastilin deyil, yaxşı qatılmış, təmamilə bişməmiş gildən istifadə etmək lazımdır. Rəsm üçün qara, qırmızı, göy və yaşıl rəngliyumşaq karandaşlar tövsiyə olunur. 6 rəngli karandaş dəstindən əvvəlcə qırmızı və qara, sonra isə göy və yaşıl rəngli karandaşları götürmək lazımdır. Bu kağız üzərində daha parlaq və dəqiq görünən rənglərdir, (sarı və qəhvəyi karandaşları tamamilə verməmək yaxşı olardı). Quaş boyaları kağızda axmaması ücün qatı həll etmək lazımdır. Bu qrupda uşaqlara əşyaların real rəngini verə briməyi öyrətmək məsələsi qoyulmur, ilk məşğələlərdə azı 2 rəngli, sonra isə 4 rəngli karandaş vermək lazımdır. Uşağın digər rənglərə məhəl qoymadan ancaq bir rəngli karandaş və boyadan istifadə etdiyi hallarda ona digər rənglə çəkməyi təklif etmək olar, ancaq təkid etmək lazım deyil. Tərbiyəçi müıyyən tapşırıq verdikdə uyğun boya rəngini göstərmək vacibdir, ancaq sonra yenidən müxtəlif rəngli karandaş və boyadan istifadə etmək imkanı vermək lazımdır.

Uşaqlar gil parçasını əllərində sıxaraq və barmaqları ilə zəərək dəyişməyi , kağız cizgi, xətlər və müxtəlif ləkələr çəkməyi öyrəndikdən sonra onlarda nə isə yaratmaq arzusu baş qaldırır. Uşaqların bəzilərində bu hiss güclüdür.Onlar çox fəal gili əzir , kağız cizgilər çəkir , gördükləri işi nzəərdən keçirir, tanıddan sonra sevinclə tərbiyəçidən yapdıqları və ya çəkdiklərinə baxmağı xahiş edirlər.Balacaların təsvirləri müəkəmməl olmadığı üçün böyüklər heç də həmişə rəsmdə və yapmada uşağın gördüyünü tanıya bilmirlər.Bu zaman uşağa demək olmaz ki , o təsviri korlayıb. Uşaq bizim görə bilmədiyimiz oxşarlığı tuta bilər, ancaq onun gördüyünü çəkmək istəmək arzusu çox qiymətlidir. Tədricən uşaq təsadüfi alınmasına baxmayaraq əşya ilə daha çox oxşarlığı duyur.

Bununla yanaşı tərbiyəçi özü uşağın diqqətini hamının , həm böyüklərin, həm də kiçiklərin tanıya biləcəyinə yönəldir. İlk obrazlar ətrafda baş verən hadisə və hərəkətlərlə bağlıdır: yarpaqlar uçur, yağış yağır, qar yağır, tüstü yuxan qalxır,uşaq yolla addımlayır və onun ayaqları iz buraxır, ırçaya boya götürərək və xovlu hissəsini kağıza qoymaqla tərbiyəçi neçə yarpaq,daha bir yarpaq və daha bizim çəkmək lazım olduğunu göstərir- onlar ağacdan belə tökülür.

Bu zaman uşağın fırçanı boyaya yaxşı batırmasına fikir vermək lazımdır.Uşaqlar tez-tez bunu vaxtında etməyi yadlarından çıxardırlar və fırçanın nədən “çəkmədiyini” düşünməyərək onu kağıza sürtürlər. Fırça da, rəsm də korlanır, təsvir alınmır. Bu uşağı həvəsdən salır. Ancaq uğursuzluğun səbəbini özü başa düşmür və vəziyyətdən çıxa bilmir. Tərbiyəçinin vaxtında uğursuzluğun səbəbini xatırlatması uşağın düzgün olmayan hərəkətlərinin və məyusliğunun qarşısını alır. Uşaqlar fırçanın tam xovlu hissəsi ilə kağız üzərinə basma üsuluna yiyələndikdən sonra onlara müxtəlif məzmunların verilməsi üçün bu üsuldan müstəqil istifadə etmək imkanı vermək lazımdır. Hər dəfə məşğələnin sonunda rəsmlər sərgiyə qoyulur və uşaqlara nə qədər rəsm çəkdiklərinə baxmaq təklif olunur. Uşaqlar əldə olunan nəticədən zövq alırlar. Bəziləri dəfələrlə sərgiyə yazınlaşırlar. Ola bilər ki, uşaqlardan kimsə hamı ilə çəkməyə başlayaraq, məsələn, yolda izləri çəkərkən ləkələr çəkməyə alüdə olaraq bütün vərəqi onlarla doldurur, işini tapşırıqla bərabər tərbiyəçi bəzi uşaqlara ayrılıqda nə isə yerinə yetirməyi təklif edə bilər (uşaq passiv olduqda, rəsm çəkmək istəmədikdə). Bunu dürüst, mehribanlıqla, fırça və ya karandaşla, gillə hərəkətlərə maraq yaratmağa çalışaraq etmək lazımdır. Sonra isə uşaqla birlikdə nəticəyə baxmaq lazımdır.

I kiçik qrupun proqramında əşyaların formasının verilməsinin öyrədilməsi məsələsi qoyulmur. Ona görə də uşaqların dairəvi formaları yapmağıvə çəkməyi bacarmalarını əldə etməyə çalışmaq lazım deyil. Təlimdə tələsmək təsviri incəsənət yaradıcılığı prosesinin normal ahənginin pozulmasına aparır.Alınan formanı dəfələrlə təkrar edən uşaq sonda onu öz istədiyinə görə təsvir etmək bacarığına yiyələnir. Adətən yapmada gil parçasından əşyanın alınması rəsmdən tez başa gəlir. Ona görə də tərbiyəçinin təsvirin formasının dəqiq verilməsini tələb etməməsi şərti ilə artıq I kiçik qrupda konfet, alma, yumurta və s. Yapılması tapşırığını vermək olar. Uşaqlar ümumi gil parçasından kiçik parçalar kəsib götürürlər.Bu zaman uşaqlarda müxtəlif ölçülü gil parçalarını kəsmək bacarığını təkmilləşdirmək lazımdır ki, onlar sonralar dərk edərək hərəkət etsinlər.Sonra uşaqlara gil parçalarına barmaqları ilə yapışdıraraq və ya ovucları arasında diyirləyərək müəyyən forma verməyi öyrətmək lazımdır. Bunun üçün gil yumşaq olmalıdır, çünki uşağın əlləri zəifdir

İş təcrübəsi göstərir ki, uşaqların yanında mürəkkəb əşyaların rəsmini çəkmək məqsədəuyğun deyil (məs. insan, heyvan). 2 yaşlı uşaqlar artıq nəyi bacarıb bacarmadığını dəqiq başa düşürlər. Böyüklərin çəkdiyi təsviri görən uşaq rəsm çə nə ən imtina edir: “Mən belə bacarmıram, mən çəkmirəm!”-deyir. Tərbiyəçi imtina ilə o zaman qarşılaşır ki, evdə uşaq üçün böyüklər rəsm çəkirlər. Balaca buna öyrənir və tərbiyəçidən: “Mənə ev şəkli çək, mən bacarmıram.”-deyə xahiş edir. Uşaqlara gillə, karandaşla, rəngli boyalarla davranmağı nümayiş etmək, lazımdır ki, onlar buna oxşadaraq sonra öz istədikləri kimi istifadə edə bilsinlər. Məs, tərbiyəçi yolkanın və ya evin pəncərəsinin işığını yandırır, qarın necə yağdığını, çayın necə axdığını təsvir edir və s.

2-3 aydan sonra uşaqları əşya və hadisələrin xətli təsvirinə çatdırmaq olar: yağış yağır, çubuqlar, yollar, çaylar, zolaqlar və s.

Balacalar tamamilə düz xətlər çəkə bilmirlər, onlardan bunu tələb etmək lazım deyil. Vacibdir ki, uşağın hərəkətləri əlaqəli deyil, rabitəsizdir, (məsş yumaq, qövs çəkərkən) ilk rəsmlər bacarıqsız olacaq. Bəzi uşaqlar əllərini saxlaya bilmir, xətlər vərəqdən kənara çıxır: digərlərinin isə əksinə, inamsız, sərbəst deyil, xətlər qısa, güclə nəzərə çarpacaq alınır. Tədricən inzm, hərəkətlərin bitliyi, dayanmadan xətləri sona qədər çəkmək bacarığını inkişaf etdirmək lazımdır. Belə təlim üsulu yararlıdır. Tərbiyəçi uşağın uşağın əlini öz əlinə alıb yol, zolaq və s. rəsmi çəkir.

Bu zaman uşaq hərəkətin mahiyyətini, onun ölçüsünü hiss edir. Bundan sonra o daha inamla hərəkət edir.

Rəsm və yapma məşğələləri planlaşdırılarkən onların çoxu uşağın müəllim tərəfindən əvvəlcədən göstərilən bu və ya digər təsviri hərəkətlərə müstəqil yiyələnməsinə ayrılır. Ancaq belə məşğələlərdə də tərbiyəçi təsvir prosesinə fəal rəhbərlik edir. O balacanın hərəkətlərini yönəldir, uşağın vəsaitdən düzgün istifadə etməsinə nəzarət edir, lazım gəldikdə necə rəsm çəkmək, yapmaq lazım olduğunu yada salaraq uşağa düzəliş verir.

Balacalar heç də tez bir zamanda əllərinin hərəkətini təsvirin yaranmasına ram edə bilmirlər, ona görə də məşğələlərin çox hissəsi əllərin təbii hərəkətlərini inkişafına yönəldilən, tədricən sərbəstlik və inam qazanılmasına, təsvirlərin real əşyalarla oxşarlığını müəyyən edilməsinə kömək edən karandaş və fırça ilə sərbəst


hərəkətlərə ayrılmalıdır. Bununla yanaşı uşaqlar ətraf təəssüratların ifadə edilməsinə çatdırılır, bu zaman uşaqların təsvir edə biləcəyi hadisələr seçilir. Məs noyabrda rəsm üçün “Yollar”, “Qar yağır”, “İzlər”, yapma üçün - “Qoğallar”mövzuları məsləhət görülür.Aprel ayında uşaqlar artıq sərbəst olaraq öz hərəkətlərinə yiyələniblər, dərk edərək əvvəlki cizgiləri , xəttləri təkrar edə bilərlər, ona görə təsviri məzmun mürəkkəbləşir.

Karandaşkla , fırça ilə, gillə hərəkət məşğələləri saxlanılır. Uşağların çox hissəsinin karandaşı , fırçanı necə tutmağı , yapma zamanı gildən necə istifadə etməyi bacarmaqlarına baxmayaraq , təsvir prosesində , onlar hərəkətlərlə əylənərək , bunları unudurlar. Buna görə proqram məzmununda karandaşı, fırçanı düzgün tutmağı bacarığının möhkəmlənməsi məşğələ prosesində bunları yada salmağın gərəkliyi nəzərdə tutulur.




Yüklə 301,97 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə